Məhkəmə qərarları › İş №2-1(112)-6366/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6366/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6366/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı (ünvan 1 ünvanda yaşayan) İddiaçılar Qanuni nümayəndə2, Qanuni nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladları (oğlu) xx.xx.2004-cü il təvəllüdlü Qanuni nümayəndə1 (qızı) xx.xx.2008-ci il təvəllüdlü Qanuni nümayəndə2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı əsl iddiaçılar Qanuni nümayəndə2, Qanuni nümayəndə1 ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə2, Qanuni nümayəndə1 məcburi köçkün statusuna malikdirlər və ünvan 2 ünvanında yaşayırlar. Məcburi köçkün olaraq bütün imtiyazlardan stifadə etmək hüququna malikdirlər. Sözügüdən hüuqulardan yararlanmaq məqsədi ilə Qanuni nümayəndə2, Qanuni nümayəndə1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsi 01/566 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə imtina olunaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydadalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçılar hesab edirlər ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə edilən Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli AA№ 454220 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə onun Ağdam rayonundan məcburi kökün düşmə faktı təsdiqlənir. Həmçinin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Qaradağ rayonu üzrə sektoru tərəfindən verilmiş AA- 454220 saylı, xx.xx.2020-ci il tarixli ayarışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malikdir və ünvan 3 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan istifadə etmək hüququna malikdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, bildirirlər ki, xx.xx.2004-cü il təvəllüdül Qanuni nümayəndə1 və xx.xx.2008-ci il təvəllüdlü Qanuni nümayəndə2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi etirazla qarşılanır. Bildirilr ki, iddiaçıların qanuni nümayəndəsi İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, X9 və Qanuni nümayəndə1 məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciət 01/566 nömrəli 04 02 2022-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, X2 daimi qeydiyyatı Bakı şəhəri, ünvan 4 ünvanında olduğu üçün idiaçıların müraciətlərinin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerim tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi Hə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün" statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. iddiaçıların qanuni nümayəndəsi İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddiaçıların anası X7 Bakı şəhəri, ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X1 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçılar Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Qaradağ rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası ’’məcburi köçkün” statusuna malik olsun; Hər iki valideynin qeydiyyatı daimi yaşayış yen üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Beləliklə, iddiaçılara münasibətdə yuxarıda sadalanan hər iki şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Beləliklə iddiaçılar Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların qanuni nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Qanuni nümayəndə1 təvəllüdü xx.xx.2004-cü il, Qanuni nümayəndə2 təvəllüdü qızı xx.xx.2008-ci il göstərilsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçılar, Qanuni nümayəndə1 təvəllüdü xx.xx.2005-ci il, Qanuni nümayəndə2 təvəllüdü xx.xx.2006-cı ildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin tələb hissəsində qeyd olunan iddiaçıların təvəllüdlərinin xx.xx.2005-ci il və xx.xx.2008-ci il kimi qeyd olunması texniki səhv olaraq qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunan, -Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 27 noyabr 2004-cü il tarixdə verilmiş AZ-İ 130108 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 17 noyabr 2004-cü il tarixdə nikah bağlanaraq qeydiyyatı aparılmışdır. -Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ874615 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə Qanuni nümayəndə2 doğulmuş və bu barədə 1486 saylı doğum akt qeydi aparılmışdır. -Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-671614 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə Qanuni nümayəndə1 qızı doğulmuş və bu barədə 1354 saylı doğum akt qeydi aparılmışdır. -AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə2 xx.xx.2006-cı il təvəllüdlüdür. -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə1 xx.xx.2005-ci il təvəllüdlüdür. -AA0373268 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1983-cü il təvəllüdlüdür. -Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 30 sentyabr 2020-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01/566 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı övladlarına məcburi köçkün statusunun verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilmişdir ki, iddiaçının həyat yoldaşı X2 daimi qeydiyyatı Bakı şəhəri, ünvan 4 ünvanında olduğu üçün müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. Məhkəmə araşdırması zamanı 01 noyabr 1983-cü il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən sorğu əsasında tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən 28 mart 2022-ci il tarixli 010-550-1222 saylı məktub əsasında 01 noyabr 1983-cü il təvəllüdlü X2 Bakı şəhəri, ünvan 7 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıların məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi iddiaçıların anaları X2 qeydiyyatda olduğu ünvanının Bakı şəhəri olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusata əsasən cavabdehin imtinası əsaslı olmuşdur. «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. Həmin Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Göründüyü kimi iddiaçıların ataları İddiaçı məcburi köçkün statusuna malik olsa da, lakin anaları xx.xx.1983-cü il təvəllüdlü X2 qeydiyyatı və daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Halbuki yuxarıda istinad olunan Qaydaların 4.1 və 4.1.6-cı bəndlərinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara verilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların analarının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onlara «məcburi köçkün» statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 68-69-cu 75.4-cü, 81-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar