Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-639/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" QSC) “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17.04.2020-ci il tarixli, reyestr nömrəsi **********84- 10301 olan çıxarışla iddiaçının xüsusi mülkiyyətidir. Sözügedən fərdi yaşayış evi qəzalı vəziyyətdədir. Fərdi yaşayış evinin qəzalı vəziyətdə olması və bu barədə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinə müraciət etmişdir. İstifadəsində olan torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 01.10.2020-ci il tarixli ********** nömrəli məktubla müracət etmişdir. Müracət ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ona 04.02.2021-ci il tarixli, **********7 nömrəli daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş imtina məktubu göndərmişdir. Bildiriş imtina məktubunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxslərin (yəni "xxxx" ASC-nin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən imtina edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi paylı mülkiyyət deyil. Fərdi yaşayış evinin ona təqdim edilmiş texniki pasportda qeyd edilən ərazilər hal-hazırda onun istifadəsindədir. Heç bir paylı və ya digər şəxs ona məxsus olan evdə nə yaşamır, nə də istifadə etmir. Sözügedən şəxsin ona məxsus olan fərdi yaşayış evinin hansı sahəsinə sahiblənməsi qeyri-mümkün bir haldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 01.03.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək məhkəmədən iddia ərizəsində cavabdeh kimi göstərdiyi "xxxx" QSC-nin üçüncü şəxs qismində göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4161/2021 nömrəli, 03.03.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə "xxxx" QSC-nin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, "xxxx" QSC iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı İdarəyə 01.10.2020-ci il tarixdə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, elektron baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxsin ("xxxx" QSC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0.005343 ha.) ilə üst-üstə düşür. Qonşular arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış iddiaçıya **********77 saylı, 04.02.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş ünvanlanmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X28 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1mk-263/2007 saylı, 23.05.2007-ci il tarixli qətnaməsi İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evi ilə bağlı Kərimova Xanım-Sultan qızının pay hissəsi digər hissələrdən təcrid edilərək ayrılmışdır. Lakin məhkəmə qətnaməsində torpaq sahəsinə münasibət bildirilməmişdir. Kərimova Xanım-Sultan qızına məxsus fərdi yaşayış evi alqı-satqı müqavilələri əsasında X21, daha sonra X1. Hərracın nəticələrinə dair yekun protokol əsasında fərdi yaşayış evi "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda sonuncunun mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Üçüncü şəxs "xxxx" QSC-nin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "xxxx" QSC və "xxxx" Firması arasında 11.02.2014-cü il tarixli, 140053 №-li kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə öhdəliklərin icrasının əsas təminatı məqsədi ilə 14.02.2014-cü il tarixli, 140054 №-li ipoteka müqaviləsi üzrə X12 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13649/2018 saylı 24.12.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X12 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 saylı 14.06.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq "xxxx" QSC tərəfindən alınmışdır. Bununla əlaqədar 05.02.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Hərracın nəticələri haqqında protokol Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən təsdiq edilmişdir. Hərracın nəticələri haqqında protokola əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi "xxxx" QSC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı 06.05.2020-ci il tarixli elektron çıxarış vermişdir. Yuxarıdakıları nəzərə alaraq, İPM-in 48.2-ci maddəsinə əsasən İddiaçı iddia ərizəsi üzrə tələbinin tam rədd edilməsi məhkəmədən xahiş edilir. Üçüncü şəxs "xxxx" QSC-nin iddiaya etiraza əlavəsində bildirilmişdir ki, 26.05.2021ci il tarixli ərizəsində "xxxx" QSC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli fərdi yaşayış evinə müdaxilə edilməsi, giriş qapısının qıfılının dəyişdirilməsi və həyatyanı sahəni qonşu sahədən ayıran divarın sökülməsi və sahədə olan bütün ağacların kəsilməsi bildirilmişdir. Sonradan sökülmüş divarın bərpa edilməsi üçün sözügedən fərdi yaşayış yerinə 31.05.2021-ci il tarixində gedən əməkdaşları eyni giriş qapısının qıfılının olmamasını və qapının içəri tərəfdən mişar daşı ilə hörülməsini aşkar etmişdilər. Özünü qonşu evin sahibi kimi təqdim edən və "xxxx" QSC-yə məxsus fərdi yaşayış evinin də onun olduğunu iddia edən X44 adlı şəxs sökülmüş divarın bərpa edilməsinə maneə törətmiş, giriş qapısının arxa tərəfdən daşla hörülməsini və ikinci giriş darvazasının da arxa tərəfdən tikiləcəyini bildirmişdir. Bu hadisə barədə 102 qaynar xətt vasitəsilə məlumat verilmiş və Binəqədi rayon polis şöbəsinin 7-ci bölmənin əməkdaşları tərəfindən hadisə yerində baxış keçirilərək bütün faktlar qeydə alınmışdır. Həmçinin polis əməkdaşlarının tövsiyələrinə baxmayaraq, 02.06.2021-ci il tarixində ikinci giriş darvazasının da arxa tərəfdən bir neçə yerdən mişar daşı ilə hörülməsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X38 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsini ölçüsü 0, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla İddiaçı adına 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. ünvan 3 nömrəli fərdi yaşayış evi ilə bağlı hüquq subyekti İddiaçı və başqalarının adına 15.04.2020-ci il tarixdə tərtib edilmiş **********84-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsi haqqında məlumat - faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ”, “İV”, “V”, literli yardımçı tikililər və “Vİ” literli hasar tikilisi yerləşir. “A” literli, yaşayış evi yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarət olmaqla yarımzirzəmi mərtəbəsi 1, 3 və 4 saylı təsərrüfat otağı, 2 saylı qaraj, 5 saylı giriş-dəhliz hissədən, 1-ci mərtəbəsi 1, 2 və 4 saylı yaşayış otağı, 3 və 5 saylı mətbəx, 6 saylı giriş-pilləkən hissəsindən ibarət olmuşdur. “A” liter tikilisinin tikildiyi il 1959-cu il, mərtəbəliyi 1, ümumi sahə 185.1 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahə 24.1 kv.m, yarımzirzəmi 90.3 kv.m, tikinti altı sahə 118.4 kv.m göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 02.02.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində ipoteka hüququ "xxxx" QSC-nin adına 22.02.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" firmasına və X12 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh "xxxx" firmasının iddiaçı “Lukoyl-Azərbaycan" QSC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qarşılıqı iddiasının qismən təmin edilməsi, iddiaçı “Lukoyl- Azərbaycan" QSC-dən 65175,80 manat tutulub cavabdeh "xxxx" firmasına verilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin “Lukoyl-Azərbaycan" QSC-yə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" QSC-nin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh "xxxx" firmasından 57722.47 manat əsas borc və 5800 manat cərimə borcu ümumilikdə 63522,47 manat məbləğində debitor borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyan X12 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına "xxxx" firmasının "xxxx" QSC-yə olan 63522,47 manat borcun ödənilməsi, "xxxx" firmasının "xxxx" QSC-yə qarşı "xxxx" QSC-dən "xxxx" firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 manat məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrançayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrançayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka rəsmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin cavabdeh "xxxx" firmasına aid edilməsi və həmin məbləğin ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 nömrəli, 14.06.2019cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 05.02.2020-ci il tarixli, Y-16 nömrəli protokoluna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 saylı 24.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17/68-116266- 15 saylı 24.10.2019-cu il tarixli sifariş məktubu ilə X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə: “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" QSC əmlakı 95625 (doxsan beş min altı yüz iyirmi beş) manata almışdır. 05.02.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə "xxxx" QSC arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi alıcı "xxxx" QSC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m, torpaq sahəsini ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - 013130 nömrəli, 25.05.1973-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı Masazır küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X28, digər hissəsi isə X13 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsindəki 19/17 saylı fərdi yaşayış evinin 1 və 3, 2 və 3, 6 və 9 saylı tikililəri arasındakı qapılar balanmaqla, 2 saylı qarajla 1 saylı otağın arasında olan divarda və 1 saylı otaqdan həyətyanı sahəyə keçid qapısı açmaqla, 2 saylı tikilidən (qarajdan) 7 saylı tikiliyə pilləkən qəfəsəsi yaradılmaqla təcrid olunan 1, 2, 6 və 7 saylı tikililərin iddiaçı Kərimova Xanım- Sultan Fərman qızının mülkiyyətinə verilməsi, evin 3, 4, 5, 8, 9 və 10 saylı tikililərinin X22 və X29 istifadəsində saxlanması, Kərimova Xanım-Sultan Fərman qızının adına ayrıca qeydiyyat şəhadətnaməsinin verilməsi, mənzilin 3 və 1 saylı tikililərin arasında olan arakəsmədən həyətyanı toropaq sahəsinə istiqamətdə qonşu hasara qədər sərhəd hasarı hörülməklə, 1 saylı tikilinin qarşısındakı həyətyanı torpaq sahəsinin Kərimova Xanım- Sultan Fərman qızının istifadəsinə verilməsi, qalan həyətyanı torpaq sahəsinin X22 və X29 istifadəsində saxlanması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk- 263/2007 nömrəli, 23 may 2007-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin X18 iddia tələblərinə aid hissədə qismən ləğv edilməsi, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 saylı fərdi yaşayış evinin X28 adına qalmış 3/20 hissəsinə X29, X30 və X18 hər birinin 1/20 pay hüququnun tanınması, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qalan hissədə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2006-cı il tarixli qətnaməsinin dəyişdirilməsi: X23 2657.94 manat alınaraq Kərimova Xanım-Sultan Fərman qızına verilməsi, Kərimova Xanım-Sultan Fərman qızının pay hissəsi digər hissələrdən təcrid olunduqdan sonra, onun mülkiyyətinə aid, əvəzi X39 tərəfindən ödəniləcək 2.46 kv.m yaşayış və 2.94 kv.m yardımçı sahələrə onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. Miras evdəki paylarından istifadə etməyən digər vərəsələr X24, X31 və X33 paylarının naturada ayrılması mümkün olmadığından, bu sahələrin hazırda faktiki istifadəçisi X34 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsində nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi barədə iddia vermək hüququ izah edilmişdir. - AN-İ ******* nömrəli, 12.04.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Kərimova Xanım-Sultan Fərman qızı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini bütünlüklə alıcı X19 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, 19.12.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X35 bir otaqlı ümumi sahəsi 71,2 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan və ünvan 3 ünvanında yerləşən evi alıcı X9 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, 20.09.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əliyeva (Kərimova) Sara Rafiq qızı, Əbilova (Kərimova) Bəsti Rafiq qızı, X7 ünvan 3 ünvanında faktiki 0.05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahəsi 162.2 kv.m olan 3 otaqlı evdən paylı mülkiyyət hüququ üzrə öz paylarına düşən hissələri bütünlüklə Əliyeva (Kərimova) Sara Rafiq qızına məxsus 1/20 hissə, Əbilova (Kərimova) Bəsti Rafiq qızına məxsus 1/20 hissə və X6 məxsus 1/20 hissədən y/s 2.46 kv.m, k/s 2.94 kv.m alıcı X9 mülkiyyətinə verir. - AN-İ ******* nömrəli, 08.07.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X25 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 22.10.2008-ci il tarixdə onun adına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan 0.01688 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 70.7 kv.m, yardımçı sahəsi 162.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə, 3 otaqdan ona aid 4/20 hissəsini alıcı X10 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 10/14 hissədən bir hissə X14, 10/14 hissədən bir hissə X11, 4/14 hissə X10 adına 16.07.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 10/14 hissədən bir hissə X20 adına 15.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - 20.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X26 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 4/14 hissə, 66.54 kv.m hissəni alıcı İddiaçı mülkiyyətinə verir. - 26.03.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X32, X27, X37 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin hər biri ona aid 10/14 hissəni (55.45 kv.m) İddiaçı mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən dövlət mülkiyyətində istifadədə olan 0.01184 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m olan fərdi yaşayış evinin 10/14 hissə X14, X11, X20 adına 15.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 4/14 hissə İddiaçı adına 21.02.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki:
1. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edildi.
2. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında "xxxx" QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən "xxxx" QSC mülkiyyətində olan 71.20 kv.m daşınmaz əmlakın koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır.
3. "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş (müraciətə əlavə edilmiş) reyestr nömrəsi **********18-10301 nömrəli çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi (mövcud elektron kadastr bazasında "xxxx" QSC-yə dair məlumat aşkar edilməməsi) səbəbindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin reyestr nömrəsi **********84-10301 olan 15.04.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən (faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha) torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi mümkün olmamışdır.
4. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron bazada çıxarışın yerləşmə mövqeyinin koordinatlarına görə müəyən etmək mümkün olsa da, daşınmaz əmlakın dövlət reyestrində 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, reyestr nömrəsi **********84-10301 olan çıxarışın koordinatları və plan-ölçü sənədinin təqdim edilməməsi səbəbindən 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi qeydiyyata alınmış sahəsinin və tikililərin 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.
5. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 06.05.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşmə vəziyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin 21.12.2021-ci il tarixdə sözügedən ünvana yerli baxışı zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evinə iki tərəfdən giriş vardır. Yarımzirzəmi mərtəbəsində tikililər, birinci mərtəbədə yerləşən tikililərin bir qismi "xxxx" QSC istifadəsində, digər qismi İddiaçı faktiki istifadəsindədir, eyni zamanda evin yerləşdiyi torpaq sahəsi təcrid edilmiş şəkildə daş divarla hissəyə bölünmüş, bir hissəsi mişar daşı ilə hasara alınaraq "xxxx" QSC-nin istifadəsində, bir hissəsi İddiaçı oğlunun faktiki istifadəsindədir. Yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən fərdi yaşayış evinə bitişik inşa edilmiş əlavə tikililərin olduğu müşahidə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 04.02.2021-ci il tarixli, **********77 nömrəli məktubda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi və həyət tikililəri digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən, qonşular arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin xüsusi mülkiyyətində olduğunu əsas götürərək həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin "xxxx" QSC-yə aid tikili və torpaq sahəsi ilə üst-üstə düşdüyünü, bu halda hər iki mülkiyyətçi arasında torpaq sahəsinin bölgüsünə dair notarial razılığın təqdim edilməli olduğunu, iddiaçının isə belə bölgü razılığı təqdim etmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasını mübahisələndirməklə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının idida tələbi ilə bağlı əsaslandığı hal ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 185.10 kv.m olan daşınmaz əmlakın dövlət reyestrində 17.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyətdə deyil, fərdi yaşayış evinə dair texniki pasportda göstərilən tikililər onun istifadəsindədir, həmin tikililərdən hər hansı digər şəxs sahiblik və istifadə etmir. Həmin ünvanda "xxxx" QSC şirkətinə aid ev və torpaq sahəsi yoxdur. İş üzrə əldə edilmiş yuxarıda adıçəkilən sənədlərdən məlum olur ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı Masazır küçəsi, 19/17 nömrəli fərdi yaşayış evinin ½ hissəsi X28, digər hissəsi isə X13 adına 25.05.1973-cü ildə qeydiyyata alınmışdır. X28 vəfatından sonra onun vərəsələrindən olan Kərimova Xanım-Sultan qızının payı Bakı Apellyasiya Məhkəməsinin Müki İşlər üzrə Məhkəmə Kollegiyasının 1 mk-263/2007 nömrəli, 23.05.2007-ci il tarixli qətnaməsi ilə digər hissələrdən təcrid edilərək ayrılmış, AN-İ ******* nömrəli, 12.04.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Kərimova Xanım-Sultan Fərman qızı ona aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadəsində olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evini alıcı X21, sonuncu isə AN-İ ******* nömrəli, 19.12.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Həmçinin işdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 02.02.2007-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" QSC-dən götürülmüş neft məhsulunun dəyərinin ödənilməsinin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli ********* qeydiyyat nömrəsi ilə 02.02.2007-ci il tarixdə qeydiyyata alınmış fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13649/2018 nömrəli, 24.12.2018ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X12 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və hərracın nəticələrinə dair yekun protokol əsasında "xxxx" QSC-yə satılmış, 06.05.2020-ci il tarixdə torpaq sahəsinin ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ göstərilməklə ümumi sahəsi 71.20 kv.m olan daşınmaz əmlak üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə “LUKOYL-Azərbaycan QSC-nin adına qeydə alınmışdır. Eyni zamanda təqdim olunmuş arxiv sənədlərindən görünür ki, 20.09.2008-ci il tarixli müqavilə ilə ünvan 3 ünvanında faktiki 0.05813 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232.9 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahəsi 162.2 kv.m olan 3 otaqlı evin Əliyeva (Kərimova) Sara Rafiq qızına məxsus 1/20 hissə, Əbilova (Kərimova) Bəsti Rafiq qızına məxsus 1/20 hissə və X6 məxsus 1/20 hissədən y/s 2.46 kv.m, k/s 2.94 kv.m alıcı X4, sonuncunun adına bu barədə 22.10.2008-ci il tarixdə **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində qeydiyyat aparılmış, daha sonra X25 həmin 3 otaqlı fərdi yaşayış evinin 4/20 hissəsini alıcı X3. Müəyyən olunur ki, X8 fərdi yaşayış evinin 4/20 hissəsini alıcı X26 aldıqdan sonra 20.02.2020-ci il tarixdə fərdi yaşayış evinin 4/14 hissə, 66.54 kv.m hissəni alıcı İddiaçı satmışdır. Eyni zamanda 26.03.2020-ci il tarixdə X32, X27, X37 fərdi yaşayış evinin hər biri onlara aid 10/14 hissəni (55.45 kv.m) İddiaçı satmışlar. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m olmaqla 17.04.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Beləliklə, arxiv sənədlərindən məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hazırda 17.04.2020-ci il tarixdə İddiaçı adına aparılmış qeydiyyat mövcuddur. İddiaçı adına birinci dəfə paylı mülkiyyətçi kimi 21.02.2020-ci il tarixdə qeydiyyat aparılarkən torpaq sahəsinin ölçüsü 0.01184 ha, daşınmaz əmlakın ümumi sahəsi 232.9 kv.m göstərildiyi halda, İddiaçı adına tam mülkiyyət hüququ üzrə 17.04.2020ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat zamanı isə daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsinin ölçüsü isə göstərilməmişdir. Eyni zamanda hazırda həmin ünvan üzrə "xxxx" QSC-nin adına 06.05.2020-ci il tarixdə aparılmış qeydiyyat mövcuddur. Həmin qeydlərdə torpaq sahəsinin ölçüsü 0.005343 ha, daşınmaz əmlakın ümumi sahəsi isə 71.20 kv.m göstərilmişdir. Qeyd edilməlidir ki, "xxxx" QSC-nin adına aparılmış qeydiyyatla bağlı fərdi yaşayış evinin texniki pasportu və ya həmin əmlakın yerləşdiyi torpaq sahəsinin plan-ölçüsü yoxdur. ünvan 3 ünvanı ilə bağlı 15.04.2020-ci il tarixdə reyestr nömrəsi **********84-10301 olan texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportun özündə hüquq subyekti kimi “İddiaçı və başqaları” qeyd edilmişdir. Texniki pasportda tikintialtı sahə 0.01688 ha, faktiki sahə isə 0.05813 ha qeyd edilmişdir. Arxiv sənədlərində müəyyən olunur ki, ünvan 3 ünvanı ilə bağlı X9 adına iki qeydiyyat - 22.10.2008-ci il tarixdə **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrində aparılmış qeydiyyat (sonradan X5 4/20 hissə ilə bağlı) və 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 02.02.2007ci il tarixdə aparılmış qeydiyyat ("xxxx" QSC-nin xeyrinə yüklü edilmiş 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı) mövcud olmuşdur. Məhkəmə icraatı gedişində 06.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış ümumi sahəsi 71.20 kv.m olan fərdi yaşayış evi və həmin evin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətini “İddiaçı və başqaları”nın adına 15.04.2020-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən faktiki cəhətdən müəyyən etmək mümkün olmamış, eyni zamanda qeyd edilən fərdi yaşayış evinin ayrıca texniki pasportunun olmaması səbəbindən yerləşmə vəziyyətini sənəd üzrə də müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı iddiaçı göstərilən ünvanda "xxxx" QSC-yə aid fərdi yaşayış evi və torpaq sahəsinin olmadığını, ona məxsus əmlakın söküldüyünü qeyd etməklə həmin ünvanda yerləşən daşınmaz əmlakın və yerləşdiyi torpaq sahəsinin yalnız ona aid olduğunu iddia etmiş, lakin bununla bağlı məhkəməyə müvafiq sübutlar təqdim edilməmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 2020-ci il tarixdə İddiaçı adına aparılmış qeydiyyatla yanaşı, eyni zamanda "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər mövcuddur. "xxxx" QSC-nin adına qeydiyyat vaxtilə Kərimova Xanım-Sultan qızının, daha sonra X16 alqı-satqı müqaviləsinə əsasən X4 və E.M.İsmayılovun adına 02.02.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış əmlakın hərracdan satılması yolu ilə aparılmışdır. Eyni zamanda məhkəmənin yerli baxışı zamanı qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin bir hissəsinin "xxxx" QSC-nin faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Hazırkı halda "xxxx" QSC-nin mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportunun olmaması səbəbindən həmin evin yerləşmə yerini müəyyən etmək mümkün olmasa da həmin ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı texniki pasport İddiaçı və başqalarının adına verilmişdir, texniki pasportda və sonuncu dəfə verilmiş çıxarışda fərdi yaşayış evinin və torpaq sahəsinin ölçüsü ilə İddiaçı evi satın aldığı payçılar Sədaqət Abbasova, Rizvan İsmayılov və digərlərinin adına paylı mülkiyyət şəklində verilmiş çıxarışda daşınmaz əmlakın və torpaq sahəsinin ölçüsü bir-birindən fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. -16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. -16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. -16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək qeyd edir ki, nə qədər ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddiaçı ilə yanaşı "xxxx" QSC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakında qeydiyyata alınmış qeydlər mövcuddur, üçüncü şəxsin adına olan qeydlər mübahisələndirilməmiş, ləğv edilməmiş, qeydlərin qeyridəqiqliyi sübuta yetirilməmiş, bu barədə məhkəmənin qanuni qüvvəsini almış qərarı mövcud olmadığından, həmin qeydlərin mötəbərliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə olan halda cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vahid əmlak olaraq iddiaçının adına qeydiyyata almasından imtina etməsi qanunazidd hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC-yə aid mövcud əmlakın texniki pasportunun əldə edilməsi və ya onun adına verilmiş həmin əmlakın söküldüyü iddia edildiyi halda əmlaka dair qeydlərin mübahisələndirilməsi ilə bağlı məsələlər hazırkı inzibati məhkəmə icraatında öz həllini tapa biləcək məsələlər deyildir. Başqa sözlə, hazırkı hüquqi vəziyyət cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təminindən imtina etməsinin əsaslı olması qənaətinə gəlməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova