Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6354/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmadan imtinanın qanunsuz hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyini qeydiyyata almaqdan imtina etməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, “Regional İnsan Hüquqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 07 sentyabr 2021-ci il tarixdə “Regional İnsan Hüquqlarını Müdafiə Mərkəzi” İctimai Birliyini təsis edərək həmin qeyrihökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 22 oktyabr 2021-ci il tarixli 05/6922-13 saylı məktubu ilə “Regional İnsan Hüquqlarını Müdafiə Mərkəzi” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib. Bundan başqa, “Regional İnsan Hüquqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi təsisçilərinin yığıncağının 10 noyabr 2021-ci il tarixli 02 saylı qərarı ilə təşkilatın dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə yenidən müraciət etmişdirlər. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin 27 dekabr 2021-ci il tarixli 05/6922/2-13 saylı məktubu ilə təşkilatın dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Nazirliyin imtina məktubunda idarəetmə orqanlarının formalaşdınİmaması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 27 dekabr 2021-ci il tarixli 05/6922/2-13 saylı məktubu onlara 10 fevral 2022-ci il tarixdə təqdim edilmişdir. 27 dekabr 2021-ci il tarixli 05/6922/2-13 saylı məktubda aşağıdakılar göstərilir: "Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.4.1-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, qərar təqdim olunsa da idarəetmə orqanları formalaşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibaati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçılar və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasında iştirak etmədiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan müvafiq olaraq iddiaçılara məxsus AZE seriyalı ******** №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələri barədə “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumat”lardan müəyyən olunur ki, xx.xx.1989-cu ildə Neftçala rayonunda doğulmuş Həbibov X2 rayonunda və xx.xx.1995-ci il tarixdə Neftçala rayonu, Boyat kəndində doğulmuş Həbibova X1 rayonu, Boyat Ərazi dairəsi, Boyat kəndində qeydiyyatdadırlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Neftçala rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmadan imtinanın qanunsuz hesab edilməsi tələbinə dair 2- 1(112)-6354/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6354/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6354/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver