Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6370/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı X32 və X33 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailəsinin qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evdən keçmiş sakinlərin - 09.09.1961-ci il təvəllüdlü X18 və onun oğlu 08.09.1987-ci il təvəllüdlü X19 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, ev 40 A ünvanında yerləşən ev onların ailəsinə məxsusdur və həmin evi X1 01 fevral 2004-ci il tarixdə bağlanmış alqı-satqı əsasında X14 almışdır. X1 ilə evin köhnə sahibi X32 arasında bağlanmış 01 fevral 2004-cü il tarixli müqavilədən müəyyən edilir ki, ev satan satıcı X32 ünvan 2 ünvanında yerləşən evini ev alan alıcı X4 11.800 ABŞ dolları məbləğində pula satmış, ev alan Vahid Baxşəliyev isə həmin evi 11.800 ABŞ dollarına almışdır. Müqaviləyə ev satan X32, onun oğlu X33 və ev alan X10 və onun arvadı X5 imza etmişlər. Evi alandan sonra atası ailə üzvlər ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışdır. 2004-cü ildən etibarən ev faktiki olaraq onların ailələrinin sahibliyində və istifadəsindədir. Sonradan atası Vahid Baxşəliyev vəfat etmiş və atasının vəfatından sonra evi İddiaçı idarə edir, vaxtlı-vaxtında evə dair kommunal xərclərini - qaz, işıq, su pulunu və s. xərcləri ödəyir. Evə dair kommunal xərclərinə görə ödədiyi məbləğlər barədə ödəniş qəbzlərinin bir qismi tərəfindən mövcud iddia ərizəsinə qoşma edilmişdir. Həmçinin, “Azəriqaz” tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 26 noyabr 2021-ci il tarixli AKT-dan müəyyən edilir ki, onun, yəni sifarişçi İddiaçı sifarişi əsasında yaşadığı ünvan 3 ünvanında qaz sayğacı quraşdırılmışdır. Evi satandan sonra, yəni 2004-cü ildən etibarən evi satan evin köhnə sakinləri X32 və onun oğlu X33 başqa ünvana köçüb getmişlər, başqa ünvanda yaşayırlar. Belə ki, qonşuları - X6, X7 və X25 tərəfindən tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli AKTdan da müəyyən edilir ki, yaşadığı ünvan 2 ünvanında yerləşən evi X1 2004-cü ildə X32 adlı bir qadından alqı-satqı yolu ilə almış, evi alandan sonra atası ailə üzvləri ilə köçüb həmin evdə yaşamağa başlamışdır. Evi satan X32 isə oğlu X33 ilə birlikdə 2004-cü ildə evi atasına satandan sonra evdən çıxıb evi atasına təhvil vermişlər, özləri isə başqa ünvana köçmüşlər, 2004-cü ildən sonra qonşuları köhnə sakinləri həmin evdə görməmişlər. ASAN 3 Xidmət Mərkəzi tərəfindən verilmiş arayışdan da müəyyən edilir ki, 2004-cü ildən ailənin sahibliyində və qanuni istifadəsində olan yaşadıqları ünvan 2 ünvanında yerləşən evdə o, yəni İddiaçı, oğlu X26, anası X5, bacısı X11, bacısıoğlu X12, bacısı X13 qedyiyyatdadırlar. Lakin “ASAN 3” Xidmət Mərkəzi tərəfindən verilmiş həmin arayışdan ona məlum olmuşdur ki, keçmiş sakinlər X32 və onun oğlu X33 hələ də onların evində qeydiyyatdadırlar. Buna görə də o, keçmiş sakinlərin yəni X18 və onun oğlu X19 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 29 yanvar 2022-ci il tarixli cavab məktubunda onun xahişini təmin etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra X32 və X33 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxslər isə gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. 01 fevral 2004-cü il tarixli “Daşınmaz Əmlakın alqısı və satqısı üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinə əsasən” Beh Müqaviləsindən görünür ki, satıcı X32 ünvan 5 ünvanında yerləşən evi alıcı X4 11.800 ABŞ dollarına satmağa razılaşmış və alıcı X10 buna görə satıcı X21 700 ABŞ dolları beh vermişdir. AZ-İİ 035577 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 12.07.2019cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 07 fevral ayının 17 günündə 1336 nömrə ilə qeyd edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının X31 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14-15-14-18/25 nömrəli, 27.01.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X32 və onun oğlu X33 qeydiyyatda olduqları Biləcəri qəsəbəsi, Xaqani küçəsi 40 A ünvanında yaşamırlar (qonşuların imzaladığı akta əsasən). Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, 09.09.1961-ci il təvəllüdlü X32 və 14.12.1958-ci il təvəllüdlü X34 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 29.01.2022-ci il tarixli 059-2899S-1222 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən vətəndaş X8 qeydiyyatdan çıxarılması və ya istifadə hüquqlarına xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-7244-1222 №li 15.04.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X32 26.11.2003-cü il tarixdən, X33 27.12.2003-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar və həmin şəxslərin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 059- 14937-1222 №li, 22.04.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 08.09.1987-ci il təvəllüdlü X19 və 09.09.1961-ci il təvəllüdlü X18 Forma 1 (fərdi uçot kartoçkasının) ksesosurəti məhkəməyə göndərilmiş, lakin qeydiyyata alınmaları barədə əsasverici sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması imkanları xaricindədir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının X31 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14-15-14-18/109 nömrəli, 19.05.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar İddiaçı X5, X11, X26, X15, X12, X2, X9, X3 qeydiyyatda olduqları Biləcəri qəsəbəsi, Xəqani küçəsi, ev 40 A ünvanında yaşayırlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da onlar, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onun əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək, onun barəsində sərəncam vermək hüquqları məhdudlaşdırır. İddiaçının mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, üçüncü şəxslər 09.09.1961-ci il təvəllüdlü X18 və 08.09.1987-ci il təvəllüdlü X19 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər 09.09.1961-ci il təvəllüdlü X18 və 08.09.1987-ci il təvəllüdlü X19 İddiaçı məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6370/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6370/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver