Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6365/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, İddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir.
3. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-N(NN2)-6365/2024 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin N5 iyul 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-N(NN2)-6365/2024 saylı qərarının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-6365/2024 saylı işi üzrə icraat təzələnməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur.
7. İPM-in N.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər
8. MPM-in 54-cü maddəsinin tələblərinə uyğun olaraq əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanılmışdır.
9. Tələb onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı N2 avqust 20N2-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış, hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş Klinik Hospitalının Anesteziologiya və Reanimatologiya bölməsində tibb bacısı-anestezoloq vəzifə ilə baş çavuş rütbəsi ilə xidmətini davam etdirir. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər İİ Vətən Müharibəsində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara tibbi xidmət göstərilməsi məqsədi ilə Füzuli rayonu, Əhmədbəli kəndi, həmçinin Hadrut qəsəbəsinə ezam olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş N sentyabr 2020-ci il tarixli 225 nömrəli əmrindən görünür ki, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı-anestezistibaş çavuş İddiaçı N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsində görünür ki, baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam olunmuşdur. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından yə qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş N oktyabr 2020-ci il tarixli 23N nömrəli əmrdən görünür ki, baş çavuş İddiaçı N nömrəli hərbi hissədən N oktyabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışından görünür ki, baş çavuş İddiaçı N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını verinə yetirmək üçün ezamiyyətdə olmuşdur. İddiaçı müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasına xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edilmiş, müraciətə cavab verilməmiş, inzibati orqan tərəfindən müvafiq hərəkətlər edilməmişdir. Buna görə də inzibati orqanın hərəkətsizliyi qanunsuz hesab edilməlidir.
10. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə (N sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazi) meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün (razılaşdırılması məqsədi ilə) sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
14. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
15. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.
16. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
17. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
18. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri rəisi İlqar Əliyevin arayışına əsasən: Verilir, baş çavuş İddiaçı ondan ötrü ki, həqiqətən o, N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətdə olmuşdur. Arayış verilir Müdafiə Nazirliyinin nəzdnində fəaliyyət göstərən Veteran adının verilməsi komissiyasına təqdim etmək üçün.
19. Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı rəisinin xx.xx.2022-ci il tarixli, 225 nömrəli Əmrindən çıxarışa əsasən: Xidməti zərurətlə əlaqədar adları göstərilən hərbi qulluqçular müvafiq hərbi hissələrə ezamiyyətə getmiş hesab olunsunlar: N nömrəli hərbi hissəyə N0 (on) təqvim günü N. Baş çavuş İddiaçı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı-anestezist. Əsas: MN-nin Tibb Baş İdarə rəisinin xx.xx.2020-ci il tarixli 489 nömrəli telefonoqraması və tibb xidməti polkovnik-leytenantı C.Əkbərovun raportu (d.o № NN305, NN303)
20. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2020-ci il tarixli, 284 nömrəli Əmrindən çıxarışa əsasən: Döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçuların ezamiyyət müddətibaşa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılsınlar.
3. Baş çavuş İddiaçı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 458N nömrəli ezamiyyət vəsiqələri.
21. Məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin arayışına əsasən: Verilir, baş çavuş İddiaçı ondan ötrü ki, həqiqətən o, N günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuşdur.
22. Məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin arayışına əsasən: Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N günlük “Vətən müharibəsi” zamanı döyüşən hərbi hissə olmuşdur.
23. Məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin birinci müavini-qərargah rəisi Ruslan Ağasıyevin arayışına əsasən: 2N2 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olmuşdur.
24. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının xx.xx.2020-ci il tarixli 458N №-li ezamiyyə vərəqinə əsasən İddiaçı N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Getmə tarixləri xx.xx.2020-xx.xx.2020 göstərilmişdir. Ezamiyyə vərəqinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının və 2N4 № li hərbi hissənin möhürləri vurulmuşdur.
IV. Məhkəmənin mövqeyi
25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
27. 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
28. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
29. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
30. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.
31. Əsasnaməyə görə, Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
32. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsinə əsasən baş çavuş İddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hisssəyə ezam edilmişdir. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 279 nömrəli əmri ilə baş çavuş İddiaçı hərbi hissənin ezamiyyətə gəlmişlər siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 284 nömrəli əmri ilə baş çavuş İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından yə qazan təminatından çıxarılmışdır.
33. İddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin müvafiq əmrlərinin olması, iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasını təsdiq edir.
34. Bundan başqa məhkəməyə təqdim edilmiş AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandirinin vəzifəsini icra edən tibb xidməti mayoru Famil Orucəliyevin arayışına əsasən Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart 202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N günlük “Vətən müharibəsi” zamanı döyüşən hərbi hissə olmuşdur.
35. Göründüyü kimi, cavabdeh iddiaçının Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən onun hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik olmadığını iddia etməklə etirazı əsassız olmuşdur.
36. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş bölgəsində hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır.
37. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.
38. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin N-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.
39. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: N9-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
40. İnzibati Prosessual Məcəllənin: 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 69, 75, 78–79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva