Məhkəmə qərarları › İş №2-1(112)-64/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-64/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-64/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının qanuni təmsilçisi X10, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı və xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, yaranmış zərurətlə əlaqədar müəssisənin şəxsi hesab vərəqəsindəki borcların araşdırılması nəticəsində səyyar vergi yoxlaması üzrə borcların yarandığı aşkar edilmişdir. Bununla əlaqədar müvafiq vergi orqanına müraciət edərək, şəxsi hesab vərəqəsində göstərilən səyyar vergi yoxlaması aktları üzrə hesablamanın nəticələri tələb edilmişdir. xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında X3 təqdim edilmiş məktubla səyyar vergi yoxlaması və vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar və tələbnamələrin olduğunu aşkar edilmişdir. Bu sənədlər iddiaçı tərəfindən qəbul edilməmiş, həmin sənədlər iddiaçıya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq, göstərilən aktların və çıxarılmış qərarların qərəzli, əsassız və qanunsuz olduğu aşkar edildiyindən onların ləğv edilməsi üçün vergi orqanına aşağıdakı məzmunda müraciət edilmişdir: “Bildirmək istəyirəm ki, Vergilər Nazirliyi yanında X7 tərtib etdiyi xx.xx.2013-cü il tarixli, **********673391 saylı SVY aktı və Bakı Vergilər Departamentinin tərtib etdiyi xx.xx.2015-ci il tarixli, **********798863 saylı səyyar vergi yoxlaması aktlarından Vergi Məcəlləsinə əsaslanaraq razılaşmadığı məqamlarla bağlı nəzərinizə çatdırıram ki, xx.xx.2013-cü il tarixli, **********673391 saylı səyyar vergi yoxlaması aktı və onun nəticəsində çıxarılmış xx.xx.2013-cü il tarixli, **********711255 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə qərarı və xx.xx.2015-ci il tarixli, **********798863 saylı səyyar vergi yoxlaması aktı və onun nəticəsində çıxarılmış xx.xx.2015-ci il tarixli **********889773 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə qərarı ləğv edilməlidir. Çünki xx.xx.2013-cü il tarixli **********711255 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə qərarında qeyd olunan vergi məbləği 188273.40 manat, maliyyə sanksiyası 94656.70 manat və xx.xx.2015-ci il tarixli qeyd olunan **********889773 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarında qeyd olunan vergi məbləği 266994 manat, maliyyə sanksiyası 133617 manat düzgün hesablanmamışdır”. Göstərilən SYV aktları müəssisəsinin rəsmi şəxslərinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 4631/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın baxılmasının mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmaqla işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır . Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadından cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1417/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 baş direktorunun müavini Rasim Quliyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-536/2019 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. Geri qaytarılmış iş materialları xx xxx 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 iddiaya dair xx.xx.2019-cu il tarixli, **********419200 saylı yazılı etirazında bildirilmişdir ki, Bakı şəhəri X9 tərəfindən məhkəməyə iddiaçı tərəfindən hər iki qərarın, yəni “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarların mübahisələndirilməsi ilə bağlı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünə dair vəsatət verilmişdir. 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-4631/2018 saylı, xx.xx.2018-ci tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin olunmuşdur. Daha sonra iddiaçı tərəfindən qeyd olunan qərardaddan apelyasiya şikayəti verilmiş və şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-536/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadında qərardaddan onun təqdim edildiyi vaxtdan 10 gün ərzində şikayət verilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadında prosessual müddət gözlənilərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1417/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya şikayətini mümkünsüz hesab edərkən inzibati Prosessual Məcəllənin 35.3-cü maddəsini əsas götürmüşdür. Həmin maddədə qeyd olunur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi İnzibati Prosessual Məcəllədə iddia mümkün sayıldığı təqdirdə işdə iştirak edən tərəflərdən birinin iddianın mümkün sayılması barədə qərardaddan yuxarı məhkəməyə şikayət verilməsi qadağan edilməmişdir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər. Nümunə üçün qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərar və qərardadların konkret dairəsi müəyyənləşdirilmişdir. Lakin göründüyü kimi İnzibati Prosessual Məcəllədə kassasiya şikayətinin verilməsi hüququ ilə bağlı bu cür konkret sərhədlər müəyyən edilməmişdir. Əlavə olaraq bildirilir ki, İnzibati Prosessual Məcəllənin ayrı-ayrı konkret maddələrindən şikayət verilə bilinməyən qərardadlar dəqiq müəyyən edilmişdir. Hətta həmin Məcəllənin ayrı-ayrı maddələrində təsbit edilmiş şikayət verilə bilinməyən qərardadlardan Məcəllənin 83-cü maddəsində məhkəmənin yekun qərarı ilə birgə şikayət verilmə imkanı təsbit edilmişdir. Məsələn, İnzibati Prosessual Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Lakin hazırkı iş üzrə iddiaçı prosessual müddətin buraxılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Yəni, Bakı Apellyasiya Məhkəməsi tərəfindən prosessual müddətin bərpa edilməsi barədə deyil, iddianın mümkün sayılması barədə qərardad qəbul edilmişdir. Bu isə həmin qərardaddan kassasiya şikayəti verilməsini istisna etmir. İddianın mümkünsüzlüyünə dair əsaslar Departament tərəfindən məhkəməyə təqdim edilmişdir. Kassasiya instansiyası tərəfindən iddianın mümkünlüyü məsələsi araşdırılmadığından məhkəmə tərəfindən mümkünlük məsələsinə baxılıb yekun nəticəyə gələnədək icraatın bütün mərhələlərində iddianın mümkünlüyü araşdırılmalıdır. İşin mahiyyəti üzrə bildirilir ki, ləğv edilmiş Vergilər Nazirliyi yanında X7 xx.xx.2013-cü il tarixli, **********664824 saylı və xx.xx.2014-cü il tarixli, **********718487 saylı qərarlarına əsasən İddiaçındə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: müvafiq olaraq xx.xx.2010 - xx.xx.2013 və xx.xx.2013 - xx.xx.2014), nəticəsi xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktları ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisində aprel 2010 - mart 2013 vergi dövrünün yoxlanılması barədə Departamentin xx.xx.2013-cü il tarixli **********664824 saylı qərarı qəbul edilmişdir. Aparılmış səyyar vergi yoxlaması xx.xx.2013-cü il tarixli, **********673391 saylı aktla rəsmiləşdirilmişdir. Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması barədə vergi orqanına ərizə ilə müraciət etmiş, müəssisəyə xx.xx.2006-cı il tarixli, **********5 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmiş və bildiriş xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövr üzrə müəssisənin təqdim etdiyi ƏDV bəyannamələrində vergi tutulan və əvəzləşdirilən ƏDV məbləğlərinin olmadığı göstərilmişdir. ƏDV bəyannamələrinin düzgünlüyünün yoxlanılması zamanı kənarlaşma müəyyən edilməmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannamələrinə əsasən 9000 kv.metr torpaq sahəsinə görə 2010, 2011 və 2012-ci il üzrə hər ilə 900.0 manat olmaqla, cəmi 2700.0 manat vergi hesablanmışdır. Təqdim olunmuş torpaq vergi bəyannamələrinin düzgünlüyünün yoxlanılması zamanı kənarlaşma aşkar olunmamışdır. Yoxlanılan dövrdə müəssisə mənzil tikintisi fəaliyyəti ilə məşğul olduğu və bu fəaliyyət üzrə sadələşdirilmiş verginin ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 219.2.1-ci maddəsinə əsasən mənfəət vergisinin ödəyicisi olmamışdır. Müəssisə tərəfindən 2012-ci ilin 2-ci rübü üzrə təqdim olunmuş mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində 14501 kv. metr binanın ümumi sahəsinə 609046.20 manat (14501 kv.metr x 10 x 4.2 (3-cü zona)) vergi hesablanmışdır. Yoxlama zamanı inşa olunmuş yaşayış binasının sahəsinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 23-cü və 45-ci maddələrinə əsasən “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********703450 nömrəli Qərarla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" İB-nin mütəxəssisi dəvət edilmiş və müvafiq rəy alınmışdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində inşa olunmuş yaşayış binasının ümümi sahəsinin 18983.8 kv.metr olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 219.1.2-ci maddəsi və verginin hesablandığı dövrə qüvvədə olan Vergi Məcəlləsinin 220.8-ci maddəsi nəzərə alınmaqla vergi ödəyicisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi”nin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsallarına əsasən yoxlama ilə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 797319.6 manat (18983.8 kv/m x 10 x 4.2 (3-cü zona)) vergi məbləği hesablanmışdır. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 219.1.2ci və 221.5-ci maddələrinin tələblərinin pozulması nəticəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 188273.40 manat azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi üzrə 2011-ci il 3-cü, 4-cü rüblər, 2012-ci il 1-ci, 3-cü, 4-cü rüblər, 2013-cü il 1-ci rüb, ÖMV üzrə 2011-ci il 3-cü, 4-cü rüblər, 2012-ci il 1-ci, 2-ci, 3-cü, 4-cü rüblər, 2013-cü il 1-ci rüb üçün vergi hesabatı və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsi ilə nəzərdə tutulmuş arayışın təqdim edilmədiyi müəyyən edilmişdir. Yoxlama nəticəsində Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli, **********711255 saylı qərarı qəbul edilmişdir. Yoxlama ilə vergi ödəyicisi tərəfindən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən 188273.40 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz miqdarında, yəni 94136.70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, 2011, 2012 və 2013-cü illər üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat, ümumilikdə, 520 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisində aprel 2013 - dekabr 2013 vergi dövrünün yoxlanılması barədə Departamentin xx.xx.2014-cü il tarixli, **********718487 saylı qərarı qəbul edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə xx.xx.2014-cü il tarixli, **********844069 saylı qərarla yoxlama ilə əhatə olunan vergi dövrü aprel 2013 - may 2014 olaraq müəyyən edilmişdir. Aparılmış səyyar vergi yoxlaması xx.xx.2015-ci il tarixli, **********798863 saylı aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə edilmiş dəyişikliklər ilə əlaqədar 2014-cü ilin may ayının ƏDV bəyannaməsi yoxlama ilə əhatə edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti ilə "İddiaçı" MTK arasında bağlanmış "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2005-ci il tarixli, 0486 nömrəli müqaviləyə əsasən Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllədə sahəsi 9000.0 kv.metr olan torpaq sahəsi 49 il müddətinə müəssisənin istifadəsinə verilmişdir. Müəssisə tərəfindən dövlət torpaq sahələrinin icarəsi üzrə 72963.11 manat məbləğ hesablanmış, 3362.0 manat ödənilmiş, 69601.11 manat ödənilməmiş qalmışdır. Müəssisə tərəfindən yoxlanılan dövrdə təməlqoyma işləri aparılmadığı üçün mənzil tikintisi üzrə sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 10 nəfər, 1 nəfərə düşən orta aylıq əmək haqqı 173.65 manat olmaqla əmək haqqından 1252.09 manat gəlir vergisi tutulmuşdur. Yoxlamaya təqdim olunmuş hesabat göstəriciləri ilə faktiki göstəricilər üzləşdirildikdə kənarlaşma aşkar edilməmişdir. Yoxlanılan dövrdə müəssisə tərəfindən ümumi sahəsi 9432.0 kv.metr olan sahə satılmışdır. Müəssisə tərəfindən 2014-cü ilin aprel ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərək ******* manat (306000.0 manat ƏDV) dövriyyə göstərilmişdir. ‘‘Azərekspertiza” Birliyinin ekspertinin xx.xx.2014-cü il tarixli rəyinə əsasən yoxlanılan dövrdə binanın yaşayış və qeyri-yaşayış sahəsinin satış qiymətlərinin real bazar qiyməti 1 kv.metr üçün 337.5 manat müəyyən edilmişdir. Aparılmış hesablamalar zamanı müəssisənin mənzil satışından əldə etdiyi gəlir 3756294.0 manat (o cümlədən, 572994.0 manat ƏDV) müəyyən edilmiş, beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 161-ci maddəsinin müddəaları pozularaq ƏDV-nin 266994.0 manat azaldıldığı aşkar edilmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş vergi üzrə 2013-cü il 2-ci, 3-cü, 4-cü rüblər üçün vergi hesabatı və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsi ilə nəzərdə tutulmuş arayışın təqdim edilmədiyi müəyyən edilmişdir. Yoxlama nəticəsində Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarı qəbul edilmişdir. Departamentin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 266994.0 manat ƏDV məbləğinə 50% miqdarında, yəni 133497.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, 2013-cü illər üzrə vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat, ümumilikdə, 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, təqdim edilmiş 2014-cü il aprel ayı üzrə cari ƏDV bəyannaməsindən iddiaçının ümumi sahəsi 9432.0 kv.metr olan mənzilləri ******* manata (ƏDV daxil olmaqla) təqdim etdiyi görünür. Başqa sözlə, ümumi sahəsi 9432.0 kv.metr olan mənzillərin təqdim edilməsi üzrə əməliyyatların ƏDV-siz dəyəri 1440677,9 manat (1700000x100/118), mənzillərin 1 kv.metrinin ƏDV-siz dəyəri isə 152.74 manat (1440677,9 /9432.0) təşkil edir. Halbuki, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri ücün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən iddiaçının təqdim etdiyi mənzillərin ərazisi üzrə zona əmsalı “1,5” olaraq müəyyən edilmişdir. Göründüyü kimi, vergi qanunvericiliyinin müqavilə tarixlərinə qüvvədə olan redaksiyasına əsasən iddiaçının ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə təqdim edilmiş sahənin hər kvadratmetri üzrə 225 manat (225 manat x 1,5 əmsal) təşkil etdiyi halda, iddiaçının hər kvadratmetr üçün vergi tutulan dövriyyəsi (ƏDV-siz) 152.74 manat təşkil etmişdir. Sonda İddiaçı (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarların ləğv olunmasına dair iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı MTK-nın sədri V.Qasımov sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin xx xxxxxx 2013-cü il tarixli **********711255 saylı, xx xxxxx 2015-ci il tarixli **********889773 saylı, xx.xx.2019-cu il tarixli **********188725 saylı qərarlarının ləğv edilməsi və xx.xx.2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması haqqında qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, müəssisədə keçirilmiş səyyar vergi yoxlamalarının nəticəsi olaraq xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə qərarları tərtib edilmişdir. Göstərilən qərarların, vergi hesablamalarının əsassız olması barədə xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və məhkəmədən göstərilən qərarların ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Lakin iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra mübahisələndirilən aktlardan əlavə xx.xx.2019-cu il tarixli, **********143752 nömrəli akt və xx.xx.2019-cu il tarixli, **********188725 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə qərarı tərtib edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” elektron məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddiaçı MTK-nın sədri V.Qasımov xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxx 2013-cü il tarixli **********711255 saylı, xx xxxxx 2015-ci il tarixli **********889773 saylı, xx.xx.2019-cu il tarixli **********188725 saylı və xx.xx.2017-ci il tarixli **********151500 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizədə göstərilmişdir ki, cavabdeh orqanın xx.xx.2013-cü il tarixli **********711255 saylı, xx.xx.2015-ci il tarixli **********889773 saylı və xx.xx.2019-cu il tarixli **********188725 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi və xx.xx.2017-ci il tarixli **********151500 nömrəli vergilərin hesablanması haqqında qərarının isə etibarsız hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata götürülmüşdür. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin hesablanması barədə xx.xx.2017-ci il tarixli, **********151500 nömrəli qərarına əsasən 2016-cı il 1-ci rüb üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlaması nəticəsində tərtib olunmuş əlavə vergi məbləğinin hesablanması barədə həmin qərar əsassız və qanunsuz olaraq qəbul edildiyindən ləğv olunmalıdır. Çünki həmin dövr üzrə sonuncu vergi yoxlamasının keçirilməsi barədə qərarın mövcudluğu artıq əvvəllər keçirilmiş yoxlamanın nəticəsini ləğv edir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatı iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizənin surəti prosessual qaydada tanışlıq və ona dair münasibət bildirilməsi üçün cavabdeh tərəfin nümayəndəsinə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********74000 saylı etirazında bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2019-cu il tarixli **********188725 saylı qərarın da ləğv edilməsini, xx.xx.2017-ci il tarixli **********151500 saylı qərarın etibarsız hesab edilməsini məhkəmədən xahiş edərək iddianın həcmini artırmışdır. Qeyd olunan iddia ərizəsinə əlavəyə münasibət bildirilmiş və İnzibati Prosessual Məcəllə ilə mübahisələndirmə haqqında iddia qaldırılması üçün müəyyən edilmiş müddətin ötürüldüyü bildirilərək iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizənin xx.xx.2020-ci il tarixdən öncə verildiyi bildirilmiş, həmin ərizənin məhkəməyə təqdim edilməsi üçün iclasın təxirə salınması xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin surəti məhkəməyə təqdim edilmişdir. Həmin ərizədə iddiaçı xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı, xx.xx.2019-cu il tarixli **********188725 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı daha sonra xx.xx.2020-ci il tarixli ərizəsində iddiaya əlavə olaraq xx.xx.2017-ci il tarixli, **********151500 saylı qərarın etibarsız hesab edilməsini də məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2017-ci il tarixli, **********151500 saylı qərarın da ləğv edilməsini xahiş etmişdir. İşin halları ilə bağlı bildirilir ki, MTK-ya Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində razılaşdırılmış eskiz əsasında 1 girişli, 17 mərtəbəli, 105 mənzilli və 1 girişli, 16 mərtəbəli, 90 mənzilli yaşayış binalarının tikintisinə icazə verilmişdir. MTK tərəfindən təməlqoyma işlərinin apanlması ilə əlaqədar olaraq 2012-ci ilin 2-ci rübü və 2014-cü ilin 3-cü rübü üzrə “Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” bəyannamələri təqdim edilmiş, müvafiq olaraq 797319,60 manat (18983,8 kv.metr x 4,2 x 10) və 688224,60 manat (16386,3 x 4,2 x 10) vergi hesablanmışdır. "Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” bəyannaməsində tikintinin sahəsi 16386.3 kv.metr müəyyən edilmişdir. Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli, 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2016-cı il tarixli, **********141000 nömrəli xidməti məruzə ilə müvafiq düzəlişlər edilərək, təqdim edilmiş 2014-cü ilin 3-cü rübü üçün “Mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi” bəyannaməsi üzrə hesablanmış 688224,60 manat azaldılmış və analoji qaydada 2016-cı ilin 1-ci rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi"nə əsasən kameral qaydada 1655497,8 manat vergi hesablanmış, lakin səyyar vergi yoxlaması ilə vergi məbləğinin 1682228,79 manat (15174,48 x 45 x 2,2 : 1211,82x45x2,2x1,5) olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2018-ci il tarixli **********147568 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsi ünvanda inşa edilən 1 girişli 105 mənzilli 17+mansard mərtəbəli yaşayış binasının ümumi sahəsi 18983.8 kv.m, o cümlədən, yaşayış sahəsi 13322,85 kv.m, qeyriyaşayış sahəsi 1642,22 kv.m, zirzəmi sahəsi 876,06 kv.m (qaraja yararlı sahə 360,0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 2123,0 kv.m, mansard sahəsi 803,0 kv.m, texniki sahə 216,67 kv.m, ümumi satışa yararlı sahə 16128,07 kv.m, 1 girişli 90 mənzilli 16 mərtəbəli yaşayış binasının ümumi sahəsi isə 16386,3 kv.m, o cümlədən, yaşayış sahəsi 11115,0 kv.m, qeyri-yaşayış sahəsi 671,82 kv.m, zirzəmi sahəsi 1512,0 kv.m (qaraja yararlı sahə 540,0 kv.m), pilləkən, dəhliz, lift sahəsi 2944,68 kv.m, texniki sahə 142,8 kv.m, ümumi satışa yararlı sahə 12326,82 kv.m-dir. Mütəxəssis rəyindən göründüyü kimi binanın ümumi sahəsi 16386,3 kv.metr müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı binanın ümumi sahəsi 16386,3 kv.metr müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli, **********151500 saylı qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı "xxxx" MTK tərəfindən Baş İdarənin xx.xx.2017-ci il tarixli, **********151500 saylı qərarı xx.xx.2017-ci il tarixdə oxunaraq qəbul edilmiş, lakin mübahisələndirilməmişdir. Beləliklə, göründüyü kimi iddiaçı kameral vergi yoxlaması zamanı aparılmış hesablama ilə razılaşmışdır. Sonda iddiaçı "İddiaçı" MTK-nın iddia tələbinin xx.xx.2013-cü il tarixli **********711255 saylı və xx.xx.2015-ci il tarixli **********889773 saylı, xx.xx.2019-cu il tarixli **********188725 saylı qərarların ləğv edilməsi hissəsində rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, xx xxxxx 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, xx xxxxxx 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi” həcmində icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X11 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cavabdeh inzibati orqan kimi Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə iddia Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2017-ci il tarixli **********151500 nömrəli “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, iddianın xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı və xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarların ləğv edilməsi hissəsində mümkünlüyü məsələsinə yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verildiyindən həmin hissədə iddianın mümkünlüyü məsələsi təkrar müzakirə edilməmiş, o cümlədən, iddianın Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” hissəsində də mümkünlüyünü istisna edən hal məhkəmə araşdırması zamanı aşkar edilmədiyindən cavabdehin adıçəkilən qərarlarının mübahisələndirilməsinə dair iddiaya mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, xx xxxxx 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları tamamilə əsassız və qanunsuzdur. Məhkəməyə daxil olmuş ekspert rəyləri ilə prosessual qaydada tanış olmuşdur. İş materiallarında olan müvafiq ekspert rəyləri həmin qərarların vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Bundan başqa, yoxlamaların əhatə etdiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 219.2.1 maddəsində göstərilmişdir ki, bu Məcəllənin 218.1.1.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər bu fəaliyyət üzrə mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fizki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi deyildirlər. Buna görə də, vergi ödəyicisi tərəfindən mənfəət vergisinin yayındırılmasından da söhbət gedə bilməz. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı da tam olaraq qanunsuzdur. Əvvəla, ona görə ki, müvafiq inzibati aktın qəbul edilməsi zamanı Vergi Məcəlləsinin 56.3-cü, 36-cı, 83-cü, 49.5-ci və digər maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Bundan başqa, həmin qərarın əhatə etdiyi dövr üzrə vergi orqanı tərəfindən tərtib edilmiş aktlar vardır ki, müvafiq dövr üzrə vergi məbləğlərinin ödənilməsində heç bir kənarlaşma müəyyən edilməmişdir. Vergi orqanı sonradan qəbul etdiyi bu qərarla əvvəl tərtib etdiyi aktlarda göstərilənləri inkar etmiş olur. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. İddiaçının qanuni təmsilçisi nümayəndənin izahatında qeyd etdiyi hallara heç bir əlavəsinin olmadığını bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məlum olduğu kimi, iş üzrə xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərardadlarla məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məzmunca təkrarlanan ekspert rəyləri verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən həmin ekspert rəylərinin əsassız olması ilə bağlı mülahizələr təqdim edilmişdir. Həmin mülahizələrə əlavə olaraq bildirir ki, sözügedən ekspert rəylərində ekspertin iddiaçı tərəfindən mübahisələndirilən qərarlarda öz əksini tapmış vergi məbləğinin ümidsiz borc hesab edilməsi və onun silinməli olması qənaətinə gəlməsidir. Halbuki, məhkəmə tərəfindən ekspertin qarşısında borcun ümidsiz olmasının müəyyən edilməsi ilə bağlı hər-hansı sual qoyulmamışdır. Həmçinin, ekspertin qanunvericiliyin müddəalarının tətbiqi ilə bağlı hər-hansı rəy bildirməsi hüququ müəyyən edilməmişdir. Göründüyü kimi iş üzrə verilmiş iki ekspert rəyi tamamilə əsassız olmuş və hazırkı vəziyyətdə iddiaçının məqsədi vaxtilə hesablanması ilə razılaşıb dövlət büdcəsinə ödədiyi vergiləri əsassız olaraq geri qaytarmaq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspert rəyləri sübutetmə vasitələri kimi qəbul edilə bilməz. Qeyd edilməsi zəruridir ki, məhkəmə xx.xx.2020-ci il tarixli 2-1(112)- 64/2020 saylı qərardadla iddiaçının vəsatəti əsasında təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli Ə-113 saylı ekspert rəyi verilmişdir. Qeyd olunan ekspert rəyi də əsassız və kütləvi nöqsanlarla müşayiət olunduğundan cavabdeh həmin rəylə razılaşa bilməz. Belə ki, qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə baxmayaraq ekspert qarşısında mühasibatlıq ekspertizasının cavab verməli olmadığı suallar qoyulmuşdur. İşin faktiki hallarından məlum olduğu kimi yaranmış mübahisənin əsas mahiyyəti tikilmiş binanın sahəsinin müəyyən edilməsi ilə bağlıdır. Başqa sözlə, vergi orqanı iddiaçının bəyan etdiyi sahə ilə razılaşmamış və əlavə vergilər hesablamışdır. Sonuncu ekspertiza zamanı isə ekspertin qarşısında İddiaçı MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli, çox mənzilli binanın ümumi və satışa yararlı sahələrinin sadələşdirilmiş vergi üzrə hesabatında yayındırmanın müəyyən edilməsinə dair sual qoyulmuşdur. Qeyd olunan sualın cavablandırılması təkcə məhkəmə-mühasibatlıq ekspertizası ilə əhatə olunmur. Belə ki, məhkəmə tərəfindən qoyulmuş bu sualın cavablandırılması üçün ekspert tərəfindən “İddiaçı" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli binaya yerində baxış keçirilməli və ölçmə aparılmalı idi. Bu isə məhkəmə mühasibatlıq ekspertizası ilə əhatə olunmur. Belə ki, bunun üçün mühəndis-texniki ekspertizası təyin edilməli və həmin ekspertizanın nəticəsində mühasibatlıq ekspertizası vasitəsi ilə sadələşdirilmiş verginin yayındırılması ilə bağlı sual tam cavablandırılmalı idi. Məhkəmə mühasibatlıq ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmanın müəyyən edilməsi məqsədi ilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir. Göründüyü kimi, ekspertiza düzgün suallar qoyulmadan təyin edilmiş və ekspertizanın gedişatı da yanlış davam etmiş, ekspert tərəfindən bina sahəsinin müəyyənləşdirilməsi ilə bağlı sualın cavablandırılmasının onun xüsusi biliklərindən kənara çıxdığı qeyd olunmamışdır. Qısacası, mühasibatlıq ekspertizası mühəndis-texniki ekspertizanın cavab verməli olduğu sualı cavablandırmışdır. Həmçinin, binanın sahəsini müəyyən etmək üçün yerində baxış keçirməli olduğu halda, bunu etməmiş, yalnız adı cavabdehə məlum olmayan sənədlər əsasında binanın sahəsini müəyyən etmişdir. Həmçinin, nə 2012-ci ildə qüvvədə olan Vergi Məcəlləsində, nə də Məcəllənin hazırkı redaksiyasında binanın satışa yararlı hissəsi anlayışı mövcud deyildir. Qeyd olunan dövrdə Vergi Məcəlləsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektini dəqiq müəyyənləşdirən norma olduğu halda daha aşağı qüvvəli qərara istinad edilməsi ekspert rəyinin əsassız və qərəzli olduğunu sübut edir. Ekspert tərəfindən bir sıra əmlak saytlarına istinad edilmiş, həmçinin, rəyə qeyd olunan saytlardan 2020-ci ildə edilmiş çıxarışlar əlavə edilmişdir. Belə ki, daim yenilənən və ən köhnə məlumatı son 30 gün ərzində verilmiş elanlar olan saytlara, həmçinin üçüncü şəxslərdən alınmış şifahi məlumatlara istinad edilməsi rəyin qeyripeşəkar hazırlandığını təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə xxxx" MMC-nin xx.xx.2020-cu il tarixli Ə-113 saylı ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Nümayəndə izahatının sonunda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, vergi ödəyicisi İddiaçı MTK-nın (VÖEN: **********) əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi, mülkiyyət növü xüsusi, təşkilati-hüquqi forması kooperativ, ünvanı ünvan 2 mənzil 79, qanuni təmsilçisi Valeh Qasımovdur. Bundan başqa iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən Vergi Məcəlləsinin tələblərinin pozulması nəticəsində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin 188273.40 manat azaldıldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmış və 94136,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, yoxlama nəticəsində vergi ödəyicisi İddiaçı MTK tərəfindən 2014-ci il üzrə əlavə dəyər vergisinin 266994.00 manat azaldıldığı müəyyən edilmiş, bu əsasla vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən 133497.00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli, **********188725 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, vergi orqanı tərəfindən İddiaçınə münasibətdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 26730.99 manat məbləğində verginin azaldılması müəyyən edilmiş və vergi ödəyicisinə həmin məbləğdə əlavə vergi məbləği hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı MTK-nın (VÖEN-**********) xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə, müəssisə tərəfindən 2012-ci il üzrə 188.273,40 manat məbləğində mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini xx xxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. Bundan sonra İddiaçı MTK-nın xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 2014-cü ilin aprel ayı üzrə 266.994,00 manat məbləğində ƏDV-nin az hesablanması faktı aşkar edilmişdir. Yoxlamanın nəticələri öz əksini xx xxxx 2015-ci il tarixli səyyar vergi yoxlaması aktında tapmışdır. xx xxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktında inşa olunmuş binanın ümumi sahəsinin 18983,8 kv.m (binanın yaşayış sahəsi 13222,85 kv.metr, qeyri-yaşayış sahəsi 1642,22 kv.metr, lift, ümumi dəhliz, pilləkən, 2123,0 kv.metr, zirzəmi 876,06 kv.metr, (satışa yararlı sahə 360,0 kv.metr), texniki mərtəbə 216,67 kv.metr, mansard 803,0 kv.metr müəyyən edildiyi göstərilmişdir. Yaşayış binasının ümumi sahəsi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Yoxlama ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində inşa olunmuş yaşayış binasının ümumi sahəsinə, yəni 18983,8 kv.metrinə görə MTK-ya əlavə olaraq 188.273,4 manat məbləğində mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vergi orqanı xx xxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr üzrə təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannamə məlumatı ilə sözügedən binanın faktiki sahəsi arasında kəskin fərqin olması və buna uyğun olaraq əlavə vergi hesablamasını sübut edə bilməmişdir. Belə ki, xx xxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrdə (xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək) qüvvədə olan Vergi Məcəlləsinin 218.1.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisidir. Vergi Məcəlləsinin 219.1.2-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyətini həyata keçirən şəxslər üçün zirzəmilər, mərtəbələr və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi (dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi istisna olmaqla) vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1.2 maddəsində müəyyən edilmiş vergi tutma obyektinin hər kv. metri üçün 10 manat məbləğində ölkənin şəhər rayonlarının ərazilərinin zonaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini (MTFŞS vergini) bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işinin başladığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2. maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə, lociyaların, eyvanların, şüşəbəndlərin və terraslann sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.1-ci bəndinə görə yaşayış binasının ümumi sahəsi binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin, pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir. Lakin xx xxxxxx 2013-cü il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda göstərilən qanunların və qaydaların tələblərinə uyğun olmayaraq binanın ümumi sahəsi nəzərə alınaraq, yəni yuxarıda qeyd olunan və mərtəbənin sahəsinə daxil edilməli olmayan sahələr də nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə bu halla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21507 saylı ekspert rəyinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********864700 saylı yazılı vəsatətində və xx.xx.2020-ci il tarixli, **********383400 nömrəli kompleks məhkəmə ekspertizasının təyin edilməsinə dair vəsatətində səyyar vergi yoxlaması zamanı yayınmanın 2012-ci ilin 2-rübü üzrə müəyyən edildiyi, lakin "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edildiyi, ekspertin istinad etdiyi qərarın 2012-ci ilin 2-ci rübü üzrə mövcud olmadığı, bu əsasla da, Vergi Məcəlləsinin 218.1.1.2-ci maddəsinə istinad edilməsinin əsaslı olduğu göstərilmişdir. Məhkəmə vergi orqanın yuxarıda qeyd edilmiş mövqeyi ilə razılaşmır, ona görə ki, iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********711255 saylı qərarı xx xxxxxx 2013-cü il tarixdə, yəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın qüvvədə olduğu dövrdə qəbul edilmiş, lakin vergi orqanı tərəfindən sözügedən qərar qəbul edilərkən vergi ödyəyicisinin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən qaydaların qüvvədə olması nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Kontitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə, həmçinin, qeyd edir ki, xx xxxx 2015-ci il tarixli səyyar vergi yoxlaması aktında isə əlavə olaraq hesablanmış ƏDV ilə bağlı göstərilmişdir ki, yoxlanılan dövrdə müəssisə tərəfindən ümumi sahəsi 9432,0 kv.metr olan sahə satılmışdır. Müəssisə tərəfindən 2014-cü ilin aprel ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərək, 2.006.000,00 manat (o cümlədən, 306.000,00 manat ƏDV) dövriyyə göstərilmişdir. ”Azərekspertiza" Birliyinin ekspertinin xx.xx.2014-cü il tarixli rəyinə əsasən yoxlanılan dövrdə binanın yaşayış və qeyri-yaşayış sahəsinin satış qiymətlərinin real bazar qiyməti 1 kv.metr üçün 337,5 manat müəyyən edilmişdir. Aparılmış hesablamalar zamanı müəssisənin mənzil satışından əldə etdiyi gəlir 3.756.294,00 manat (o cümlədən 572.994,00 manat ƏDV) müəyyən edilmiş və beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 161-ci maddəsinin müddəaları pozularaq ƏDV-nin 266.994,00 manat azaldıldığı aşkar edilmişdir. xx xxxx 2015-ci il tarixli səyyar vergi yoxlaması aktında İddiaçı MTK-da mənzillərin və qeyri yaşayış sahəsinin real bazar qymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət olunmuşdur. Həmin birliyin eksperti tərəfindən mənzillərin və qeyri yaşayış sahələrinin orta bazar satış qiyməti ilə bağlı rəy verilmişdir. Məhkəmə, işin araşdırılan bu halları ilə bağlı onu qeyd edir ki, iş materiallarında tərəflər arasında bağlanmış müqavilələr öz əksini tapmış ki, həmin müqavilələrdə mənzillərin qiymətləri müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1.barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5.bu Məcəllənin 124.4-cu maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. İş materiallarında Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən bazar qiymətinin tətbiq edilməsinə dair, o cümlədən, əməliyyatda (əqddə) təsbit edilmiş qiymətlərin qəbul edilməməsi üçün əsaslı bir sənəd və ya məlumat mövcud deyildir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21507 saylı ekspert rəyinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********864700 saylı yazılı vəsatətində iş materiallarında olan satış müqavilələrinin sonradan cavabdeh tərəfindən məhkəməyə təqdim olunması, yəni 2015-ci ildə səyyar vergi yoxlaması aparılarkən həmin satış müqavilələrinin iddiaçı tərəfindən vergi orqanına təqdim edilmədiyi göstərilmişdir. Məhkəmə vergi orqanın yuxarıda qeyd edilmiş mövqeyi ilə də razılaşmır, ona görə ki, Vergi Məcəlləsinin http://e-qanun.az/framework/41016xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olan 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yalnız səyyar vergi yoxlanılması keçirildikdə yol verilir. 43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin, təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi vergi ödəyicisindən sənədlərin və əşyaların götürülməsi ilə əlaqədar tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı tələskənliyə yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Mübahisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərardadı ilə ekspertiza təyin edilmiş, daşınmaz əmlakın (fərdi tikililərdə, çoxmərtəbəli binalarda, torpaq sahələrində) ölçülərinin, yaşayış və qeyri-yaşayış sahələrinin qaydalara uyğun müəyyənləşdirilməsi, əmlakların bazar qiymətlərinin müəyyən edilməsi və digər ekspert və mütəxəssis xidmətlərinin göstərilməsi sahələrində fəaliyyət göstərdiyindən iş materialları ekspertizanın aparılması üçün “xxxx” MMC-yə göndərilmişdir. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, Ə-113 saylı ekspert rəyində göstərilmişdir ki, inşa olunmuş binanın ümumi sahəsi 15804.84 kv.metr, o cümlədən, zirzəminin ümumi sahəsi – 876.06 kv.metr (yararlı sahəsi, qaraj (avtodayanacaq) – 360.0 kv.metr), qeyri-yaşayış sahəsi (satışa yararlı sahə) – 1642.22 kv.metr, yaşayış sahəsi (mənzillər) – 11994.22 kv.metr, pilləkən, dəhliz, lift sahəsi – 1292.34 kv.metr müəyyən edilmişdir. Beləliklə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli çoxmənzilli binanın ümumi sahəsi – 15804.84 kv.metr, satışa yararlı (vergiyə cəlb olunan) ümumi sahə - 13996.44 kv.metr təşkil edir. Vergi Məcəlləsinin 219.1.2, 220.8, 221-ci maddələrinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən satışa yararlı sahə 13996.44 kv.metr təşkil etdiyi üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılma müəyyən edilməmişdir. Aprel 2014-cü il üzrə yaşayış sahəsi üzrə satış müəyyən edilməmişdir. Bu səbəbdən yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilməmiş və tətbiq edilməmişdir. Aprel 2014-cü il üzrə qeyri-yaşayış sahəsi üzrə satış müəyyən edilmişdir. Bu səbəbdən qeyri-yaşayış sahəsi üzrə bazar qiyməti müəyyən edilmiş və tətbiq edilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ələsgərov və M.Qasımov küçələrinin kəsişməsində inşa edilən hündürmərtəbəli çoxmənzilli binada qeyri-yaşayış sahəsinin 1 kv.metri üçün orta bazar satış qiyməti – 2800.0 manat olmaqla 484 kv.metrinin ümumi dəyəri ƏDV-siz 1148474,58 (bir milyon bir yüz qırx səkkiz min dörd yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, müqavilələr nəzərə alınarsa, ƏDV-siz vergiyə cəlb olunan dövriyyə 1211610,17 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixli səyyar vergi yoxlaması aktında mənzil satışından müəssisəsinin əldə etdiyi gəlir 3756294,0 manat göstərilmişdir. Beləliklə, aprel 2014-cü il üzrə müqavilələr və bazar qiymətləri tətbiq edilərsə, ƏDV-nin yayındırılması müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 21507 saylı və xx xxx 2020ci il tarixli 9/533 saylı ekspert rəyləri kifayət qədər aydın və tam olmadığından, həmçinin, həmin rəylərdə ekspert işin faktiki hallarına maddi hüquq normalarının tətbiq edilməsi ilə bağlı müdaxiləyə yol verdiyindən, başqa sözlə, hüquqi nəticəyə gəldiyindən, ekspertiza qarşısında qoyulmuş suallar üzrə ətraflı araşdırma aparılmadığından, o cümlədən, ikinci rəy məzmun baxımından, demək olar ki, ilkin rəylə eynilik təşkil etdiyindən sübutetmə vasitələri kimi qəbul edilməmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, Ə-113 saylıekspert rəyində göstərilənləri təkzib edən sübut məhkəməyə təqdim edilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı aşkar edilmədiyindən mötəbər sübut kimi qəbul edilməli, vergi orqanının təqdim etdiyi gətirdiyi digər dəlillər isə işin yuxarıda şərh edilən hallarına əsasən iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi qeyd olunan məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyi ilə Vergi Məcəlləsinin 219.1.2, 220.8, 221-ci maddələrinin tələblərinə müvafiq olaraq vergiyə cəlb edilən satışa yararlı sahə 13996.44 kv.metr təşkil etdiyi üçün mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yayındırılma müəyyən edilməmiş, həmin tədqiqatın nəticələrinin qeyri-dəqiq olması barədə vergi orqanı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin, hesab edir ki, bina tikintisini həyata keçirən mənzil – tikinti kooperativi tərəfindən tikiləcək binanın yalnız yaşayış, qeyri-yaşayış və köməkçi sahələri alqı-satqı predmeti olduğuna, digər hissələr isə binanın ümumi təyinatına uyğun istifadə edildiyinə və həmin hissələr alqı-satqı predmeti olmamaqla, satışının həyata keçirilməklə hər hansı formada qazanc əldə edilməsi qeyri-mümkün olduğuna görə, binanın ümumi strukturuna xidmət edən digər sahələrinin də vergitutma obyektinə aid edilməsi barədə vergi orqanının mövqeyi əsassızdır. Məhkəmə “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, Ə-113 saylı ekspert rəyi ilə prosessual qaydada tanış edildikdən sonra cavabdehin məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********383400 saylı kompleks məhkəmə mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair vəsatətində göstərilmiş adıçəkilən ekspert rəyinin əsassızlığına dair mülahizələrini. Belə ki, cavabdeh tərəfindən məhkəməyə daxil olmuş müvafiq ekspert rəylərinə dair yazılı mülahizələrdən də açıqaşkar şəkildə görünür ki, yuxarıda qeyd edildiyi kimi vergi orqanı iddiaçı barəsində **********711255 saylı, xx xxxxxx 2013-cü il tarixli qərarı qəbul edərkən həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın qüvvədə olmasını nəzərə almamış, bununla da, əsassız inzibati akt qəbul etmişdir. Hansı ki, yalnız bu hal qəbul edilmiş qərarın qanunsuz olmasını isbat etmək və ya bu qənaətə gəlmək üçün yetərlidir. Məhkəmə qeyd edir, Vergi Məcəlləsinin 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan 56.1-ci maddəsinə görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 2020-ci il 1 yanvar tarixinədək qüvvədə olan 36.3-cü maddəsinin 1ci hissəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli, **********188725 saylı qərarının təsdiq edilmiş surətindən göründüyü kimi, həmin qərar 2016-cı ilin 1-ci rübünü əhatə edir. Halbuki, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə vergi qanunvericiliyinin pozulmasına prezumpsiya olacağı halda belə, vergi qanunvericiliyi ilə müəyyən edilən vergi qanunvericiliyinin pozulması anından 3 ildən artıq müddət keçdiyindən məhkəmə qeyd edilən qərarı da vergi qanunvericiliyinin tələbləri baxımından qanunsuz və əsassız hesab edir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə yoxlanılan hissədə sübuta yetirilmir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibatiaktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə, həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı və xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı qərarlarından görünür ki, vergi ödəyicisinə müvafiq illər üzrə vergi hesabatlarını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışları əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə də müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. Vergi Məcəlləsinin xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olan 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəf Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarını tam şəkildə mübahisələndirsə də, həmin qərarların vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə müvafiq məbləğlərdə digər maliyyə sanksiyalarının da tətbiq edilməsi hissəsində əsassız və qanunsuz olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Buna görə də, vergi ödəyicisinə vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyalarının əsassız və qanunsuz olması istisna edilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı isə tam hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və “xxxx” MMC tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 21507 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat, xx.xx.2020-ci il tarixli 9/533 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat, “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdə isə aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia müvafiq hissədə qismən təmin edilsə də, ekspertiza tədqiqatları iddianın mümkün sayılmayan hissəsinə aid olmadığından və iddianın təmin edilmiş, yəni Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının qeyri-qanuni hesab edilmiş hissəsinə aid olduğundan iş üzrə prosessual xərclər tam şəkildə cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxxx 2013cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 xx xxxxx 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan, cəmi 245 (iki yüz qırx beş) manat pul cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindəntutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). “xxxx” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindəntutularaq “xxxx” MMCnin hesabına köçürülsün (köçürüləcək hesab: “xxxx” ASC; Kod: 512372; VÖEN: **********; Müxbir hesab: AZ42NABZ******************** S. W. İ. F. T. TCZBAZ22; Hesab nömrəsi: AZ86TCZB********************; Azərbaycan Respublikası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********)) Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar