Məhkəmə qərarları › İş №2-1(112)-6376/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6376/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6376/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliy, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Daxili İşlər Nazirliyi) qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Daxili İşlər Nazirliyi) qarşı “məhdudiyyətin götürülməsi”barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil anasının mülkiyyətində olmuş, vərəsəlik yolu ilə ona keçmiş, çıxarış verilmişdir. Mənzili satmaq istəmiş, lakin məhdudiyyətin olduğu aşkar edilmişdir. İddiaçı hesab edir ki, məhdudiyyət götürülməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, əmlak üzərində məhdudiyyət Daxili İşlər Nazirliyinin məktubu əsasında qoyulmuş, məhdudiyyətin götürülməsi barədə hər hansı müraciət idarəyə daxil olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı ş, Yasamal r, İnşaatçılar prospekti, ev 14, mənzil 21 (yeni qaydalarla İnşaatçılar prospekti 14, M12,m1) ünvanda yerləşən yaşayış sahəsi üzərində məhdudiyyət inzibati işlə əlaqədar olaraq qoyulmamışdır. Cavabdehin imtina məktubundan görünür ki, həmin mənzil üzərində məhdudiyyət Daxili İşlər Nazirliyinin məktubu əsasında qoyulmuşdur. Daxili İşlər Nazirliyinin 02 noyabr 2015-ci il tarixli məktubundan görünür ki, siyahıda göstərilən, o cümlədən hazırkı iş üzrə istinad edilən mənzil üzərində məhdudiyyətin qoyulmasına Azərbaycan Beynəlxalq Bnkın külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilmsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə göstəriş verilməsi əmlak orqanından xahiş edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Mülki Məcəllənin: 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 138.1. Əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. CPM-nin: 248.1. Əmlak üzərinə həbs: 248.2. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. 248.3. Həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 251.1. Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. 254.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. 254.2. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. 442.1. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə əmlak üzərinə məhdudiyyətin qoyulması barədə Daxili İşlər Nazirliyinin, daha doğrusu aidiyyəti istintaq orqanının məktubu əsasında əmlak üzərində qoyulmuş məhdudiyyətin cavabdeh inzibati orqan tərəfindən götürülməli olub-olmaması ilə əlaqədardır. İş materiallarından da göründüyü kimi Daxili İşlər Nazirliyi cavabdehə məktubla müraciət edərək Azərbaycan Beynəlxalq Bnkın külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilmsi faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə əmlak üzərində məhdudiyyətin qoyulmasını xahiş etmiş, həmin məhdudiyyət də cavabdeh inzibati orqan tərəfindən qoyulmuşdur. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda əmlak üzərində məhdudiyyətin qoyulmasının qanuniliyinin qiymətləndirilməsi baxımından, həmin qanuniliyin cavabdeh inzibati orqan tərəfindən qoyulmasının və istintaq orqanı tərəfindən qoyulmasının qanuniliyinin ayrıca qiymətləndirilməsi zəruridir. Belə ki, istintaq orqanı tərəfindən əmlak üzərində məhdudiyyətin müəyyən edilməsinin qanuniliyi aidiyyəti məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qiymətləndirilir. Yuxarıda göstərilən cinayət prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi istintaq orqanı tərəfindən məhkəmə qərarı olmadan da əmlak üzərində məhdudiyyətin qoyulması mümkündür ki, bu məhdudiyyət nəinki təqsirləndirilən şəxsin əmlakı, eləcə də digər şəxsə məxsus əmlak üzərində də qoyula bilər. Həmin həbsin qanuni olub-olmaması isə məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qiymətləndirilməkdədir. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı cinayət işi üzrə qoyulmuş əmlak üzərində məhdudiyyətlə əlaqədar istintaq orqanının nəzərə alınmamasını, məhdudiyyətin məhz cavabdeh tərəfindən götürülməli olması qənaətindədir. Halbuki, həmin halların yəni istintaq orqanı tərəfindən məhdudiyyətin düzgün qoyulub-qoyulmaması, cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin gözlənilib-gözələnilməməsinin müəyyən edilməsinin inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Bu səbəbdəndir ki, əmlak üzərində məhdudiyyətin götürülməsi barədə məhkəmə və istintaq orqanının qəarının mövcudluğu inzibati icraatın düzgün aparılıb-aparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qərarı nəzərə almaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə cavabdehin qanunvericiliyin tələblərini pozması kimi dəyərləndirilə bilər. Həmin qərar yoxdursa, inzibati orqanın hər hansı qanunsuzluğundan söhbət gedə bilməz. Bu zaman, nəzərə alınmalıdır ki, istintaq orqanının həbslə bağlı qərar və ya məktubla cavabdehə müraciət etməsi də hər hansı əhəmiyyət daşımır. Belə ki, məhdudiyyətin məktub və ya qərar formasında olması, cinayət prosessual qanunvericilik baxımından qərarın müvafiq rekvizitlərdə olması və s kimi hallar istintaq orqanının istintaq olunan cinayət işi üzrə əmlak üzərində məhdudiyyətin qoyulmasına dair yazılı sənədinin ayrıca legitimliyinin cavabdeh tərəfindən yoxlanılması səlahiyyətini vermir. Həmin səlahiyyət məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məxsusdur ki, həmin səlahiyyət, həmçinin inzibati məhkəmə üçün də müəyyən edilmir. Belə ki, cinayət prosessual fəaliyyət üzrə inzibati orqanın hərəkət və hərəkətsizliyinin, eləcə də qərarlarının, məktublarının legitimliyini inzibati məhkəmə yoxlamalı deyil. Nə qədər ki, məhkəmə məktubun qanuniliyinə qiymət verə bilmir, həmin məktubun nəzərə alınmamasının inzibati orqandan gözlənilməsi də istisna edilməlidir. Digər tərəfdən inzibati icraat üçün xarakterik olan məktubun qərar kimi qəbul edilə bilənliyi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarın rekvizitləri barədə konkret müddəalar inzibati icraat haqqında qanunda göstərilsə də, məktubun da inzibati akt xüsusiyyəti daşımalı olmasına münasibətdə müvafiq inzibati məhkəmə təcrübəsi mövcuddur. Belə ki, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, inzibati akt dedikdə aktın təkcə qərar, sərəncam formasında olması imperativ qaydada nəzərdə tutulmamışdır. Sənədin inzibati akt hesab olunması üçün onun təkcə formasına deyil, ümumiyyətlə məzmununa nəzər yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında xüsusi ilə qeyd olunmuşdur ki, inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub – inzibati akt hesab olunur. Oxşar mövqe eləcə də, 2-1(102)-710/2025 saylı iş üzrə qəbul edilmiş təcrübə müəyyən edən xx.xx.2025-ci il tarixli qərarında (****) da təkrarlanmışdır. Göründüyü kimi inzibati akt məktub formasında da ola bilər. Bu səbəbdən istintaq orqanı tərəfindən məktub formasında qərarın qəbul edilməsi hazırkı halda hər bir halda istisna təşkil etmir. Hər bir halda, qərarın məktub formasında olması, qərarın olmaması və s kimi hallar inzibati orqan və ya inzibati məhkəmə tərəfindən cinayət prosessual fəaliyyət üzrə qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanun 3.2.2-ci maddəsinə əsasən Bu qanunun müddəaları inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bu zaman, məhkəmə hesab edir ki, “İnzibati Prosessual Məcəlləsinin 2-ci və AR Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 04.10.12-ci il tarixli Qərarı da nəzərə alınmalıdır. Qərarda qeyd edilir ki, İnzibati orqanlar tərəfindən qəbul edilən inzibati xətalarla bağlı qərarların hüquqi təbiətinə gəldikdə isə, həmin qərarlar “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş qaydada deyil, İXM ilə nəzərdə tutulmuş qaydada qəbul edilsələr də, onlar inzibati akt hesab olunurlar. Lakin qanunvericilik onların icrası və mübahisələndirilməsi ilə bağlı fərqli prosessual qaydalar nəzərdə tutur. Həmin mövqeyin mahiyyəti odur ki, inzibati xətalara dair icraat üzrə də inzibati orqanların qəbul etdiyi qərar inzibati aktdır. Bunun oxşar mövqeyi kimi ictimai təhlükəlilik baxımından inzibati xətadan fərqlənən cinayət işləri üzrə cinayət prosessual qanunvericiliklə cinayət təqibini həyata keçirən orqan tərəfindən qəbul edilən qərarlar da inzibati akt hesab edilir. Lakin, burada həmin inzibati akt inzibati icraat haqqında qanunvericiliklə yox, cinayət prosessual qanunvericiliklə qəbul edilir Nə qədər ki, cinayət prosessual qanunvericiliklə tənzimlənən qəbul edilən qəraryəni inzibati akt üçün məktub formasında olmanı qadğan edən norma və ya Konstitusiya Məhkəməsinin mövqeyi yoxdur, həmin qadağanın nə inzibati orqan, nə də inzibati məhkəmə icraatı qaydasında baxan məhkəmə üçün müəyyən edilməli olması da istisna təşkil edir. Nəzərə alınmalıdır ki, həmin qadağanın olub-olmaması, ümumiyyətlə qəbul edilmiş qərarın və ya məktubun qanuniliyi məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən yoxlanılmalıdır ki, iddiaçı da həmin tələblə aidiyyəti orqana müraciət edə bilər. Lakin, həmin tələblər gözlənilmədən verilmiş hazırkı iddianın təmini istisna edilir. Digər tərəfdən Ali Məhkəmənin 2-1(102)-1444/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı həmin əmlak üzərində məhdudiyyətin götürülməsinə münasibətdə Daxili İşlər Nazirliyinə də müraciət etmiş və məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, irəli sürülən tələbin məzmunu inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmadığından və mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edildiyindən həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “...... “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Lakin, iddiaçı həmin izahdan kənara çıxaraq cinayət təqibi orqanı ilə mübahisənin həllinə nail olmaq əvəzinə, bu dəfə digər inzibati orqana qarşı həmin əmlakla bağlı müraciət etmiş, cinayət təqibi orqanının qərarı olmadan və Ali Məhkəmənin göstərilən mövqeyinə uyğun olmadan iddia ilə müraciət etmişdir. Halbuki həm o işdə hansı orqana hansı qaydada müraciət etməli olduğu izah edilmiş, hal-hazırda da izah edilir. Qeyd olunur ki, həmin məhkəmə tərəfindən həbsin qanuni olmasının müəyyən edilməsi istisna təşkil etmir. Belə olduğu halda həmin məhkəmənin CPM-nin aidiyyəti tələblərinin yoxlanımasına dair yekun mövqeyi olmadan həmin məsələyə hazırkı iş üzrə münasibət bildirilməsi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar