Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6360/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiya məbləğinin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı 182544 (yüz səksən iki min beş yüz qırx dörd) manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən yaşayış evi dövlət ehtiyacları üçün alınaraq sökülmüşdür. Həmin ev 2.7 sot həyətyanı sahənin içərisində 110 kv.m yaşayış sahəsindən ibarət idi .18.05.2019-cu il tarixli müqavilə əsasında ona 45636 (qırx beş min altı yüz otuz altı) manat ödənilmişdir. Həmin ödəmə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanınaəsasən həyata keçirilmişdir. Halbuki, 20 aprel 2010-cu il tarixli “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu var. Həmin Qanunun 58-ci maddəsində torpağın həmin dövr üçün bazar qiymətinə uyğun olaraq hesablanamsı müəyyən olunur. Həmin ev 2.7 sot torpaq sahəsində 110 kv.m yaşayış sahəsindən ibarət idi. Ona ödənilən məbləğ isə həmin dövr üçün Yasamal rayonu ərazisində torpağın və yaşayış sahəsinin sotunun 400 manat olduğnu təsdiq edir. Halbuki, nəinki həmin dövr üçün, eləcə də, həmin tarixdən əvvəl və sonra Yasamal rayonu ərazisində torpağın və yaşayış sahəsinin sotunun və kvadrat metrinin 2000 manata yaxın olduğu məlumdur. Həmin Qanunun 23-cü maddəsinə əsasən alınan torpağın qiymətləndirilməsini müəyyən edir. Həmin maddədə alınan torpağın həm də, onunla yanaşı yerləşən torpağın və tikililərin bazar qiyməti əsas götürülür. Həmin torpağın və tikililərin bazar qiyməti ilə dəyərləndirilməsi, eyni zamanda ona qonşu olan torpaq və tikililərin bazar qiyməti ilə qiymətləndirilməsi nəticəsində qonşu torpaq və tikililərin sotunun və kvadrat metrinin 2000 manata olması müəyyən edilmişdir. Bazar qiyməti ilə dəyərləndirməyə uyğun olaraq onun evi və torpaq sahəsinin qiyməti təqribən 220 000 (iki yüz iyirmi min) manat təşkil edir. Ona isə cəmi 45636 manat ödənilmişdir. Hesab edir ki, ona 2007-ci il tarixli Fərmanı ilə deyil, 2010-cu il Qanununa əsasən ödəmə edilməlidir. Müqavilədə otaqların hamısının taxta materiallardan olması göstərilmişdir. Halbuki, görüntülərdə daşdan olduğu görünür. 45 ildə taxta evdə yaşamaq mümkün deyil. Anbar kimi göstərilən otaqda “tarixi şəxsiyyətlərin” şəkli ola bilməz. Bu sadəcə olaraq, şəxsiyyətlərə hörmətsizlik olardı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki: - notarial qaydada təsdiq edilmiş 18.05.2019-cu il tarixli müqaviləyə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə İddiaçı arasında aşağıdakı məzmunda müqavilə bağlanılmışdır: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3/16-2529 saylı, 11 aprel 2019-cu il tarixli məktub ilə təqdim edilmiş “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə dəymiş ziyana görə kompensasiya ödənilməsi prosesini həyata keçirmək məqsədi ilə 11 aprel 2019-cu il tarixli smeta və məlumat cədvəlinə və Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 43 saylı, 01 mart 2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal İsitsmar sahəsinin 18 nömrəli, 17.05.2019-cu il tarixli arayışa əsasən İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən özbaşına tikili: əsas sahə (taxta tikili) – 40.35 kv.m, köməkçi sahə (taxta tikili) – 7.74 kv.m, bağlı eyvan (taxta tikili) – 31.62 kv.m, anbar – 18.19 kv.m, s/qovşağ – 4.62 kv.m, tamet döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) -15 ədəd, torpaq sahəsi - 365.6 kv.m görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş 09.04.2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən maneələrə görə təzminat ödəniləcək şəxslərin siyahısına əsasən (Azərbaycan Respublikası qanunvericiliklə müəyyən olunmuş bütün əlavələrlə birlikdə) ümumilikdə 45636.00 manat (qırx beş min altı yüz otuz altı manat sıfır qəpik) məbləğində kompensasiyanı “Birinci tərəf”-ə - İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətiu başçısının 43 saylı, 01 mart 2019-cu il tarixli “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənqurulması” layihəsi ilə əlaqədar tikinti altına düşən və vətəndaşların uzun müddət istifadəsində olan tikililərin rəsmiləşdirilməsi barədə sərəncama həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin 18 nömrəli, 17.05.2019-cu il tarixli arayışına əsasən İddiaçı istifadəsində olan ünvan 2 ünvanında yerləşən özbaşına tikili: əsas sahə (taxta tikili) – 40.35 kv.m, köməkçi sahə (taxta tikili) – 7.74 kv.m, bağlı eyvan (taxta tikili) – 31.62 kv.m, anbar – 18.19 kv.m, s/qovşağ – 4.62 kv.m, tamet döşəmə - 18 kv.m, meyvə ağacları (5-7 illik) -15 ədəd, torpaq sahəsi - 365.6 kv.m görə Azərbaycan Avtomovil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3/16-2048 nömrəli, 02 aprel 2021-ci il tarixli məktuba əsasən iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığı əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsi ilə bağlı ərizəsinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, ona məxsus yaşayış evi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidənquraşdırılması” layihəsi çərçivəsində yeni tikilən yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Kmitəsinin aidiyyəti təşkilatı tərəfindən kadastr planından çıxarış tərtib edilmişdir. Dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən ona mxəsus fərdi yaşayış evinin sözügedən layihə çərçivəsində tikitni altına düşməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə hesbalanmış bazar qiymətinin 20 faizi, kirayə və daşınma xərci nəzərə alınmaqla ümumilikdə 45636 (qırx beş min altı yüz otuz altı) manat kompensasiya hesablanmış və onunla notarial qaydada müqavilə imzalandıqdan sonra ona ödənilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İşin hallarından göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən müqaviləni mülki icraat qaydasında mübahisələndirməmiş və hal-hazırda müqavilə qüvvədədir. Lakin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alğı-satqı müqavilələri qüvvədə ola-ola, artıq özgəninkiləşdirdikləri əmlaka görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən yaşayış sahəsinə dair əlavə kompensasiya ödənilməli olduğunu hesab edirsə, o, həmin yaşayış sahəsinə görə bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, məhkəmə, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşdirilmiş əmlaka görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6360/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6360/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver