Məhkəmə qərarları › İş №2-1(112)-6340/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6340/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6340/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi X9 Cəfərova qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan X10 tərəfindən ona ayrılmış 0.06 ha torpaq sahəsinə mərkəzçəkmə planının tərtib olunması, çöl ölçmə işlərinin aparılması və çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X3 26.12.1991-ci il tarixli 145 saylı əmrinə və Abşeron rayon X10 həmkarlar ittifaqı komitəsinin və əmək kollektiktivi şurasının 26.12.1991-ci il tarixli 58 nömrəli protokoluna əsasən X10 tərəfindən Sovxoz ərazisində yerləşən torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi onun adına ayrılmışdır.Həmin torpaq sahəsində o özünə fərdi yaşayış evini tikmişdir. Ona ayrılmış torpaq sahəsinə çıxarış almaq üçün əvvəlcə arxiv arayışını almaq məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə müraciət etmiş, Abşeron rayon Dövlət Arxiv İdarəsinin 23.09.2020-ci il tarixli F-635 saylı məktubu ilə onun X10 tərəfindən fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması təsdiqini tapmışdır. O çıxarış almaq məqsədi ilə sənədlərini Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə təqdim etmiş, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 27.01.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, güya sözü gedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyindən istifadəsində olan torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. O sənədlərini 2-ci dəfə 07.04.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə təqdim etmişdir. Həmin məktubda da heç bir əsas olmadan torpağın qeydiyyata alınmasından imtina olunmuşdur. X7 cavab məktubunda qeyd olunmuşdur ki, ayrılan torpaq sahəsinə hər hansı bir ayrıca aktı və cizgi Dövlət Arxivinə təhvil verilməmişdir.O sənədlərini DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinə ərizə ilə təqdim edərkən Arxiv İdarəsinin akt və cizgi ilə əlaqədar qeyd etdiklərini göstərmiş, lakin heç bir nəticəsi olmamışdır. Buna baxmayaraq qeyd olunan torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması və mərkəzçəkmə planının tərtib olunması Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətlərinə aid etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, 26.12.1991-ci il tarixli, 145 nömrəli sovxoz əmrinin arxiv arayışı və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin, təqdim edilən sənədlərdə ad və ata adında uyğunsuzluq mövcüddur. Bununla bağlı İdarə tərəfindən iddiaçıya **********39 qeydiyyat nömrəli 22.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş iş materiallarında olan sənədlər: - İddiaçı etibarnamə əsasında nümayəndəsi olan X6 ünvanlanmış imtina məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X10nda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı müraciətə, həmin torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyindən imtina edilmişdir. - Abşeron rayon X3 26.12.1991-ci il tarixli 145 saylı əmrindən çıxarışın surətindən görünür ki, Abşeron rayon X10 həmkarlar ittifaqı komitəsinin və əmək kollektiktivi şurasının 26.12.1991-ci il tarixli 58 nömrəli protokoluna əsasən X10 tərəfindən Sovxoz ərazisində yerləşən torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi İddiaçı adına ayrılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən vətəndaş X6 ünvanlanmış arxiv çıxarışından görünür ki, Abşeron rayon X3 Həmkarlar İttifaqı X5 birgə yığıncağının 23 noyabr 1991-ci il tarixli 58 nömrəli protokolundan görünür ki, sovxozda işləyən fəhlələrin mənzil sahəsi darısqal olduğu nəzərə alınaraq və onların bəzilərinin evi olmadığı üçün Abşeron rayon X12 İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarına əsasən fərdi ev tikmək məqsədilə X1 0,06 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron Rayon Dövlət Arxivi tərəfindən vətəndaş X6 ünvanlanmış 04.02.2021-ci il tarixli F-108 nömrəli məktubdan görünür ki, Abşeron rayon X10 direktorunun 23 noyabr 1991-ci il tarixli 58 saylı protokolu ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Həmin əmrə aid ayrıc aktı, cizgi və s. bu kimi sənədlər Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. İnzibati iş üzrə araşdırma zamanı məhkəmənin sorğuları əsasında daxil olmuş məktublar: - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 27.05.2021-ci il tarixli H-124 nömrəli məktubu ilə məhkəməyə daxil olmuş Abşeron rayon X3 Həmkarlar İttifaqı Komitəsinin X5 birgə yığıncağının 68 saylı protokolu ilə verilmiş 26 dekabr 1991-ci il tarixli, 145 nömrəli əmrinin təsdiq olunmuş arxiv çıxarışından görünür ki, X1 0.08 hektar torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən göndərilmiş H 305 nömrəli, 13.10.2021-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş X3 Həmkarlar ittifaqı komitəsinin X5 26 dekabr 1991-ci il tarixli, 68 nömrəli protokolundan görünür ki, Abşeron rayon X12 İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarına əsasən fərdi ev tikmək məqsədilə X1 0,08 hektar torpaq sahəsi ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.11.2021-ci il tarixli **********51 nömrəli ünvana texniki baxışın keçirilməsi və əmlak haqqında məlumat verilməsi barədə məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X10 ərazisində yerləşən 3 torpaq sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi təqdim edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Abşeron rayon X3 26.12.1991-ci il tarixli 145 saylı əmrinə və Abşeron rayon X10 həmkarlar ittifaqı komitəsinin və əmək kollektiktivi şurasının 23.11.1991-ci il tarixli 58 nömrəli protokoluna istinad edərək X10 tərəfindən Sovxoz ərazisində yerləşən torpaq sahəsindən fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi ayrıldığını bildirərək, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi tələbi üzrə inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan sözügedən torpaq sahəsi ilə bağlı yerləşmə cizgisinin təqdim edilmədiyinə istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh həmçinin, 26.12.1991-ci il tarixli, 145 nömrəli sovxoz əmrinin arxiv arayışının təqdim edilmədiyinə və təqdim edilən sənədlərdə ad və ata adında uyğunsuzluq olduğuna istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Belə ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanları və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. İşin məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X10 tərəfindən fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrıldığı iddia edilən torpaq sahəsinə dair 26.12.1991-ci il tarixli, 145 nömrəli sovxoz əmrinin arxiv arayışı müvafiq sorğular verilməsinə baxmayaraq aşkar edilməmişdir. Sözegedən torpaq sahəsinin yerləşmə cizgisi aşkar edilməmiş. Həmçinin Məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Abşeron rayon X3 Həmkarlar İttifaqı Komitəsinin X5 birgə yığıncağının 68 saylı protokolu ilə verilmiş 26 dekabr 1991-ci il tarixli, 145 nömrəli əmrinin təsdiq olunmuş arxiv çıxarışında və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən göndərilmiş X3 Həmkarlar ittifaqı komitəsinin X5 26 dekabr 1991-ci il tarixli, 68 nömrəli protokolunda qeyd olunan ad və ata adı (X2 ) iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə qeyd edilən adı (Nənəbəgim) və ata adı (Mirə) ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə digər bir uyğunsuzluq ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi arxiv çıxarışlarının surətlərində torpaq sahəsinin ölçüsü kimi 0,06 ha qeyd edilmiş, lakin məhkəmə araşdırması zamanı isə təqdim edilən sənədlərdə ayrılmış torpaq sahəsinin ölçüsü 0,08 ha olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Beləliklə sözügedən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd) iş materiallarında mövcud deyildir və eyni zamanda hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmişdir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə, QƏRARA ALDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar