Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-636/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Hidayət qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı növbəti müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakının təmin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imthanında iştirak etmək üçün qeydiyyata alınsa belə, həmən imthana iştirak etmək üçün buraxılmamışdır. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məktubla müraciət (şikayət) etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi öz növbəsində M-57/31-24 nömrəli xx.xx.2020-ci il tarixli məktubu ilə iddiaçıya bildirmişdir ki, N.Gəncəvi Universitetin orta ixtisas təhsili verən Kürdəmir şöbəsi tərəfindən verilən КШ seriyalı 62 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. AR Təhsil Nazirliyi qeyd edilən məktubda hansı diplom dövlət nümunəvi sayılır və iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi imtahanına buraxılmamasının əsaslarını və səbəblərini qanuni olaraq əsaslandırmır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubla iddiaçının ərizəsinə baxılaraq imtinasında bildirilmişdir ki, N.Gəncəvi adına Gəncə Universitetinin orta ixtisas təhsili verən Kürdəmir şöbəsi tərəfindən adınıza yazılmış КШ seriyalı 62 №-li diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, 2014-cü ildən həyata keçirilmiş diaqnostik qiymətləndirmədə ölkənin bütün şəhər və rayonları üzrə 150 mindən çox müəllimin və digər pedaqoji heyətin iştirakı təmin olunmuşdur. Müəllimlərin böyük əksəriyyətinin diaqnostik qiymətləndirmədən keçdiyini, Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il tarixli 3191 nömrəli Sərəncamına əsasən 2017-ci ilin yanvar ayından etibarən mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulduqlarını və təhsilverənlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə növbəti mərhələdə sertifikatlaşdırmanın keçiriləcəyini nəzərə alaraq hazırda diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmur. Odur ki, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-636/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-636/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver