Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-636/2024 08.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı cavabdhein xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 73611.73 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 74000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət edərək işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırki inzibati işin Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-3203/2023 (hazırki nömrəsi e-2-1(112)-492/2024) saylı inzibati işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı eyni iddia tələbi üzrə müxtəlif tarixlərdə məhkəməyə müraciət etmişdir. Yəni verilmiş iddia tələbləri üzrə mübahisə predmeti və tərəflər eyni olduğundan hazırki mübahisələr üzrə işlərin ayrı-ayrılıqda baxılıb obyektiv qərar qəbul edilməsi qeyri-mümkündür. Çünki, tələb olunan ilkin məbləğlər eyni pul tələbidir. İşlərə ayrı-ayrılıqda baxıldıqda bir neçə qərar çıxmış olacaq ki, bu da, Cavabdeh hüquqlarını pozmaqla sahibkarlıq fəaliyyətinə ciddi ziyan vuracaqdır. Buna görə də, hesab edirlər ki, mübahisə predmetləri eyni olan bu işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə məhkəmə qeyd olunan müstəqil işlər üzrə icraatları bir icraatda birləşdirməlidir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə ayrı-ayrı iş (e-2- 1(112)-492/2024 saylı və 2-1(112)-636/2024 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşdirilməli, ilkin olaraq e-2-1(112)-492/2024 saylı iş məhkəmənin icraatına daxil olduğundan, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 636/2024 saylı iş, e-2-1(112)-492/2024 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-492/2024 saylı və 2-1(112)- 636/2024 saylı inzibati işlər e-2-1(112)-492/2024 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-636/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-636/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver