Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6373/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışların və texniki pasportların verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv.m. olan, 4 otaqlı, 44 saylı mənzilin və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyatına alınaraq, reyestrdən çıxarışların və texniki pasportların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən "xxxx" MTK üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Koperativi ilə iddiaçı arasında bağlanmış 23 may 2016-cı il tarixli və 07 dekabr 2017-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv. m. olan, 4 otaqlı, 44 saylı mənzili və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv. m. olan qeyriyaşayış sahəsini binanın payçı qismində satın almışdır. Müqavilələr üzrə müəyyən olunmuş mənzilin və qeyri-yaşayış sahəsinin dəyərləri tərəfindən tam olaraq ödədikdən sonra, heç bir borcunun olmamasına dair "xxxx" MTK tərəfindən 23 may 2016-cı il tarixli, 32 saylı, 07 dekabır 2017-ci il tarixli, 77 saylı maliyyə arayışları və "xxxx" MTK-nın 02 sentyabr 2015-ci il tarixli, 02/09 saylı, 07 dekabr 2017-ci il tarixli, 07/12 saylı protokollardan çıxarışlar iddiaçıya verilmişdir. Bina 2017-ci ildə istismara verildikdən sonra, satın aldığı mənzili və qeyri-yaşayış sahəsini tam istismara yararlı vəziyyətə gətirərək hər iki əmlakdan təyinatına uyğun olaraq istifadə edir. Lakin mənzilin və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə əsasən, satın aldığı Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv. m. olan, 4 otaqlı, 44 saylı mənzilin və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyata alınması, çıxarışların və texniki pasportların verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə 09 aprel 2021-ci il tarixdə rəsmi müraciətlər etmişdir. Lakin iddiaçıya **********85 saylı və **********82 saylı 19 aprel 2021-ci il tarixli imtina məktubları verilərək müraciətlərinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabadeh idarə tərəfindən heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətlərinin icrasından imtina edirlər. İddiaçı bu halın yəni cavabdehin hərəkətlərini özbaşınalıq və süründürməçilik kimi qiymətləndirir və bir vətəndaş olaraq hesab edir ki, qanuni şəkildə satın aldığı qeyri-yaşayış sahəsini qeydiyyata alınmaqla, çıxarışın və texniki pasportun verilməsi Azərbaycan Respublikasını ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməlidir. Buna görə də öz hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv.m. olan, 4 otaqlı, 44 saylı mənzili və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışların və texniki pasportların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********28 saylı etirazında göstərilmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. . Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi məhəllə 987 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının qeyr-yaşayış mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair aparılan araşdırma zamanı qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********83 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi məhəllə 987 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 44 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə olunan hüquqmüəyyənedici sənədlər surətdir. Mənzilin ölçüsü sənəd üzrə 227.17 kv.m olsa da, faktiki olaraq 196.2 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********85 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, M.Qaşqay küçəsi, 52 saylı çoxmərtəbəli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, aparılan araşdırma zamanı qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar edilmişdir. Bundan əlavə, təqdim edilmiş protokoldan çıxarışa əsasən MTK-nın yığıncağında iştirak edən kooperativ üzvlərinin sayı ümumi üzvlərinin yarısını təşkil etmir. Həmçinin, qeyri- yaşayış sahəsinin razılaşdırılmış mərtəbəlik planı təqdim edilməmişdir”. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********85 saylı məktubu ilə bildirilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi məhəllə 987 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən 44 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə olunan hüquqmüəyyənedici sənədlər surətdir”. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrini əhatə etdiyi 987-ci məhəllə, M.Qaşqay, 52 ünvanında "xxxx" MTK-ya ("xxxx" MMC) məxsus yaşayış binasının istismarına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 358 nömrəli istismara icazə sənədinə əsasən icazə verilmişdir. -İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə M.Qaşqay 52 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsini, iddiaçı isə qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. -İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2017-cı il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində, 44 №-li mənzilin iddiaçıya verilməsini, iddiaçı isə qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. - "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2015-ci il tarixli 02/09 №-li Protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində, sahəsi 227.17 kv.m olan 44 №-li mənzil iddiaçıya verilmişdir. - "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2017-ci il tarixli 07/12 №-li Protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə M.Qaşqay 52 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qeyriyaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya verilmişdir. - "xxxx" MTK-nın xx.xx.2017-ci tarixli 77 saylı maliyyə arayışından görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacibəyli Və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, M.Qaşqay 52 ünvanda inşa edilən "xxxx" MTK-ya məxsus yaşayış binasının qeyri-yaşayış mərətəbəsində yerləşən, sahəsi 277 m2 olan qeyri-yaşayış sahəsinin dəyərini qalıq olmadan 100 % ödəmişdir. - "xxxx" MTK-nın xx.xx.2016-cı tarixli 25 saylı maliyyə arayışından görünür ki, iddiaçı Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanda inşa edilən, "xxxx" MTK-ya məxsus yaşayış binasının 9cu mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 227.17 kv.m olan, 44 №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv.m. olan, 4 otaqlı, 44 saylı mənzilin və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyriyaşayış sahəsinin iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən araşdırılmış, nəticədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırki mübahisəyə şamil edilən Qanunun 8.0.9 və 8.0.9.2. maddələrinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı istifadəsində olan mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün onların əldə edilməsinə dair "xxxx" MTK ilə arasında bağlanmış müqavilələri, MTK-nın üzvlərinin yığıncağının protokollarını və maliyyə arayışlarını cavabdeh qeydiyyat orqanına təqdim etmiş, lakin sonuncu tərəfindən ərizələrinin təmin edilməsindən imtina edilmiş, bu hal da iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, H. Ələsgərov, Q. Quliyev, C. Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv.m. olan, 4 otaqlı, 44 saylı mənzil və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışların və texniki pasportların verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş 52 saylı çoxmərtəbəli yaşayış binasının 9cu mərtəbəsində yerləşən, ümumi sahəsi 227,17 kv.m. olan, 4 otaqlı, 44 saylı mənzil və qeyri-yaşayış mərtəbəsində yerləşən, ümumi sahəsi 277 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışların və texniki pasportların verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6373/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6373/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver