Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6388/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, "xxxx" QSC-də dülgər işləyir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşından hesablanması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda koxozçu (2 il 1 ay 12 gün) işləmişdir, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər (10 ay 20 gün) Sumqayıt şəhəri 44 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər 17 nömrəli Tikinti İdarəsində (2 ay 5 gün) 3-cü dərəcəli dülgər, işləmişdir, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (2 il 17 gün) hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda koxozçu (7 il 4 ay 21 gün) işləmişdir, kolxozda işlədiyi ümumi müddət 6 il 9 ay 14 gün təşkil edir, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər (7 ay 26 gün) Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər (4 ay 8 gün) “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər, xx.xx.1991ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 3 gün) “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər (2 ay 21 gün) "xxxx" X1 dülgər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər (1 il 11 gün) "xxxx" kiçik müəssisəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər (13 il 1 ay 29 gün) "xxxx" QSC-da yol xidmətində dülgər işləmişdir, beləliklə, iddiaçının xx.xx.2005-ci ilə 25 il 6 ay 15 gün ümumi iş stajı, 13 il 1 ay 29 gün zərərli iş şəraitində xüsusi stajı vardır.Hal-hazırda da "xxxx" QSCda da əmək fəaliyyətini davam etdirir. xx.xx.2021-ci ildə 60 yaşı tamam olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin iddiaçının güzəştli iş stajl xx.xx.2006-cı ilə kimi yarandığı üçün 57 yaşının tamam olduğu xx.xx.2018ci ildə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.İddiaçının işlədiyi dülgər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda XXVİİ.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (********), 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) hissəsinin (kod ********), a) fəhlələr bəndinin (kod 2290100a), dülgərlər yarımbəndinə (kod 2290100a-16671) aiddir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1978-ci il-xx.xx.1979-cu il, xx.xx.1979-cu il-xx.xx.1979-cu il, xx.xx.1979cu il- xx.xx.1981-ci il, xx.xx.1989-cu il-xx.xx.1990-cı il, xx.xx.1990-cı il-xx.xx.1990-cı il, xx.xx.1991-ci il - xx.xx.1991-ci il) dövrlərini və 6 il 9 ay 14 gün kolxozda işlədiyi dövrü təşkil edir. Qeyd olunan hal nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.O da bildirilir ki, iddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən öz iddia tələbinin əsaslarını təsdiq edən sübut qismində məhkəməyə iddiaçının malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, iddiaçının hərbi biletinin surəti, ”Bakı Metropoliteni” QSC-nin xx.xx.2021-ci il tarixli arayışı, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu, iddiaçının əmək kitabçasının, kolxozçunun əmək kitabçasının surəti, vəkil sorğusuna verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli cavabı təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işinə dair sənədlərin surətləri, onun cavabdehə müraciəti əsasında başlanmış inzibati icraat materialları - iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi, iddiaçının şəxsiyyət vəsiqəsinin, "xxxx" QSC-nın xx.xx.2021ci il tarixli, xx.xx.2021-ci il tarixli arayışları, həmkarlar təşkilatının üzvünün uçot kartı,həmkarlar təşkilatının üzvlük kitabçası, peşə məktəbində təhsil alması haqqında attestatın, hərbi biletin, əmək kitabçasının, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarı, əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı təqdim edilmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-ci il təvəllüdlüdür, xx.xx.2018-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər Ermənistan SSR Ararat rayonu, Xalisə kəndində Myasnikyan adına kolxozda kolxozçu işləmişdir, kolxozda işlədiyi ümumi müddət 6 il 9 ay 14 gün təşkil edir, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Sumqayıt şəhəri 44 nömrəli texniki peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər 17 nömrəli Tikinti İdarəsində dülgər işləmişdir, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər Bakı şəhəri Nərimanov rayonu rabitə poçt şöbəsində poçtalyon, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər “Azərnefttikinti” trestinin İstehsal texnoloji komplektləşdirmə idarəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər “Abadlıq” trestinin təmir-tikinti sahəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə qədər "xxxx" İstehsalat X2 dülgər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər "xxxx" kiçik müəssisəsində dülgər, xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə qədər "xxxx" QSC-da yol xidmətində dülgər işləmişdir, iddiaçı xx.xx.2005-ci ildən sonra da "xxxx" QSC-də işləməkdə davam etmişdir, hazırda da həmin Cəmiyyətdə işləyir, İddiaçı ərizə ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya edilməsi haqqında Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı ilə ümumi iş stajı qanunvericiliklə tələb ediləndən – 25 ildən az olmuşdur.İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını əsassız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Yəni onun 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur, 57 yaşının tamam olduğu tarixə, habelə xx.xx.2006-cı il tarixinə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövr və peşə təhsili aldığı dövr də nəzərə alınmaqla 25 ildən çoxdur, həmin tarixə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubundan müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.1991xx.xx.1991-ci il (2 ay 21 gün) dövründə "xxxx" istehsalat X2 dülgər və xx.xx.1991xx.xx.1992-ci il dövründə (1 il 11 gün) "xxxx" kiçik müəssisəsində dülgər işlədiyi dövrləri əmək fəaliyyəti dövrü kimi qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən İddiaçı xx.xx.1991-xx.xx.1991-ci il (2 ay 21 gün) dövründə "xxxx" istehsalat X2 dülgər və xx.xx.1991-xx.xx.1992-ci il dövründə (1 il 11 gün) "xxxx" kiçik müəssisəsində dülgər işləmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək kitabçasında göstərilən həmin qeydləri təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, məhkəmə internet vergi idarəsinin məlumatından müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasında "xxxx" Kiçik Müəssisəsində işləməsi göstərilən dövrdə həmin adda kiçik müəssisə vergi ödəyicisi kimi fəaliyyət göstərmişdir və VÖEN ********** olmuşdur, həmin müəssisə Bakı şəhərində fəaliyyət göstərmişdir. Cavabdeh iddiaçının xx.xx.1991-xx.xx.1991-ci il (2 ay 21 gün) dövründə "xxxx" istehsalat X2 dülgər və xx.xx.1991-xx.xx.1992-ci il dövründə (1 il 11 gün) "xxxx" kiçik müəssisəsində dülgər işləməsini təkzib edən sübutları əldə etmədiyi halda həmin dövrləri sığorta stajı kimi nəzərə almaqdan imtina etmişdir, hal-hazırda işə baxılan zaman da cavabdeh iddiaçının təqdim etdiyi əmək kitabçasındakı mübahisələndirdiyi qeydlərin mötəbərsizliyini təsdiq edən sübutları təqdim etmədiyi üçün məhkəmə cavabdehin etirazının əsassız olması nəticəsinə gəlmişdir. Beləliklə, inzibati məhkəmə iş materialları ilə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı xx.xx.2006-cı il tarixə 25 ildən çoxdur. İddiaçının xx.xx.2006-cı ilə olan ümumi stajının 12 il 6 aydan çox hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına aiddir. Belə ki, xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısı”nın “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinə (********) əsasən: 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) hissəsinin (kod ********), a) fəhlələr bəndində (2290100a) dülgər (kod 2290100a- 16671) peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir.İddiaçı isə həmi peşədə başqa müəssisələr ilə yanaşı xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilə qədər (13 il 1 ay 29 gün "xxxx" QSC-da Yol xidmətində dülgər işləmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajı ilə bağlı hərtərəfli araşdırma aparmamış, qeyd edilən araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən əsassız imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci ildən təyin edilərək ödənilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2018-ci ildən – 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6388/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6388/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver