Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6376/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıAllahverdi və X7 X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X2rşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Allahverdi və X7 X3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, yaranmış dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2.337,38 manat borcun 9 il müddət keçməsi ilə əlaqədar olaraq qanunun normasını tətbiq etməklə silinməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi” haqqında qərarının ləğv edilməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6736/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçıAllahverdi və X7 X1 iddiası cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid hissəsində mümkün sayılmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi" haqqında qərarına əsasən borclu Allahverdi və ortaqlari tam ortaqlı kəndli fermer təsərüfatı sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN ********** almış lakin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün onun məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə xx.xx.2020-ci il tarixə 2337,38 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi" haqqında qərarına əsasən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcun yaranma səbəbinin açıqlanması barədə müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, Allahverdi və ortaqlari tam ortaqlı kəndli fermer təsərüfatınin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdən borcla saldo kimi 2337,38 manat məbləğ keçmişdir. Tərəflərindən aparılmış araşdırmadan məlum olmuşdur ki, Allahverdi və ortaqlari tam ortaqlı kəndli fermer təsərüfatınin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış borcun xx.xx.2019-cu ilə deyil 2011-ci ilə təsadüf edir və 2019-cu ilədək Allahverdi və ortaqlari tam ortaqlı kəndli fermer təsərüfatınin borcunun mövcudluğu barədə nə Dövlət Sosial Müdafiə Fondunun Salyan Rayon şöbəsindən nədə Vergilər Nazirliyindən hər hansı bir bildiriş daxil olmamışdır. Yaranmış dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2337,38 manat borcun 9 il müddət keçməsi ilə əlaqədar olaraq qanunun normasını tətbiq etməklə müddət keçdiyindən silinməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx xxxx 2020-ci ildə müraciət edilmişdir. Edilmiş müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı X6 xx xxxx 2020-ci il tarixli **********361000 saylı məktubla xx xxxxxx 2020-ci il tarixdə cavab verilmişdir. Verilmiş cavabda Allahverdi və ortaqlari tam ortaqlı kəndli fermer təsərüfatınin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış borc məbləğinin silinməsinin mümkün olmaması bildirilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X6 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. xx.xx.2020-ci il tarixli, **********012000 nömrəli “Tələbin icraya yönəldilməsi” haqqında qərarı qəbul etmiş 5 saylı X4 hüquqi ünvanı Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Həmçinin, iddiaçı Allahverdi və X7 X1 (VÖEN: **********) ünvanı da (Salyan rayonu, Seyidsadıxlı kəndi) Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını və aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil hazırkı işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 xx xxxx 2020-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə Allahverdi və X7 X3 tərəfindən 2.337,38 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləğinin xx.xx.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmış, tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. İşin hallarından görünür ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:
1. Dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablanmış 2.337,38 manat borcun müddətin keçməsi əsası ilə silinməsi;
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi” haqqında qərarının ləğv edilməsidir. Məhkəmə qeyd edir ki, iddia 2.337,38 manat vergi borcunun silinməsi hissəsində məcburetmə haqqında iddia növünə aiddir. İnzibati İcraat haqqında Qanunun 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraat qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4.-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 xx.xx.2020-ci il tarixli **********012000 nömrəli “tələbin icraya yönəldilməsi” haqqında qərarını mübahisələndirir, borcun silinməsi ilə yanaşı həmin qərarın ləğv edilməsini tələb edir. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından da aydın görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 ünvanı ünvan 3 ünvanıdır. Məhkəmə iddianın ərazi aidiyyətini müəyyən edərək qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X4 ünvanı Şirvan şəhərinin dislokasiyasında yerləşdiyindən, hazırkı iddia ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Beləliklə,Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Allahverdi və X7 X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı X2rşı “qərarın ləğv edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6376/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim: Aytən Oruczadə