Məhkəmə qərarları › İş №2-1(112)-6384/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6384/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6384/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı şəhadətnamələrdə düzəliş edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X3 27 iyun 2008-ci il tarixli AZ-İ № 106365 nömrəli, 281 nömrə ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və 27 iyun 2008-ci il tarixli 1869 nömrəli doğum haqqında akt qeydi əsasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyun 2008-ci il tarixli AZ-İİ № 131321 nömrəli doğum haqqında şəhadətnaməsində və atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə ata qrafasında X1 ata adı olan “Tengiz oğlu” silinərək İddiaçı1 və ana qrafasında X4 ata adı olan “Telman qızı” silinərək İddiaçı2, xx.xx.2009-cu il təvəllüdlü X2 24 oktyabr 2009-cu il tarixli AZ-İ № 114735 nömrəli, 399 nömrə ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və 24 oktyabr 2009-cu il tarixli 3333 nömrəli doğum haqqında akt qeydi əsasında Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2009-cu il tarixli AZ-İİ № 349083 nömrəli doğum haqqında şəhadətnaməsində və atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə ata qrafasında X1 ata adı olan “Tengiz oğlu” silinərək İddiaçı1 və ana qrafasında X4 ata adı olan “Telman qızı” silinərək İddiaçı2 yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçılar məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iddiaçıları dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı şəhadətnamələrdə düzəliş edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçılara geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar