Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6333/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının onun hüquqi varisi kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən avtomobil nəqliyyatı sahəsində işləmişdir. İlk işlədiyi müəssisə Beynəlxalq Daşımalar üzrə AMM Müəssisə (Sovtransavto) olmuş və orda müxtəlif vəzifələrdə işləmişdir. 1998-ci ildən “Azəravtonəqliyyat” Dövlət Konsernində işə daxil olmuşdur. Ordada müxtəlif vəzifələrdə işləmişdir. “Azəravtonəqliyyat” Dövlət Konserninin ləğvi ilə əlaqədar 2006-cı ildə “Avtonəqliyyatservis” Departamentində işə daxil olmuşdur. Ordada müxtəlif vəzifələrdə işləmişdir. 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işə qəbul olmuş, kiçik dövlət qulluqçusu, dövlət qulluqçusu və məsləhətçi kimi işləmişdir. 2019-cu ildən isə aparıcı məsləhətçi kimi işləmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəisinin 25 oktyabr 2022-ci il tarixli 97-/k №-li əmri ilə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin, 84-cü maddəsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə-122/22 nömrəli əmrlərini rəhbər tutaraq vəzifəsindən azad edilmişdir. Hesab edir ki, dövlət orqanının ləğvi əsası ilə işdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır. Əvvəla, o, uzun müddət avtomobil nəqliyyatı sahəsində qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, plan və tapşırıqları həmişə artıqlaması ilə yerinə yetirmişdir. Hazırda 60 yaşı var və gördüyü iş daimi xarakterə malik olduğundan, belə hesab edir ki, onun barəsində verilmiş əmrin heç bir əsası yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə-122/22 nömrəli əmrlərinə əsasən ləğv edilərək AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin respublikada və ondan kənarda göstərdiyi xidmətləri AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanına əsasən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maddi bazası əsasında yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının xidmət ştatı 144 nəfər təşkil edirdi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) əməkdaşlarının xidmət ştatı 421 nəfər təşkil edib. Burdan da göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrasını təşkil etmək üçün əlavə olaraq ştat açılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 144 ştat cədvəli dövlət qulluqçusu olmuşdur. Əmrin məzmunundan da görünür ki, iddiaçı və digər dövlət qulluqçuları dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyasında salınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qulluqçuları üstünlük hüququna malik olaraq yeni yaradılmış AYNA-da (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) işlə təmin olunmalı idi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) onun kimi təcrübəli işçiləri kənarda qoyaraq təcrübəsiz işçiləri işə götürmüşdülər. Eyni zamanda o, ailənin yeganə qazanc gətirəni olaraq işdən cıxardıldığına görə ailənin halhazırda maddi durumu qənaətbəxş deyildir. Çünki övladı ödənişli təhsil alır, o isə bir valideyin kimi onun təhsil haqqını ödəyə bilmir. Aralarında yaranmış mübahisənin mediasiya qaydasında həll etmək cəhdi nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilsə də, onun hüquqi varisi kimi AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq onunla əmək müqaviləsi bağlanılmasına AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən imtina edilir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı tərəfindən məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarış iddiaçıya poçt vasitəsilə göndərilmişdir. Xəbərdarlıq isə 26 oktyabr 2022-ci ildə iddiaçı Quba regiondan idarəyə qayıdan zaman təqdim olunmuşdur. Bu vaxt onun vəkili olmamışdır və nə xəbərdarlıq məktubunda, nə də ki “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarışda hüquqları ona izah olunmamışdır. Nə xəbərdarlıq məktubunda, nə də ki əmrdən çıxarışda həmin 1 ay ərzində şikayət vermək hüququnun olması qeyd olunmamışdır, hansı orqana müraciət edə bilər, hansı vaxt ərzində müraciət etməlidir, bunların heç biri əmrdə çıxarışda və xəbərdarlıq məktubunda öz əksini tapmamışdır. İddiaçı baş verənləri anlamaq üçün 28 oktyabr 2022-ci il tarixdə Elektron ünvan vasitəsilə anar.rzayev.@ayna.gov.az mail adresinə müraciət ünvanlamışdır və üç həftə rəisin onu qəbul edəcəyini və ya müraciətinə cavab gələcəyini gözləmişdir. Sonradan iddiaçının elektron imzası və mail adresi qapanmışdır. İddiaçı mətbuatdan oxumuşdur ki, əmək mübahisələləri ilə bağlı məsələlərə ilk öncə mediator baxır və o, ilkin mediasiya prosesinə başlamaq üçün 21 noyabr 2022-ci ildə mediatora müraciət etmişdir. X12 üçün ərizə və mediasiya prosesinin tətbiqi barədə təklif 21 noyabr 2022-ci il tarixdə Yerüstü Nəqliyyat Agentliyinə (DANX-a) çatdırılmışdır. Cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediator tərəfindən “X12ndan sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. İddiaçı mediatordan bir daha AYNA-ya müraciət etməsini xahiş etmişdir və Anar Rzayevin qəbuluna getmək üçün cəhd eləmişdir. Hər yerdən əli üzüldükdən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. 24 yanvar 2023-cü ildə sənədlərini məhkəməyə təqdim etmişidr. 3-4 gündən sonra iddiaçıya zəng olunmuşdur ki, məhkəməyə yaxınlaşsın. Məhkəmə binasında görüşdüyü şəxs ondan iddia ərizəsini geri götürüb Bakı İnzibati Məhkəməsinə müraciət etməsini söyləmişdir və əlavə olunmuşdur ki, onun dövlət qulluqçusu olduğu üçün məhkəməsinə burada baxılması daha düzgündür. İddiaçı ərizə yazıb sənədləri oradan götürmüşdür və yanvarın axırı inzibati məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6333/2023 nömrəli qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıya bir daha hüquqi yardım edilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi, onun hüquqi varisi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Cavabdeh2ndə işə bərpa olunmasına, 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının və mediasiyaya ödədiyi 50 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onlar iddiaçının iddia ərizəsində qeyd etdiklərini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edirlər. Cavabdeh2 publik hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyat Xidmətinin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyat sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi yanında X10, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X10 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat idarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-cı bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilər qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edirlər ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər-hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin ancaq sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə ””Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hərhansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. “İnzibati və mülki münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddiaçı iddia müddətini ötürmüşdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanun 34cü maddəsinə əsasən Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Hal-hazırda güvədən düşmüş Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli 472 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı idi. İddiaçının iddia ərizəsindən göründüyü kimi, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi tələbi ilə çıxış etmişdir. Qeyd edilən iddia tələbi mübaisələndirmə iddiasıdır. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X12nda iştirak tələb olunur. Göründüyü kimi, məhkəmələrə müraciət etməmişdən əvvəl ancaq Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesinin keçirilməsini məcburi şərt kimi nəzərdə tutulsa da, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin o cümlədə mübaisələndirmə haqqında iddialar üzrə mediasiya məcburi şərt kimi nəzərdə tutulmamışdır. Həmçinin, onu da xüsusilə qeyd etmək istərdik ki, iddiaçının mediasiyaya müraciət etdiyi müddətdə üzürlü səbəblərdən ötürülmüş müddət kimi də hesab edilə bilməz. Belə ki, İddiaçı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanlandığı Mediasiya Prosesinin tətbiqi barədə xx.xx.2022-ci il tarixli təklifi X11 Heyyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib edilməmiş, həmçinin orada mediasiya prosesinin keçiriləcəyi barədə hər-hansı bir mediasiya təşkilatı və onun ünvanı qeyd edilməmişdir. Bununla da İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.6-cı maddəsinin tələblərini pozmuşdur. Bundan sonra 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə Agentliyə daxil olmuş X12 barədə bildirişdə qeyd edilən sessiyasının xx.xx.2022-ci il tarixdə saat 13:10-da keçiriləcəyi göstərilsə də, həmin bildiriş X11 Heyyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olmamış, bildirişdə mübahisənin növü və İMS keçirilməsi barədə Medisiya Təşkilatına kimin müraciət etməsi göstərilməmişdir. Həmçinin, bildiriş üzərində qeyd edilən İMS-in keçirələcəyi tarixdən cəmi 4 gün (hal bu ki Qanuna görə ən azı 5 gün əvvəl təqdim edilməliydi) əvvəl Agentliyə təqdim edilmişdir. Bununla da İMS göndərən mediator və mediasiya təşkilatı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.8; 28; 29.2 və 12.2.7-ci maddələrinin tələblərini kobud surətdə pozmuşlar, həmin maddələrdə qeyd edilən və imperativ xarakterli tələblərə riayət etməyərək Agentliyin hüquqlarını kobud surətdə pozmuşlar. Beləliklə, İddiaçı iddia ərizəsinə əlavə etdiyi mediasiya prosesinin tətbiqini təsdiq edəcək sənəd ona “Mediasiya haqqında” Qanunun tələblərinin kobud surətdə pozulmaqla verildiyindən həmin sənədi mötəbər sənəd hesab etmək olmaz. Hətta qeyd edilən müddət üzrlü hesab edilsə belə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, mediasiya prosesinin cəmi 29 gün ərzində tətbiq edilmiş, iddiaçı isə 99 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, iddiaçı onun barəsində xx.xx.2022-ci il tarixdə verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi tələbi ilə inzibati məhkəməyə əmrin verilməsindən 99 gün sonra, yanı xx.xx.2023cü il tarixdə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. “İnzibati və mülki münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraza əlavə məhkəməyə təqdim edilmişdir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək orada X5, X9 və X6 adlarını qeyd etmiş, lakin bu zaman həmin adları hansı səbəbdən sadalamasını qeyd etməmişdir. Lakin, iddiaçının həmin adları sadaladığı şəxslərlə əlaqədar olaraq qeyd etmək istərdik ki, adları sadalanan X5 və X1 fəaliyyətə başlamadan əvvəl işlədikləri dövlət orqanları olmayan, təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan müəssisələrdən çıxarılsalmışlar və onlar Agentlik fəaliyyətə başlamadan məhkəmələrə müvafiq iddia ərizələri ilə müraciət etmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasında keçirilən məhkəmə prosesi zamanı cavabdeh olaraq həmin müəssisələr Agentliklə əvəz edilmişdir. Əvvəla onu qeyd etmək istərdik ki, həmin Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələri hal-hazırkı iş üzrə sübut olaraq qəbul edilə bilməz. Belə ki, qeyd edilən qətnamələrə baxdıqda müəyyən edilir ki, orada iddiaçılar dövlət orqanı olmayan, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan "xxxx" MMC-yə qarşı “işə bərpa” tələbi ilə müraciət etmişdir. Hal-hazırkı iş işdə isə iddia tələbi dövlət qulluqçusunun onun barəsində orqanı olmuş Xidmət tərəfindən verilmiş inzibati akt mübahisələndirilmişdir. Həmçinin, elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Publik Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən Agentlik ancaq həmin çıxarışda adları sadalanan müəssisələrin hüquqi varisi olaraq tanınmışdır. Qeyd edilən siyahıda X4 Nəqliyyatı Xidmətinin hüquqi varisi olması göstərilməmişdir. Bu da bir daha onu sübut edir ki, Agentlik Xidmətin hüquqi varisi deyil. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesi zamanı iddiaçı X6 iddia ərizəsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (103)-2910/2023 nömrəli qərardadını təqdim etmişdir. Bununla əlaqədar aşağıdakıları qeyd edirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2910/2023 nömrəli Qərardadının mövqeyi tam qanunusuz və əsassızdır. Qeyd edilən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollgeyasının 2-1(103)- 3514/2023 nömrəli iş üzrə keçirilən məhkəmə prosesində Apellyasiya Məhkəməsinin eyni mahiyyətli iş üzrə keçirilən məhkəmə prosesində sübut olaraq təqdim edilsə də Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası xx.xx.2023-cü il tarixli 2-1 (103)-2910/2023 nömrəli Qərardadına əks məzmunlu qərardad qəbul edərək iddiaçının iddia tələbini mümkünsüz hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (103)- 2910/2023 nömrəli Qərardadı tam qanunsuz və əsassız olan qərardaddır. Belə ki, Məhkəmə həmin qərardadından göstərmişdir ki, “Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezdentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli 1463 saylı Fərmanının 1-ci hissəsindən görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun tabeliyində olan müəssisələr ləğv olunmamış, həmin Xidmətin və onun tabeliyində olan müəssisələrin əsasında, nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi yaradılmışdır. Göründüyü kimi, burada ləğv olunma baş verməmiş, çevrilmə nəticəsində əvvəlki hüquqi şəxs Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun müəssisələri əsasında digər hüquqi şəxs - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ yaradılmışdır (Həm həmin Xidmətin, həm də Agentliyin rəhbəri “Anar Rzayev”dir).” Qərardaddan göründüyü kimi, Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə istinadən formalaşdırmışdır. Onu da bir daha qeyd etmək istərdik ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021 -ci il tarixli 1463 nömrəli Fərmanından da göründüyü kimi (bundan sonra-Fərman) qeyd edilən Fərmanın verilməsi zamanı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə deyil, məhz Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsaslanılmışdır. Həmin, 109-cu maddəsinin 32-ci bəndinə əsasən Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri Azərbaycan Respublikası Prezidenti icra qaydasında həll edir. Məhz bu səbəbdən cənab Prezident ona mənsub olan icra hakimiyyəti funksiyalarını icra etmək məqsədi ilə hər-hansı bir təsisatı yaratmaq səlahiyyətindədir və qeyd edilən icra hakimiyyəti funksiyalarını həyata keçirilməsi zamanı dövlət orqanının icra funksiyaları, yaradılmış publik hüquqi şəxsə verilməsi mülki qanunvericiliklə tənzimlənmir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən hərhansı bir təsisatın yaradılması zamanı ona ancaq Azərbaycan Respublikası Prezidentinə məxsus icra hakimiyyətinin müəyyən funksiyaların həyata keçirilməsi səlahiyyəti verilir ki, bu həmin yeni yaradılmış təsisata, ləğv edilmiş qurumun öhdəliklərinin keçməsi demək deyil. Onu da xüsusilə qeyd etmək istərdik ki, Bakı İnzibati Məhkəməsi özünün xx.xx.2023cü il tarixli 2-1(103)-2910/2023 nömrəli Qərardadında, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini nəzərə almadan Fərmanın 1-ci hissəsinə Mülki Məcəllənin 55.1-ci maddəsinə şərh verməklə Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İV bəndinin tələblərini kobud surətdə pozmuşdur. Həmin bəndə əsasən- Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Onu da qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası özünün xx.xx.2020-ci il tarixli 2-1(102)-231/2020-ci il tarixli Qətnaməsində dövlət orqanın ləğv edilməsi zamanı Mülki Məcəllənin normalarına istinadını əsassız saymış, bunu qətnaməsində əsaslandırmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Dövlət orqanlarının ləğvi və ya digəri ilə əvəz olunması isə (bu mülki-hüquqi nəticələrin baş verməsinə səbəb olsa belə) mülki qanunvericiliyin nizamlama predmeti deyil. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı - Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı;. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Qeyd edilən maddədən də göründüyü kimi, Qanunverici dövlət orqanının anlayışını “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1 ,4-cü maddəsində qeyd etmişdir. Həmçinin qeyd edilən Dövlət orqanlarının yaradılması, onların strukturunun təşkili, dövlət orqanlarında çalışan dövlət qulluqçularının dövlət qulluğuna qəbulu və dövlət qulluğu ilə əlaqədar digər məsələlər də məhz “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmçinin, Qanunvericinin özünün Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd edilən mövqeyinə əsasən Azərbaycan Respublikasının səlahiyyətlərini həyata keçirən orqanlar, yanı Dövlət orqanları hüquqi şəxslər deyillər. Beləliklə də, onların yaranması, yenidən təşkili və ləğv edilməsi hüquqi şəxslərə aid Mülki Məcəllədə qeyd edilən normalarla tənzimlənmir. Bakı İnzibati Məhkəməsinin İnzibati Kolleqiyasıının qanunsuz və əsassız xx.xx.2023- cü il tarixli 2-1 (103)-2910/2023 nömrəli Qərardadında istinad etdiyi Mülki Məcəlləyə baxsaq belə görərik ki, məhkəmə həmin maddəni düzgün tətbiq etməmiş, məcəllənin, yenidən təşkil ilə əlaqədar olan digər maddələrini nəzərə almamışdır. Belə ki, həmin məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi Mülki Məcəlləyə görə hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri- ərnlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər-hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin ancaq sərəncamında olmuşdur. Onu da xüsusilə qeyd edirlər ki, Agentliyə münasibətdə həmin halın, yəni təhvil aktlarında ancaq dövlət əmlakının keçməsi, bu zaman hər-hansı bir öhdəliyin keçməməsi Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü tarixli 2-1 (103)-121/2023 nömrəli qərardadında da xüsusi olaraq qeyd edilmiş və bu zaman Bakı Apellyasiya Məhkəməsinin X3 hal-hazırda ləğv edilmiş Azərbaycan Dövlət Nəqliyyat Xidmətin (bundan sonra-Xidmət) hüquqi varisi hesab etməyərək iddiaçının (Birinci instansiyada məhkəmə iddiaçının Xidmətə qarşı vermiş olduğu iddianı təmin etməmişdir. Apellyasiya instansiyasında keçirilən məhkəmə prosesi zamanı artıq Xidmət ləğv edilmişdir) vermiş olduğu apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi barədə Qərardad qəbul etmişdir. Məhkəmə özünün xx.xx.2023-cü il tarixli 2-1(103)-2910/2023 nömrəli Qərardadında (iddiaçı tərəfindən məhkəmə prosesində təqdim etdiyi qərardad) həm həmin Xidmətin, həm də Agentliyin rəhbəri “Anar Rzayevin olması barədə qeyd etdiyi xüsusatda Agentliyin Xidmətin hüquqi varisi olmasına, Xidmətin çevirilmə yolu Agentliyə çevirilməsinin əsası kimi göstərilməsi də tam qanunsuzdur. Belə ki, hər-hansı bir dövlət orqanı olan təsisatın rəhbəri, sonra isə təşkilati-hüquqi forması publik hüquq şəxs olan təsisata rəhbər vəzifəyə təyin edilməsi həmin dövlət qurumunun publik hüquqi şəxsə çevirilməsinin və hüquqi varisliyin sübutu kimi qeyd edilə bilməz, bu tam qanunsuz, absurd və əsassızdır. Həmçinin, tərəfimizdən təqdim edilən prosesində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli 1R-179 nömrəli əmrindən göründüyü kimi, X14 2022-ci il 19 oktyabr tarixdən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlamaqla Xidmətin rəisi vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının iddia tələbinin mahiyyəti, hal-hazırda ləğv edilmiş, dövlət orqanı olmuş Xidmətin verdiyi 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ona münasibətdə olan hissəsinin ləğv edilməsindən ibarətdir. İş materiallarında olan əmrdən də göründüyü kimi, ləğv edilmiş dövlət orqanı iddiaçıya dövlət orqanının ləğv edilməsi və bunun nəticəsində onun dövlət qulluğuna xitam verilməsi barədə xəbərdarlıq ünvanlamış, daha sonra isə onun dövlət orqanında dövlət qulluğuna xitam verilərək ona münasibətdə “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” AR Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı 5-ci bəndinə əsasən 2 il müddətində ehtiyat kadr kimi saxlanılacaq şəxslərin siyahısına aidiyyəti üzrə təqdim edilmişdir. Həmçinin, həmin Fərmanın 2-ci bəndinə əsasən Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X13 (bundan sonra - Mərkəz) məlumat verməlidir. Göründüyü kimi, qeyd edilən Fərmanın 2-ci bəndində də bir baş göstərilmişdir ki, ləğv edilmiş dövlət orqanında qulluğuna xitam verilmiş dövlət qulluqçular; ancaq öz razılıqları və ancaq dövlət orqanının bazasında yaranmış yeni dövlət oranında analoji vakant vəzifəyə təyin oluna bilərlər. (Hazırkı iş üzrə isə, dövlət orqanın yerində publik hüquqi şəxs yaranıb). Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2910/2023 nömrəli Qərardadı tam qanunsuz,absurd və əsassızdır. Mövcud qanunvericiliyə əsasən qeyd edilən qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən qanunsuz qərardaddan heç bir hal da məhkəmə təcrübəsində tətbiq edilə bilməz. Bu həm də ona görə məhkəmə təcrübəsində tətbiq edilə bilməz ki, qeyd edilən qərardaddan əvvəl Bakı Apellyasiya Möhkəsəinin İnzibati Kollegiyasının həmin qərardadda qeyd edilən hüquqi mövqeyinə əks olan mövqe Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəməsinin qərardadında, həm də həmin qərardaddan sonra verilmiş xx.xx.2023-cü il tarixli 2-1 (103)-2910/2023 nömrəli Qərardadda qeyd edilmişdir. Onu da qeyd edirlər ki, eyni mahiyyətli iş üzrə Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-5683/2023 nömrəli qərardadı ilə, iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticənin hüquqi əsaslandırmasına baxdıqda müəyyən edilir ki, qeyd edilən hüquqi mövqe məhz ona əsaslanmışdır ki, sözügedən Fərmanla Xidmət yeni dövlət orqanı ilə əvəzlənməmiş, dövlət orqanının fəaliyyətinə xitam verilmiş, məhz bu səbəbdən də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilmiş, iddiaçı dövlət qulluqçusu olduğundan və hazırda dövlət orqanı ləğv edildiyindən, onun publik hüquqi şəxsdə analoji vəzifə tutması qanunvericiliklə nəzərdə tutulmamış, həmçinin Agentlik Xidmətin hüquqi varisi olmadığından o qeyd edilən məhkəmə prosesində iştirak edə bilməz. (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanunsuz və əsassız xx.xx.2023-cü il tarixli 2-1(103)-2910/2023 nömrəli Qərardadı ilə ləğv edilmiş Bakı İnzibati Məhkəməsinin qərardadında isə, birinci məhkəmə səhv nəticəyə gələrək ancaq mübahisənin inzibati məhkəmələrin aidiyyətinə deyil, rayon məhkəmələrinin icraatında olması ilə və yuxarıda qeyd edildiyi kimi, Xidmətin və Agentiyin rəhbər şəxsin eyni adam olması ilə əsaslandırmışdır). Onu da qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası özünün xx.xx.2020-ci il tarixli 2-1(102)-231/2020-ci il tarixli Qətnaməsindən “Publik hüquqi şəxslər haqqında “ Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə də istinad etməklə onu qeyd ertmişdir ki,” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin əsasında yeni dövlət orqanı ilə əvəz edilməmiş, dövlət orqanı olaraq fəaliyyətinə xitam verilmişdir”. Məhkəmə öz qətnaməsində “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xitam verilməsi barədə imperativ olan normasına istinad etməklə iddia tələbini rədd etmişdir. Beləliklə, həm “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə, həm də “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” AR Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanından da göründüyü kimi, iddiaçının dövlət orqanı olmayan, təşkilati-hüquqi forması publik hüquqi şəxs olan Agentlikdə dövlət qulluğuna bərpa edilə bilməz. Gələcəkdə hər-hansı bir səbəbə görə, hərhansı bir məhkəmə tərəfindən iddiaçının iddia tələbinin təmin edərək belə məzmunlu qərar qəbul edilsə belə, qeyd edilən qərar tam qanunsuz qərar olmaqla bərabər icrası mümkün olmayan qərar olacaq. Məhz bu səbəbdən Bakı İnzibati Məhkəməsinin hakimi Aysev Almazovanın xx.xx.2023-cü il tarixli e-2-1(112)-5683/2023 nömrəli qərardadından (tam qanuni və əsaslandırılmış qərardadından) iddiaçının vermiş olduğu apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1 (103)-2910/2023 nömrəli qərardad qəbul etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). İşin faktiki hallarından görünür ki, iddiaçı 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində dövlət qulluqçusu kimi işləmişdir. 2019-cu ildən həmin orqanda aparıcı məsləhətçi kimi işləmişdir. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin xx.xx.2022-ci il tarixli 97/k nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Əmək müqavilələrinin ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 97/k nömrəli əmrinin 1-ci bəndində göstərilmişdir: “1. Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən adları aşağıda qeyd olunan dövlət qulluqçularının dövlət qulluğuna “25” oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilsin: 1.21. Quba regional şöbəsinin aparıcı məsləhətçisi 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı...” İddiaçı hazırkı iddia tələbi ilə 3 hissədən ibarətdir:
1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsini,
2. iddiaçının onun hüquqi varisi kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bərpa edilməsini,
3. məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı müvafiq əmrin bötüvlükdə ləğv edilməsini tələb edir. Hansı ki, həmin əmrdə iddiaçının dövlət qulluğuna xiatm verilməsi ilə yanaşı, ona aid olmayan məsələlər, yəni digər dövlət qulluqçularının dövlət qulluğuna xitam verilməsi məsələləri də həll olunmuşdur. İ. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 ləğv edilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmasını qeyd etmişdir. Halbuki, Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə hüquqi varislik müəyyən edilməmiş və lıəğv edilmiş dövlət orqanın bazasında dövlət orqanının yaradılmasına dair hər hansı bənd qeyd edilməmişdir. Həmçinin bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində “Dəniz nəqliyyat sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman da imzalamışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi yanında X10, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X10 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat idarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-cı bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman 1462 və 1463 imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin Məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "xxxx" və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hər hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İİ. İddiaçının ləğv edilməsini tələb etdiyi inzibati akt, yəni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmri dövlət qulluqçularının dövlət qulluğuna dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilməsi ilə bağlıdır. İlk öncə qeyd edilməlidir ki, həmin Əmr yalnız İddiaçı münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluçularına münasibətdə də qəbul edilmişdir. Həmçinin, mübahisələndirilən əmrin ləğv edilməsi əmrdə qeyd edilən dövlət qulluqçularının, o cümlədən İddiaçı işlədiyi dövlət orqanına bərpa edilməsi, həmin dövlət orqanı ləğv edildiyindən və hazırda onun bazasında yeni dövlət orqanı yaradılmadığından, bu mümkün deyildir. Belə ki, həmin əmrin ləğvi ilə iddiaçı əvvəlki hüquqi vəziyyətə qayıdır. Belə olan halda isə iddiaçının qulluq keçdiyi dövlət orqanı olmadığından onun fəaliyyətinə xitam verən əmr ləğv olunsa, belə faktiki səbəblərdən qərarın icrası mümkünsüz olaraq qalacaqdır. İİİ. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər yalnız ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilə bilərlər. Hazırkı halda isə iddiaçının işlədiyi dövlət orqanı ləğv edilsə də, onun bazasında yeni dövlət orqanı deyil, publik hüquqi şəxs yaradılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X13 məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X16 adı göstərilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi mümkün sayıla bilməz. İddiaçı tələbində “bərpa” ifadəsindən istifadə etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin ifadə uğurlu deyil. Belə ki, “bərpa” dedikdə, şəxsin hüquqi vəziyyətinin əvvəlki qaydaya gətirilməsi nəzərdə tutulur ki, burada da qeyd edildiyi kimi dövlət orqanı, yəni əvvəlki iş yeri artıq mövcud olmadığından bu mümkün olmayacaqdır. Belə ki, iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ilə arasında işlə bağlı yaranmış mübahisə (işə götürülmə) Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləndiyindən, mülki hüquqi xarakterli mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İV. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir və iddiaçı bu iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə həmin vaxt məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2022-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6333/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə müddətin buraxılmasının səbəbləri üzürlü sayılmadığından, İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətəə məl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət dəedilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiəvasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində qeyd edilmişdir ki, əmrin qəbul edildiyi vaxt xəstəliyi ilə bağlı mülalicə olunduğu üçün ölkə xaricində olmuşdur. Lakin iddia ərizəsində əmrin müddət ötürülməklə mübahisələndirilməsinin üzürlü səbəbləri göstərilməmiş və ümumiyyətlə, bu məsələdən bəhs olunmamışdır. Odur ki, qanunla müəyyən olunmuş müddət ərzində həmin əmrin mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması iddiaçının məsuliyyət sferasına aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı əmrin mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl oluGöründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığından, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, mübahisələndirilən Əmr yalnız İddiaçı münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluçularına münasibətdə də qəbul edildiyindən, iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ilə arasında işə götürülmə bağlı yaranmış mübahisə mülki hüquqi xarakterli mübahisə olduğundan, həmçinin iddiaçı mübahisələndimə iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.
Hakim Elvin Əliyev