Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6347/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyasının qanun çərçivəsində düzgün hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 07.06.24-cü il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixindən 43 ildən artıq sığorta stajı ilə yaşa görə əmək pensiyaçısıdır və işləməkdə davam etmişdir. xx.xx.2017-ci ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişiklikləri rəhbər tutaraq pensiyasının yenidən hesablanması barədə DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət etmiş, pensiyasının ilkin (2007-ci il) və yenidən (2017-ci il) hesablanmasında Qanunun tələbləri pozulmuşdur. DSMF-yə dəfələrlə müraciət etməsinə baxmayaraq yanlış dəlil - sübut gətirməklə pensiyası düzgün hesablamır: Pensiyanın ilkin təyinatı zamanı: 2004-2005-ci illər üzrə pensiyasının sığorta hissəsi düzgün hesablanmamışdır. Müəssisələrin (Azərinşaatlayihə institutu və Zəhmət- Ruzi MMC) təqdim etdikləri arayışlara görə 6343,39 / 24 x 0,85 = 224,66 manat əvəzinə DSMF 216,24 manat hesablamışdır. Burada 6343,39 manat - 2004 və 2005-ci illərin əmək haqqı, 24 - qeyd etdiyi illərdəki ayların sayı, 0,85- iş stajına uyğun pensiyanın sığorta hissəsini nəzərə alan əmsal. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək olan dövr üzrə pensiyanın qazanılmış sığorta hissəsi ümumiyyətlə hesabatda nəzərə alınmamışdır (maddə 37.3.1-in tələbi pozulmuşdur). Pensiyanın yenidən hesablanması zamanı - Pensiyanın ilkin təyinatında ödənilməmiş məbləğ (224,66 - 216,24 = 8,42 manat) hesabatda nəzərə alınmamışdır. xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək olan dövr üzrə pensiyanın ödənilməmiş sığorta hissəsi məcburi dövlət sosial sığorta haqqlarının 90%-lə hesablanmalı olduğu halda DSMF qüvvədən düşmüş 377 saylı Fərmanın 2.9-cu bəndinə əsaslanaraq 50 %-lə hesablamışdır (maddə 27.1-in tələbi pozulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi pensiya təyinatı zamanı 1) 2004-2005ci illər üzrə orta aylıq əməkhaqqına əsasən sığorta hissəsinin düzgün hesablanmadığını, 2) xx.xx.2006-xx.xx.2007-ci illər üzrə pensiya kapitalının nəzərə alınmadığını, 3) 2006- 2017-ci illər üzrə ödənilməmiş sığorta hissəsinin məcburi dövlət sosial sığorta haqlarının 90 faizlə hesablanmalı olduğu halda 50 faizlə hesablandığını qeyd edərək məhkəmədən pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd olunan 2 və 3-cü iddia tələbləri üzrə daha əvvəl məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibatı-İqtisad Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmiş və qərar qanuni qüvvəyə minmişdir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” 7-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq İddiaçı həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1964-cü il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 41 il 9 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 982,68 manat (2007-ci il üzrə indeksləşdirilmiş) pensiya kapitalı, əmək pensiyası təyin olunduqdan sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 26160,15 manat (2017-ci il üzrə indeksləşdirilmiş) pensiya kapitalı və xx.xx.2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7051,95 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (1691,20 manat) dəyişiklik olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük tələblərinə cavab vermir. Belə ki, iddiaçının hazırkı tələbi aşağıdakılardan ibarətdir:
1. pensiyanın ilkin təyinatı zamanı 2004-2005-ci illər üzrə pensiyasının sığorta hissəsinin düzgün hesablanması (müəssisələrin təqdim etdikləri arayışlara görə 6343,39 / 24 x 0,85 = 224,66 manat əvəzinə DSMF 216,24 manat hesablamışdır);
2. Pensiyanın yenidən hesablanması zamanı - pensiyanın ilkin təyinatında ödənilməmiş məbləğin (224,66 - 216,24 = 8,42 manat) hesabatda nəzərə alınması, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək olan dövr üzrə pensiyanın ödənilməmiş sığorta hissəsinin məcburi dövlət sosial sığorta haqqlarının 90%- lə hesablanması. İşdə olan 1 saylı Bakı İnzibatı-İqtisad Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2- 1(81)-1333/2019 saylı qərarından görünür ki, iddiaçı xx.xx.2019-cu ildə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizələr ilə 1 saylı Bakı İnzibatı-İqtisad Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasında xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90 faizlə, xx.xx.2006-cı ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının isə tam məbləğdə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə həmin qəraraı ilə iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə qərarında göstərmişdir ki, “...iddiaçıya xx.xx.2007-ci il tarixdən 266,24 manat (BH-50 + SH-216,20) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş pensiya məbləği həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu və 27-ci müddələrinə uyğun olaraq hesablanmışdır. Sonrakı illərdə İddiaçı pensiyasının məbləği müvafiq artımlara uyğun olaraq artırılmış və xx.xx.2019-cu il tarixdən 1001,40 manat (SH-591.20 + PSK-15,17 + PSK-395,03) müəyyən edilmişdir. xx.xx.2019-cu ildən olan aylıq məbləğin 591,20 manatı xx.xx.2010-cu ilədək qüvvədə olmuş qanunun 10-cu və 27-ci maddəsinə uyğun olaraq xx.xx.2007-ci il tarixdən hesablanmış baza və sığorta hissəsinin növbəti illərdə artırılmaqla və xx.xx.2017-ci ildən isə cəmlənərək müəyyən edilmiş sığorta hissəsi, 15,17 manatı fərdi hesabında pensiya hüququnun yarandığı tarixə toplanmış pensiya kapitalının gözlənilən pensiya ödənişi ayları sayına nisbəti ilə müəyyən edilmiş (1002 manat : 144 ay) və sonrakı illərin indeks əmsalına uyğun olaraq artırılmış hissəsi, 395,03 manatı isə qanunun 37.3.1ci maddəsinə uyğun pensiya təyin edildikdən sonra müraciət etdiyi tarixədək fərdi hesabında toplanmış 26124 manat pensiya kapitalının 72 rəqəminə bölünməklə müəyyən edilmiş hissəsidir. Göründüyü kimi, iddiaçının pensiyasının hesablanması zamanı onun pensiya hüququ yaranan dövrdən hal-hazıradək qanunvericiliyə edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilmiş və hal-hazırda da tətbiq edilməkdədir. Beləliklə, məhkəmə araşdırması zamanı, iddiaçının tələbinin əsasının qanuni olmadığı, iddiaçının pensiyasının təyin edilməsi və yenidən hesablanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyi, bununla da cavabdehin hüquqi mövqeyinin əsaslı olduğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.” İşdən görünür ki, həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1425/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibatı-İqtisad Məhkəməsinin 08 aprel 2019-cu il tarixli 2-1(81)-1333/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3004/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1425/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmiş və həmin qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəsini apmış məhkəmə qərarları ilə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90 faizlə hesablanması, habelə iddiaçıya xx.xx.2007-ci il tarixdən təyin edilən 266,24 manat (BH-50 + SH-216,20) məbləğində yaşa görə əmək pensiyası hesablanması məsələsinə artıq hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Hazırkı iş üzrə istinad olunan normadakı hallardan hər hansı birinin mövcud olması və iddiaçının bununla bağlı cavabdehə təkrar müraciət etməsi də müəyyən olunmur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova