Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6397/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.09.2019-cu il tarixdə iddiaçı ilə Bolqaristan Respublikasında yerləşən "xxxx" MMC arasında bağlanmış 27/09 AZ saylı alqısatqı müqaviləsinə əsasən ədədi 1,38 avro olmaqla 4915 ədəd “Edoxen (30 capsules)” adlı qida əlavəsi məhsulu iddiaçıya satılmışdır. Bundan sonra məhsulun dəyər vergisi də daxil olmaqla 10.05.2020-ci il tarixdə 3.450 avro, 12.08.2020-ci il tarixdə 3.332,70 avro məbləğində olmaqla bank köçürməsi yolu ilə birbaşa ödəniş edilmişdir. Daha sonra isə məhsulun Bolqaristandan Bakıya daşınması üçün 400 avro vəsait bank köçürməsi yolu ilə birbaşa ödənilmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqları) gömrük orqanına təqdim edilmişdir. Məhsulun alınması ilə bağlı edilən ödənişlər ümumilikdə 7182,70 avro təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumatlar dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. Buna baxmayaraq, gömrük orqanının əməkdaşı tərəfindən bəyannamədə məhsulun gömrük dəyərinin əsassız yerə 15.977,55 dollar kimi göstərilməsi tələb olunmuşdur. Son nəticədə gömrük orqanı tərəfindən şirkətdən 10.086,18 manat pul tutulmuşdur. Halbuki, məhsulun gömrük dəyəri 6782,70 avro təşkil etmiş və belə bir vəziyyətdə yalnız gömrük orqanına 5582 manat pul ödənilməli idi. Həmçinin, gömrük orqanı əməkdaşlarının bəyannamədə qeyd olunan məbləğin göstərilməsini israrla tələb etməsi və iddiaçı bununla razılaşmayaraq həmin məbləğin real gömrük dəyərini ifadə etməməsi ilə bağlı tərəflər arasındakı danışıqlar və yazışmalar da hazırda mövcuddur. Gömrük orqanının hətəkətləri qanunvericiliyinin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtinas edilməsi barədə bizə hər hansı bildiriş də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan gömrük rəsmiləşdirməsi qanunsuz hesab edilməli və artıq alınan vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhz bu halların aradan qaldırılması üçün iddiaçı tərəfindən cavabdeh orqana yazılı qaydada müraciət edilsə də, müraciət cavabsız qalmışdır. İddiaçı göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.2-ci maddəsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1, 8.1, 8.3, 8.4, 10.1, 11.1 və 11.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair etirazını və ona əlavəni təqdim edərək göstərmişdir ki, iddiaçı 23.09.2020-ci il tarixli **********2445 sorğu nömrəli gömrük bəyannaməsinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmin bəyyannamənin 46-cı qrafasında göstərilmiş 15977.55 ABŞ dolları təşkil edən malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəhmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15977.55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi barədə tələb yuxarıda göstərdiyi əsaslara görə mümkün sayılmamalıdır. İddia qaldırılanadək iddiaçı inzibati orqana yenidən gömrük rəsmiləşdirilməsinin həyata keçirməsi və onun nəticəsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə artıq ödəmə müəyyən olunduğu halda həmin məbləğin iddiaçıya geri qayratılması barədə ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə müraciət etməmişdir. Həmçinin iddiaçı ərizəsində həmin Qaydaların 2.1-ci bəndində göstərilən hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artıq ödənildiyini iddia etdiyi məbləğin tərkibinin əlavə dəyər vergisi yaxud gömrük rüsumu olduğunu da iddia ərizəsində dəqiqləşdirməmişdir. Gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Cavabdeh göstərilənlərə əsasən və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 40.2, 104.1 və 104.2-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1 və 1.2ci bəndlərinə istinad edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bakı İnzibati Məhkəmısinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 22.09.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2021-ci il 23 noyabr tarixli, 2- 1(103)-2710/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayətini təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin11 avqust 2021-ci il tarixliqərardadı ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibai iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1-ci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkil və nümayəndəsinin izаhаtını dinləyərək, fаktiki hаllаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən 1400-012/004-24/000131 nömrəli 2021-ci il 11 yanvar tarixli İddiaçı MMC-nin rəhbərliyinə göndərilmiş məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasına idxal edilmiş malların gömrük qanunvericiliyi ilə müəyyən olunmuş gömrük ödənişləri İddiaçı MMC tərəfindən ödənilmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənərək idxal olunmuş mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. İddiaçı MMC Bakı Baş Gömrük İdarəsinə 2020-ci il 30 noyabr və 2021-ci il 21 aprel tarixli ərizələri təqdim edərək Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capcules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 (dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat pulun İddiaçı MMC-yə ödənilməsi ilə bağlı göstərişlər verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etmədiyi üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Gömrük tarifi haqqında” Qanunun 7.1. maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 8.1.-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 8.3.-ci maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Həmin Qanunun 8.4.-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Həmin Qanunun 10.1.-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2.-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. İddiaçı artıq ödənişlərin geri qaytarılması barədə 2020-ci il 30 noyabr tarixində rəsmi qaydada müraciət etmişdir. Daha sonra 2021-ci il 21 aprel tarixində ərizədə yol verilən nöqsanları aradan qaldıraraq və bank rekvzitlərini əlavə edərək yenidən cavabdehə müraciət etmişdir. Lakin bundan sonrada artıq ödənilmiş məbləğ cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh gömrük orqanı iddiaçı tərəfindən 81 nömrəli invoys üzrə idxal olunan “Edoxen (30 capcules)” adlı qida əlavəsi məhsulunun dəyərinin 15977.55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi barədə tələbə etiraz bildirmişdir. Belə ki, Azərbayan Respublikasının Gömrük Məcəlləsinin 40.2. maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 266.1. –ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 267.1. –ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 267.2.-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. İşin faktiki hallarına görə gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə iddiaçıya bildiriş də təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”-nın 1.1. bəndinə əsasən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4.-cü bəndinə əsasən, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Məcəllənin 6.1.-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.4.-ci maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6.-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir; Həmin Qanunun 5.1. maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 11.1. –ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1.-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2.-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1.-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1.-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2.-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3.-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4.–ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5.-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilməli və artıq ödənilmiş 4.504,18 manat pulun qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilsin və artıq ödənilmiş 4.504,18 manat pulun qaytarılması vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən sonra 30 gün müddətində 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-6397/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6397/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver