Məhkəmə qərarları › İş №2-1(112)-6338/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6338/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6338/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2 noyabr 2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana (nümayəndəsi vasitəsilə) müraciət etmişdir. Cavabdeh inzibati orqan 17 noyabr 2021-ci il tarixli məktubla 1981 – 1986-cı illərdə aldığı təhsilin əyani olub-olmaması barəd sənəd təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. İddiaçı 1981 – 1986-cı illərdə aldığı təhsilin əyanı olması barədə arayışın əsli və digər tələb olunan sənədlərlə birlikdə 2 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 10 dekabr 2021-ci il tarixli məktubla ona pensiya təyin etməkdən imtina etmiş və imtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az (6 il 11 ay) olması göstərilmişdir. İşlədiyi yerdən ona verilən 26 oktyabr 2021-ci il tarixli arayışda peşələrin kodu dəqiq və aydın göstərilmədiyindən, müraciət edib yenidən 5 yanvar 2022-ci il tarixli arayış almış, həmin arayış və digər tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 31 yanvar 2022-ci il tarixli məktubla (həmin məktubu 11 fevral 2022-ci il tarixdə “Azərpoçt” vasitsilə almışdır) ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş satjımın 10 ildən az (6 il, 11 ay) ohnası göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Hesab olunur ki, iddia təmin olunmalıdır. Belə ki, iddiaçıya 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 10 il xüsusi, 20 il ümumi stajı 1 yanvar 2006-cı il tarixədək qazanmışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilim həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüquqlarının 52 yaşda yaranması müəyyən edilmişdir. Göründüyü kimi, onun (iddiaçının) 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olarsa, ona 52 yaşdan pensiya təyin edilməlidir. Onun Qanunun qüvvəyə mindiyi günədək tələb olunan həmin sığorta stajına gəldikdə siə, qeyd olunur ki, iddiaçı 5 noyabr 1965-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuşdur. 1981-ci il tarixdə M.Əzizbəyov adma X12 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1986-cı ildə “neft mexanika” fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə tam əyani kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il tarixli qərarı ilə ona mühəndis mexanik ixtisası verilərək adına HB seriyalı 009566 nömrəli diplom verilmişdir. Ona məxsus ИТ-İ ******* nömrəli 18 avqust 1986-cı il tarixli əmək kitabçasının və 5 yanvar 2022-ci il tarixli arayışın məlumatlarına əsasən iddiaçı 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X11 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunmuşdur, 22 sentyabr 1986-cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988-ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X15 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik, 5 iyul 2006-cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. 30 may 2008-ci il tarixli 26-k saylı əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 20 fevral 2008-ci il tarixdən hal-hazıradək SOCAR-ın müxtəlif idarələrində müxtəlif peşələrdə işləyir. Yuxarıda göstərilən peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər, 22 sentyabr 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il, 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahı»nm “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci Qazma 1100000a a) fəhlələr şirf 1100000a – 18497 buruqlara xidmət üzrə çilingərlər, 1100000b b) Rəhbərlər və mütəxəssislər şırf 1100000b – 23485 quyularm qazılması üzrə istehsalat proseslərində quyularm əsash təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod 1100000b – 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 24 il, 04 ay, 20 gün təşkil edir. Həmin 24 il, 4 ay, 20 gün stajın 19 il, 04, 20 günü 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli iş stajına aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni 5 noyabr 2017-cı il tarixdən əmək pensiyası təyin edilməlidir. O, tələb olunan sığorta stajını qanunun qüvvəyə mindiyi günədək qazandığıma görə, mövcud iş üzrə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş tələblərinə uyğun baxılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, İPM-in 2. 4, 33, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya 52 yaşdan, yəni hüququ yarandığı 5 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh tərəfindən ilkin müraciətin alındığı 5 noyabr 2021-ci il tarixdən 3 əvvəlki dövrə, yəni 5 noyabr 2018-ci il tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 17 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiasına etiraz olunur. O, iddia ərizəsində 20 il ümumi sosial sığorta stajının və 10 il güzəştli sosial sığorta stajının olduğunu iddia edir və ona 52 yaşdan, 5 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı İddia tələbi təmin edilməməlidir. Belə ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 yanvar 2022-ci il tarixli **********2 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəl siyahısı»nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (10) Qazma yarımbölməsində (10.1) b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-qeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur; 2) Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli SOCAR**********0020123X00114 nömrəli arayışında 12 avqust 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək olan dövr ərzində adıçəkilən müəssisənin X11 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, 1 may 2003-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr ərzində isə baş mexanik xidmətində işlədiyi qeyd edilmişdir; 3) sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən - geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyqun deyil; 4) 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az – 6 il 11 ay (1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü İl tarixədək olan dövr) təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260 - İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşları pensiya təminatı haqında» Qanunun 13-cü maddəsinin “a" bəndinə əsasən 20 il ümumi olan və bu staja azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı» üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 1,0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinln, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahıs»nrn Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlı 10-cu bölməsinin Qazma yarımbölməsində aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur: b) Rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geologları, texnikləri, ustalar vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilən SOCAR-ın Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021-ci il tarixli SOCAR**********0020123X00114 nömrəli arayışında İddiaçı X5 və Topoqrafiya İdarəsinin kəşfiyyat partiyasında 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X15 Qurğusunda mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışdığı qeyd edilmişdir. İşin mübahisələndirilən halı ilə bağlı qeyd edilməlidir ki, İddiaçı 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixədək olan dövr ərzində çilingər, mexanik, böyük mexanik, mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışmışdır. İddiaçının adına verilmiş SOCAR-ın arayışında, həmçinin əmək kitabçasında da onun işlədiyi vəzifələr öz təsdiqini tapmışdır. Lakin qeyd edilməlidir ki, sözügedən vəzifələr quyularda geofiziki təhqiqatlar aparan mədən-geofiziki partiyaların quyularda geofiziki tədqiqatlar aparan mədən-qeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyqun deyil. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 10 il güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 47-ci maddəsinin tələblərinə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üzrə İPM-in 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, hazırkı iddia “məcburetmə haqqında” iddia növünə aiddir və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 5 noyabr 1965-ci il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət döngəsi, ev ö/t 40-dır. İş materiallarında olan HB seriyalı 009566 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1981 – 1986-cı illərdə M.Əzizbəyov adına X13 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış və 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun 1 dekabr 2021-ci il tarixli 08-194 saylı arayışında qeyd olunur ki, M.Əzizbəyov adına X12 ordenli Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərinə əsasən İddiaçı 1981-ci ildə neft mexanika fakültəsinin “neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin 1-ci kursuna qəbul olunmuşdur (əmr 012/845, 26 avqust 1981-ci il). İddiaçı 1986-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (əmr 02/876, 26 iyul 1986-cı il). HB seriyalı 009566 nömrəli diplom verilmişdir. İş materiallarında olan ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 26 oktyabr 2021ci il tarixli SOCAR**********20123X00114 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı həqiqətən X5 və Topoqrafiya İdarəsinin (indiki X6 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən X11 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında çilingər, mexanik, Cümşüd İbrahimov gəmisində böyük mexanik, X15 Qurğusunda mühəndis, baş mexanik, rəis müavini, mexanik vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: 12 avqust 1986-cı il tarixli 115-k saylı əmrə əsasən X11 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər vəzifəsinə işə qəbul olunub. 22 sentyabr 1986-cı il tarixli 144-k saylı əmrə əsasən həmin partiyaya mexanik, 8 fevral 1988-ci il tarixli 17-k saylı əmrə əsasən “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixli 54-k saylı əmrə əsasən Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixli 45-k saylı əmrə əsasən Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixli 40-k saylı əmrə əsasən X15 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixli 114-k saylı əmrə əsasən həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixli 9-k saylı əmrə əsasən Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik, 5 iyul 2006-cı il tarixli 38-k saylı əmrə əsasən həmin xidmətdə rəis müavini, 5 fevral 2007ci il tarixli 5-k saylı əmrə əsasən həmin xidmətdə 13-cü dərəcəli mexanik vəzifəsinə keçirilib. İşdən azad olma: 30 may 2008-ci il tarixli 26-k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İddiaçı iş stajı 12 avqust 1986-cı il tarixdən 30 may 2008-ci il tarixinə qədər 21 il 9 ay 18 gündür. İddiaçı çalışdığı çilingər, mexanik, böyük mexanik, mühəndis, rəis müvini peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı»nda (********) “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” ******* (a) yarımbəndində 18547 texnoloji qurğuların təmiri üzrə çilingərlər bəndində, ******* (b) yarımbəndində 23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər bəndində, 24094 buruq qurğularının rəisləri və onların müavinləri bəndində, 17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları bəndində göstərilmişdir. SSRİ Neftqazsənayesi Nazirliyinin 29 aprel 1988-ci il tarixli 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" İstehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi № 148 11 may 1988). X3 X8 (əmr № 229 12 sentyabr 1989-cu il) əsasında X11 Kəşfiyyat İdarəsi təşkil edilmişdir. (əmr № 179 xx.xx.1989-cu il). “Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri 31 mart 2003-cü il). “X1” və “X11 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “X5 və Topoqrafiya İdarəsi” (KGKTİ) yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 dekabr 2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya İdarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012-ci il tarixli 104 nömrəli əmrinə əsasən X5 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X6 Ekspedisiyası yaradılmışdır. Geofizika və Geologiya İdarəsinin (GGİ) tabeliyində olan X6 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 27 dekabr 2013-cü il tarixli 13-1000-01-SM-05-000033 saylı əmri ilə X6 İstehsalat Bölümü adlandırılmışdır. İş materiallarında olan ARDNŞ (SOCAR) Geofizika və Geologiya İdarəsinin 5 yanvar 2022-ci il tarixli SOCAR**********20123X00001 nömrəli arxiv arayışında 26 oktyabr 2021-ci il tarixli arayışda göstərilənlərə əlavə olaraq qeyd edilir ki, İddiaçı çalışdığı peşələr, yəni 12 avqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək işlədiyi (1 ay 10 gün) çilingər, 22 sentyabr 1986-cı il tarixdən 1 iyun 1996-cı il tarixədək işlədiyi (9 il, 8 ay, 10 gün) mexanik, 1 iyun 1996-cı il tarixdən 1 may 2003-cü il tarixədək işlədiyi (6 il, 11 ay) mühəndis və 1 may 2003-cü il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək işlədiyi (2 il, 8 ay) mexanik peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1. Qazma ******* (a) fəhlələr ******* (a) 18497 buruqlara xidmət üzrə çilingərlər, ******* (b) Rəhbərlər və mütəxəssislər ******* (b)23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər və kod ******* (b) 22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 5 noyabr 1965-ci il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən artıq ümumi iş stajına malikdir. O, həmin tarixədək müxtəlif vəzifələrdə işləmiş, o cümlədən 12 abqust 1986-cı il tarixdən 22 sentyabr 1986-cı il tarixədək ARDNŞ X11 Kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasına çilingər, 22 sentyabr 1986-cı il tarixdən 8 fevral 1988-ci il tarixədək həmin kəşfiyyat partiyasında mexanik vəzifəsində işləmiş, 8 fevral 1988-ci il tarixdən 1 mart 1990-cı il tarixədək “Bakerit” tədqiqat gəmisində texnoloji avadanlıqlarının istismarı üzrə mexanik, 1 mart 1990-cı il tarixdən 14 iyun 1996-cı il tarixədək Cümşüd İbrahimov gəmisində texnoloji avadanlıqlarının təmiri və xidməti üzrə böyük mexanik, 14 iyun 1996-cı il tarixdən 13 may 1998-ci il tarixədək Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 13 may 1998-ci il tarixdən 1 noyabr 1999-cu il tarixədək X15 Qurğusunun Qazma avadanlıqlarının təmiri və xidməti üzrə 11-ci dərəcəli mühəndis, 1 noyabr 1999-cu il tarixdən 1 may 2003-cü il tarixədək həmin sahədə 13-cü dərəcəli mühəndis, 1 may 2003-cü il tarixdən 5 iyul 2006-cı il tarixədək Baş mexanik xidmətinə 13-cü dərəcəli mexanik vəzifələrində çalışmışdır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun işlədiyi kəşfiyyat partiyasında çilingər, mexanik, texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik, baş mexanik xidmətində mexanik vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına daxil olmadığı əsas gətirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (1b rəhbərlər və mütəxəssislər) bəndində (1100000b – 17541 kodu ilə “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”, 1100000b – 22247 kodu ilə “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)”, 1100000b – 23196 kodu ilə “buruqların ustaları və onların köməkçiləri”, 1100000b – 23362 kodu ilə “avadanlığın təmiri üzrə ustalar”, 1100000b – 23386 kodu ilə “quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar”, 1100000b – 23485 kodu ilə “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər”, 1100000b – 23886 kodu ilə “dərin qazma (strukturaxtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, 1100000b – 24094 kodu ilə “buruq qurğularının rəisləri və onların müavinləri”, 1100000b – 24125 kodu ilə “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri”, 1100000b – 24125 kodu ilə “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri”, 1100000b – 24444 kodu ilə “qüllə quraşdırma işlərinin iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmənin qənaəti belədir ki, iddiaçı X9 işlədiyi “çilingər”, “mexanik”, “texnoloji avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik”, “baş mexanik xidmətində mexanik” vəzifələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (1b) bəndində əks olunmuş rəhbərlər və mütəxəssislərə aid oluna bilməz. Çünki, həmin bənddə iddiaçının işlədiyi vəzifələr deyil, “mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”, “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər”, “buruqların ustaları və onların köməkçiləri”, “avadanlığın təmiri üzrə ustalar”, “quyuların qazılmasında (əsaslı təmirində) mürəkkəb işlər üzrə ustalar”, “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər”, “dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, “buruq qurğularının rəisləri və onların müavinləri”, “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri”, “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” və “qüllə quraşdırma işlərinin iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq ümumi stajı toplansa da, o, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı toplamamaşdır. Belə olan halda, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş 3 illik müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki cavabdeh DSMF Xüsusi Şərtlərlə Təynat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar