Məhkəmə qərarları › İş №2-1(112)-6383/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6383/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6383/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 saylı müraciətin cavablandırılması haqqında məktubunu qanunsuz hesab edib, yaşa görə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1974-cü il tarixdən başlamış, xx.xx.2002-ci il tarixdə bitirmişdir. Ümumilikdə 28 il 01 ay 5 gün əmək stajına malikdir. Pensiya təyin olunması üçün cavabdeh orqana rəsmi qaydada dəfələrlə müraciətlər etmişdir, cavabdeh orqan ona bir neçə dəfə rəsmi cavab göndərmiş, xx.xx.2021-ci il tarixli, **********2 saylı yaşa görə pensiyanın təyin edilməsindən imtina olunması haqqında cavabında qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi ИT-İ № ******* saylı əmək kitabçasına əsasən stajı 18 il 7 ay müəyyən olunmaqla tələb olunan müddətdən 25 il az müddət hesablanmışdır. Onun pensiya təyin olunmaq üçün onun 28 il sığorta stajı mövcuddur ki. cavabdeh orqan ona pensiya təyin edilməsindən qanunsuz olaraq imtina etməkdədir. Bu səbəbdən cavabdeh orqanın ona təqdim etdiyi 23 dekabr 2021-ci il tarixli imtina məktubu qanunsuz hesab olunmalı və ona pensiya təyin olunması vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçı 17 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.Lakin İddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də işlədiyi dövrlərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əmək kitabçasında qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci ıl tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Həmin qaydaların 3.2.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1979-xx.xx.1982-ci il tarixlərdə, xx.xx.1982-xx.xx.1989-cu il tarixlərdə, xx.xx.1989-xx.xx.1990-cı il tarixlərdə, xx.xx.1990xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.2002ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-03189-2021 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin arxiv sənədləri mühafizə olunmaq üçün dövlət arxivinə təhvil verilməmişdir. İddiaçı xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə “Arzu" ASC-də işlədiyi dövrlər müəssisənin faktiki və arxiv sənədlərinin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) saxlanıldığı ünvan məlum olmadığından onun sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 06 aprel 2022-ci il tarixli **********232500 nömrəli sorğuya gələn cavab məktubunda "xxxx" ASC-nin xx.xx.1997-ci il tarixdə 20025 nömrə ilə dövlət qeydiyyatına alınmış, Bakı Zərif Mahud Kombinatının dövlət reyestrində xx.xx.1995-ci il tarixdə D-442 nömrə ilə dövlət qeydiyyatından keçdiyi, həmin tarixdə 4 saylı çörək zavodunun bazasında yaradıldığı, onun hüquqi varisi olduğu və ləğv olunmasına dair hər hansı bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Eyni zamanda xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı mübahisələndirilməyən 18 il 06 ay 18 gün sosial sığorta stajının nəzərə alındığı təqdirdə qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya pensiya kapitalı tələbi (28.800 manat) ödənilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Əli Bayramov adına BTİB-yə İV dərəcəli tikişçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Elektron-hesablayıcı maşınlar zavodunda 16 saylı sahəyə tökmə və preslənmiş məmulatlar emalçısının şagirdi qəbul edilmiş, xx.xx.1982-ci ildə İ dərəcəli tökmə və preslənmiş məmulatlar emalçısı ixtisası verilmiş, xx.xx.1983-cü ildə İİ dərəcəli tökmə və preslənmiş məmulatlar emalçısı ixtisası verilmiş, xx.xx.1985-ci ildə emalçıların briqadiri təyin edilmiş, xx.xx.1988-ci ildə birinci dərəcəli mexaniki yığma işləri çilingəri ixtisası verilmişdir (ikinci peşə). xx.xx.1989-cu ildə azad edilmiş, xx.xx.1989-cu ildə AZ SSR Dövlət təchizat Komitəsi yanında “Sputnik” Kooperativində birinci dərəcəli mexaniki yığma işləri çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə azad edilmişdir. xx.xx.1990-cı ildə “İnter-EPA” kiçik müəssisəsində yığma çilingər sahəsinə plastik kütlələr təmizləyicisi qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə “İnter-EPA” KM keçirilmə yolu ilə 16 saylı sexə 2-ci dərəcəli plastik kütlələr təmizləyicisi qəbul edilmiş, xx.xx.1993-cü ildə azad edilmişdir. xx.xx.1993-cü ildə 9-cu mkr yeləşən çörək evinə fəhlə qəbul edilmiş, xx.xx.1994-cü ildə əsas sexə 4-cü dərəcəli xəmirkar keçirilmiş, xx.xx.1997-ci ildə 4 saylı Çörək Zavodu "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2002-ci ildə AR ƏM 69-cu maddəsinə əsasən öz xahişi ilə azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********232500 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci ildə 2005 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" X5 Cəmiyyəti 4 saylı Çörək zavodunun bazasında yaradılmış və onun hüquqi varisidir. Əlavə olaraq Cəmiyyətin xx.xx.1997-ci il tarixli nizamnaməsinə əsasən hüquqi ünvanı ünvan 2əmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 146 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, 4 saylı çörək zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri 4 saylı çörək zavodu olan işçilərin siyahısında İddiaçı 1993-cü ildən xəmirkar vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyiniz ИT-İ № ******* saylı əmək kitabçanıza əsasən sığorta stajınız 18 il 7 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13426,83 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli № BA-03189-2021 saylı arxiv arayışına əsasən sizin xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyiniz "xxxx" ASC-nin (“Azçörək” İB-nin) arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi üçün həmin dövrün araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adınızda aktiv VÖEN (**********) olduğu üçün sizə yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22- 1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz ИT-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən (xx.xx.2021-ci il tarixli müraciətiniz) xx.xx.1974-cü il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək əmək fəaliyyəti dövrünüz nəzərə alınmaqla sığorta stajınız 18 il 6 ay 18 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay 18 gün sığorta stajına uyğun olaraq 13402,74 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 23040 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (160 manat) az olmayan pensiya təminatına imkan vermir (pensiya yaşınız xx.xx.2019-cu il tarixində tamam olur). Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-03189-2021 saylı arxiv arayışına əsasən sizin xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyiniz "xxxx" ASC-nin (“Azçörək” İB-nin) arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mübahisənin mediasiya vasitəsi ilə (qarşılıqlı razılaşma yolu ilə) həll edilməsi tərəfimizdən mümkün hesab olunmur. Buna görə də sizə yaşa görə əmək pensiyasının qarşılıqlı razılaşma yolu ilə təyin edilməsi imkan xaricindədir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq bildiririk ki, mediasiya prosesinin tətbiqi barədə təklifinizdən imtina edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasına, eləcə də xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2018-ci ildən 30 iyun 2019-cu il tarixədək qadınlar üçün pensiya yaşı həddi 61 yaşdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 61 yaşını xx.xx.2019-cu il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçası qeydlərinə əsasən iddiaçının iş stajı xx.xx.1974xx.xx.1982-ci ilədək 07 il 08 ay 24 gün, xx.xx.1982-xx.xx.1989-cu ilədək 06 il 08 ay 20 gün, xx.xx.1989-xx.xx.1990-cı ilədək 01 il 08 ay 17 gün, xx.xx.1990-xx.xx.1993-cü ilədək 02 il 04 ay 19 gün, xx.xx.1993-xx.xx.1993-cü ilədək 05 ay 05 gün, xx.xx.1993-xx.xx.2002ci ilədək 09 il 01 ay 14 gün olmaqla ümumilikdə iş stajı 28 il 01 ay 09 gün təşkil edir. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək, iddiaya etirazında isə xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə “Arzu" ASC-də işlədiyi dövrlər müəssisənin faktiki və arxiv sənədlərinin (əmrlər kitabı, əməkhaqqı cədvəlləri) saxlanıldığı ünvan məlum olmadığından onun sosial sığorta stajına daxil edilə bilməməsi əsası ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmrlər kitabı, əməkhaqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. İddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək 4 saylı Çörək Zavodunda, 4 saylı Çörək Zavodunun özəlləşərək "xxxx" ASC-yə çevrildiyi xx.xx.1997-ci ildən həmin ASC-də xx.xx.2002-ci ilədək işləməsi ilk növbədə onun əmək kitabçasındakı işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya cavabdan müəyyən olunur ki, iddiaçının işləmiş olduğu "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, 4 saylı çörək zavodu “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 146 nömrəli sərəncamı ilə özəlləşdirilmiş, onun bazasında xx.xx.1997-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən emissiya prospektində müəssisənin, onun əmlakının özəlləşməsində güzəştli şərtlərlə iştirak etmək hüququ olan əmək kollektivi üzvlərinin siyahısı tərtib olunmuşdur ki, qeyd edilən işçilərin siyahısında İddiaçı 1993-cü ildən xəmirkar vəzifəsində işlədiyi qeyd edilmişdir. Beləliklə, emissiya prospektində (özəlləşmə planında) iddiaçının adının əmək kollektivinin sırasında göstərilməsi onu deməyə əsas verir ki, iddiaçı həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əks halda zavodun işçisi olmadığı təqdirdə iddiaçının adı əmək kollektivinin sırasında adı çəkiləməməklə bərabər özəlləşmədə güzəştli şərtlərlə çıxış etmək imkanı tanınmazdı. İddiaçının 1997-ci ildən sonra işlədiyi özəlləşmə nəticəsində yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məlum oan hüquqi ünvanına iddiaçının əmək fəaliyyəti ilə bağlı sorğu göndərilsə də, sözügedən sorğuya hüquqi şəxsin həmin ünvanda tapılmaması səbəbindən cavabın əldə edilməsi mümkün olmamışdır. Bununla yanaşı məhkəmə yuxarıda qeyd edildiyi kimi xx.xx.1997-xx.xx.2002-ci il tarixlərdə “Arzu" ASC-də işlədiyi dövrlərin əmək kitabçasında ASC-nin rəhbərinin imza və möhürü ilə təsdiqləndiyindən həmin dövrü şübhə altına alan əsaslar müəyyən edilmədiyindən hesab edir ki, həmin dövr iddiaçının ümumi iş stajına daxil edilməlidir. ASC-nin arxiv sənədlərinin arxivə verilməməsi, sözügedən dövrə aid əmək haqqı cədvəllərinin bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti əmək haqqı cədvəlləri ilə deyil, ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrləin qeyd edildiyi əmək kitabçası əsasında müəyyən olunur. Cavabdeh həmin dövrün iddiaçının ümumi iş stajına hesablanmalı olmamasına dair mötəbər sübutları inzibati icraat zamanı müəyyən etməmiş, məhkəmə icraatında məhkəməyə təqdim etməmişdir. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı X2 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X2 61 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar