Məhkəmə qərarları › İş №2-1(112)-636/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-636/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-636/2025 06.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.N99N-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 2NN9-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 2NNNci il tarixdə müddətli həqiqi hərbi xidmətini başa çatdıraraq, ordudan peşəkar qumbaraatan əsgər kimi tərxis olunmuşdur. NN-ci il tarixdə Vətən müharibəsi başlayanda, könüllü olaraq, ordu sıralarına qoşuldur, tarixdə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə nahiyəsində yırtıq və əsəb pozğunluqları qazanmışdır. Bel sütunu və kürəyindəki ağrılar müalicə tələb edir. Hərbi biletində də, “Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib” qeydi aparılmışdır. Azərbaycan Respublikasının Prezidentinin N8 dekabr NN-ci il tarixli sərəncamı ilə “Cəsur döyüşçü”medalı ilə təltif edilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Cəsur döyüşçü” medah ilə təltif edilsinlər: - İddiaçı - əsgər. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr NN-ci il tarixli, 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmin sərəncamda da, qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda apanhmş döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçulan ‘Laçının azad olunmasına görə ” medalı ilə təltif edilsinlər: - İddiaçı - əsgər. Ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunmuş sənədlər geri qaytarılmışdır. Həmçinin qeyd edilmişdir ki, “N nömrəli hərbi hissə komandirinin xx.xx.N2ci il tarixli 2NN8 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə döyüş əməliyyatlarına cəlb edilməyən bölməsində xidmət keçdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında “ Qanunun N4.N8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 3N (otuz) gün müddətində şikayət vermək hüququna malikdir.” Həmin N3 noyabr N3-cü il tarixli imtina məktubunu rəsmi şəkildə poçt vasitəsilə N7 noyabr N3-cü ildə almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı NN-ci il sentyabrın 27-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarilxi 2NN8 nömrəli məktubuna əsasən iddiaçı döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 29 sentyabr N3-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin veirlməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı xx.xx.N4-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, müharibə adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İ-4764 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, İddiaçı “Cəsur döyüşçü” medalı Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə verilmişdir. İş materiallarına əlavə edilmiş İ-5N75 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, İddiaçı “Laçının azad olunmasına görə” medalı Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli 2373 nömrəli Sərəncamı ilə verilmişdir. İş materiallarına əlavə edilmiş AO seriyalı ******* nömrəli Hərbi Biletdən görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N oktyabr 2NN9-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2NN9-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. Talış-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə Tərtər rayonu, Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N4-cü il tarixli 3-25-4/2-N572/N4 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 289 nömrəli Əmrindən çıxarışda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin müvafiq sərəncamına əsasən N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş aşağıda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xx.xx.NN-ci il tarixdən bütün növ təminatlara qoyulsunlar və təyin edilsinlər. 2.əsgər İddiaçı-5-ci taborun N3-cü bölyünün 2ci taqımının N-ci manqasının qumbaraatanı vəzifəsinə. -N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 368 nömrəli Əmrindən görünür ki, Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağrılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə 3N dekabr NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılsınlar və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilsinlər. 3NN.Əsgər İddiaçı-5-ci taborun N3-cü bölyünün 2-ci taqımının N- ci manqasının qumbaraatanı-Nəsimi rayon İdarəsinə. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N5-ci il tarixli 3-3-N2N/2-NN2666/N4 nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N və N №-li hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Lakin, müraciətinizə əlavə edilmiş İddiaçı hərbi biletinin surətindən və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun arxivində saxlanılan qeydiyyat kitablarından məlum olur ki, o, xx.xx.2NN9-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu zaman CM-nin 332.N-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyindən Tərtər hərbi məhkəməsinin xx.xx.2NNN-cu il tarixli hökmü ilə 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Qaradağ rayon İdarəsinin xx.xx.N4-cü il tarixli 3-43-82/2-N/N4 nömrəli məktubda göstərilmişdir ki, N99N-ci il təvəllüdlü İddiaçı xx.xx.2NN9-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən, xx.xx.NN-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.NN-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir və xx.xx.NN-ci il tarixdə tərxis olunmuşdur. “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü’’ Medalları ilə təltif olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N4-cü il tarixli N26N nömrəli məktubunda göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xx.xx.NNci il tarixdə 5-ci taborun N3-cü bölüyün 2-ci taqımın N-ci manqasının qumbaraatanı vəzifəsinə xidmətə qəbul edilmiş və 3N,N2.NN-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Nəsimi rayon İdarəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci tabor N3-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 3-25-29/2-96/N5 nömrəli məktubunda göstərilmişdir ki, N57, N nömrəli hərbi hissə komandirlərinin NN-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak edib-etməməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin NN-ci il tarixli məxfi əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən həmin hərbi hissələrin döyüş əməliyyatları aparan hərbi hissələr olub-olmaması barədə araşdırma apara bilmirik. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 292 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 sentyabr NN-ci il tarixli NN85 nömrəli əmri və Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin NN sentyabr NN-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-cl il tarixli 44 nömrəli sərəncamına əsasən hərbi təlim toplanışına çağrılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər N nömrəli hərbi hissədən (Tamamlama mərkəzi) gəldiklərinə görə, N oktyabr NN-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilsinlər, müvafiq vəzifələrə təyin olunsunlar: N7. Əsgər İddiaçı-kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-qumbaraatan köməkçisi. İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 295 saylı Əmrindən Çıxarışda göstərilmişdir ki, N6 oktyabr NN-ci il tarixden N nömrəli hərbi hospitala (Ağcabədi rayonu) və Naftalan Şəhər Mərkəzi Xəstəxanasına getmiş hesab edilsinlər: NN. Hərbi fəzifəli əsgər İddiaçı-kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-qumbaraatan köməkçisi. İş materiallarına əlavə edilmiş N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 298 saylı Əmrindən Çıxarışda göstərilmişdir ki, N9 oktyabr NN-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər:

6. Hərbi vəzifəli əsgər İddiaçı-kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-qumbaraatan köməkçisi. N nömrəli hərbi hissədən (Ağcabədi rayonu). N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 3N3 saylı Əmrindən Çıxarışda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 sentyabr NN-ci tarixli NN85 nömrəli əmri və Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin NN sentyabr NN-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli 44 nömrəli sərəncamına əsasən hərbi təlim toplanışına çağrılmış aşağıda adları çəkilən hərbi vəzifəlilər (Tamamlama mərkəzi) xidmətini davam etdirdikmək üçün müvafiq hərbi hissələrə getdiklərinə görə, N5 oktyabr NN-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsınlar:

2. Hərbi vəzifəli əsgər İddiaçı-kəşfiyyat bölüyünün 3-cü kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçı-qumbaraatan köməkçisi-N nömrəli hərbi hissəyə. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 87 nömrəli Arayışında göstərilmişdir ki, vətəndaş İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hissənin zədələnənlərin qeydiyyatı kitabında qeydiyyata düşmədiyi üçün travma haqqında arayış verilə bilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N5-ci il tarixli 3-25-4/2-N78N/25 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.NN-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7NN saylı Hərbi Hissəsinin xx.xx.N5-ci il tarixli 3-25-N44/2-838/N5 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirinin 2N mart NN-ci il tarixli N5 nömrəli “Azərbaycan Ordusunun fəaliyyəti prosesində yaranan sənədlərin saxlanma müddətləri göstərilmiş siyahısının təsdiq edilməsi haqqında” Qərarına əsasən bəzi sənədlərin saxlama müddəti bitdiyindən İddiaçı hansı əsaslarla “Cəsur döyüşçü” medalı ilə təltif olunması barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7NN saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli 87 nömrəli Arayışda göstərilmişdir ki, vətəndaş İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində hərbi hissənin döyüş tapşırıqlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.N3-cü il tarixli 2/2-NNN94 nömrəli məktubunda bildirilmişdir ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.N3-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 2NN8 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə döyüş əməliyyatlarına cəlb edilməyən bölmələrdə xidmət keçdiyinizə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.N8-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 3N (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 saylı, NN aprel 2NN5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın 27-dən noyabrın NN-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27dən noyabrın NN-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İşin sadalanan halları ilə müəyyən edilir ki, iddiaçı SHXÇDX-nin Qaradağ rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2NN9-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.NN-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən, xx.xx.NN-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, xx.xx.NN-ci ildə AR Müdafiə Nazirliyinin xx.xx.NN-ci il tarixli 274 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. İş üzrə təqdim edilmiş və məhkəmə sorğusu ilə əldə edilmiş sənədlər iddiaçının NNci il sentyabrın 27-dən noyabrın NN-dək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirakını sübut etmək üçün kifayət edir. Belə ki, iddiaçıya məxsus olan hərbi biletin 23-cü səhifəsində olan N nömrəli hərbi hissəyə aid möhürlə təsdiq edilmiş qeyddə iddiaçının xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixlərdə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində gedən döyüşlər əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Eyni zamanda hərbi bilet və təqdim edilmiş hərbi hissə əmrlərindən görünür ki, iddiaçı xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək N nömrəli hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 292 nömrəli əmri ilə N oktyabr NN-ci il tarixdən hərbi hissənin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, kəşfiyyat bölüyünün kəşfiyyat taqımının kəşfiyyat manqasının kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuş, N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.NN-ci il tarixli 3N3 saylı əmri ilə hərbi hissənin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Eyni zamanda müəyyən olunur ki, iddiaçının xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək hərbi xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.NN-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 7NN saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli 87 nömrəli Arayışda İddiaçı xx.xx.NN-ci il tarixindən xx.xx.NN-ci il tarixinədək N nömrəli hərbi hissənin tərkibində hərbi hissənin döyüş tapşırıqlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyi qeyd edilmişdir. İddiaçı Vətən müharibəsi dövründə gedən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı “Cəsur döyüşçü” medalı, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçının xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin 2N6 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN-ci il 3N dekabr tarxli 42N nömrəli Qərarının N.Nci, N.2-ci və N.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54Ncı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar