Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6396/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 1D saylı evə dair mənzil icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizə verərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 1D saylı evə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdə X7 (iddiaçının atası) ilə Bakı şəhəri Nəsimi rayon MKİS 59 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, İnqilab küçəsi ev 1D Əlsalam İbişova yaşayış üçün verilmişdir. xx.xx.1992-ci il tarixdə X7 vəfat etmişdir. xx.xx.2002-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri 59 nömrəli Evlər İdarəsi arasında evin kirayəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bakı şəhəri 59 nömrəli MKİS tərəfindən verilmiş "Şəxsi hesab vərəqəsi"ndən görünür ki, X7 1988-1992-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi ev 1D-də qeydiyyatda olmuş, İddiaçı isə 1988-ci ildən hal-hazıradək həmin ünvanda qeydiyyatdadır. İddiaçı evə dair müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixdə "hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi" səbəbindən müraciətin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəf iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1D ünvanında yerləşən evdə qeydiyyatda olan İddiaçı Cavabdehnə 5-15/1 -i-3-068/2023 saylı, 24.02.23-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək bildirilmişdir ki, xx.xx.1998ci il tarixdə X4 ilə Nəsimi rayonu 59 nömrəli MKİS arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1D ünvanında yerləşən evin kirayəçisi X5 tanınmışdır. xx.xx.1992-ci il tarixdə X5 vəfat etmişdir. xx.xx.2002-ci il tarixdə İddiaçı Əiisalam oğlu ilə Nəsimi rayonu 59 nömrəli MKİS arasında icarə müqaviləsi bağlanmışdır. Yaşadığı evə kirayə müqaviləsinin bağlanmasına dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh 5-15/1 -i-3-068/2023 saylı, 24.02.23-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, hüquqmüəyyənədici sənədlər (mərhum atanın adına verilmiş sərəncam və ya order) təqdim edilmədiyindən qaldırdığı məsələnin həlli sələhiyətləri xaricindədir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2023-ci il tarixli 5-15-6/2-İ-3-068/2023 saylı imtina məktubu ilə bildirilmişdir ki, hüquqmüəyyənədici sənədlər (mərhum atanın adına verilmiş sərəncam və ya order) təqdim edilmədiyindən qaldırdığı məsələnin həlli sələhiyətləri xaricindədir. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 10 evin 1-ci mərtəbəsindən yaşayır. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1292 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1d saylı evdə qeydiyyatdadır. - X7 ilə Bakı şəhəri Nəsimi rayon MKİS 59 arasında bağlanmış xx.xx.1998-ci il tarixli birtipli müqavilədən görünür ki, Bakı şəhəri, İnqilab küçəsi ev 1D X3 yaşayış üçün verilmişdir. - İddiaçı ilə Bakı şəhəri 59 nömrəli Evlər İdarəsi arasında bağlanmış xx.xx.2002-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 1D saylı evi onun kirayəsinə verilmişdir. - 284080 saylı doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdə atası X7 olmaqla anadan olmuşdur. - 05/69-478 saylı arayışdan görünür ki, X7 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, mübahisəli mənzil xx.xx.1998-ci il tarixdə iddiaçının atası X2 istifadəsində olmuş, onunla Bakı şəhəri Nəsimi rayon MKİS 59 arasında müqavilə bağlanmışdır. xx.xx.1992-ci il tarixdə atası vəfat etmişdir. xx.xx.2002-ci il tarixdə iddiaçı ilə Bakı şəhəri 59 nömrəli Evlər İdarəsi arasında evin kirayəyə verilməsinə dair müqavilə bağlanmış, onun adına şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçının mərhum atası və 1988- 1992-ci illərdə, özü isə 1988-ci ildən hal-hazıradək həmin ünvanda daimi qeydiyyatdadır və orada yaşayır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. İddiaçı evə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixdə "hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi" səbəbindən müraciətin icrasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin yarandıgı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 17-ci maddəsinə görə Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının 17 fevral 2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının adına mübahisəli mənzilinə dair aidiyyəti qurum tərəfindən order verilməsə də, müvafiq dövlət orqanının (təşkilatın) təşəbbüsü və səlahiyyətləri əsasında həmin mənzil ona verildiyindən, iddiaçı həmin yaşayış sahəsinin qanuni istifadəçisi hesab edilməlidir. Göstərilənləri, eləcə də iddiaçının həmin yaşayış sahəsində uzun müddət yaşamasını, habelə onun mənzildə yaşaması və onunla kirayə müqaviləsinin bağlanması başqa şəxslərin hüquqlarını pozmadığını (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir) nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin “iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtina etməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Qeyd edilən yanaşma X12 məhkəməsinin təcrübəsinə də əsaslanır. X12 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X12 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi iddiaçının X12 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 1D saylı evə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 1D saylı evə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6396/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6396/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver