Məhkəmə qərarları › İş №2-1(112)-6364/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6364/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6364/2020 03.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi”tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və İddiaçı2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18, ev 10 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon X10 İcraiyyə Komitəsinin 03 iyul 1990-cı il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı1 Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və həmin evə Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18, ev 10 ünvanı verilmişdir. İddiaçı3, İddiaçı1 arvadı, İddiaçı4 və İddiaçı2 isə İddiaçı1 övladlarıdır. İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı2 uzun müddətdir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18, ev 10 ünvanında yerləşən yaşayış sahəsində yaşayırlar. Lakin iddiaçılar yaşadıqları fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmamışlar. İddiaçılar bununla bağlı Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onlara imtina cavabı verilmişdir. Hesab edilir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilmiş, mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Əzizbəyov rayon X10 icraiyyə komitəsinin 11 saylı, xx.xx.1990-cı il tarixli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” qərarının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 Buzovna qəsəbəsində 384 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.metr torpaq sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 30/63b reyestr nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, Əzizbəyov rayonu, sahə 384 ünvanında yerləşən tikiliyə dair hüquq subyekti İddiaçı1dur. Torpaq sahəsinin eksplikasiyası aşağıdakı kimidir: sənəd üzrə sahə - 875.0 kv.metr, həqiq sahə - 875.0 kv.metr, tikinti altında qalan sahə - 213.9 kv.metr. Sahələrin xarakteristikası aşağıdakı kimidir: mənzillərin sayı – atik, yaşayış otaqlarının sahəsi – 97.7 kv.metr, yaşayış sahəsi – 44.8 kv.metr, köməkçi sahəsi – 52.9 kv.metr, açıq eyvan – 37.2 kv.metr. Yaşayış evi 2000ci ildə tikilmişdir. Texniki pasport Əzizbəyov rayonu Buzovna qəsəbəsi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 62 saylı məktubuna əsasən tərtib edilib. - xx.xx.2011-ci il tarixdə Xəzər RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1958-ci təvəllüdlü İddiaçı1 yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. - xx.xx.2011-ci il tarixdə Xəzər RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı3 yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. - XVİİİ-ЖГ seriyalı, 463223 sayıl doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərinin Əzizbəyov rayonunda doğulmuş, bu barədə xx.xx.1994-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu VVAQ orqanında 416 nömrəsi qeydiyyat aparılmışdır. Atası İddiaçı1, anası Fatmaxanım Qasımovadır. - AA******* saylı, xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı4 yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. - Xİİİ-ЖГ seriyalı, 284281 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 114 nömrəsi ilə qeydiyyat aparılmışdır. - xx.xx.2015-ci il tarixdə Asan 4 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1988-ci təvəllüdlü İddiaçı2 yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır; - AZ-İİİ seriyalı, 210031 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Elmir Seyidov xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü tarixdə 3873 nömrəsi ilə qeydiyyat aparılmışdır. - xx.xx.2015-ci il tarixdə Asan 4 tərəfindən verilmiş AZE seriyalı, 12183699 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2013-cü təvəllüdlü Elmir Seyidov yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır. X15, anası İddiaçı2dır. - AZ-İİİ seriyalı, 467255 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Samir Seyidov xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 181 nömrəsi ilə qeydiyyat aparılmışdır. - xx.xx.2015-ci il tarixdə Asan 4 tərəfindən verilmiş AZE seriyalı, 12985915 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü Samir Seyidov yaşayış yeri üzrə ünvan 5 ünvanında qeydiyyatdadır. X15, anası İddiaçı2dır. - İV-ЖГ seriyalı, 278185 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı1 ilə X1 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 373 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 vəkili Vəkil ünvanlanmış 186 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı1 arvadı İddiaçı3, övladları İddiaçı4 və İddiaçı2 və Gülnarın yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü oğlu X7 və xx.xx.2015-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə Buzovna qəsəbəsində 384 nömrəli sahədə yerləşən və illər öncə inşa etdirdiyi fərdi yaşayış evində yaşayırlar. Həmin evin hazırkı ünvanı: Buzovna qəsəbəsi, ünvan 6qiq edilən sənədlərdən məlum olur ki, iddiaçılar faktiki olaraq yaşadıqları Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 11 saylı, xx.xx.1990-cı il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa olunmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları ilə əlaqədar Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2020-ci il tarixli, 055-13531S saylı cavab məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan evin Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsində göstərilən müvafiq sənədləri olmadığı üçün sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınma məsələsinin həlli qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı mübahisənin mövcud olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evi məhz Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.3-cü bəndində nəzərdə tutulmuş şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktları kateqoriyasına aid olan Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin 11 saylı, xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsində tikilmişdir ki, həmin fərdi yaşayış evinə dair texniki pasport Bakı şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş tərtib edilmiş və ünvan verilmişdir. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İş materiallarında olan sənədlərdən məlum olur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxslərin, yəni Elmir Seyidovun və Samir Seyidovun anası İddiaçı2dır. Bu halda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsi həmin şəxslərə münasibətdə tətbiq edilməlidir. Başqa sözlə, adları yuxarıda qeyd edilmiş on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxslər də məhz qanuni nümayəndələrinin, yəni valideylərinin qeydiyyata alınacağı ünvana yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 onun on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan övladları, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18, ev 10 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 onun on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan övladları, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 18, ev 10 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar