Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6332/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "X3 Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "X3 Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ƏDV “Noyabr 2023” dövrü üzrə xx.xx.2024cü il tarixli **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Bu vergi əsassız olaraq hesablanmışdır. Belə ki, ƏDV Noyabr 2023-cü il hesabat dövrü üzrə depozit hesabına daxil olan ümumi məbləğin - 50 263.00 məbləğin 18 601.00 məbləğ hissəsi xx.xx.2023 tarixində "xxxx" MMC-yə səhvən vurulan məbləğin xx.xx.2023 və xx.xx.2023 geri tarixində qaytarılmasıdır. Qalan 31662.00 manat məbləğin isə əsas hissəsi bank həsabına mədaxil olmamışdır. “PROFARMA” Məsuliyyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixində EBBP saylı 016560 (233 640.00 manat Ədv daxil) və EBCM saylı nömrəli (65 136.00 manat Ədv daxil) Eqaimə ilə ƏDV daxil 298 776.00 manat məbləğində xidmət göstərilmişdir. Təqdim edilmiş iş, xidmətlər üzrə 31 662.00 manat ƏDV məbləği xx/xx/2023-cü il tarixində ƏDV depozit hesaba daxil olmuş, lakin 175900.00 manat əsas məbləğ isə Noyabr 2023 də bank hesabına daxil olmamışdır. xx.xx.2024-cü il tarixinədək dəyişiklikdən öncə, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyatların aparıldığı vaxt pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt sayılırdı. 31 662.00 manat əsas məbləğ Noyabr 2023 Əlavə dəyər vergisi bəyannaməsində yaranmış debitor borc məbləği kimi göstərilmişdir və bank hesabımıza daxil olan zaman ƏDV bəyannaməsində daxil olmuş məbləğ kimi göstərilib vergiyə cəlb olunacağı vergi orqanına bildirilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş müvafiq dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə mindiyindən 2023-cü il üzrə təqdim edilən hesabatlara şamil edilməsi nəzərdə tutulmamışdır. Lakin vergi orqanı iddiaçının müraciətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023 ilin noyabr ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçının uçot-baza məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyata alınmış, əsas fəaliyyətinin “Maliyyə xidmətləri sahəsində sair yardımçı fəaliyyət”dən ibarət olmuşdur. Həmçinin, xx.xx.2017-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti vardır. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 74434,71 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 +301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318- 319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 44063,69 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 30371,02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisinin 2023-cü ilin noyabr ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsində “Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0,0 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabınıza 50263,0 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 279238,89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50263,0 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1 -ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279238,89 manat məbləğdən 279238,89 manat az göstərilmişdir.” məzmunlu uyğunsuzluq yaranmışdır. Kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********401900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023cü ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 30371,02 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə iddiaçıya xx.xx.2024-cü il tarixli **********921800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçının Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq dəyişikliklərin 2024-cü ilin 1-dən qüvvəyə mindiyindən 2023-cü ilə tətbiq edilməsi ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı ƏDV bəyannaməsini vergi orqanına xx.xx.2024-cü ildə təqdim etmiş və cavabdeh öz səlahiyyətləri çərçivəsində, qüvvədə olmuş qanunvericliyin tələblərinə riayət etməklə qərar qəbul etmiş və qərar qəbul edilərkən qanunvericliyin tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı mübahisələndirmişdir ki, bununla da prosessual müddətə riayət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli məktub ilə iddiaçıdan 2023-cü ilin noyabr dövrü üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin təqdim olunması tələb olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 74434.71 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilən cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 44063.69 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə-30371.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-ə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 50263 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 279238.89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50263 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279238.89 manat məbləğdən 279238.89 manat az göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh ərizəçiyə noyabr 2023-cü il vergi dövrü üzə 30371,02 manat əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 74434.71 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyilmiş cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1 .X + 301.1.1.9 + 301.1.2.1 -301.1.2.3-301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 44063.69 manat olması təqdim edilən bəyannamələr üzrə ümumilikdə - 30371.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. İşdə olan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli məktub ilə iddiaçıdan 2023-cü ilin noyabr dövrü üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsinin təqdim olunması tələb olunmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-ə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 168.727,89 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 5.0263 manat məbləğində mədaxilinin olması nəticəsində müəyyən edilmiş 279.238,89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50.263 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixdə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279.238,89 manat məbləğdən 110.511.00 manat az göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 may 2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh ərizəçiyə noyabr 2023-cü il vergi dövrü üzə 30371,02 manat əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-ə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 168.727,89 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 5.0263 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 279.238,89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50.263 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixdə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279.238,89 manat məbləğdən 110.511.00 manat az göstərilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya əlavə vergi hesablanması noyabr 2023-cü il üzrə təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-ə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 168.727,89 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 5.0263 manat məbləğində mədaxilinin olması nəticəsində müəyyən edilmiş 279.238,89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50.263 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDVnə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixdə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279.238,89 manat məbləğdən 110.511.00 manat az olmasından irəli gəlmişdir. İddiaçı bu halı ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə əsas vəsait deyil, yalnız ƏDV məbləğinin ödənilməsi ilə əsaslandırmış, cavabdeh isə bəyannamənin 2024-cü ildə verildiyini iddia edərək həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad etmişdir. Məhkəmə məsələ ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həlli üçün müəyyən edilməli olan hallar aşağıdakılardır: -Təqdim edilmiş malların (işlər, xidmətlər) əsas məbləği ödənilmədən ƏDV məbləği ödənilə bilərmi; -ƏDV məbləğinin əsas məbləğdən əvvəl və ya sonra ödənilməsi vergi məsuliyyəti yaradırmı; -Təqvim ayı üzrə ƏDV məbləği ödənildiyi halda əsas məbləğ ödənilməyibsə ƏDV vergisi bəyan edilməlidirmi. Hesab dövründə qüvvədə olan Vergi Məcəlləsinin: -153.1-ci maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. -159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. -166.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. -166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. -175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. -177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. -177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. -177.6-cı maddəsinə görə ƏDV dövlət büdcəsinə ödənilir. -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. -58.6-cı maddəsinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏDV əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir. Həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi verg ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır. Belə ki, VM-in 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDVsiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Sadalanan normaları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2024-cü il tarixədək vergi tutulan əməliyyatlara görə əsas məbləğ ödənilmədiyindən təqvim ayında ƏDV vergisini bəyan etməmək hüququ mövcud olmuşdur. Cavabdeh Vergi Məcəlləsinin 166.7-ci maddəsinə xx.xx.2024-cü ildə edilmiş dəyişikliyə istinad edərək qeyd etmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həmin maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, bu norma qanunvericiliyə müvafiq hesab dövründə deyil, sonradan daxil edildiyindən 2023-cü ilin noyabr ayına tətbiq edilə bilməz. Bununla bağlı Məhkəmə bir daha qeyd edir ki, Vergi Məcəlləsinin 166.7-ci maddəsinin yeni redaksiyası, müvafiq olaraq, hüquqi mühitdə müəyyən yeniliklər gətirir. Lakin bu dəyişikliklərin tətbiqi əvvəlki hesab dövrlərinə münasibətdə mümkün deyil. Vergi qanunvericiliyindəki dəyişikliklər, qanunun qəbul edildiyi dövrün hüquqi normalarına uyğun olaraq gələcək dövrləri əhatə edir və retroaktiv təsir göstərmir. Vergi qanunvericiliyindəki dəyişikliklərin retrospektiv tətbiqi vergi ödəyicilərinə qarşı ədalətsiz yanaşmanı, onların hüquqlarının pozulmasını, həmçinin hüquqi qeyri-müəyyən yarada bilər. Bu səbəbdən də Məhkəmə hesab edir ki, həmin maddənin yeni redaksiyası iddiaçının maddə qüvvədə olmadığı vaxta aid olan hesabat dövrünə tətbiq edilə bilməz. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin 14 may 2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Oxşar iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-35/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6332/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6332/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver