Məhkəmə qərarları › İş №2-1(112)-6375/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6375/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6375/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ (üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb olunması barədə) Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsinə məhkəmənin binasında (ünvan: ünvan 1aq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 və X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati iş üzrə qəbul ediləcək qərar X2 və X1 qanunla qorunan maraqlarına toxuna biləcəyinə görə, onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28 və 80-ci maddələrinə əsaslanaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə X2 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar