Məhkəmə qərarları › İş №2-1(112)-6381/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6381/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6381/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi (bundan sonra – İddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 60.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 80.00 manat və İcbari Tibbi Sığorta Fonduna 150.00 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 16 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti 1 vahidinin qiyməti 60 manat olan 1 ədəd “Nokia 6610” markalı telefon, Çin istehsalı olan 1 vahidinin qiyməti 80 manat olan 1 ədəd “Vertu ” markalı telefon, 1 vahidinin qiyməti 150 manat olan “Elit” markalı kondisioner olmaqla, ümumilikdə 290 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə xx.xx.2023-cü il tarixdə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı sərəncam vermiş, sərəncamda tərəflərə hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq (həll etmək) hüquqları izah edilmiş, məhkəmə iclası sonuncu dəfə xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh ödəniş qəbzlərini təqdim edərək, əmlakın siyahıya alınmasına əsas olan borcunu ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü kompüterlərin və periferiya avadanlıqlarının təmiri olmuşdur. - Vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 3339.99 manat, o cümlədən: vergilər üzrə 2858.73 manat, faizlər üzrə 481.26 manat borcu olmuşdur. -Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********0 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 5564.04 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 4193.57 manat, faizlər üzrə 1270.47 manat, maliyyə sanksiyası üzrə 100 manat borcu olmuşdur. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********1 nömrəli bildirişdən görünür ki, onun həmin tarixə ümumilikdə 506.08 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 411 manat, faizlər üzrə 95.08 manat borcu olmuşdur. -İddiaçının xx.xx.2022-ci il tarixli, **********9 və **********5 nömrəli qərarları ilə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. - - İddiaçının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarına əsasən, vergi ödəyicisi Cavabdeh əmlaklarının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı qərar (qərarlar) bir icraatda birləşdirilmiş və əmlaklar siyahıya alınmışdır. -İşdə olan xx.xx.2022-ci il tarixli **********5 nömrəli, **********5 nömrəli və **********9 nömrəli əmlakın siyahıya alınması haqqında protokollardan və həmin protokollara əlavələrdən görünür ki, iddiaçıya məxsus fərqləndirici əlaməti 1 vahidinin qiyməti 60 manat olan 1 ədəd “Nokia 6610” markalı telefon, Çin istehsalı olan 1 vahidinin qiyməti 80 manat olan 1 ədəd “Vertu ” markalı telefon, 1 vahidinin qiyməti 150 manat olan “Elit” markalı kondisioner olmaqla, ümumilikdə 290 manat məbləğində əmlak siyahıya alınmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 60.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 80.00 manat və İcbari Tibbi Sığorta Fonduna 150.00 manat borcuna görə həmin əmlaklarının satılmasını xahiş edir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya 80 manat, 60 manat və 150 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcu artıq iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İşin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olunur ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün zəruri tədbirlər görülmüş, əmlakın siyahıya alınmasına səbəb olan borc məbləği ödənilmişdir. Belə olan halda aydın olur ki, tələb olunan borc ödənildiyindən artıq hazırkı iddia ərizəsi üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar