Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6364/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair hüquqların qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 11 oktyabr 2010-cu il tarixində İddiaçı "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin pay haqqını tam ödəyərək, adına keçirilməsini xahiş etmişdir. "xxxx" MTK üzvlərinin iclası keçirilmiş, vətəndaşın xahişi səsə qoyulub yerinə yetirilmişdir. "xxxx" MTK-nın üzvlərinin qərarı ilə İddiaçı pay haqqını tam ödədiyi üçün yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 90 kv.m qeyri-yaşayış sahəsinin onun adına keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 10, 11-ci maddələrinə uyğun olaraq 18.03.2021ci il tarixində, ********* nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 16.04.2021-ci il tarixdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş almışdır. Bildirişdə göstərilmişdir ki, qeyri-yaşayış sahəsinə dair Memarlıq Baş İdarəsilə razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya (yenidənqurma) işləri aparılmışdır. Cavabdehin imtinasını qanunamüvafiq hesab etmir. Cavabdeh müraciətinə qanun normalarına uyğun olaraq baxmamaqla hərəkətsizliyə yol vermişdir. İmtina məktubunda göstərilən faktların heç birinin aradan qaldırılması vətəndaşın səlahiyyətində deyildir. Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsində yerləşən və inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binası Azərbaycan Respublikası prezidentinin göstərişi ilə “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarından biridir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.12.2019-cu il tarixli qərarı ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsi, 5 girişli, zirzəmili, 9 mərtəbəli yaşayış binası müxtəlif dövlət orqanlarının rəyi nəzərə alınmaqla istismarına icazə verilmişdir. Həmin bina 1992-ci il tarixdən inşa edilməklə vətəndaşların istifadəsinə verilmişdir. Belə olduğu halda cavabdeh təşkilatın imtinasını əsassız hesab edirlər. Cavabdeh təşkilatın hərəkətsizliyi nəticəsində Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahiməyov ünvanında yaşayış binasıın 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsi üzərində hüquqlarını qeydiyyata almadığı üçün məhkəməyə müraciət etmk məcburiyyətində qalmışdır. Həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrum edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya (yenidənqurma) işləri aparılmışdır. Bu səbəbdən, ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********33 saylı, 16.04.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MTK üzvlərinin iclasının 11.10.2010-cu il tarixli, 3 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və MTK-nın Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvandakı yaşayış binasının 1-ci mərtəbə, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsi və pay onun adına keçirilmişdir. İşdə olan "xxxx" MTK tərəfindən verilmiş 15.02.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsi, "xxxx" MTK-ya məxsus kooperativ yaşayış binası, 1-ci mərtəbə, ümumi sahəsi 90 kv.m qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və "xxxx" MTK-ya borcu yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********33 nömrəli, 16.04.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 616-cı məhəllə, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, 18.03.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya (yenidənqurma) işləri aparılmışdır. İşdə olan 236 nömrəli, 04.12.2019-cu il tarixli “2019-cu il yanvar 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxməzilli yaşayış binası kompleksinin) istismarına icazə” sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov küçəsi, 5 girişli, zirzəmili, 9 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Binanın tikintisinə dair icazə verici sənəd Bakı şəhər X5 İcraiyyə Komitəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarəti Müfəttişliyinin 26.10.1992-ci il tarixli, 2659 nömrəli icazə sənədi olmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 12.07.2021-ci il tarixli, XO-03--2021-02073 nömrəli məktubdan görünür ki, həmin məktubla "xxxx" MTK-ya məxsus yaşayış binasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29.01.1998-ci il tarixli, 18/04f-80 nömrəli məktubunu və həmin yaşayış binasının baş planını təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. İşdə olan məhkəmənin “Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 616cı məhəllədə yerləşən "xxxx" MTK-ya məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair fiziki və hüquqi şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilibverilməməsi barədə məlumat verilməsi ilə bağlı” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********43 nömrəli, 26.07.2021-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, 10 saylı binada 33 mənzil və 8 qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir. İşdə olan məhkəmənin məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********30 nömrəli, 12.11.2021-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Layihəyə əsasən qonşu sahələrlə ara bağlanmışdır və daxilində 1 ədəd sanitar qovşağı tikilmişdir. Obyektin daxilində rekonstruksiya (yenidən qurma) işlərinin aparılması aşkar edilməmişdir. Məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtinasının birinci hissəsində göstərmişdir ki, sözügedən qeyriyaşayış sahəsinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış mərtəbəlilik planı təqdim edilməmişdir. Cavabdehin həmin arqumentinin araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmiş, sonuncu tərəfindən məhkəmə sorğusu cavablandırılaraq, "xxxx" MTK-ya məxsus yaşayış binasına dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29.01.1998-ci il tarixli, 18/04f-80 nömrəli məktubu və həmin yaşayış binasının baş planının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtinasının ikinci hissəsi ondan ibarət olmuşdur ki, qeyri-yaşayış sahəsinin daxilində rekonstruksiya (yenidənqurma) işləri aparılmışdır. Sözügedən halın araşdırılması məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış inasının 1-ci mərtəbəsində yerləşir. Layihəsə əsasən qonşu sahələrlə ara bağlanmışdır və daxilində 1 ədəd sanitar qovşağı tikilmişdir. Obyektin daxilində rekonstruksiya (yenidən qurma) işlərinin aparılması aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin imtinasında göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Halbuki, sözügedən araşdırma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə ( 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.) əsasən inzibati orqanı kimi, cavabdeh tərəfindən tam həcmdə araşdırılmalı idi. Belə ki, məhkəmələr inzibati orqanların əvəzinə inzibati icraat aparmalı deyil, inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətinin təmin edilməsini həyata keçirməlidir. Məhkəmə eləcə də, iddiaya tam həcmdə qiymət verərək qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı bəndi ilə müəyyən edilmiş (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olduqda və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) hüquqmüəyyənedici sənədləri olmaqla mülkiyyət hüquqları yaranmışdır. Göründüyü kimi, qanunverici mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlərin ((mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı olduqda və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)) dairəsini müəyyən etməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının müraciətindən formal əsaslara istinad edilməklə imtina edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, 616-cı məhəllə, F.İbrahimbəyov ünvanındakı yaşayış binasının 1-ci mərtəbədə yerləşən, sahəsi 90 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində (mülkiyyət hüququ üzrə) qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6364/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6364/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver