Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6388/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası 29.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.06.2021-ci il tarixli 16/3455 nömrəli məktubundan görünür ki, İddiaçı oğlu “Qubadlı” əlahiddə sərhəd divizayisının şəxi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edilmiş, 29.05.2021-ci il tarixli müvafiq əmrə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına geri qaytarılmışdır. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, İddiaçı oğlu “Qubadlı” əlahiddə sərhəd divizayisının şəxi heyət üzrə şöbənin baş zabiti vəzifəsinə təyin edildiyindən, 29.05.2021-ci il tarixli müvafiq əmrə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına geri qaytarılması ilə onun iddiası təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin sıralarına qaytarılması” tələbinə dair 2-1(112)-6388/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-6388/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6388/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver