Məhkəmə qərarları › İş №2-1(112)-6345/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6345/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6345/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeydiyyat informasiya sistemindən məlumatın silinməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1994-cü il təvəllüdlü X10 iddiaçının övladı olmadığına görə barəsində tərtib olunmuş doğum haqqında akt qeydinin əsassız olunması faktını təsdiq edərək, "X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. xx.xx.1974-cü il təvəllüdlü X6 ilə ailə quraraq nikahları xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.1994-cü il tarixdə Nərgiz və xx.xx.2003-cü il tarixdə Rüstəm adlı övladları anadan olmuşdurlar. Heç bir əsas olmadan xx.xx.1994-cü il tarixdə Nərgizlə əkiz xx.xx.1994-cü il təvəllüdlü X10 adlı şəxsin anadan olduğu göstərilərək doğum haqqında akt qeydi aparılmışdır. Hal-hazırda "X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsin iddiaçının övladı olması barəsində məlumat göstərilmişdir. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ərizə ilə müraciət edərək ailə üzvü olmadığı halda oğlu kimi göstərilən xx.xx.1994-cü il təvəllüdlü X7 "X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən silinməsini xahiş etmişdir. X4 Aktları Reyestr Xidmətinə göndərilmişdir oradan isə xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, həmin şəxsin Doğum haqqında akt qeydinin ləğv olunması və sistemdən silinməsi üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/171916-23 nömrəli Arayışda qeyd edilmiişdir ki, “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün X5 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: İddiaçı, doğum tarixi: xx.xx.1967, doğulduğu yer: Ermənistan Respublikası, İrəvan şəhəri, 1. Əri (arvadı): X6 (xx.xx.1974), 2. Qızı: X8 (xx.xx.1994), 3. Oğlu: X10 (xx.xx.1994), 4. Oğlu: X11 (xx.xx.2003). Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin göndərdiyi N.Qəmbərovun doğumu haqqında akt qeydindən görünür ki: -xx.xx.1994-cü il tarixli, 1791 nömrəli akt qeydindən görünür ki, X10 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası: xx.xx.1967-ci il təvəllüdlü İddiaçı, anası xx.xx.1974-cü il təvəllüdlü X3r. Məlumat verənin adı, soyadı, atasının adı: İddiaçı. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/4-15-Q-24-6/2023 nömrəli məktubda bildirilmişdir ki, Müraciətdə ailə üzvləri barədə arayışın əldə olunması üçün qeydiyyat şöbəsinə müraciət etdikdə tanımadığınız şəxs olan X7 “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində sizin oğlunuz kimi qeyd olunduğunu bildirərək məlumatlara düzəliş olunmasına köməklik göstərilməsini xahiş etmisiniz. Araşdırma zamanı Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş 1791 və 1792 nömrəli doğum haqqında akt qeydləri nəzərdən keçirilərkən valideynləri İddiaçı ilə X6 olan xx.xx.1994-cü il təvəllüdlü (X10 və X8) əkiz övladlarınızın doğulduğu, habelə onların adına xx.xx.1994-cü il tarixdə XVİİİ JQ seriyalı 409360 nömrəli və XVİİİ JQ seriyalı 409361 nömrəli doğum haqqında şəhadətnamələrin tərtib olunaraq Sizə təqdim olunduğu məlum olmuşdur. Qeyd olunanlarla bağlı Sizinlə əlaqə saxlanılarkən İddiaçı adında övladınızın doğulmadığını və həmin tarixdə yalnız bir qız övladınızın anadan olduğunu bildirmisiniz. Bildiririk ki, “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə, eləcə də “Əhalinin Dövlət Reyestri” informasiya sistemindəki məlumatlara baxış keçirilərkən 31,07.1994-cü il təvəllüdlü Novruz Qəmbərovun barəsində doğumundan başqa hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin məsələ ilə əlaqədar Göygöl rayon mərkəzi xəstəxanası ilə danışıq zamanı saxlanılma müddətinin 25 il olduğundan doğum haqqında tibbi şəhadətnamələrin adıçəkilən qurumda aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163-cü maddəsinin tələblərinə əsasən X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbəsi tərəfindən icra edilir. Yaranmış vəziyyətlə bağlı N.Qəmbərovun barəsində tərtib olunmuş doğum haqqında akt qeydinin ləğv olunması məsələsinin yalnız məhkəmə predmeti olduğu bildirilərək müvafiq iddia ərizəsinin hazırlanaraq məhkəməyə təqdim olunmasına hüquqi yardım göstərilməsi təklif olunmuş, lakin Siz artıq vəkil xidmətindən istifadə etdiyinizi qeyd edərək imtina etmisiniz. Göstərilənlərlə əlaqədar izah edirik ki, məhkəmə N.Qəmbərovun barəsində tərtib olunmuş doğum haqqında akt qeydinin ləğv olunması barədə müsbət qərar çıxaracağı halda, onun ailə üzvünüz olaraq əks olunmaması üçün informasiya sistemindəki məlumatlara zəruri dəyişiklik ediləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işin hallarından görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlü X6 ilə birgə nikahından iki övladının (X8 və X11) doğulduğu, lakin "X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun əlavə olaraq xx.xx.1994-cü il təvəllüdlü X10 adlı övladının olduğu barədə məlumatın daxil edildiyini və nəticə etibarı ilə sistemdə mövcud olan informasiyanın silinməsi vəzifəsinin cavabdeh X2 Reyestri Xidmətinə həvalə edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında” Əsasnamənin aşağıdakı bəndlərinə əsasən: -13. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın, eləcə də X2 dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən bütün məlumatlar hər iş günü xüsusi məlumatötürmə sistemi vasitəsilə Dövlət Reyestrinin məlumat bankına göndərilir və məlumatların aktuallığı təmin edilir -17. Dövlət Reyestrinə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bankına daxil edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən identifikasiya nömrəsi göstərilməklə Dövlət Reyestri Xidmətinə hər iş günü məlumat ötürülməlidir. -18. Dövlət Reyestri Xidmətinə dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılır. -19. Dövlət Reyestrinə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də X2 dövlət qeydiyyatı barədə müvafiq səlahiyyətli orqanlardan daxil olan məlumatların sənədlərlə uyğunluğu Dövlət Reyestrinə məlumat ötürən orqanlar tərəfindən yoxlanmalıdır. -28. Dövlət Reyestri tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə aşağıdakı məlumatlar təqdim edilir: 28.1. fərdi identifikasiya nömrələri (FİN); -28.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi ilə əlaqədar X5ndan zəruri məlumatlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı” Qaydasının 1.4-cü bəndinə əsaəsn qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri məlumat bazası X2 dövlət qeydiyyatını həyata keçirən qeydiyyat orqanları tərəfindən "X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə təqdim edilmiş akt qeydləri məlumatları əsasında formalaşır. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Hazırkı halda iddiaçının ailə üzvləri sırasında xx.xx.1994-cü il təvəllüdü X10 barədə məlumat Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində mövcuddur və bu məlumat “X5" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə də Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli 1791 nömrəli doğum haqqında akt qeydi məlumatı əsasında daxil edilmişdir. X1 barədə doğum haqqında akt qeydi ləğv olunmamış, etibarsız hesab olunmamış və bu barədə hər hansı öhdəlik qeydiyyat şöbəsinə həvalə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, N.Qəmbərovun barəsində tərtib olunmuş doğum haqqında akt qeydi ləğv olunduğu halda iddiaçının həmin adda şəxsin X5 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun ailə üzvü kimi göstərilməməsi və ya belə məlumatın silinməsinin X5 Reyestri Xidməti tərəfindən tələb etmək hüququ yaranacaqdır. Hazırkı halda iddiaçı üçün düzgün hüquq müdafiə vasitəsi doğum haqqında akt qeydinin ləğv olunması ilə bağlı olduğundan hazırkı iddiaya iddiaçının hüquqi marağı müəyyən olunmur. Bu əsasdan iddia mümkün hesab edilməməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar