Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6383/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, İddiaçı barəsində artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775,42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş qrafik üzrə (hər ay 1194,19 manat) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı barəsində artıq ödənilmiş 11949.83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775.42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İddiaçıya xx.xx.2017-ci ildən 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlilliyin qiymətləndirilməsi 2020-ci ilin avqust ayında əlillik altsistemində etibarsız hesab edilmişdir. Həmin hərəkətdən narazı qalan iddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8213/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən qərar qanuni qüvvəsini almışdır. Daha sonra həmin qərar Reablitasiya Xidməti tərəfindən icra edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdehə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya həqiqətən də 47 775.42 manat pul məbləğlərinin ödənilməli olması müəyyən edilmişdir. Lakin aparılmış araşdırma zamanı cavabdeh inzibati orqan belə bir qənaətə gəlmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 11 949 manat 83 qəpik artıq pul vəsaiti ödənilmişdir. Cavabeh inzibati orqan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan 47775,42 manatdan artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 35825,59 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir. Hesab edirk ki, cavabdeh orqanın artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsi ilə bağlı hərəkəti əsassızdır. Belə ki, ilk növbədə müəyyən etmək lazımdır ki, iddiaçıya ödənilməli olan 47775,42 manat pul vəsaiti hansı kateqoriya ödənişə aiddir. Yuxarıda sadaladığımız kimi iddiaçı hazırda əmək pensiyası alan şəxs kateqoriyasında deyil. Adıçəkilən məbləğ əlillik təyin edən orqanın qanunsuz hərəkətləri nəticəsində hazırkı cavabdeh inzibati orqan tərəfindən ödənilməli olan kompensasiya kateqoriyasına aiddir. Artıq ödənilmiş 11949.83 manat pul vəsaiti isə əmək pensiyası kateqoriyasına aiddir. Həmin pul məbləğinin DSMF-nin büdcəsinə qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar isə “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmaqıqda məlikəmə qaydasında tutulur. Yuxarıda qeyd edilən qaydaların 6-cı bəndi əmək pensiyalarının yenidən hesablnaması və bir növdən başqa növə keçirilməsi adlanır. Həmin bəndə xx.xx.2023-cü il tarixdə yeni məzmunda 6.6-cı bənd əlavə edilmişdir. Həmin bənddə aşağıdakılar göstərilmişdir. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.16-cı-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi qanunvercilik artıq ödənilmiş məbləğin əvəzləşdirməsi qaydasını Qanunun 39.1-ci maddəsi nəzərə alınmaqla həyata keçirilməli olduğunu şərtləndirir. Yəni cavabdeh inzibati orqan tərəfindən ilk növbədə artıq ödəmə halı müəyyən edilməli daha sonra həmin artıq ödənilmiş məbləğin 39.1-ci maddəyə əsasən könüllü olaraq DSMF-nin büdcəsinə ödənilməsi üçün şəxsin razılığı alınmalı, əgər bu razılıq olmadığı təqdirdə o zaman həmin məbləğin tutulması barədə məhkəmədə iddia qaldırılmalıdır. Qaldırılmış iddia təmin olunduğu təqdirdə isə cavabdeh orqanın iddiaçıya ödəməli olduğu əlavə məbləğ mövcuddursa o zaman Qaydaların 6.6-cı yarımbəndi tətbiq edilərək əvəzləşdirmə həyata keçirilməlidir. Hazırkı mübahisənin mahiyyətindən görünür ki, artıq ödənilmiş məbləğin DSMF-nin büdcəsinə qaytarılması ilə əlaqədar vətəndaşdan yazılı razılıq alınmamışdır. Həmçinin həmin məbləğin DSMF-nin büdcəsinə qaytarılması üçün məhkəməyə iddia ilə müraciət edilməmişdir. Bu hallar mövcud olmadan cavabdeh inzibati orqanın ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi ilə əlaqədar hərəkəti qanuni və əsaslı ola bilməz.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “pensiya işinizə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 4 may 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Əlillik dərəcənizin etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişiniz 1sentyabr 2020-ci ii tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcəniz bərpa edildiyindən pensiya işiniz araşdırılaraq yenidən hesablanıb. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onların pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən və əlilliyə görə pensiya ödənilən şəxsin əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Eyni zamanda bildiririk ki, vergi orqanlarında fəaliyyətinizə 15 may 2017-ci il tarixindən xitam verildiyindən sizə 4 may 2017-ci il tarixindən yuxarıda göstərilən qaydada vergi orqanlarının əməkdaşı kimi deyil, yalnız baza hissədən (110,00 manat) ibarət olmaqla 2017-ci ilin may ayı üzrə 12 gün üçün (xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr) pensiya ödənilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilirdi. Nəticədə 16 may 2017-ci il tarixində əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 24 il 4 ay 9 gün qulluq illərinizə uyğun olaraq vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın 1789,73 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 42953,43 manatın 24-ə olan nisbəti) 80 faizi-1431,78 manat məbləğində müəyyən edilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 341,00 manat, qulluq illərinizə görə əlavəniz 39,00 manat, rütbəyə görə əlavəniz 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 1347,01 manat, digər növ əlavəniz 154,22 manat olmaqla orta aylıq əmək haqqınız 1920,23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1789,73 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (1920,23 manat) arasındakı fərq məbləğinin (130,50 manat) 78 faizi-101,79 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (1431,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1533,57 manat məbləğində müəyyən edilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019- cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 510,00 manat, qulluq illərinizə görə əlavəniz 39,00 manat, rütbəyə görə əlavəniz 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 2014,59 manat, digər növ əlavəniz 154,22 manat olmaqla orta aylıq əmək haqqınız 2756,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (1920,23 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (2756,81 manat) arasındakı fərq məbləğinin (836,58 manat) 78 faizi-652,53 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (1533,57 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 2186,10 manat məbləğində müəyyən edilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020- ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 510,00 manat, qulluq illərinizə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz 153,00 manat, rütbəyə görə əlavəniz 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 2014,59 manat, digər növ əlavəniz 154,22 manat olmaqla orta aylıq əmək haqqınız 2870,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (2756,81 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (2870,81 manat) arasındakı fərq məbləğinin (114,00 manat) 78 faizi-88,92 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyanızın (2186,10 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 2275,02 manat məbləğində müəyən edilib. Qeyd olunanlara əsasən, sizə xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 68216,40 manat məbləğində pensiya ödənilməli olduğu halda, 80166,23 manat ödənilib. Nəticədə həmin dövr üzrə 11949,83 manat artıqödəmə hesablanıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcənizin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan ümumilikdə 47775,42 manat pul vəsaiti hesablanıb. Qeyd olunanları nəzərə alaraq, yekun olaraq sizə ötən dövr üzrə ödənilməli olan 35825,59 (47775,42- 11949,83) manat pul vəsaiti hesablanıb. Həmin 35825,59 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 1194,19 manat olmaqla müvafiq kart hesabınıza köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün sizə ödənilməli olan ümumilikdə 1137,50 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 568,75 manat hissəsi də 2023-cü ilin dekabr ayında sizə ödənilib, qalan 568,75 manat hissəsinin isə cari ayda müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulur.”
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 4 may 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçının əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onların pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən və əlilliyə görə pensiya ödənilən şəxsin əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Eyni zamanda, iddiaçının vergi orqanlarında fəaliyyətinə 15 may 2017-ci il tarixindən xitam verildiyindən ona 4 may 2017-ci il tarixindən yuxarıda göstərilən qaydada vergi orqanlarının əməkdaşı kimi deyil, yalnız baza hissədən (110,00 manat) ibarət olmaqla 2017-ci ilin may ayı üzrə 12 gün üçün (xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr) pensiya ödənilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilirdi. Nəticədə 16 may 2017-ci il tarixində iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11,3-cü maddəsinə əsasən 24 il 4 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1789,73 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 42953,43 manatın 24-ə olan nisbəti) 80 faizi-1431,78 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 24 il 4 ay 9 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 78 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavə 39,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1347,01 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 1920,23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1789,73 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1920,23 manat) arasındakı fərq məbləğinin (130,50 manat) 78 faizi-101,79 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1431,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1533,57 manat məbləğində müəyyən edilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavə 39,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2014,59 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 2756,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1920,23 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2756,81 manat) arasındakı fərq məbləğinin (836,58 manat) 78 faizi-652,53 manat 1 sentyabr 2019- cu il tarixinədək hesablanmış pensiyasının (1533,57 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 2186,10 manat məbləğində müəyyən edilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 153,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2014,59 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 2870,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020- ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2756,81 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2870,81 manat) arasındakı fərq məbləğinin (114,00 manat) 78 faizi-88,92 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (2186,10 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2275,02 manat məbləğində müəyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 68216,40 manat məbləğində pensiya ödənilməli olduğu halda, 80166,23 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 11949,83 manat artıqödəmə hesablanıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 47775,42 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, yekun olaraq iddiaçıya ötən dövr üzrə ödənilməli olan 35825,59 (47775,42-11949,83) manat pul vəsaiti hesablanıb. Həmin 35825,59 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 1194,19 manat olmaqla müvafiq kart hesabına köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan ümumilikdə 1137,50 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 568,75 manat hissəsi də 2023-cü ilin dekabr ayında ona ödənilib, qalan 568,75 manat hissəsinin isə cari ayda müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı tərəfimizdən inzibati icraata başlanılıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 17 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixində inzibati icraat qaydasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
9. İddianın növü mübahisələndirmə haqqında iddiadır.
10. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya 47775.42 manat kompensasiyanın ödənilməli olması müəyyən edilmişdir. Cavabdeh inzibati orqan hesab etmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 11 949 manat 83 qəpik artıq pul vəsaiti ödənilmişdir. Cavabeh artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 35825,59 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir.
13. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi və iddiaçıya ödənilməli olan pul vəsaitinin tərəfindən iddiaçıya ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
14. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirilmişdir. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər.
18. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.
19. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Beləliklə, artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında qərar ləğv edilməli və iddiaçıya ödənilməli olan pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı barəsində artıq ödənilmiş 11949.83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775.42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva