Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6342/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndələri X6 oglunun və X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3-cü şəxs qismində göstərilməklə “icarə müqaviləsinin baglanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3-cü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonunun Çar kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakların yerləşdiyi 2.0 ha və “Magara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatının üzərində meyvə bagı saldıgı Zaqatala rayonunun Mazıx kəndində yerləşən 5,5 ha meşə fondu torpaqlarının uzun müddətli, yəni 49 (qırx doqquz) il müddətinə icarəyə verilməsi məqsədilə onunla icarə müqaviləsinin baglanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım haqqında sərəncam təqdim edilərək, iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilməsi izah edilmişdir. Lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq məhkəmənin hüquqi yardımına münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndələri eyni məzmunlu izahat verərək bildirdilər ki, iddiaçıya istifadəsində olan meşə fonduna aid torpaq sahəsinə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı aidiyyəti sənədlərini X4 Təsərrüfatı Mərkəzinə təqdim etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 05 fevral 2021-ci il tarixli, 27/Z-065 nömrəli məktubu ilə iddiaçının Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən isə 5.5 ha torpaq sahələrini meyvə bağı salmaq məqsədilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, sözügedən ərazilər meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun bu Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu tələb üzrə hər hansı cavabdehliyi mövcud deyil. Hazırkı iş üzrə mübahisədən göründüyü kimi, iddiaçı ilə əsl cavabdeh olmalı Meşələrin İnkişafı Xidməti arasında mülki hüquq münasibəti oldugundan iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iddiaçıya ünvanladıgı məktubdan görünür ki, 2018-ci il 29 iyul tarixində Şəki şəhərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların səyyar qəbulunda istifadəsində olan meşə fonduna aid torpaq sahəsinə icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı təqdim etdiyi ərizə və Nazirliyə ünvanladığı 2018-ci il 10 iyun tarixli teleqram araşdırılaraq bununla əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, X4 X3 Məsələləri Şöbəsi əməkdaşlarının və iddiaçının iştirakıyla “Şəlalə” istirahət mərkəzinin yerləşdiyi meşə sahəsinə baxış keçirilmiş, ərazinin 5,5 hektardan ibarət olmaqla tikanlı məftillərlə mühafizə olunduğu, 2 hektarında fındıq bağı, 1 hektarında meyvə bağı, 0,05 hektarında isə kivı bağı salındığı məlum olmuşdur. Ərazi mühafizə olunduğundan meşəbərpa işlərinin qənaətbəxş səviyyədə olduğu, habelə meşə qanunvericiliyinin tələblərinə əməl edildiyi müvafiq aktla sənədləşdirilmiş, ərazidəki 8 ədəd şam ağacından tikilmiş evlərin turizm məqsədi ilə istifadəyə yararlılığı müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı yazılı izahat verərək əsas xahişinin “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yenidən müqavilənin bağlanması olduğunu bildirmişdir. Sözügedən “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzinin yerləşdiyi ərazilərdə meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin bərpası, artırılması və mühafizəsinə həssaslıqla yanaşdığı nəzərə alınaraq, meşə təsərrüfatından daha məqsədyönlü və səmərəli istifadə olunması məqsədilə “Şəlalə” istirahət guşəsi və "xxxx" istirahət mərkəzi ilə yeni formatda müasir tələblər çərçivəsində müvafiq müqavilələrin bağlanmasının mümkün hesab edilməsi məktubda qeyd olunmuşdur. Bununla əlaqədar aidiyyəti sənədlərin X4 Təsərrüfatı Mərkəzinə təqdim etməyi iddiaçıya tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 05 fevral 2021-ci il tarixli, 27/Z- 065 nömrəli məktubu ilə iddiaçının Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 2.0 ha və Mazıx kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən isə 5.5 ha torpaq sahələrini meyvə bağı salmaq məqsədilə icarəyə verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, sözügedən ərazilər meşə ilə örtülü olduğundan icarəyə verilməsi məqsədəmüvafiq hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit və X1 Tənzimlənməsi Departamentində təsdiq edilmiş 14.09.2002-ci il tarixli 311 qeydiyyat nömrəli “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” 18.06.2002-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, Zaqatala r-n Meşə mühafizəsi və bərpası müəssisəsi ilə “Magara” Şəxsi Kəndli (Fermer) Təsərrüfatı arasında Zaqatala rayonunun Car kəndinin yaxınlığında yerləşən meşə fondu sahəsindən 5.5 ha torpaq sahəsi istirahət güşəsi yaratmaq məqsədilə icarəyə verilməsi barədə müqavilə baglanmışdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının tələbi mülki hüquqi müqavilənin (icarə müqaviləsinin) bağlanması ilə əlaqədar olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydasının 2-ci bəndinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir. Təqdim olunan ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli 219 saylı Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nın 2-ci bəndinə əsasən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (bundan sonra meşə istifadəçisi adlandırılır) meşə fondu sahələrindən Azərbaycan Respublikası Meşə Məcəlləsinə uyğun elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Təqdim olunmuş ərizə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla meşə istifadəçisi ilə müqavilə bağlanılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il 17 aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi üzrə inzibati reqlament”in 1.1, 1.2, 1.4, 1.8-ci bəndlərinin tələblərinə görə meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı razılığın verilməsi üçün müraciət və tələb olunan sənədlər elektron xidməti göstərən dövlət qurumu olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən elektron formada qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir. Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi üçün elektron xidmətin göstərilməsi nəticəsində təqdim edilmiş sənədlər reqlamentdə göstərilənlərə uyğun olduğu halda fiziki və hüquqi şəxslərə meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılıq verilir. “Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi üzrə inzibati reqlament”ə 3 və 4 nömrəli əlavələrdə ərizəçi ilə müvafiq ərazinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında baglanan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilən “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə barədə” və “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilə formaları göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə aşagıdakılar izah edilmişdir: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırkı iddia tələbində qaldırdığı mülki hüquq münasibətlərindən yaranan məsələlər barəsində işin hallarından asılı olaraq aidiyyəti ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5KİM: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6342/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6342/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver