Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6370/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********458200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********458200 nömrəli qərarı ilə qanunsuz və əsassız olaraq vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarın surətini bugünkü günə kimi rəsmi olaraq əldə edə bilməmişdir. Belə ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməyi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməyi” barədə 2022-ci ilin noyabr ayında qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın qəbul edilməsindən uzun müddət heç bir məlumatı olmamışdır. Bir müddət sonra riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilməyi iddiaçıya məlum olduqda xx.xx.2023-cii il tarixdə ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək riskli vergi ödəyicisi kimi tanınmağı barədə qərarın surətinin təxirəsalınmadan ərizəsində qeyd etdiyi ünvana göndərilməsini xahiş etmişdir. Həmin ərizənin və ərizənin göndərməsini təsdiq edən poçt qəbzinin surətini də hazırki ərizəsinə əlavə etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə elektron formada İnternet Vergi İdarəsi üzərindən onun şəxsi elektron kabinetinə müraciətinə baxması haqqında məktub göndərilmişdir. Məktubda həmin qərarın tarixi və nömrəsi, eyni zamanda qondarma əsaslar göstərilsə də qərarın özü göndərilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə elektron formada İnternet Vergi İdarəsi üzərindən iddiaçının şəxsi elektron kabinetinə göndərilmiş cavab məktubundan sonra rəsmi olaraq məlumatlanmışdır. Həmin məktubun surətini və məktubun onun şəxsi elektron kabinetinə xx.xx.2024-cü il tarixdə göndərilməsini təsdiq edən elektron sistemdən çıxarışı da hazırki ərizəsinə əlavə etmişdir. İddiaçı qeyd edir ki, məktubda ona mübahisələndirdiyi qərarın qəbul edilməsinə əsas kimi iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 13.5 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda “CAM BEZİ_35*38CM_2634_3LU,SPRG_1M_PLS_FARASLİ,DEZİNFEKTECHZ_POMPALİ_1L _ABS” qeyd olunduğu, lakin guya satış gününədək elektron qaimə-faktura üzrə alışında və ya idxalında qeyd edilən malların müəyyən edilməməsi göstərilmişdir. Lakin iddiaçı qeyd edir ki, vergi ödəyicisi kimi onun fəaliyyətində heç bir uyğunsuzluq olmamış, eləcə də bugünə kimi tərəfindən heç bir qanunsuz əməllərə yol verilməmişdir. Həmçinin sözügedən qərarda guya riskli əməliyyatların aradan qaldırılmadığı və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsi ilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, sözügedən qərarda göstərilən xüsusatlar həqiqəti əks etdirmir və tamamilə formal xarakterli tərtib edilmişdir. Hətta qeyd edir ki, həmin qərar ondan əvvəl hansısa vergi ödəyicisi üçün yazılıb və Vergi Orqanı eyni xüsusatları yaddan çıxararaq ona aid olan hissədə dəyişdirmədən saxlayıb. Çünki göstərilən iradların heç birinin onun fəaliyyəti ilə əlaqəsi yoxdur. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Sözügedən qərada vergi ödəyicisi kimi riskli vergi ödəyicisi hesab edilməsi üçün göstərilmiş faktlar həqiqəti əks etdirmir, həmin faktlar formal xarakterlidir. Bir daha qeyd edir ki, iddiaçı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş« vergi ödəyicisi kimi fəaliyyətində heç bir uyğunsuzluq olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6370/2024 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin əsl cavabdeh Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh orqan Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-157402/2024 nömrəli iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən İcarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan "Meyarların müddəalarına əsasən vergi ödəyicisinin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı əsas fəaliyyət növü (İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı) "İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları'na əsasən obyektin olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli **********458200 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisələnidirilən qərarın qəbul edilməsinə əsas kimi xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 13.5 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda CAM BEZİ_35*38CM_2634_3LU,SPRG_1M_PLS_FARASLİ,DEZİNFEKTE,CHZ_POMPALİ_1 L_ABS" qeyd olunduğu müəyyən edilsə də elektron qaimə-faktura üzrə alışında və idxalında həmin malların müəyyən edilmədiyi göstərilmişdir. Lakin mənim fəaliyyətimdə heç bir uyğunsuzluq olmamış, qanunsuz əməllərə yol verilməmişdir. Qərar qanunsuz və əsassızdır. Belə ki, sözügedən qərarda göstərilən xüsusatlar həqiqəti əks etdirmir və tamamilə formal xarakterli tətbiq edilmişdir. Hətta deyərdim ki, həmin qərar məndən əvəl hansısa vergi ödəyicisi üçün yazılıb və vergi orqanı eyni xüsusatları yaddan çıxararaq mənə aid olan hissədə dəyişdirmədən saxlayıb. Qeyd olunan iradların mənim fəaliyyətimlə əlaqəsi yoxdur. İlk növbədə bildiririk ki, vergi ödəyicisi riskli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.3-cü bəndə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. 2.1.3 idxalatçının, istehsalçımın və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçiran şəxsin vergi orqanında qeydiyyatda olan anban (o cümladan icareye götürdüyü anban) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal ve ya elde edilen malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilen (sifarişçi vergi ödəyicisi olduqda VÕEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı ve FİN-i) mallar ve hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına taqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin iddia ərizəsində qeyd olunan elektron qaimə-fakturalara münasibətdə isə bildiririk ki, vergi ödəyicisinin fəaliyyəti təhlil olunarkən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 13.5 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə satışda CAM BEZİ_35*38CM_2634_3LU,SPRG_1M_PLS_FARASLİ DEZİNFEKTE CHZ_POMPALİ_1L_ABS qeyd olunduğu müəyyən edilmişdir. Lakin satış gününədək elektron qaimə-faktura üzrə alışında və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın, 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətine (VOEN: **********) 50 517.5 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 89 614,6 manat olmaqla, ümumilikdə 140 132,1 manat dəyərində mal, iş və xidmətlərin (dezinfekte chz pompalı, nemli mop bezi, fırça, çöp kovası, cam bezi, montaj-işçilik və s.) təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi, qeyd edilən satışları etməsinə baxmayaraq, 2021-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində dövrün sonuna mal qalığı göstərilmədiyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyindən (VÕEN: **********) 70,8 manat, "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (VÖEN:**********) 100.0 manat dəyərində iş və xidmətlərin (elektron gömrük xidməti haqqı və icarə haqqı) əldə edilməsi ilə bağlı elektron qaimə- fakturalarının əldə edildiyi müəyyən olunmuşdur. Bundan başqa, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən 2022-ci il ərzində cəmi 820,46 manat dəyərində mallar (təbii dəri (1 ədəd vərəq şəklində) və toqqalar (3 ədəd)) idxal edildiyi həmin malların elektron qaimə-faktura məlumatlarına əsasən təqdim edilmədiyi və 2022-ci il üçün təqdim edilən gəlir vergisi bəyannaməsində mal qalığı olaraq göstərilmədiyi müəyyən olunmuşdur. Bununla da vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılmadığı müəyyən olunmuşdur. Əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərar ilə təsdiq edilmiş risk meyarları əsasında təhlil edilir. Yuxarıda qeyd olunanlara əsasən qanunvericiliyə uyğun olaraq, Azarbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 lyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına əsasən aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Nazirlar Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəll qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi əsaslandırmadan da aydın olduğu kimi onun tərəfindən təqdim olunmuş elektron qaiməfakturalarda hansı mal adlarının qeyd olunmasından məlumatsız olması da onun əməliyyatlarının riskli olmasını bir daha sübut edir. Araşdırma zamanı iddiaçının qərar çıxanıldıqdan sonra xx.xx.2022-ci il tarixində ərizə ilə vergi orqanına müraciət etdiyi və xx.xx.2022-ci il tarixdə təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçotda alındığı lakin riskli elektron qaimə-fakturaların tərəfindən ləğv edilmədiyi müəyyən edilmiş və bu səbəbdən də riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı müddətin ötürülməsi ilə bağlı özünə haqq qazandırmaq üçün iddia ərizəsində bildirmişdir ki, "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar 2022-ci ilin noyabr ayında qəbul edilməsinə baxmayaraq, uzun müddət heç bir məlumatım olmamışdır. Riskli vergi ödəyiciləri siyahısına daxil edilməyim mənə məlum olduqda xx.xx.2023-cü il tarixdə ərizə ilə DVX-yə müraciət edərək riskli vergi ödəyicisi kimi tanınmağım barədə qərarın surətinin təxirəsalınmadan ünvanıma göndərilməsini xahiş etdim. Bundan sonra xx.xx.2024-cü il tarixində rəsmi olaraq məlumatlandırılmışam. Qeyd olunanların əksinə bildiririk ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********458200 nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə Qərar 11,11,2022-ci il tarixdə saat 14:13:55-də vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:50:54-də oxunmuşdur. Eyni zamanda vergi ödəyicisinin qərar barədə məlumatının olmasını daha sonra xx.xx.2022-ci tarixdə vergi orqanına müraciət ederek, riskli vergi ödəyicisi siyahısından çıxarılmanı xahiş etdiy maktub da sübut edir. (Məktub etiraza əlavə edilir) Vergi ödəyicisinin hamin müraciəti vergi orqanının xx.xx.2022-ci il tarixli **********083400 nömrəli məktubu ilə cavablandırılmış və həmin məktub ise xx.xx.2022-ci il tarixdə saat 09:31:53-da vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş ve xx.xx.2022-ci il tarixdə saat 12:54:22-da tarafindan oxunmuşdur. Həmçinin vergi ödəyicisi xx.xx.2023-cü il tarixdə vergi orqanına inzibati qaydada şikayət verərək riskli vergi ödəyicisi siyahısından çıxarılmasını və 2022-ci il üzrə hesablanmış galir vergisinin azaldılmasını xahiş etmiş ve vergi orqanının 11 dekabr 2023-cü il tarixi **********752700 nömrəli qərarı ilə İddiaçının inzibati şikayəti təmin edilməmişdir. İddiaçı hamin xx.xx.2023-cü il tarixli şikayətində qeyd edir: "xx.xx.2022-ci il tarixli **********458200 saylı qərarınıza əsasən təsərrüfat subyektinin olmaması ilə bağlı məni riskli vergi ödəyici siyahısına daxil etmişiniz. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının əvvəldən qərar barədə məlumatı olmasına baxmayaraq, məhkəməyə dürüst olmayan məlumat təqdim edərək, iddia müddətinin ötürülməsi ilə bağlı özünə haqq qazandırmağa çalışmışdır. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların suretleri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şexsan verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə( onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vargi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlerin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********458200 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçı hazırkı halda adıçəkilən riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının qərarın ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi qərarın ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İddiaçının 1 ildən çox müddət keçdikdən sonra mübahisələndirilən qərardan məlumatlı olması aktiv vergi fəaliyyəti olan, daimi vergi əməliyyatları aparan vergi ödəyicisi üçün ağlabatan hesab olunmur. İddiaçı sözügedən qərardan hansı tarixdə tanış olduğunu təsdiq edən sübutu nə iddiasında əsaslandırmış, nə də məhkəməyə sübut olaraq təqdim etmişdir. Əksinə iş materiallarında sözügedən vergi ödəyicisinin kimi riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********458200 nömrəli qərarın mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda **********-19001 bu obyekt kodunda və Bakı Şəhəri Suraxanı Rayonu Bülbülə ŞTQ Səttar Bəhlulzadə(Bülbülə qəs) ev47 m.ünvanında anbar olaraq fəaliyyəti var. Buna görə də onun riskli vergi ödəyicisi siyahısından azad edilməsi, sənədin cavabının onlayn kargüzarlığa gəlməsi xahiş olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Beləliklə, iddiaçı barəsində olan əliverişsiz xx.xx.2022-ci il tarixli inzibati aktdan ən geci xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş, lakin həmin tarixdən 01 il 3 aya yaxın müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini, bununla da müddətin bərpasına dair ərizə vermək hüququnun aradan qalxdığını nəzərə alaraq iddia müddətinin bərpasına dair ərizəyə münasibət bildirilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6370/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6370/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver