Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6366/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923 saylı torpaq sahəsinə 11 iyul 1990-cı il tarixli 125432 saylı müqaviləyə əsasən İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsini cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qusulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ Massivində yerləşən 2923 saylı bağ sahəsinin mərhum babası X2 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923 saylı bağ sahəsinin mərhum babası X2 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. İddiaçı daha sonra məhkəməyə müraciət edərək iddia tələbinin “torpaq sahəsinin ölçüsü 0,11 ha nəzərə alınmaqla torpaq sahəsinin mərhum babasına məxsusluğu barədə arayışın verilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, ləhiş bağ massivində yerləşən 2923 saylı torpaq sahəsinin ölçüsü 0.11 ha göstərilməklə torpaq sahəsinin mərhum babasına məxsusluğu barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir.
6. Cavabdeh iddia tələbinin dəyişdirilməsinə etiraz etməmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Sanunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923 saylı torpaq sahəsi 11 iyul 1990-cı il tarixli 125432 saylı müqaviləyə əsasən iddiaçının babası Əzizov X6 mülkiyyətindədir. xx.xx.1988-ci il tarixdə babası X19 vəfat elmişdir. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 27 oktyabr 2023-cü il tarixli 775 saylı arayışına əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka vərəsəlik hüququ təmin edilmişdir. Reyestrdən çıxarışın verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda babasının adının müqavilədə X23raq idarənin arxiv əsaslarında isə Əzizov X16 olaraq qeyd edilmişdir. Sənədlərin təqdim edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə. icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbində haqlıdır. Belə ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsini özəlləşdirməsi öhdəliyi AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin əksər hissəsi və keçid yolu digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Bundan əlavə, təqdim edilmiş xx.xx.1990-cı il tarixli, 12432 nömrəli müqavilədə hüquq sahibinin adı “X19”, idarənin arxiv əsaslarında isə “Azizov X18” kimi qeyd edilmişdir. Bununla bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 1100 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6366/2024 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının icrası ilə əlaqədar bildirilir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2923” saylı torpaq sahəsi 11 iyul 1990-cı il tarixli, 125432 saylı müqaviləyə əsasən onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və **********72 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin əksər hissəsi və keçid yolu digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1990-cı il tarixli, 12432 nömrəli müqavilədə hüquq sahibinin adı “X19”, idarənin arxiv əsaslarında isə “Azizov X18” kimi qeyd edilmişdir. Bununla bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m qeyd edilsə də, faktiki 1100 kv.m təşkil edir. Əlavə olaraq bildirilir ki, təqdim edilən müqavilə mərhum X13 adına verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri şimal və şərq tərəfdən qonşu hasarla ayrılmışdır. Cənub və qərb tərəfdən isə şərtidir. Sənəd üzrə 0,12 ha, faktiki sahə 0,11 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən 2923 saylı bağ 2767, 2923, 2922 və 2924 saylı bağ sahələri və bölünənlərin ərazisinə düşür.
11. İş materiallarına əlavə olunmuş V-JQ 324996 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən Əzizov X17 xx.xx.1998-ci il tarixdə ölmüşdür.
12. İş materiallarına əlavə olunmuş 350685 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X1r, anası X3r.
13. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.1998-ci il tarixdə vəfat etmiş Əzizov X5 qalmış miras əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Əzizov X7 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın, və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etməyi xahiş edir.
14. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1986-cı il tarixli, 12432 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1966-cı il tarixli 4 №-li protokolu (sıra 107) əsasında X19 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Ləhiş qəsəbəsində 0.25 hektarlıq bağ sahəsini, sahəsi 19,95 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X19) həmin bağ sahəsini təhvil almışdır.
15. Əzizov X17 tərəfindən Bağlar İdarəsi Təsərrüfatına ünvanlanan xx.xx.1990-cı il tarixli ərizəyə əsasən bağın evsiz bir hissəsinin X10 adına keçirilməsi xahiş edilmişdir.
16. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 12432 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1990-cı il tarixli 77 №-li (sıra 31) protokolu əsasında X19 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Ləhiş qəsəbəsində 0.12 hektarlıq bağ sahəsini, sahəsi 19,95 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X19) həmin bağ sahəsini təhvil almışdır.
17. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi. II. İddianın növü və mümkünlüyü
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
30. X28 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
31. X28 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
32. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1986-cı il tarixli, 12432 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1966-cı il tarixli 4 №-li protokolu (sıra 107) əsasında X19 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Ləhiş qəsəbəsində 0.25 hektarlıq bağ sahəsini, sahəsi 19,95 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X19) həmin bağ sahəsini təhvil almışdır. xx.xx.1990-cı il tarixdə Əzizov X17 tərəfindən Bağlar İdarəsi Təsərrüfatına ərizə ünvanlanaraq bağın evsiz bir hissəsinin X10 adına keçirilməsi xahiş edilmişdir. Daha sonra “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 12432 nömrəli Müqaviləyə əsasən Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1990-cı il tarixli 77 №-li (sıra 31) protokolu əsasında X19 ilə icarə müqaviləsi bağlanmışdır. Birlik Ləhiş qəsəbəsində 0.12 hektarlıq bağ sahəsini, sahəsi 19,95 kv.metr olan 1 otaqdan ibarət binanı, yardımçı binaları hər iki tərəfin imzaladığı və müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün vermişdir və icarədar (X19) həmin bağ sahəsini təhvil almışdır.
33. Məhkəmə hesab edir ki, hazırda “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 12432 nömrəli Müqavilə iddiaçının mərhum babasının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X28 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).
34. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi əvvəllər iddiaçının mərhum babasının, hazırda isə iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı üçüncü şəxslər tərəfindən hər hansı mübahisə yoxdur.
35. Cavabdeh imtindad qeyd edilən torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən 2923 saylı bağ 2767, 2923, 2922 və 2924 saylı bağ sahələri və bölünənlərin ərazisinə düşdüyünü bildirsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahələrinə dair çoxsaylı mübahisələrə baxılması zamanı da müəyyən edilir ki, qeyd edilən bağ massivində yerləşən torpaq sahələrində sürüşmə halları tez-tez müşahidə olunur. Bu isə (torpaq sahəsinin açıq-aşkar bağların sxematik xəritəsi ilə tamamilə fərqli ərazidə yerləşməsi halları istisna olmaqla) torpaq sahəsi üzərində hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh inventarlaşdırma işlərinin aparılması qaydasında qeyd edilən uyğunsuzluğu aradan qaldırmaqla hüquqların qeydiyyatını təmin etməlidir.
36. Məhkəmə qeyd edir ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan və mübahisəli olmayan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.
37. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
38. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
39. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
40. Məhkəmə qeyd edir ki, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 12432 nömrəli Müqaviləyə əsasən iddia tələbinin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923 saylı bağ sahəsinin ölçüsü 0,12 ha qeyd olunsa da, torpaq sahəsinin faktiki ölçüsü 0,11 ha təşkil edir. İddiaçı isə torpaq sahəsinin ölçüsü 0,11 ha nəzərə alınmaq torpaq sahəsinin babasına məxsusluğu barədə arayışın verilməsini xahiş etmişdir.
41. İddiaçının babasının sənədlərdə fərqli qeyd edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən halın təsdiq edilməsi üçün sənədin şəxsə məxsusluğu barədə ərizə ilə xüsusi icraat qaydasında ərizə ilə ümumi məhkəməyə müraciət həddən artıq formallıq hesab edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının babasının adı Əzizov X11r. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan bildirişdə imtinanın əsaslarından biri olaraq qeyd edilir ki, mərhumun adı müqavilədə X23raq idarənin arxiv əsaslarında isə Əzizov X16 olaraq qeyd edilmişdir. Odur ki, idarənin arxiv əsaslarında iddiaçının babasının adı ölüm haqqında şəhadətnaməyə uyğun göstərilmişdir. Aydındır ki, müqavilə tərtib edilərkən mərhumun ata adı tam göstərilməyib, bu isə təqdim edilən digər sənəd və məlumatlarla (cavabdehin bildirdiyi kimi arxiv əsasları, ölüm haqqında şəhadətnamə, ən əsası həmin torpaq sahəsinin faktiki sahiblikdə olması) tamamlanır.
42. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mərhum babasının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
45. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 12432 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,11 ha olan 2923 saylı bağ sahəsinin iddiaçının mərhum babası Əzizov X12 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva