Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6336/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs Cavabdeh6 MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Cavabdeh5nə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Cavabdeh6) qarşı “icazənin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz olduğu üçün Azərbaycan Respublikası Cavabdeh5 xx.xx.2018-ci il tarixli aktını, Bakı şəhər İcra Hakimiyyətinin 109 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamını, Cavabdeh6 MMC ilə bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, 1588 nömrəli müqaviləni, yaşayış binasının tikintisinə Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin, yaşayış binasının tikintisinə verilmiş Tİ- 64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazənin ləğv edilməsi və qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar vurulmuş ziyana görə birgə cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və həmin komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Cavabdeh5n və Cavabdeh6 MMC –nin üzərinə müştərək qaydada kompensasiya olaraq iddiaçıların hər birinə ünvan 1 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzillə təmin etmək və ya ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən qanunsuz inşa edilmiş hündürmərtəbəli binanın sökülərək yerində ətraf sakinlərin günəş şüasının qarşısını kəsən, çoxsaylı sakinləri ilə şəhərdə sıxlıq yaranmasına səbəb olan göydələn yox, biz birgə iddiaçıların sayı nəzərə alınmaqla Cavabdeh1 Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin, yaşayış binasının tikintisinə verilmiş Tİ-64\21 nömrəli, xx.xx.2021-ci il tarixli icazədə dəyişiklik edərək daha da yığcam, Bakı şəhərinə gözəllik gətirən yeni üslubda yaşayış binası inşa etməklə iddiaçıların orada yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, birgə iddiiaçılar 80-cı illərdən “Azərsənayetikinti” Nazirliyinin tikinti idarəsində fəhlə işləyərək, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdırlar. Sonradan məlum səbəblərdən yataqxanada qaçqın və məcburi köçkünlər də yaşamalı olmuşdurlar. Birgə iddiaçılar qeyd edir ki, “Azərsənayetikinti” Nazirliyinin göndərişi əsasında ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdırlar. Həmin mübahisəli ünvanda daimi yaşamalarına dair hüquqi əsas həmin göndərişlər olmuşdur. İddiaçı1 xx.xx.1985-ci il tarixli 47/25 nömrəli göndəriş əsasında mübahisəli yaşayış sahəsində yaşamaq hüququ əldə etmişdir. Həmin göndəriş məhkəməyə təqdim olunmuşdur. İddiaçı1 əvvəllər Peşə məktəbinin yataqxanasında müvəqqəti yaşamış və oradan təyinatla işləmək üçün “Azərsənayetikinti” Nazirliyinin 85 saylı Tikinti İdarəsinə göndərilmişdir. Bu barədə arayış məhkəməyə təqdim edilmişdir. O cümlədən də bildirmişdir ki, hərbi xidmətdən sonra da 1988-ci ilin mart ayında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında mübahisəli yaşayış sahəsinə daimi qeydiyyata alınmaqla yaşamaqda davam etmiş, tikinti idarəsində işləmişdir. Hətta gənc mütəxəssis kimi ev növbəsinə götürülmüşdür. Digər İddiaçı4 əlavə olaraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsində yaşamaları ilə əlaqədar kommunal xərclər onların əmək haqqından tutulurdu. İddiaçı4 işlədiyi idarə özəlləşdikdən sonra kommunal xərcləri öz vəsaiti hesabına ödəməyə başlamışdır. Bu barədə xx.xx.2013-cü il tarixli mədaxil qəbzi məhkəməyə təqdim olunmuşdur. İddiaçıların ailə üzvləri də qeyd olunan ünvanda yaşayırlar. Oglum Elnurun orada yaşaması barədə MKİS-nin arayışın torpaq alan şəxsin təklifində göstərilənalmmanın təsirinə məruz qala biləcək şəxslərin sayı alınma ilə bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyi və torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əsasında verilir və torpağın alınması barədə sərəncam qəbul edildiyi tarixdən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin qiymətləndirilməsi və alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiyanm ümumi məbləği layihə dəyərinə daxil edilməlidir. Torpaq itkisi üçün təminatlar, ev və tikili itkisi, köçürülmə xərcləri kompensasiya məbləğinə daxil olur. O cümlədən də kompensasiya və köçürülmə xərcləri tam olaraq təsirə məruz qalan şəxslərə torpaq ərazisinin boşaldılması, tikililərin sökülməsi və yer səthinin səviyyəsi işlərindən əvvəl ödənilməlidir. Torpaq və ev sahibləri ilə bu qiymətləndirmənin nəticələri ilə razılaşma əldə edilmədikdə alan təşkilat torpaq sahəsini almaq üçün məhkəməyə müraciət edə bilər. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla, yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra mümkün olardı. Hansı ki, qiymətləndirmə ilə bağlı xəbərdar edilməmişik və ümumiyyəllə tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxs olaraq biz yataqxana sakinlərinə məlumat verilmədən və bizi dinləmədənqiymətləndirmə ilə bağlı xəbərdar edilməmiş və yeganə yaşayış sahəmiz olan yataqxana binası sökülüb-dağıdılmış, yerində yeni 9 mərtəbəli yaşayış binası inşa edilməyə başlanılmışdır. ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin dairəsi "xxxx" MMC-ə, o cümlədən də nəzarət orqanlarına aşkar bəlli olduğu halda (və ya bunu bilməli olduqları halda) icarəyə torpaq alan şəxs "xxxx" MMC kompensasiya ödəmədən, köçürmə işlərini icra etmədən uzun illər ərzində iddiaıların yaşadıqları evi söküb-dagıtmışdır. Eyni zamanda cavabdeh orqanın səlahiyyətli şəxsləri tərəfındən “Ümid - VQM" MMC-ə lazımi göstərişlər verilməmiş, qəsdən hərəkətsizlik göstərilərək köçürmə işlərini icra etmədən, sakinlərə kompensasiya ödəmədən uzun illər ərzində yaşadığları evi söküb - dağıtmağa, torpağın planlanma-yer səthinin səviyyəsi işlərinin, bundan sonra da hündürmərtəbəli binanın tikinti işlərinin aparılmasına şərait yaratmışdır. İddiaçılar qeyd edir ki, işin hallarından da göründüyü kimi istər “Ümid - VQM" MMC, istərsə də nəzarət orqanları tərəfindən sözügedən akt, sərəncam, icazə və qanunlardan irəli gələn öhdəliklər yerinə yetirilməmiş, mübahisəli ərazidə hündürmərtəbəli binanın tikinti işlərinə başlamazdan əvvəl orada yaşayan sakinlərin köçürülməsi təmin edilməmiş, özbaşınalıqlara, vəzifədən sui- istifadə hallarına, səhlənkarlığa, süründürməçiliyə yol verilməklə binanın dam örtüyünün inşası başa çatdırılmış və qalan tikinti- təmir işləri aparılmaqdadır. Sözü gedən məsələ ilə bağlı “Ümid - VQM" MMC-nin, cavabdeh orqanların vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyi, Konstitusiyanın, Qanunların, Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının tövsiyələrinin, fərman və sərəncamlarından irəli gələn tələblərin əleyhinədir, insanlıq əleyhinə yönəlmiş əməllərdir. Belə əməllərin nəticəsində iddiaçılar yaşadığları mənzil sahəsindən məhrum edilmişdir. Birgə iddiaçılar hesab edirlər ki, cavabdehlərin qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar vurulmuş ziyana görə kompensasiya yaşayış sahəsi şəkilində ödənilməlidir. İddiaçılar yataqxana binasında bir otaqlı mənzilə malik olduqlarını, həmin mənzillərin orta təmirli, yaşayış üçün yararlı vəziyyətdə olduğunu və orada yaşadıqlarını bildirmişdir. İddiaçılar əlavə olaraq boş otaqlardan da istifadə edirlər. Hazırda ünvan 1 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzilin bazar qiyməti minimum 50 000 manat təşkil edir. İddiaçılar birgə cavabdehlər tərəfindən həmin ərazidə 50 000 manat dəyərində yaşayış sahəsi ilə təmin edilmələrini tələb etmişdirlər.
3. Məhkəmə hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Cavabdeh5nə “icazənin ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Azərbaycan Respublikası “Dərnəgül Sənayetikinti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 “Azərsənayetikinti” X3 ordenli 4№li trestin 44№li tikinti idarəsində xx.xx.1985-ci ildən (əmr №47 k, 18.07.85-ci il), 3-cü dərəcəli dülgər işinə qəbul edilmişdir. xx.xx.1986-cı ildə 4-cü dərəcə verilmişdir.əmr № 83k/c, xx.xx.1986).
5. “Azərsənayetikinti” İstehsalat Birliyinin Mənzil Kommunal Kontorunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən bəzi fəhlələrin yataqxanada yerləşdirilməsi qərara alınmışdır.
6. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 109 nömrəli sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən 0,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əasında Cavabdeh6 MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh6 MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Tİ-64/21 nömrəli, xx.xx.2021-ci il tarixli icazə sənədi ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi yataqxana ev 23 ünvanında Cavabdeh6nə zirzəmi (-1), 9 mərtəbəli, 2 girişli yaşayış binasının tikintisinə icazə verilmişdir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 4883146№li arayışdan görünür ki, İddiaçı3 Allahveri oğlu (xx.xx.1964-cü il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən İddiaçı2 (xx.xx.1960-ci il təvəllüdlü) ünvan 5 ünvanında qeydiyyatdadır.
10. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən İddiaçı5 (xx.xx.1964-cü il təvəllüdlü) ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
11. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, İddiaçı1 (xx.xx.1967-ci il təvəllüdlü) ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
12. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, İddiaçı4 (xx.xx.1963-ci il təvəllüdlü) ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
13. 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2013-cü il tarixli, 834382 seriya nömrəli mədaxil qəbzindən görünür ki, Haşımov X1 rayonu, S.Bəhlulzadə küçəsi, ev 23, mənzil 62 ünvanında yerləşən mənzil sahəsinə dair kommunal xərcləri ödəməkdədir.
14. 78 saylı MKİS tərəfindən təqdim olunumuş xx.xx.2013-cü il tarixli, 2069 nömrəli arayışdan görünür ki, X2) ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
15. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında məhkəmə iddiaçılara hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Belə ki, iddia tələbi aydın ifadə edilməyib və ayrı-ayrı iddia predmetləri üzrə birgə cavabdeh qismində bir neçə cavabdeh çıxış edir.
16. Birgə iddiaçılar ərizə ilə müraciət edərək iddia tələblərinin dəqiqləşdirilməsi ilə bağlı təkilflərin verilməsini məhkəmədən xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəmə birgə iddiaçılara bildirmişdir ki, iddia tələbi aydın olmayan tələblərdir və cavabdeh bir neçə inzibati orqan ola bilməz. Lakin iddianın mahiyyətindən görünür ki, Azərbaycan Respublikası FHN, Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh1 və həmin Komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və "xxxx" ”MMC “ hər birinin öz növbəsində qanunsuz qərarları, hərəkətləri və hərəkətsizliyi nəticəsində yaşayış sahəsindən məhrum ediliblər. Yəni hesab ediblər ki, inzibati qərarlar qəbul edən, həmçinin tikintiyə nəzarət edən inzibati orqanlar öz hərəkətsizliyi ilə, icraçı təşkilatlar isə qanunsuz hərəkətləri ilə prosessual həmiştirakçılar kimi birgə cavabdehlik daşıyırlar. Əgər məhkəmə hesab edirsə ki, qaldıran iddiada formal xətalara yol verilmişdir, yuxarıda adları qeyd olunmuş inzibati orqanlar birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər və ya iddia tələbləri aydın olmayan tələblərdir, bu zaman məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnız iddia növlərinin münasibləri ilə əvəz olunmasında biz birgə iddiaçılara öz təklifi ilə yardım etməsi zərurəti yaranır.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən yataqxana binasında orderi olan sakinlərə ünvan 8 ünvanında yerləşən yataqxana binasındakı mənzillərin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m. görə 460 manat məbləğində kompensasiyanın Binəqəri RİH-dən tutularaq ödənməsi qərara alınmışdır.
18. Məhkəmənin növbəti iclasında iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar (onların vəkili) iştirak etmirlər.
II. İddianın mümkünlüyü
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
20. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
22. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
23. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.
24. Bununla bağlı iddiaçılara hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir).
25. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
26. Məhkəmənin yardım etmək vəzifəsi irəli sürülmüş tələbdə iddiaçının çatmaq istədiyi məqsəd aydın olduqda təmin edilə bilər. Hazırkı işdə tələblər qeyri-müəyyəndir. Belə ki, iddiaçılar hüquqi maralarının nədə ifadə olunduğunu dəqiqləşdirməmişdirlər (sərəncamın, istisamara icazənin ləğvi və ya kompensasiyanın ödənilməsi kimi).
27. Məhkəmə hesab edir ki, iddiaçılar mənzil hüquqlarının mövcudluğunu və pozulduğunu əsaslandırdıqları halda, hüquqlarını pozan (pozduğunu ehtimal etdikləri) konkret müəyyən inzibati orqana qarşı kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilərlər.
28. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçılara münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva