Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-638/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı hərbi xidmətlə bağlı əlillik vəziyyətinin qiymətləndirilməsindən imtinaya dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17- 4/2-S- 29681/2023 nömrəli məktubunun qanunsuz hesab edilməsi və hərbi xidmətlə bağlı əlillik vəziyyətinin qiymətləndirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1995-1998-ci illərdə Xarkov Ali Hərbi Təyyarıçilik Mərkəzində təhsil almış və xx.xx.2005-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində (bundan sonra-DSX) həqiqi hərbi xidmət keçmişdir. DSX-də həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun) 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq, xx.xx.2017-ci il tarixdə kapitan rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla da iddiaçı DSX-də 20 il 01 ay 16 gün həqiqi hərbi xidmətdə olmuşdur. DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının (bundan sonra-MHHK) sədri tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2902 nömrəli “Xəstəlik şəhadətnamə”sinə görə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 64 “a”, 65 “b”, 3 “c”, 13”b” və 35-ci maddələrinin 111 qrafasına əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. Xəstəliyi hərbi xidmət dövründə almışdır. “Xəstəlik şəhadətnamə”sində xəstəliklərinin yaranma tarixi, onların sonrakı inkişaf dinamikası, xəstəliklərdən hansı tibb idarələrində müayinə və müalicə olunması, onların nəticələri barədə ətraflı məlumat əksini tapmışdır. Belə ki, “Xəstəlik şəhadətnamə”sində göstərildiyi kimi, həqiqi hərbi xidmətdə olduğu müddətdə 2015-ci ildən başlayaraq, onda onurğaboyunda, boynunda, çiyinlərində, oynaqlarında, hər iki yuxarı və aşağı ətraflarında ağrılar, onurğaboyu hərəkətsizlik, yuxarı ətraflarında əsmə, döş sümüyü arxasında olub-keçən yandırıcı ağrılar və tez-tez sidiyə getmə əlamətləri ilə müşaiyət olunan ciddi və əziyyətverici xəstəliklər yaranmışdır. Ona görə də 2015-ci ildən etibarən onurğanın osteoxondrozununa, onurğaboyu hərəkət məhdudluğuna görə konservativ müalicələr almışdır, lakin ağrılar və hərəkət məhdudluğu keçmədiyi üçün müayinə olunmağa X1 İnstitutuna göndərilmişdir. xx.xx.2015-ci il tarixdə həmin müalicə müəssisəsində bir aya yaxın stasionar müalicə almış və həkim R.Məhərrəmova tərəfindən konsultasiya olunmuşdur. Ona “Altıncı, yeddinci döş fəqərələrinin vərəm spondiliti” diaqnozu qoyulmuşdur Xəstəliyi ilə bağlı ağrıları azalsa da, onurğaboyu hərəkət məhdudluğu qaldığı üçün DSX-nin Hərbi Hospitalına (bundan sonra- HH) göndərilmişdir. Barəsində xx.xx.2016-cı il tarixdə MHHK tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin” 3“c”, 13”d” maddələrinin 111 qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövündə məhdud yararlıdır” qərarı verilmişdir. Qeyd edir ki, bu illər ərzində dəfələrlə revmatoloq tərəfindən təyin olunmuş ambulator müalicələr almışdır. Göndərişə əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə DSX-nin HH-da stasionar müayinə və müalicə olunmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixli akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılan müayinələrin nəticələri belədir: onurğanın döş-bel-oma hissəsinin rentgen müayinəsində ankilozlaşan spondiloartrit, “Bampuk simptomu”, ön hərəki bağların ossifıkasiyası, bud-çanaq, bazu oynaqlarının rentgen müayinəsində yayılmış osteoartroz, oynaq yarığının daralması, oynaq səthi itiləşib. Nəticə: Ankilozlaşan spondiloartrit, sakroileit. Həmin tarixdə akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasında həm də revmatoloq C.Hüseynova tərəfindən konsultasiya olunmuş və ona “Ankilozlaşan spondiloartrit, mərkəzi forma, ikitərəfli sakroileit, üçüncü rentgenoloji dövr, üçüncü funksional çatışmazlıq, koksartroz, ikinci rentgenoloji dövr, digər oynaqların artrozu” diaqnozu qoyulmuş və müalicə təyin olunmuşdur. Sonra yenidən şəhadətləndirilmək üçün DSX-nin MHHK-na göndərilmişdir. Müalicə və müayinə olunduğu tibb idarələri bunlardır: DSX-nin HH-da xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (x/t N1238), X1 İnstitutu xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (çıxarış epikrizi), DSX-nin HH-da xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (x/t N1238), DSX-nin HH-da xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixədək (x/t N 9 diaqnoz: “Onikibarmaq bağırsağın xora xəstəliy, onikibarmaq bağırsaq soğanağının xorası, diffuz panqastrit, toksiki hepatit, OU-Refraksiyası, 0,5 D olan zəif dərəcəli hipermetropiya, görmə itiliyi 0,6 korreksiya ilə 1,0 (vahid), presbiopiya, altıncı, yeddinci döş fəqərələrinin vərəm spondiliti”), DSX-nin HH-da xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək (x/t N187), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı Reabilitasiya Mərkəzində (stasionar reabilitasiya kartasından çıxarış N 51). DSX-nin HHda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (x/tN 879), xx.xx.2022-ci il tarixli akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında revmatoloq tərəfidən konsultasiya (a/v N 10349), Həmçinin bildirir ki, onurqaboyu palpasiyada paravertebral nöqtələr ağrılıdır, onurğaboyu hərəkətsizliyi vardır, hərəkəti kəskin məhduddur və kəskin ağrılıdır, yeriyəndə məcburi vəziyyət alır, bel-oma, hər iki bud çanağında və düz oynaqlarında ağrılar vardır, sağ yuxarı ətrafında əsmə vardır və s. Beləliklə, ona sonuncu dəfə qoyulan diaqnoz belədir: “(M45.0) Ankilozlaşan spondiloartrit, mərkəzi forma(M46.1), ikitərəfli sakroileit, üçüncü rengenoloji dövr, üçüncü funksional çatışmazlıq(M16.6), ikitərəfli koksartroz, ikinci rengenoloji dövr(M19), digər oynaqların artrozu, (B90.2) kliniki müalicə olunmuş onurğanın D6-D7 fəqərələrinin vərəm spondiliti, (E66.0) üçüncü dərəcəli alimentar piylənmə, (K76.0) qaraciyərin piy distrofiyası, (H52.2) OD-Dərəcəsi 0.75 D., ümumi ametropiyası, 1.0 D olan mürəkkəb hipermetropik astiqmqtizm, (H52.0) görmə itiliyinin 0.5 korreksiyası ilə 1.0 olması, OS- Refraksiyası 1.0D olan zəif dərəcəli hipermetropiya, görmə itiliyinin 0.6 korreksiya ilə 1.0 olması, (G20) parkinson sindromu”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra-“Əlilliyin qiymətləndirilməsi Qaydası”) 1.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Yenə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Yenə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5, 1.5.1.5-ci və 1.5.1.6-cı bəndlərinə görə şəxsin əlilliyi hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müəyyən edilir. Həmçinin bildirir ki, qeyd edilən “Xəstəlik şəhadətnamə”sində onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olmağı və xəstəliyi hərbi xidmət dövründə almağı əksini tapmışdır. Həqiqi hərbi xidmət zamanı yaranmış xəstəlikləriylə bağlı əlilliyinin müəyyən edilməsi barədə yazılı müraciəti cavabdeh Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/2-S-29681/2023 nömrəli cavab məktubu ilə təmin edilməmişdir. Cavabdehin gəldiyi qənaət ondan ibarətdir ki, təqdim etdiyi tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər əlilliyin təyininə əsas vermir. Lakin, cavabdeh Agentliyin gəldiyi nəticə ilə obyektiv araşdırılma aparılmadığına görə razılaşmır. İlk növbədə ona görə ki, mötəbər tibbi sənəd olan DSX-nin MHHK-nin sədri tərəfindən təsdiq edilmiş adıçəkilən “Xəstəlik şəhadətnamə”sindən görünür ki, xx.xx.2016-cı il tarixli diaqnozla mən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövündə məhdud yararlı” hesab edils də, hərbi həkim komissiyasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. Bununla da açıq surətdə təsdiq edilir ki, onda olan xəstəliklərdə altı il ərzində yüngülləşmə deyil, getdikcə ağırlaşma halları baş vermişdir. Bundan başqa, onda aşkar edilən xəstəliklərin hər birinin ayrı-ayrılıqda insan orqanizminin funksiyalarının pozulmasına təsiri ümumiyyətlə nə araşdırılmayıb, nə də onlara münasibət bildirlməmişdir. Onun xəstəlikləri isə aşağıdakılardan ibarətdir: “(M45.0) Ankilozlaşan spondiloartrit, mərkəzi forma(M46.1), ikitərəfli sakroileit, üçüncü rengenoloji dövr, üçüncü funksional çatışmazlıq(M16.6), ikitərəfli koksartroz, ikinci rengenoloji dövr(M19), digər oynaqların artrozu, (B90.2) kliniki müalicə olunmuş onurğanın D6-D7 fəqərələrinin vərəm spondiliti, (E66.0) üçüncü dərəcəli alimentar piylənmə, (K76.0) qaraciyərin piy distrofiyası, (H52.2) OD-Dərəcəsi 0.75 D., ümumi ametropiyası, 1.0 D olan mürəkkəb hipermetropik astiqmqtizm, (H52.0) görmə itiliyinin 0.5 korreksiyası ilə 1.0 olması, OS-Refraksiyası 1.0D olan zəif dərəcəli hipermetropiya, görmə itiliyinin 0.6 korreksiya ilə 1.0 olması, (G20) parkinson sindromu”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İnzibati icraat haqqında” Qanun) 24.1-ci maddəsinin tələbinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Yenə “İnzibati icraat haqqında” Qanunun 24.2-ci və 24.3-cü maddələrinin tələbinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən, hesab edirəm ki, cavabdeh Agentlik mənə hərbi xidmətlə əlaqədar əlillik təyin eilməsi məsələsinə baxanda işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmayıbdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X10 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: İkincili parkinsonizm, Parkinson sindrom, əsmə rigid forma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü X8 (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin Q00069708UJJ nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-9456/2023) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Sadıqova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 2902 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Ankilozlaşan spondiloartrit, mərkəzi forma. İkitərəfli sakroileit, üçüncü rentgenoloji dövr, üçüncü funksional çatışmazlıq. İkitərəfli koksartroz, ikinci rentgenoloji dövr. Digər oynaqların artrozu. Klini ki müalicə olunmuş onurğanın D6-D7 fəqərələrinin vərəm spondiliti. Üçüncü dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. OD- Dərəcəsi 0.75 D, ümumi ametropiyası 1.0 D olan mürəkkəb hipermetropik astiqmatizm. Görmə itiliyinin 0.5 korreksiya ilə 1.0 olması. OS-Refraksiyası 1.0 D olan zəif dərəcəli hipermetropiya. Görmə itiliyinin 0.6 korreksiya ilə 1.0 olması. Parkinson sindromu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, bədənində ümumi hərəkət məhdudluğu və şiddətli ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında hərəkət edərkən kənar şəxslərin köməyinə ehtiyacı olduğunu, Türkiyədə müalicə aldığı, hal-hazırda medikamentoz preparatlardan “Sikladol” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı boyun, çiyin nahiyələrində, onurğanın sağa-sola hərəkətlərində məhdudluq izlənilmiş, sağ əlində əsmə müşahidə edilmişdir. Nevroloji statusunda yuxarı ətraflarda plastik tonus, riqidlik izlənilməmiş, nitqdə qüsür və koordinasiya pozğunluğu müşahidə olunmamışdır. Təqdim olunmuş rentgen şəkli vətəndaşın klinikası ilə uyğunsuzluq təşkil etmişdir” kimi qeyd olunmuş, Əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, boyun, aşağı ətraflarda ağrılarından, boyun nahiyəsi və yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnezində 2014-cü ildən Bexterev xəstəliyindən əziyyət çəkdiyini, hər iki aydan bir Türkiyədə müalicə olunduğunu, Humira preparatını hər 15 gündən bir inyeksiya şəklində qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyun hərəkətlərində hərəki məhdudluq göstərməyə çalışmış, sağ yuxarı ətrafında essensial tremor müşahidə olunmuş, bu barədə şikayət bildirməmiş, nevroloji olaraq əlillik təyinatına əsas verməmişdir. X10 xx.xx.2023-cü il tarixli 42 nömrəli Çıxarışında diaqnoz “Parkinson sindromu. Xen yar şkalası İV mərhələ. Hərəkət və yeriş funksiyasının ifadəli məhdudluğu ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Göndəriş əsasında X9 İnstitutuna müayinəyə göndərilmiş və xx.xx.2023-cü il tarixli 6768-2023 nömrəli Tibbi rəydə diaqnoz “Ankilozlaşan spondilit (Bexterev xəstəliyi), İkitərəfli sakroileit. Sol bud-çanaq oynağı artrozu ikinci dərəcə. Oynaq kontrakturası. Daimi ağrı. Yerişin pozulması” k\m'\ qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir.Komissiyaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli Rentgen görüntü keyfiyyətsiz olduğundan yenidən Rentgen müayinə nəticəsi tələb edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli Rentgen şəklində də tam kölgəlik görünmüş, xəstəliyin rentgenoloji dəyərləndirilməsi mümkün olmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək 1-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2902 nömrəli Xəstəlik Şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən xx.xx.2022 tarixli 1757 N-li göndərişinə əsasən təkrar şəhadətləndirilmişdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Xəstəliklər cədvəlinin» 64 “a” 65 “b”, 3 “c”, 13 “b” və 35 maddələrinin İİİ qrafasına əsasən: Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. b) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının adına X11 tərtib olunmuş xx.xx.2023-cü il tarixli, R00119318APD (Forma TQS N-088) saylı göndərişində qeyd edilmişdir: “Əsas diaqnoz: G21-ikincili parkinsonizm, parkinson sindrom, əsmə rigid forma (Xen-Yar şkalası üzrə xəst. (İVmər) (G21.9). Ağırlaşma: R26-hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin məhdudluğu. Yanaşı xəstəliklər: B90.2-sümük və oynaq vərəminin uzaq nəticələri, kliniki müalicə olunmuş onurğanan D6-D7 fəqərələrin vərəm spondiliti, E66.O-energetik resursların artıq miqdarda daxil olması, İİİ dərəcəli alimentar piylənmə, M46.1-başqa rubrikalarda təsnif olunmayan sakroileit, ikitərəfli sakroileit, İİİ rent dövr, İİİ f.s, M19-digər artrozlar, digər oynaqların artrozu, İll-ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ, M16.1-digər birincili koksartroz, ankilozlaşan spondiloartrit, mərkəzi forma, M81.9-dəqiqləşdirilməmiş osteoporoz, osteoparoz, R52.2-digər daimi ağrı sindromu, 167.4-hipertenziv ensefalopatiya, hipertenziv ensefalopatiya” Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixdə baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, X2: Vİ Sinif => Sinir sistemi xəstəlikləri => G20-G26 Ekstrəpiramıd və digər hərəkı pozğunluqlar => G20 => Parkinson xəstəliyi, Diaqnozun mətni: Parkinson sindromu.Sümük və oynaqların vərəmi. Kliniki müalicə olunmuş onurğanın D6-D7 fəqərələrinin vərəm spondiliti. parkinson sindromu. Piylənmə. İİ dər.alimentar piylənmə Sümük və oynaqların vərəmi. Klinik) müalicə olunmuş onurğanın D6-D7 fəqərələrinin vərəm spondiliti, parkınson sindromu. Onikibarmaq bağırsağın xorası, 12 barmaq bağırsağın xora xəstəlıyi.12 barmaq bağırsaq soğanağın xorasından sonrakı çapığı. Qaraciyərin digər dəqiqləşdirilmiş xəstəlikləri. Qaraciyərin piy distrofıyası Presbiopıya. OU-refrəksiyası 0.5 0 olan zərf dərəcəli hipermetroptya.görmə iriliyi 0.6 korteksiya ilə-lXLPresbtopiya. Meyar: 2.2 ikinci dərəcə əlillik = > 2.2 9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, götmə pozuntuları və yə piramid çatışmazlıq əlamətləri, kəskin nəzər açardan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X10 xx.xx.2023-cü il tarixli R00119318APD nömrəli göndərişi əsasında baxılmış, “Başqa rubrikalarda təsnif olunmayan sakroileit, iki tərəfli saqroileit. İİİrent.dpvr.İİİf.ç.” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə müddətsiz üçüncü dərəcə (60%) əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 20 may 2024-cü il tarixli, 3-17-4/3-3-3650/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2024-cü il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 9456/2023). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-23752/2023). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2024 nömrəli qərardadına əsasən Məhkəmə Tibbi Ekspertizasında əyani müayinə olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Sadıqova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixli 2902 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Ankilozlaşan spondiloartrit, mərkəzi forma. İkitərəfli sakroileit, üçüncü rentgenoloji dövr, üçüncü funksional çatışmazlıq. İkitərəfli koksartroz, ikinci rentqenoloji dövr. Digər oynaqların artrozu. Klin iki müalicə olunmuş onurğanın D6- D7 fəqərələrinin vərəm spondiliti. Üçüncü dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası. OD-Dərəcəsi 0.75 D, ümumi ametropiyası 1.0 D olan mürəkkəb hipermetropik astiqmatizm. Görmə itiliyinin 0.5 korreksiya ilə 1.0 olması. OS-Refraksiyası 1.0 D olan zəif dərəcəli hipermetropiya. Görmə itiliyinin 0.6 korreksiya ilə 1.0 olması. Parkinson sindromu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, bədənində ümumi hərəkət məhdudluğu və şiddətli ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında hərəkət edərkən kənar şəxslərin köməyinə ehtiyacı olduğunu, Türkiyədə müalicə aldığını, hal-hazırda medikamentoz preparatlardan “Sikladol” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı boyun, çiyin nahiyələrində, onurğanın sağa-sola hərəkətlərində məhdudluq izlənilmiş, sağ əlində əsmə müşahidə edilmişdir. Nevroloji statusunda yuxarı ətraflarda plastik tonus, riqidlik izlənilməmiş, nitqdə qüsür və koordinasiya pozğunluğu müşahidə olunmamışdır. Təqdim olunmuş rentgen şəkli vədəndaşın klinikası ilə uyğunsuzluq təşkil etmişdir. ” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, boyun, aşağı ətraflarda ağrılarından, boyun nahiyəsi və yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnezində 2014cü ildən Bexterev xəstəliyindən əziyyət çəkdiyini, hər iki aydan bir Türkiyədə müalicə olunduğunu, Humira preparatını hər 15 gündən bir inyeksiya şəklində qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyun hərəkətlərində hərəki məhdudluq göstərməyə çalışmış, sağ yuxarı ətrafında essensial tremor müşahidə olunmuş, bu barədə şikayət bildirməmiş, nevroloji olaraq əlillik təyinatına əsas verməmişdir.” kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xx.xx.2024-cü il tarixində Məhkəmə Tibbi Ekspertizasında müayinədən keçməsi məlum olmuş, əyani olaraq boynunda hərəkətlərdə məhdudluq aşkarlanmış (sağa-sola dönmə və başın arxaya-önə hərəkətləri), həmçinin onurğanın digər şöbələrində hərəki məhdudluq müşahidə edilmiş, fəqərə arası məsafə artmamışdır. Təqdim olunan rentgen müayinəsinə əsasən “bambuk çubuqları” əlaməti izlənilmiş, omaqalça oynaqları bağlı olmuşdur. Əyani müayinə və rentgen müayinə nəticələrinə əsasən “Bexterev” xəstəliyi təsdiqlənmişdir. X10 xx.xx.2023-cü il tarixli 42 nömrəli Çıxarışında diaqnoz “Parkinson sindromu. Xen yarşkalası, İV mərhələ. Hərəkət və yeriş funksiyasının ifadəli məhdudluğu ilə" kimi qeyd olunmuşdur. Elmi X13 İnstitutunun xx.xx.2023-cü il tarixli 110 nömrəli Arayışında diaqnoz “Digər dəqiqləşdirilmiş iltihabi spondilopatiyalar" kimi qeyd olunmuşdur. X6 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Ankilozlaşan spondilit (Bexterev xəstəliyi). İkitərəfli spondilit. Sol budçanaq oynağının artrozu ikinci dərəcə. Oynaqların kontrakturası. Daimi ağrı. Yerişin pozulması" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Vətəndaş tərəfindən yeni göndəriş rəsmiləşdirildiyi təqdirdə onun barəsində qəbul edilmiş qərarın Əlillik altsisteminə daxil edilməsi məqsədəuyğun hesab edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən T 297/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, 1-4.7. SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X7” X15 müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, onun istər qərardadın 1, 2 və 3-cü bəndlərində, istərsə də xx.xx.2023-cü il tarixli R00119318APD (Forma TQS №088) saylı göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkməsini də inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. 5.6. Həmin xəstəliklər hazırda xroniki olduğundan onların nə reablitasiya nə də əlavə müalicə (ixtisaslaşmış müalicəyə) yolu ilə aradan qaldırılması mümkün deyildir. Hal hazırda xəstənin əyani müayinəsi və təqdim edilmiş rentgen müayinəsinin nəticəsinə əsasən ağırlaşmaların (onurğa sütunu boyunca hərəkətlərdə olan məhdudlaşma dərəcələri, rentgenoloji olaraq fəqərələrin prosesə tutulmasının artması) meydana çıxdığı aşkar edilir. Odur ki, diaqnoz nəzərə alınmaqla əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05. 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.5.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 60% pozulmasına görə müddətsiz əlillik təyin edilmişdir. 8.9. iddiaçının əyani müayinəsində “ikinci parkinsonizm” əsas diaqnozunun hər hansı bir əlaməti ümumən müşahidə olunmadı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi eksperizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin T806/2024 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1968-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-5, 8-10. Vətəndaş İddiaçı tibb müəsissələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsindəki eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Həmçinin SN-nin “MTE və PAB” phş müvafiq tibbi avandanlıqlarla təchiz olunmadığından onun qərardadın 2-ci bəndində və müvafiq yarımbəndlərində qeyd edilən xəstəliklərdən əziyyət çəkib- çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin, onun adına X11 tərtib olunmuş xx.xx.2023-cü il tarixli, R00119318APD (Forma TQS N-088) saylı göndərişində qeyd edilmiş “Əsas diaqnoz: G21-ikincili parkinsonizm, parkinson sindrom, əsmə rigid forma (Xen- Yar şkalası üzrə xəst. (İVmər) (G21.9). Ağırlaşma: R26-hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin məhdudluğu. Yanaşı xəstəliklər: B90.2-sümük və oynaq vərəminin uzaq nəticələri, kliniki müalicə olunmuş onurğanan D6-D7 fəqərələrin vərəm spondiliti, E66.O-energetik resursların artıq miqdarda daxil olması, İİİ dərəcəli alimentar piylənmə, M46.1-başqa rubrikalarda təsnif olunmayan sakroileit, ikitərəfli sakroileit, İİİ rent dövr, İİİ f.s, M19-digər artrozlar, digər oynaqların artrozu, İll-ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ, M16.1-digər birincili koksartroz, ankilozlaşan spondiloartrit, mərkəzi forma, M81.9-dəqiqləşdirilməmiş osteoporoz, osteoparoz, R52.2-digər daimi ağrı sindromu, 167.4-hipertenziv ensefalopatiya, hipertenziv ensefalopatiya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmiş, eləcə də vətəndaşın xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə və rentgen müayinə nəticələrinə əsasən onda Bexterev xəstəliyi təsdiqlənmişdir. 6-7. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər. İddia mahiyyət üzrə qismən əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 2023-cü ildə “Başqa rubrikalarda təsnif olunmayan sakroileit, iki tərəfli saqroileit. İİİrent.dpvr.İİİf.ç.” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə müddətsiz üçüncü dərəcə (60%) əlillik təyin edilmişdir. Hazırkı iddiasında iddiaçı ona 1-ci dərəcəli əlilliyin təyin edilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qərarı ilə razılaşmır. Belə ki, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilmiş sonuncu xx.xx.2023-cü il tarixli, R00119318APD nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz G21-ikincili parkinsonizmparkinson sinrom, əsmə rigid forma Xen-Yar şkalası üzrə xəst. İV mərhələ, ağırlaşma R26-hərəkətin və yerişin pozulmaları, hərəkətin və yerişin məhdudluğu) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları”: 6.1.10. sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -6.1.10.1. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları, 35-60 %, - 1 il müddətinə; -6.1.10.2. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları, -65-80 %, - 2 il müddətinə; -6.1.10.3. başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın ağır dərəcədə pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və sərbəst durmanın itirilməsi, 85-100 %, müddətsiz. 6.6.1. ikincili parkinsonizm –G21 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -6.6.1.1. ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) -40-60%, - 2 il müddətinə; - 6.6.1.2. hərəkətin təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İV mərhələsi) – 65-80%, - müddətsiz; -6.6.1.3. hərəkətin əhəmiyyətli təzahür edən pozuntusu (Hoehn və Yahr şkalası üzrə xəstəliyin V mərhələsi), - 85-100%, - müddətsiz. 13.8 sümük və oynaq vərəminin uzaq nəticələri B90.2 kodu altında olan xəstəliyin qiymətləndirmə meyarları aşağıdakılardır: -13.8.1. vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının mülayim dərəcədə pozulması, 35-60 %, - 1 il müddətinə; - 13.8.2. vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının təzahür edən dərəcədə pozulması, 65-80 %, -2 il müddətinə; - 13.8.3. vərəmin müalicədən sonrakı gecikmiş əlamətləri, zədələnmiş orqan və sistemlərin funksiyalarının əhəmiyyətli dərəcədə geri dönməz pozulması, 85-100 %, müddətsiz. Məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz “Əlilliyin müəyyyən olunması meyarlarında “6.6.1. ikincili parkinsonizm –G21” kodu altında öz əksini tapsa da, həmin xəstəliyin qiymətləndirilməsi meyarlarında Xen-yar şkalası üzrə xəstəliyin İV mərhələsi 65-80% və V mərhələsi isə 85-100% aralığında göstərilmişdir. Göründüyü kimi iddiaçının əsas diaqnozu 40-60% aralığına-üçüncü dərəcə əlilliyə uyğun deyildir. Belə olan halda iddiaçıda olan əsas diaqnoz və ağırlaşma 61-80%-ikinci dərəcə və V mərhələsi isə 81-100%-birinci dərəcə əlilliyə uyğun olub-olmadığı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda əyani müayinə və rentgen nəticələrinə əsasən “bexterev” xəstəliyinin olduğu təsdiq olunmuşdur. Eyni zamanda iddiaçıda olan B90.2, E66.0, M46.1, M19, M16.1, M81.9, R52.2, İ67.4 kimi yanaşı xəstəliklər də iddiaçıda əsas diaqnoz və ağırlaşma ilə yanaşı orqanizmin funksiyalarının pozulması faizinə də təsir edir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının xəstəliyinin hansı faiz aralığına aid edilməsinin və ona müvafiq əlillik dərəcəsinin (üçüncü dərəcə 31-60% istisna olmaqla) təyin edilməsinin cavabdehin diskresion, qiymətləndirmə azadlığına aid səlahiyyəti çərçivəsində həll edilməli olan məsələdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. İnzibati orqanın səlahiyyətinin diskresion səlahiyyət olub-olmaması çox zaman təfsir məsələsindən asılı olur. Qanunun və Konstitusiyanın məqsədləri inzibati orqana hansı sahələrdə və hansı məqsədlə diskresion səlahiyyət verildiyini müəyyən etməyə imkan verir. Dolayısı ilə, inzibati orqan qanunvericiliklə müəyyən olunmuş məqsədlə bağlı olur və diskresion səlahiyyəti həyata keçirərkən ona uyğun hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, əgər qanun ümumi şəkildə hər hansı bir sahənin tənzimləməsini inzibati orqana həvalə edirsə onda bunu da diskresion səlahiyyətlərin mövcud olma əsası kimi qəbul etmək mümkündür. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni inzibati orqan işin hallarını qiymətləndirmək, eyni vaxtda diskresion səlahiyyətlərdən istifadə etmək imkanından istifadə edir. Bu cür hallarda söhbət qarışıq tərkiblərdən gedir. Lakin hər bir halda məhkəmə inzibati orqanı öz qiymətləndirməsinə əsasən həyata keçirdiyi hərəkətləri diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı rəhbər tutmalı olduğu prinsiplər əsasında yoxlayır. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə məhkəmə bu nəticəyə gəlinir ki, tikintiyə icazə ilə bağlı icraat inzibati orqanın diskresion səlahiyyətinə aid olmaqla bu növ müraciətlər üzrə iddia bilavasitə İPM-nin 73.2 və 73.3-cü maddəsinin təsir dairəsinə aiddir. Məhkəmə qeyd edir ki, cavabdehin üzərinə iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş sonuncu xx.xx.2023-cü il tarixli, R00119318APD nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz, ağırlaşma) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi və iddiaçının xeyrinə yeni qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh yeni icraat zamanı yenidən xx.xx.2023-cü il tarixli üçüncü dərəcə əlillik təyinatı zamanı digər dərəcə əlillik təyinatlarından imtina dəlillərinə əsaslanmamalı, iddiaçının müraciətinə qanunvericiliyin tələbləri çərçivəsində baxaraq zəruri yoxlamanın həyata keçirilməsindən sonra iddiaçının müraciətinə dair yenidən qərar qəbul etmək və bu zaman onun üzərinə iddiaçının xeyrinə olan hüquqi mövqeni, yəni orqanizmin funksiyalarının 61-80% və ya 81-100% aralığında olan müvafiq əlillik dərəcəsi təyinatının aparılmasını nəzərə almaq öhdəliyi qoyulmalıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı müvafiq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-638/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-638/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver