Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6398/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzilə dair sənədlərin verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 26 nömrəli mənzilin 48 nömrəli order əsasında 24 iyun 1994-cü il tarixində İddiaçı verilməsi barədə Daxili Qoşunların Mənzil Komissiyasının qərarının (protokolunun) verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəli istefada olan zabitidir. 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti kimi Vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. İştirak etdiyi döyüşlərin birində mina partlayışından sonra yaralnmışdır və kontuziya da almışdır. Döyüş əməliyyatları zamanı qəhrəmanlıq göstərdiyinə görə (doqquz düşmən tankını şəxsən məhv etdiyinə və s. xidmətlərinə görə) Daxili Qoşunların Baş İdarəsi tərəfindən 24 iyun 1994-cü il tarixində ünvan 1 ünvanında yerləşən sahəsi 28,88 kv metr olan 26 nömrəli mənzil ailə üzvləri qeydiyyata alınmaqla və 48 nömrəli order verilməklə ona təqdim olunmuşdur. Bir neçə dəfə Daxili Qoşunların Baş İdarəsinə rəsmi ərizə ilə müraciət edərək müvafıq sənədlərin təqdim olunmasında köməklik göstərilməsini xahiş etsə də həmin qurumun etinasızlığı ilə rastlaşmışdır. Sonuncu dəfə 30 aprel 2021-ci il tarixində X2 rəsmi ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 26 nömrəli mənzilin 24 iyun 1994-cü il tarixində ona ayrılmasına dair Daxili Qoşunların Mənzil Komissiyasının Qərarının (Protokolunun) verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin qurumdan daxil olmuş xx.xx.2021-ci il tarixli, 13-4/1748-1377 Q nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “İddiaçı DİN-nin Daxili Qoşunlarında hərbi xidmətdə olarkən, həmçinin 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanması və kontuziya almasına dair arxiv sənədlərində məlumat olmadığından, Hərbi-həkim Komissiyası onun barəsində qərar verilməsini məqsədmüvafıq hesab etməmişdir. Eyni zamanda İddiaçı 14 oktyabr 1992-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında mənzil növbəsində olmuş, mənzillə təmin olunması barədə heç bir məlumat aşkar olunmamışdır”. Cavabdehin bu mövqeyi onu qane etmədiyinə görə məhkəməyə iddia ərizəsi iə müraciət etmişdir. Artıq yuxarıda qeyd olunduğu kimi 1992-1994-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, qanunvericilyin tələblərinə müvafıq olaraq 1992-1994-cü illərdə Daxili Qoşunarının tərkibində xidmət edərək Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıqlar nəzərə alaraq Komandanlıq tərəfındən ona 24 iyun 1994-cü il tarixində 48 nömrəli order əsasında ünvan 1 ünvanında yerləşən, 26 nömrəli mənzil verilmişdir. Bu faktı iddia ərizəsinə əlavə etdiyi və notarial qaydada təsdiq olunmuş 24 iyun 1994-cü il tarixli, Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş 48 nömrəli order və yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün verilmiş xx.xx.1994-cü il tarixli arayış da təsdiqləyir. Həmin zaman qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin tələblərinə əsasən order mənzilə köçmək üçün hüquqi əsas yaradan əsas sənəddir. Başqa sözlə, sözügedən mənzil üzərində iddiaçı olaraq onun və ailə üzvlərinin 1994-cı ildən etibarən qanuni sahiblik və istifadə hüquqlarını yaranmışdır. Deməli, ona qanuni əsaslarla verilmiş mənzilə dair Daxili Qoşunların Mənzil Komissiyasının Qərarını (Protokolunu) tələb etmək hüququ vardır. İndi cavabdehin onun mənzillə təmin olunmağı barədə heç bir məlumat aşkar olunmamasını bildirməsi absurd olmaqla qanunsuz bir haldır. Daxili Qoşunların Mənzil Komissiyasının Qərarı ilə verilmiş, vəzifəli şəxslərin imzası və X1 möhürü ilə təsdiq olunmuş rəsmi orderi necə danacaqlar? Həmin orderin verilməsinə dair rəsmi sənədlərin Daxili Qoşunlarda saxlanılmaması və yaxud hansı səbəbdən aşkar olunmaması artıq onun işi və vəzifəsi deyildir. Çünki, arxiv sənədlərinin saxlanılmasına, həmin sənədlərinin uçotunun təşklinə o cavabdeh deyildir. Bu cavabdehin özünün vəzifəsidir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsi iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan mayor İddiaçı iddiası əsassız, qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəli, ehtiyyatda olan zabitidir. 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabiti kimi Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, döyüşlərin birində mina partlayışından sonra yaralanaraq kontuziya almışdır. Həmçinin İddiaçı ərizəsində bildirmişdir ki, döyüş əməliyyatları zamanı qəhrəmanlıq göstərdiyinə görə (doqquz düşmən tankını şəxsən məhv etdiyinə və s. xidmətlərinə görə) Daxili Qoşunların Baş İdarəsi tərəfindən 24 iyun 1994-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, sahəsi 28,88 kv metr olan 26 nömrəli mənzil ailə üzvlərinin qeydiyyata alınmaqla 48 nömrəli orderlə ona təqdim olunmuşdur. Bundan başqa iddiaçı ərizəsində bildirmişdir ki, bir neçə dəfə Daxili Qoşunların Baş İdarəsinə ərizə ilə müraciət edərək müvafiq sənədlərin təqdim olunmasında köməklik göstərilməsini xahiş etmiş, hərbi xidmətdə olarkən, həmçinin 1992-1994-cü illərdə döyüş əməliyyatları zamanı yaralanması və kontuziya almasına dair arxiv sənədlərdə məlumatların olmadığını, Hərbi-həkim komissiyası onun barəsində qərar verilməsinin məqsəduyğun hesab etməməsi, eyni zamanda 14 oktyabr 1992-ci ildən Daxili Qoşunlarda mənzil növbəsində olması, mənzillə təmin olunması barədə heç bir faktın aşkarlanmadığı barədə məlumat almışdır. Yuxarıda göstərilənlərlə yanaşı, İddiaçı ərizəsində müvafiq qanunlardan sitatlar qeyd edərək ünvan 1 ünvanında yerləşən, 26 nömrəli mənzilin 48 nömrəli order əsasında 24 iyun 1994-cü il tarixdə ona verilməsi barədə Daxili Qoşunların Mənzil Komissiyasının Qərarının (protokolunun) verilməsinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasına dair məhkəmə qərarı qəbul olunmasını xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirlər. Daxili Qoşunların arxivindən alınmış arayışa əsasən məlum olmuşdur ki, sabiq hərbi qulluqçu mayor M.X3 Baş İdarəsinin, N () saylı hərbi hissənin və dislokasiya yerləri Ağdam, Füzuli rayonları-döyüş bölgələri olmuş N () saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Mayor İddiaçı DİN-nin 6 nömrəli X4 gəlmiş hesab edilərək, 05 oktyabr 1992-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Daxili qoşunların komandanının müvafiq əmrinə əsasən xx.xx.1992-ci il tarixdən Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, mühəndis-istehkam bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmri ilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar olaraq fevral ayının 1-dən mühəndis xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Daxili qoşunların komandanının xx.xx.1995-ci il tarixli, 142 №-li əmri ilə DQBİ-də mühəndis xidmətinin zabiti-minalayıcı vəzifəsinə, xx.xx.1996-cı il tarixli 24 №-li əmri ilə mühəndis xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Daxili qoşunların komandanının xx.xx.1998-ci il tarixli 96 №-li əmri ilə 03 oktyabr 1997-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 156-cı maddənin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq DQBİ-nin döyüş hazırlığı şöbəsində mühəndis xidmətinin rəisi vəzifəsindən azad edilib Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. İddiaçı ərizəsində döyüş əməliyyatları zamanı qəhrəmanlıq göstərdiyinə görə Daxili Qoşunların Baş İdarəsi tərəfindən 24 iyun 1994-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, sahəsi 28,88 kv metr olan 26 nömrəli mənzil ailə üzvlərinin qeydiyyata alınmaqla 48 nömrəli orderlə ona təqdim olunmasını bildirsə də, onun adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 48 №-li order və onun verilməsinə əsas olmuş sənədlər Daxili Qoşunların Baş İdarəsində mövcüd deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixxli, 2-1(112)-8002/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2905/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixxli, 2-1(112)-8002/2021 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaşı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin tərəfindən 24 iyun 1994-cii il tarixində ona təhvil verilən ünvan 1 ünvanda yerləşən 26 nömrəli mənzil və həmin mənzilə dair eyni tarixli 48 nömrəli orderin verilməsinə əsas olmuş sənədlərin, həmçinin hüquqmüəyyənedici sənədlərin və ona əlavələrin (əmr, sərəncam, akt, təqdimat, şəhadətnamə, vəsiqə, razılıq, rəy, arayış, mənzil komissiyasının qərarı, protokol, plan-cizgi, texniki pasport və s.) təsdiq edilmiş surətlərinin, yaxud həmin sənədlərdə təsdiq olunmuş çıxarışların və ya həmin sənədlərə dair müvafiq arayışın və aktların (itirilmiş və ya məhv olduğu halda sənəd üzrə məlumatları özündə əks etdirməklə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin 05 iyul 2022-ci il tarixli, 2-1(112)-6398/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbələri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, xx.xx.1956-cı il təvəllədülü İddiaçı xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-cı maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzilə dair sənədlərin verilməsi tələbinə dair inzibati iş üzrə icraata İddiaçı öldüyündən xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6398/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6398/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver