Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6333/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı ünvan 6-ə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X6-ə Bakı şəhər XDS İK (indiki Bakı şəhər İH) xx.xx.1956-cı il tarixli sərəncamı ilə hazırda qeydiyyatda olduğu mənzil verilmişdir. Mənzilə dair order mövcuddur. Atası 1983-cü ildə vəfat etmişdir. İddiaçı mərhumun tək övladı olmuşdur. Hazırda o, həmin mənzildə yaşayır və orada qeydiyyatdadır. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasında köməklik göstərilməsi üçün adiyyatı üzrə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-2F/2-V-04770/2023 nömrəli məktubla Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1956-cı il tarixli qərarında X6 barədə heç bir məlumatın olmadığı bildirildiyindən onun müraciəti öz müsbət həllini tapmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. ИЖ-277170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X3.
8. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 24 yanvar 1983-cü il tarixdə vəfat etmişdir.
9. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
10. ünvan 4rəli məktubundan görünür ki, İddiaçı X4 vərəsəsidir. ünvan 5 ünvanında yerləşən əmlak isə miras əmlakıdır.
11. Cavabdehin 25 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mənzilin X5 verilməsinə dair Bakı şəhər XDS İK-nin xx.xx.1956-cı l tarixli qərarın arxiv arayışı təqdim edildikdən sonra məsələyə müvafiq qaydada baxılacaqdır.
12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 23 fevral 2024cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı ŞİH) arxiv fondu üzrə xx.xx.1956-cı il tarixli sərəncamları Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda vətəndaş İddiaçı barədə heç bir məlumat yoxdur.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.
14. Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil 67 saylı MKİS-nin balansındadır. Həmin mənzilə order 21 №-li xx.xx.2007-ci il tarixdə verilmişdir. Ümumi sahəsi 42,6 kv.m olmaqla 2 otaqdan ibarətdir.X8 Nikolayevna 1970-ci ildən həmin evdə qeydiyyatdadır. Kommunal xərclər onun tərəfindən ödənilir.
15. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş xx.xx.1956-cı il tarixli, 4396 №-li orderdən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X5 verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir
17. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı ŞİH) arxiv fondu üzrə xx.xx.1956-cı il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən əmlak mərhum X5 ayrılmış, bununla bağlı onun adına order tərtib olunmuşdur. İddiaçı mərhum atasına ayrılan mənzildə faktiki yaşamış, 1970-ci ildən həmin mənzildə qeydiyyatda olmuşdur. Atasının vəfatından sonra iddiaçı həmin mənzildə yaşamağı davam etmiş, faktiki olaraq mənzilin icarədarı funskiyasını yerinə yetirir və mənzilin kommunal xidmətlərini ödəyir. İddiaçı mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1956-cı il tarixli qərarında X6 barədə heç bir məlumatın olmadığı səbəbi ilə imtina edilmişdir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1956-cı il tarixli qərarında X6 barədə heç bir məlumatın olmadığını əsas gətirsə də, həmin qərar əsasında mənzilin adıçəkilən şəxsə ayrılmasını təsdiq edən orderin qüvvədə olduğunu nəzərə almamışdır. Belə ki, mənzilin balanssaxlayıcısı tərəfindən də təqdim olunmuş məlumatlardan göründüyü kimi mənzil hal-hazırda 67 MKİS balansındadır və mənzilin X5 ayrılmasını təsdiq edən order də mövcuddur.
24. Məhkəmə hesab edir ki, həmin order mövcud olduğundan, həmçinin mərhum X4 vəfatından sonra iddiaçı yenə icarədar kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyindən, həmçinin mərhum X4 ailə üzvü olduğundan, hazırda mənzilin keçmiş icarədarının ailə üzvü olan iddiaçı ilə kirayə müqaviləsi bağlanmalıdır.
25. Beləliklə işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mərhum atasına mübahisəli mənzil 2009-cu ildən əvvəlki dövrdə ayrıldığından və iddiaçı da mübahisəli mənzildə faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdən yaşadığından mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir.
26. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982- ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü madəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəziflərinə onlar da malik olurlar.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
27. Məhkəmə hesab edir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki yaşadığından, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 6 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi kirayə müaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva