Məhkəmə qərarları › İş №2-1(112)-6395/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6395/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6395/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aprel, may, iyun, avqust ayları üzrə hər bir ayı 190 manat olmaq şərti ilə cəmi 760 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində cari ilin aprel, may və iyun ayları üzrə 190 manat birdəfəlik ödəmə verilməsi barədə qərar Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapmışdır. O, da həmin ödəməni almaq üçün E-SOSİAL.AZ saytından qeydiyyatdan keçərək elektron qaydada müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-SOSİAL.AZ saytından güya aztəminatlı meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması barədə sms gəlmiş, lakin, aztəminatlı meyarına hansı səbəbdən uyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, bununla razılaşmamış və karantin rejimi olduğu üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbini rəsmən göstərilərək ünvanına məktub şəklində göndəriməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə yaşadığı ünvana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən **********1 №-li, xx xxxx 2020-ci il tarixli cavab məktubu gəlmişdir. Çox təəssüf ki, həmin məktubda da guya aztəminatlı meyarına uyğun gəlmədiyi üçün ona 190 manat birdəfəlik ödəmənin təyin edilməsindən imtina olunması qeyd olunmuş, lakin, aztəminatlı meyarına hansı səbəbdən ııyğun gəlmədiyi səbəbi göstərilməmişdir. O, təkrarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etmiş və imtinanın səbəbini yenə də, göstərilmədiyini bildirmişdir. Çox təəssüf ki, cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Bütün bunlardan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. xx.xx.2015ci il tarixdən (xx.xx.2015-ci il tarixli, 17 №-li əmr) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən ona işsiz statusu verilib. Dövlət Sosial Müdafiə Fondundan heç bir növ pensiya almır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən heç bir növ sosial müavinat almır. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai Rayon Məşğulluq Mərkəzi xx.xx.2014-cü ildən hal-hazıradək onu işlə təmin edə bilmədiyi üçün xx.xx.2020-ci il tarixdə yenidən ona işsiz statusu vermişdir. Həmçinin qeyd edir ki, karantinin (sərtləşdirilmiş) tələbinə görə ərzaq və digər tələbatları ödəmək üçün xx xxxxxx 2020-ci il tarixədək gün ərzində küçəyə əvvəl 2, sonra isə 3 saat ərzində sms icazə ilə çıxmağa icazə verilirdi. Belə olduğu halda o, heç cür və heçardan gəlir əldə edə bilməzdi. Bundan başqa qeyd edir ki, keçmiş həyat yoldaşı ona qarşı (nikahın pozulması və aliment tələbinə dair) iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il, 2(011)-2796/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, nikahları pozulmuş və birgə nikahdan xx xxx 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan xx xxxx 2017-ci il tarixdən başlayaraq hər ay - X1 xeyrinə 140 manat ödənilməsi qət edilmişdir. Həmin qətnamədən vermiş olduğu apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il, 2(011)-2796/2017 saylı qətnaməsi ilə 2(011)-8885/2018- 006 №-li, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən 140 manat aliment artırılaraq 154 manata çatdırılmışdır. Bundan başqa qeyd edir ki, işsiz statusu olduğu və aztəminatlı ailə hesab olunduğu üçün bir neçə iş üzrə məhkəmələrdə dövlət hesabına vəkillə təmin olunması üçün verdiyi ərizələr məhkəmələr tərəfindən təmin edilmişdir. Qeyd etdiyi sənədlər və məhkəmələr tərəfindən qəbul edilmiş aktlar bir daha onu təsdiq edir ki, o, aztəminatlı meyarına uyğun gəlir və bir gəlir yeri yoxdur. Həmçinin məhkəmə qərarına əsasən xx xxx 2018-ci il təvəllüdlü olan övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödəməli olduğu 154 manat aliment öhdəliyi var ki, pandemiya dövründə ödəmə apara bilməmiş və üzərinə çoxlu borc yığılıb. Hesab edi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən ona işsiz statusu verildiyi üçün, məhkəmə qərarına əsasən xx xxx 2018-ci il təvəllüdlü olan övladı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödəməli olduğu 154 manat aliment öhdliyi olduğu üçün və başqa gəliri olmadığı üçün göstərilən aprel, may, iyun, avqust aylaraı üzrə hər bir ayı 190 manat olmaq şərti ilə cəmi 760 manat birdəfəlik ödəmənin ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Beləliklə, birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası ’nın 2.3.9-cu (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara), 2.3.10cu (əri və ya arvadı bu Qaydanın 2.3.1 -ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə), 2.4-cü (birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir) və 3.8ci (bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır) bəndləri nəzərə alınmaqla həyata keçirilir. İddiaçının ailə vəziyyəti barədə məlumatı şəxsiyyət vərəqəsində subay kimi qeyd olunsa da, MAS tərəfindən məlumatlarının təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində X4 iddiaçının arvadı kimi qeyd olunmuşdur. Qeyd olunan səhv məlumat səbəbdən təhlil prossesini yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə olan Xətai Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 476 nömrəli, xx.xx.2014-cü ul tarixli arayışdan görünür ki, Xətai rayonu, ünvan 1 mənzil 64 ünvanında yaşayan İddiaçı xx.xx.2014-cü il tarixindən Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. İşsizlik müavinəti almamışdır. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Mərkəzi xx.xx.2015-ci il tairxdə işsizlik müavinətinin ödənilməsinə xitam vermişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, 19/Ə622-03 nömrəli arayışdan görünür ki, İddiaçı DSMF-nun Xətai rayon Şöbəsindən kompüter bazasının məlumatına əsasən heç bir növ pensiya almır. İşdə olan Xətai Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, N23/6 nömrəli arayışdan görünür ki, İddiaçı Xətai rayon ƏSMM-dən ÜDSY, təqaüd və heç bir növ sosial müavinət almır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-5654/18 nömrəli qərarından görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı cavabdehlə olan nikahın pozulmasına, nikah pozulduqdan sonra birgə nikahlarından olan xx.xx.2008-c il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Səlimova, iş 2(011)-2796/2017) idida ərizəsinin təmin edilməsi, X4 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış 188 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx xxx 2008-ci il təvəllüdlü X10 anası X2 yanında saxlanılması, xx.xx.2017-ci il tarixdən başlayaraq xx xxx 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, İddiaçı 10 manat dövlət rüsumu dövlət nəfinə tutulması qətnamənin alimentin tutulması ilə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski, iş № 2(103)-9700/2017) iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkməsinin xx xxxx 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2756/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının sorğusuna əsasən bildirilmişdir ki, X2 cavabdeh İddiaçı qarşı nikahın pozulmasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-2796/2017 saylı qətnaməsinə əsasən X4 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış 188 saylı nikah qeydinin ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, icra olunması üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx/xx-2650 nömrəli məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-2796/ 2017 saylı qətnaməsi Xətai rayon Qeydiyyat Şöbəsinə xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən aparılmış araşdırma zamanı iddiaçının ailə vəziyyəti barədə məlumaıt şəxsiyyət vəsiqəsində subay kimi qeyd olunsa da, MAS tərəfindən məlumatların təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində X4 iddiaçının arvadı kimi qeyd olunmuşdur. Qeyd olunan səhv məlumat səbəbindən təhlil prosesinin yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən - 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır; 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur; 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə əsasən - 180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Həmçinin, sözügedən Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir və birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün həmin Qaydanın 3.8-ci bəndində göstərildiyi kimi işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində yoxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ididaçı məhkəmə qaydasında nikahları pozulduqdan sonra nikahın pozulması haqqına şəhadətnamənin alınması üçün VVAQ orqanın müraciət etmədiyindən (bu halı məhkəmə iclasında iştirak edən iddiaçının özüdə etiraf etmişdir), nikahın pozulması haqqında şəhadətnamə almadığından, iddiaçının boşanması barədə məlumat vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından, bununla da, qeyd olunan səhv məlumat səbəbindən Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X9 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar