Məhkəmə qərarları › İş №2-1(112)-633/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-633/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-633/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X7rşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X7rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edlməsi, geri qaytarılması və ya utilizasiya (təkrar email, təyinatının dəyişdirilməsi) barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə qeyd edilən məhsullara dair qida təhlükəsizliyi sertifikatının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Hindistan Respublikasının “X15 Limited” şirkətinin istehsalı olan "X21 N30" və "Uriclean N30" bioloji fəallığa malik qida əlavələri (bundan sonra — məhsullar) ölkə ərazisinə qanunamüvafiq qaydada idxal edildikdən və tələb olunan prosedurlar keçildikdən sonra qida təhlükəsizliyi sertifikatının verilməsi məqsədi ilə cavabdehə təqdim olunmuşdur. AQTA tərəfindən müvafiq qida əlavələrinə dair ekspertiza təyin edilmiş və AQTA-nın X10 tərəfindən aparılmış ekspertizaların 20010963/LAB05-21002-T001 və 20010963/LAB05-21002-T002 saylı sınaq protokollarına əsasən hər iki məhsulda normadan artıq Civə (Hg) aşkar olunduğu qeyd edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarına əsasən qeyd edilən məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmişdir. Lakin qeyd edilən hal obyektiv şərtlərlə qəti şəkildə uzlaşmır. Belə ki, istehsalçı GMP (GMP/21N1278) və İSO 9001:2015 (**********18Q) sertifikatlarına malik olan şirkətdir. İstehsalçı şirkət tərəfindən məhsullar Azərbaycan Respublikasının ərazisinə idxal edilməzdən əvvəl laborator müayinədən keçirilmiş və qeyd edilən maddə (civə) hər hansı müayinənin nəticəsində (əlavə olunur) aşkar edilməmişdir. Ümumiyyətlə məhsulların tərkibində civənin aşkar edilməsi qeyrimümkün və absurd bir məsələdir. Lakin AQTA-nın xx.xx.2020-d il tarixli 20 nömrəli kollegial qərarına istinad edilərək yanlış və həqiqəti əks etdirməyən ekspertiza tədqiqatının nəticəsi əsasında sertifikatın verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır, sahibkar kimi iddiaçının hüquqlarını məhdudlaşdırır və fəaliyyətinə əsassız maneələr yaradır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçının nümayəndəsi ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdehin yazılı etirazında göstərilmişdir ki, İddiaçı MMC “X21 №30” və “Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətləri daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X21 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına" dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X21 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. Nəticədə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 2021-ci il 10 dekabr tarixli № 051 saylı Qərarı qəbul edilərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların məhv edilməsini və ya ixrac edildiyi ölkəyə geri göndərilməsini tələb etmişdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməməsi və iş üzrə tələblərin rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X13” X22 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli, 10/16076 nömrəli məktubunda bildirilmişdir ki, X8 Private Limited şirkətinin istehsalı olan Uniclean tablet №30 adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək uçun ekspertizası həyata keçirilmişdir. B/1896/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə əsasən təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertızası nəticəsinə əsasən “Uniclean, tablet №30” adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq uçun tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları onların dərmən vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X13” X22 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 14 oktyabr 2021-ci il tarixli, 10/16077 nömrəli məktubunda bildirilmişdir ki, X8 Private Limited şirkətinin istehsalı olan “Perfect Mind. Tablet № 30” adlı məhsulun dərman vasitəsi olub-olmamasını müəyyənləşdirmək uçun ekspertizası həyata keçirilmişdir. B/1894/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə əsasən təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticəsinə əsasən “X21 №30” adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İddiaçı MMC-yə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli 23/1/İSN-12338 nömrəli məktubunda bildirilmişdir ki, idxal olunmuş “X21 № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin İddiaçı MMC-yə ünvanlanmış 30 noyabr 2021-ci il tarixli 23/1/İSN-12339 nömrəli məktubunda bildirilmişdir ki, idxal olunmuş “Urıclean, Tablet № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respubliksının Qida X4 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyasının sertifikatlaşdırılmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İddiaçı MMCyə ünvanlanmış 29 dekabr 2021-ci il tarixli, 11/5118 nömrəli məktubunda qeyd edilmişdir ki, “X21 №30” və Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətlər daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X21 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X2 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına” dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X21 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 dekabr 2021-ci il tarixli, 051 nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edlməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar email, təyinatının dəyişdirilməsi) barədə 051 nömrəli, 10 dekabr 2021-ci il tarixli Qərarına əsasən İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli İD**********2 nömrəli müraciəti əsasında xx.xx.2021ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, EH15001 partiya nömrəli “X17 Ltd” şirkətinin istehsalı olan ümumi sayı 1575 ədəd olan “Urıclean, Tablet № 30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulu partiyası qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilməsi və həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində Agentliyinin əməkdaşlarının iştirakı ilə məhv edilməsi və ya ixrac edən ölkəyə geri qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 13 dekabr 2021-ci il tarixli, 2311/İŞN-13063 nömrəli məktubunda qeyd edilmişdir ki, idxal olunmuş “Uriclean, Tablet №30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulunun sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan X10nda aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) miqdarı normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Qeyd olunanları nəzərə alaraq, İD********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətlə ölkəyə idxal olunmuş xx.xx.2021-ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli EH15001 partiya nömrəli “X18 Ltd” şirkətinin istehsalı olan ümumi sayı 1575 qutu olan “Uriclean, Tablet №30” adlı bioloji fəallığa malik qida əlavəsi məhsulu partiyası barədə qəbul edilmiş “Malların (məhsulların) zərərizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi)” barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 051 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icra edilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Qida X1 xx.xx.2020-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın 1 nömrəli Əlavəsinin 3.3.3 bəndinə əsasən yolverilən normanın <0.1 mq/kq olduğunu nəzərə alaraq, hər iki məhsula dair sınaq nəticələri qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan X10nun müvafiq laboratoriyası tərəfibdən verilmiş sınaq nəticələrindən görünür ki, Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda və “X21 №30” məhsulunda isə normadan yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına” dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” X22n sınaq laboratoriyasının xx.xx.2023-cü il tarixli 279/13 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə əməkdaşları həkim-gigiyenist X11 və həkim-laborant X12 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X9 və "xxxx" MMC-nin direktoru X14 iştirakı ilə "xxxx" MMC-nin ünvanına idxal olunmuş Hindistanın “X15 Limited” şirkətinin istehsalı olan “Perfect Mind N30” və “Uriclean N30” adlı bioloji aktiv qida əlavələrinin tərkibində civənin qalıq miqdarını təyin etmək məqsədilə hər birindən 5 (beş) ədəd olmaqla laborator müayinələr üçün nümunələr götürülmüşdür. Müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərin 1.10. Qidaya bioloji aktiv əlavələr (BAƏ) bölməsinin 1.10.5.bəndinə (Təmiz substansiyalar əsasında BAƏ (vitaminlər, mineral maddələr, üzvi turşular və s.) yaxud müxtəlif qatışıqlardan istifadə etməklə onların konsentratları əsasında (bitki ekstraktları və s.), o cümlədən içkilər üçün quru konsentratlar) uyğun aparılmışdır. Bioloji aktiv əlavələrdə civənin yol verilən maksimum həddinin 1,0 mq/kq çox olmamasını nəzərə alaraq aparılmış laborator müayinələr nəticəsində “Perfect Mind N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 12,38 dəfə, “Uriclean N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 5,98 dəfə çox olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və məcburetmə haqqında iddia növlərinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız oldugundan təmin edilməməlidir. Mübahisənin yarandıgı dövrdə qüvvədə olmuş: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin qaydaların 2.21.3-cü yarımbəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. Hazırda qüvvədə olan: Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.1.9. bioloji aktiv qida məhsulları - qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş, qidalandırıcı və fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrin birindən və ya bir neçəsindən ibarət, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş və dozalaşdırılmış (kapsul, tablet, ampul, damcı və digər analoji formada) qida məhsulu; ... Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. Maddə 11. Xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida məhsullarının təhlükəsizliyinə dair tələblər 11.5. Bioloji aktiv qida məhsullarının emalına və dövriyyəsinə həmin maddələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 25.1-ci maddəsinə əsasən qeydiyyatı aparıldıqdan sonra icazə verilir. 11.6. Bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Maddə 20. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə dair tələblər 20.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi bu Qanuna uyğun olaraq müəyyən olunmuş tələblərə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin tələblərə ekvivalentliyi tanınmış digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. 20.3. Bu Qanunun 24.5-ci maddəsinə əsasən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin maddəyə uyğun olaraq təsdiq edilməlidir. 20.4. Təsdiq sisteminin ekvivalentliyi tanınan ölkənin səlahiyyətli qurumu tərəfindən qida obyektlərinin təsdiq olunmasına dair müvafiq rəsmi məlumatlar olduğu halda onların bu Qanunun 20.3-cü maddəsinə əsasən yenidən təsdiqi tələb edilmir. 20.5. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi və xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 20.12. Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 21. Azərbaycan Respublikasından ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarının təhlükəsizliyinə dair tələblər 21.1. İxrac və ya təkrar ixrac edilən qida və yem məhsulları Azərbaycan Respublikasının qida təhlükəsizliyinə dair normativ hüquqi aktların, idxalatçı ölkənin qida və yem məhsulları sahəsində milli qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsip və tələblərinə uyğun olmalıdır. 21.2. Xarici ölkələrə ixrac edilən qida və yem məhsulları idxalçı ölkələr tələb etdiyi hallarda, bu Qanunun 26.1-ci maddəsinə əsasən verilmiş sağlamlıq sertifikatına malik olmalıdır. 24.1. Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Maddə 25. Məhsulların qeydiyyatı 25.1. Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl aşağıdakı məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır: ...25.1.5. bioloji aktiv qida məhsulları; 25.2. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində göstərilən məhsulların qeydiyyatının qüvvədəolma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 25.3. Qeydiyyata alınmış məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Reyestrə daxil edilir. Reyestr axtarış aparan bütün şəxslər üçün açıqdır. 25.4. Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qadağandır. 25.5. Qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydaları həmin məhsulların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 25.6. Məhsulların qeydiyyatının aparılması məqsədilə götürülmüş nümunələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında tədqiqi (sınağı) aparıldığı halda, həmin tədqiq (sınaq) üçün qida subyektlərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş xidmət haqqı tutulur. 25.7. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində göstərilən məhsulların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 25.8. Bu Qanunun 25.1.1-25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 26. Qida və yem məhsullarının sertifikatlaşdırılması 26.1. Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida və yem məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. 26.2. İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Maddə 30. Qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi 30.5. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. 30.6. Bu Qanunun 30.5-ci maddəsinə əsasən qida və yem məhsullarının utilizasiyası və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac və ya təkrar ixrac edilən qida və yem məhsullarına (bundan sonra məhsul) idxalçı ölkələr tələb etdiyi hallarda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən sağlamlıq sertifikatlarının verilməsi qaydasını və formasını müəyyən edir. 1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

2. Qida və yem məhsullarının sertifikatlaşdırılması 2.1. Məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) verilir. 2.2. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. 2.3. Sertifıkatlaşdırılma prosedurları X5 X6 vasitəsilə həyata keçirilir. 2.16. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda; 2.16.2. məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda; 2.16.3. məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda. 2.17. Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, Agentlik ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırki işin hallarına görə İddiaçı MMC “X21 №30” və “Uriclean №30” adlı bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə bağlı cavabdeh Agentliyə 2021-ci il 01 və 02 noyabr tarixlərində müraciətləri daxil olmuşdur. Adıçəkilən məhsullardan Agentliyin əməkdaşları tərəfindən nümunələr (5 ədəd) götürülmüş və ekspertiza üçün Azərbaycan X10nun müvafiq laboratoriyasına təqdim edilmişdir. Təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Civə (Hg) elementinin miqdarı “Uriclean Tablet №30” məhsulunda normadan 66 dəfə (6.64 mq/kq), “X21 №30” məhsulunda isə normadan 154 dəfə (15.464 mq/kq) yüksək olması səbəbi ilə məhsullar Azərbaycan Respublikasının Qida X1 2020-ci il 18 dekabr tarixli 20 saylı Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına" dair sanitariya normaları və qaydalarının tələblərinə cavab verməmişdir. Eyni zamanda, istehsalçı şirkət tərəfindən “Uriclean Tablet №30” və “X21 №30” əmtəə nişanlı məhsullarının “civə” üzrə müayinəyə cəlb edilməsi qanunvericiliklə yanaşı istehsalçı müəssisə tərəfindən də civənin təhlükəsizlik göstəricisi kimi qiymətləndirildiyini bir daha təsdiq edir. Nəticədə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qanunvericiliyin müvafiq normalarına istinad edilməklə qeyd edilən prosedur qaydalara tam şəkildə əməl edilərək nümunələr götürülmüş, aidiyyəti üzrə sınağı və tədqiqi aparılmış və istifadəyə yararsız olduğu müəyyən edildikdən sonra “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 2021-ci il 10 dekabr tarixli № 051 saylı Qərarı qəbul edilərək, məhsulların sertifikatlaşdırılmasından imtina edilmiş və həmin məhsulların məhv edilməsini və ya ixrac edildiyi ölkəyə geri göndərilməsini tələb etmişdir. İddiaçı hazırki iddia tələbində cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Sanitariya- Karantin Mərkəzi” X22n sınaq laboratoriyasının xx.xx.2023-cü il tarixli 279/13 rəyində bildirilmişdir ki, "xxxx" MMC-nin ünvanına idxal olunmuş Hindistanın “X15 Limited” şirkətinin istehsalı olan “Perfect Mind N30” və “Uriclean N30” adlı bioloji aktiv qida əlavələrinin tərkibində civənin qalıq miqdarını təyin etmək məqsədilə hər birindən 5 (beş) ədəd olmaqla laborator müayinələr üçün nümunələr götürülmüşdür. Müayinələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 saylı əmri ilə təsdiq edilmiş Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərin 1.10. Qidaya bioloji aktiv əlavələr (BAƏ) bölməsinin 1.10.5.bəndinə (Təmiz substansiyalar əsasında BAƏ (vitaminlər, mineral maddələr, üzvi turşular və s.) yaxud müxtəlif qatışıqlardan istifadə etməklə onların konsentratları əsasında (bitki ekstraktları və s.), o cümlədən içkilər üçün quru konsentratlar) uyğun aparılmışdır. Bioloji aktiv əlavələrdə civənin yol verilən maksimum həddinin 1,0 mq/kq çox olmamasını nəzərə alaraq aparılmış laborator müayinələr nəticəsində “Perfect Mind N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 12,38 dəfə, “Uriclean N30” adlı bioloji aktiv qida əlavəsində civə normadan 5,98 dəfə çox olmuşdur. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X7rşı “qərarın ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar