Məhkəmə qərarları › İş №2-1(112)-6359/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6359/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6359/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ordu sıralarından ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İddiaçı ordu sıralarından xx.xx.2021-ci il tarixdən ehtiyata tərxis olunması ilə bağlı əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildə anadan olmuşdur. 2002-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan xidmətə başlamış və bu günə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda N nömrəli hərbi hissənin komandirinin müavini vəzifəsini icra edir. Mayor hərbi rütbəsindədir. 25 təqvim ilindən çoxdur ki, Silahlı Qüvvələr sıralarında xidmət edir, xidmət müddətinin 20 təqdim ilindən çox zabit kimi xidmət etmişdir. xx.xx.2021-ci il tarixində öz arzusu ilə ehtiyata buraxılması barədə komanda üzrə N nömrəli hərbi hissə komandirinə, xx.xx.2022-ci ildə Müdafiə Nazirinə müraciət etməsinə baxmayaraq, ehtiyata buraxılmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin hüquqi əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci, 39.4-cü və 39.5-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə istinad edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı ordu sıralarından xx.xx.2021-ci il tarixdən ehtiyata tərxis olunması ilə bağlı əmrin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakı səbəblərə görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı 1979-cu ildə anadan olmuşdur. 2002-ci ildən Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtan da, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini-bölmə rəisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 20 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda.mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yasa yəni həqiqi hərbi xidmətdə olmığın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da, Azərbaycan Ordusuda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Azərbaycan Ordusu qarşısında Azərbaycan Respublikası Prezidenti- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportun surətindən görünür ki, iddiaçı onun Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna) əsasən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması üçün səbəb kimi, ailə vəziyyətinin ağır və həyat yoldaşının xəstə olmasını göstərmişdir. Ehtiyata buraxıldıqdan sonra sənədlərinin qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. Sözügedən raport hərbi hissə tərəfindən xx.xx.2021-ci il tarixdə, 5783 qeydiyyat nömrəsi ilə qəbul edilmişdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportun surətindən görünür ki, iddiaçı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə 05 oktyabr 2021-ci il tarixində 5783 nömrəli iş qeydiyyatından keçmiş raportla N nömrəli hərbi hissə komandirinə müraciət etmişdir. Müraciətindən sonra onunla hərbi hissə komandiri və Hərbi Hava Qüvvələrinin Komandanının Müavini – İdeoloji iş və mənəvi psixoloji təminat üzrə şöbə rəisi ilə geniş söhbətləşmə aparmışdır, lakin, bu günə qədər raportuna rəsmi cavab verilməmişdir. Xahiş etmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılsın. Ehtiyata buraxıldıqdan sonra qeydiyyat üçün sənədlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Sözügedən raport ümumi şöbə tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Təyyarəçilik Məktəbi tərəfindən verilmiş A seriyalı, 094678 nömrəli, xx.xx.2002-ci il tarixli diplomun surətindən görünür ki, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi Dövlət Attestasiya Komissiyasının 20 iyul 2002-ci il tarixli qərarı ilə iddiaçıya Aviasiyanın döyüş fəaliyyətini idarə edilməsi, Aviasiyanın döyüş tətbiqi, Hərbi Hava Qoşunlarının Taktiki Komandanlığı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus MN seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin 16 fevral N3-cü il tarixli, 063 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə aviasiya manqasının komandiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin 26 iyun N3-cü il tarixli, 0132/rt nömrəli əmri ilə iddiaçıya mayor hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 13 dekabr N7-ci il tarixli, 0119R nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmiş, 44Q Komandanının 28 fevral N4-cü il tarixli, 022 nömrəli əmri ilə N saylı hərbi hissəsinin manqa komandiri təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun N6-cı il tarixli, 016 nömrəli əmri ilə N nömrəli hərbi hissənin eskadilya komandirinin müavini təyin edilmiş, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 28 sentyabr N7-ci il tarixli, 043 nömrəli əmrilə N nömrəli hərbi hissənin eskadrilya komandiri təyin edilmiş, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 sentyabr 2020-ci il tarixli, 0373 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini-bölmə rəisi təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, xx.xx.N3-cü il tarixli və xx.xx.N8-ci il tarixli vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallar ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, xx.xx.N3-cü il tarixli, 19 aprel N6-cı il tarixli, 26 iyun N8-ci il tarixli vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008) “Yubiley Medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley Medalı, “Hərbi xidmətə fərqlənməyə görə 3-cü dərəcəli medal” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-N8)” Yubiley Medalı ilə təltif edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə xx.xx.2021-ci il tarixdə hərbi hissə komandanlığına və xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə çatdırılmışdır) Azərbaycan Respublikasının müdafiə nazirinə müraciət etmiş, barəsində əmr verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin 13 dekabr N7-ci il tarixli, 0119 R nömrəli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. İddiaçı hazırda öz arzusuna əsasən ordu sıralarından tərxis olunması ilə bağlı əmrin verilməsini xahiş edir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur: Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Gizilər və miçmanlar Baş çavuş Baş çavuş Kiçik gizir Kiçik miçman Zabitlər: Gizir Miçman Baş gizir Baş miçman Kiçik zabitlər Kiçik leytenant Kiçik leytenant Leytenant Leytenant Baş zabitlər Baş leytenenat Baş leytenant Kapitan Kapitan-leytenant Ali Zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan General-mayor Kontr-admiral General-leytenant Vidse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı zabit kimi ən azı 20 təqvim ilindən çoxdur xidmət edir və onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Odur ki, onun müvafiq müraciət etdiyi vaxtdan (xx.xx.2021-ci il) 15 iş günü ərzində, yəni xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin İddiaçı 27 oktyabr 2021-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin müavini – bölmə rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 27 oktyabr 2021-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin müavini – bölmə rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar