Məhkəmə qərarları › İş №2-1(112)-6391/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6391/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6391/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ailə tərkibi üç nəfər olmaqla (həyat yoldaşı, oğlu və özü) imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülməyi ilə bağlı Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 82№li xx.xx.2021-ci il tarixli Sərəncamında düzəliş edilərək “Qarabağ müharibəsi əlilləri” siyahısına keçirilmə tarixinin xx.xx.2021-ci il tarixindən 5 iyul 2019-cu il tarixinə dəyişdirilməsi barədə sərəncamda düzəliş edilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı bu müraciəti ilə bağlı İcra Hakimiyyətinin Başçısı 5 iyul 2019-cu il tarixli 219 №li Sərəncam qəbul etmişdir. Həmin Sərəncama əsasən İddiaçı və ailə tərkibi üç nəfər (özüm, həyat yoldaşım və oğlum) olmaqla “ehtiyatda olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə məniil növbəsinə qəbul olunmuş, İddiaçı mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya (ehtiyatda olan hərbi qulluqçu) əlavə edilmişdir xx.xx.2021-ci il tarixli ərizə ilə İddiaçı yenidən Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək növbəsi saxlanılmaqla xx.xx.2019-cu il tarixli 219 nömrəli sərəncamına əsasən iddiaçının ailə tərkibi ilə birlikdə xx.xx.2019-ci il tarixdən “Qarabağ müharibəsi əlili” kimi imtiyazlı əsaslarla mənzil növbəsinə alınmasına dəyişiklik edilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. İddiaçı müraciətinə əsasən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 82 saylı Sərəncamı ilə iddiaçının mənzil növbəsi xx.xx.2021-ci il tarixdən “Qarabağ müharibəsi əlilləri” siyahısına daxil edilmişdir. Bildirilmişdir ki, İddiaçıu adı “Qarabağ müharibəsi əlilləri siyahısı”na daxil edilmişdir. Lakin bu tarix xx.xx.2021-ci il tarixindən götürülmüşdür. Halbuki İddiaçı öz müraciətində növbəsi saxlanılmaqla xx.xx.2019-cu il tarixli 219 nömrəli sərəncamına əsasən iddiaçının ailə tərkibi ilə birlikdə xx.xx.2019-cu il tarixdən “Qarabağ müharibəsi əlili” kimi imtiyazlı əsaslarla mənzil növbəsinə alınmasına dəyişiklik edilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Belə ki, İddiaçı 2016-cı ildən Azərbaycan Respublikası Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Sabunçu Rayon İdarəsinin verdiyi arayış və digər sənədlər iddiaçının xx.xx.2013-cü il tarixli müvafiq əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin В bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığını təsdiq edir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzindən verilmiş arayış və digər sənədlər iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialından İİ (ikinci) qrup müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq Prezident təqaüdü alır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin, yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək xə Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021:2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azerbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin. xx.xx.2014-cü il-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq. Çemobil AES-də qəzanın ləğvi o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Normadan aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2449 saylı bu Sərəncamında göstərilmiş şəxslər kateqoriyasına daxildir və iddiaçının adı Sərəncamda qeyd edilmiş siyahıya salınması hüquqa uyğundur. Bundan başqa iddiaçının uçota alınma tarixi və düzgün siyahıya qeyd edilməyi ilə bağlıdır, belə ki, iddiaçı 5 iyul 2019-cu il tarixindən müvafiq uçota alınsa da, ehtiyatda olan hərbi qulluqçularının siyahısına alınmış, halbuki həmin tarixdən etibarən “Qarabağ müharibəsi əlilləri” siyahısına alınmalı idi. Azərbaycan Respublikasının Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən isə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra — uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 53.3-cü maddəsində deyilir Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”.

3. İddiaçı “ehtiyatda olan hərbi qulluqçu kimi” yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunması haqqında Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 219 nömrəli Sərəncamına əsasən İddiaçı ailə tərkibi 3 nəfər (özü, h/yoldaşı və oğlu) olmaqla “ehtiyyatda olan hərbi qulluqçu kimi” imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş; İddiaçı mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya (Ehtiyatda olan hərbi qulluqçu) əlavə edilmişdir. Sərəncama əsasən müəyyən olunur ki, Əliyev X3 Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, ailə tərkibi 3 nəfər (özü, h/yoldaşı və oğlu) olmaqla ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını xahiş etmişdir. 86 saylı MKİS-i tərəfindən verilmiş 196 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 12 nəfər ailə tərkibi ilə Bakıxanov qəsəbəsi, R.Axundov küçəsində yerləşən 40/6 saylı evin 25 saylı mənzilində qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin 50 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2013-cü il tarixədək hərbi xidmət keçmiş və AR MN-nin xx.xx.2013-cü il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2013-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə- Dövlət Xidmətinin Sabunçu rayon İdarəsində hərbi qeydiyyatdadır. Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2019-cu il tarixli, 08 saylı protokol) İddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı və oğlu) “Eytiyatda olan hərbi qulluqçu” kimi imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını təklif edir.

4. İddiaçının cavabdeh quruma xx.xx.2021-ci il tarixli müraciəti əsasında İddiaçı mənzil növbəsini “Qarabağ müharibəsi” əlilləri siyahısına keçirilməsi haqqında Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 82 nömrəli Sərəncamına əsasən İddiaçı mənzil növbəsi xx.xx.2021-ci il tarixdən ailə tərkibi 3 nəfər (özü, h/yoldaşı və oğlu) olmaqla imtiyazlı əsaslarla olan (Qarabağ müharibəsi əlili) siyahısına əlavə edilmişdir. Sərəncama əsasən müəyyən olunur ki, Əliyev X3 Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, '‘Qarabağ müharibəsi” əlili olduğunu nəzərə alıb mənzil növbəsini güzəştli siyahıya (“Qarabağ müharibəsi” əlilləri) keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Əliyev X3 RİHB-nın 219 saylı xx.xx.2019-cu il tarixil sərəncamı ilə ailə tərkibi 3 nəfər (özü, h/yoldaşı yə oğlu) olmaqla “Ehtiyata buraxılmış hərbi qulluqçu” kimi yaşayış yeri-üzrə mənzil növbəsinə qəbul edilmişdir. 4 saylı Bakı “ASAN Xidmət”i tərəfindən verilmiş 08.02.202 1-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, İddiaçı 12 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu, qızı və 8 qohumu) Bakıxanov qəsəbəsi, R.Axundov küçəsi, ev 40/6, 25 saylı mənzildə qeydiyyatda olmaqla yaşayırlar. 3 saylı Bakı DOST Mərkəzinin **********8 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı müharibə əlilliyinə görə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) prezident təqaüdü alır. Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2021-ci il tarixli. 05 saylı protokol) M Ə.Əliyevin mənzil növbəsinin güzəştli siyahıya (Qarabağ müharibəsi əlilləri) əlavə edilməsini təklif edir.

5. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 219 saylı xx.xx.2019-cu il tarixli Sərəncamı ilə “ehtiyata buraxılmış hərbi qulluqçu” kimi yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilib. Sonradan xx.xx.2021-ci il tarixli müraciəti və 3 saylı Bakı DOST Mərkəzinin **********68 saylı xx.xx.2021-ci il tarixli arayışı (Azərbaycan Respublikasının ərazi bütövlüyünün mübarizəsi ilə əlaqədarmüharibə əlili) nəzərə alınaraq Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021- ci il tarixli 82 saylı Sərəncamı ilə mənzil növbəsi xx.xx.2021-ci il tarixdən “Qarabağ müharibəsi əlilləri” siyahısına daxil edilmişdir.

6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək mübahisələndirilən sərəncamın təqdim edilmə tarixini göstərməklə buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizənin təqdim edilməsi təklif olunmuşdur.

7. İddiaçı tərəfindən prosessual müddətin bərpası haqqında ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncam cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 18 yanvar 2022-ci il tarixli Ə-89/2-068/2-H1 saylı məktubu ilə İddiaçı müraciəti əsasında vermişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh orqan İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 82 saylı sərəncamı ilə mənzil növbəsini xx.xx.2021-ci il tarixdən “Qarabağ müharibəsi əlilləri” siyahısına daxil etmişdir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

12. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X2rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). -33. Bununla belə, tərəflərin təqdimatının araşdırılması sözügedən proses üçün həlledici əhəmiyyət kəsb etdiyi halda, məsələn, Ruiz Torijanın işində olduğu kimi qanunla müəyyən edilmiş müddətlərə dair ərizəsinə məhləmələr qərarlarında əsaslandırdıqları səbəbləri konkret və açıq cavab tələb edəcək (bax, eyni zamanda ., § 30; həmçinin bax Hiro Balani İspaniyaya qarşı, 9 dekabr 1994-cü il, § 28, A seriyası № 303B).

13. İddiaçının mübahisələndirdiyi sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı şəxslərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqaviləsinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun dəyişdirilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir.

14. Odur ki, iddiaçının həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ yoxdur.

15. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.

16. Belə ki, iddiaçının “hüquqi marağına” uyğun iddia məhz Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 219 nömrəli Sərəncamında dəyişiklik edilməsi ilə bağlıdır.

17. Qeyd edilən sərəncamın mübahisələndirilməsi (dəyişdirilməsi) ilə bağlı mümkün müddətlər ötürüldüyündən iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

18. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir.

19. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (dəyişdirilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

20. Bununla əlaqədar, Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 82 nömrəli Sərəncamın dəyişdirilməsi ilə bağlı buraxılmış müddətin bərpasına dair ərizəni də məhkəmə mümkün hesab etmir.

21. Digər tərəfdən məhkəmə həm də onu qeyd edir ki, iddiaçının adı mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya (ehtiyatda olan hərbi qulluqçu kimi) xx.xx.2019-cu il tarixdən əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdən isə mənzil növbəsi imtiyazlı əsaslarla olan digər siyahıya (Qarabağ müharibəsi əlili) salınmışdır. Qeyd edilən siyahının hər ikisi imtiyazlı əsaslarla mənzil növbəsini təmin edir. Odur ki, bir siyahının digərindən üstünlüyü, bununla bağlı iddiaçının hüquqi marağı aydın deyildir.

22. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Prosessual müddətin bərpası haqqında ərizə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar