Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-64/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “vəkillər kollegiyasının üzvlülüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı “vəkillər kollegiyasının üzvlülüyündən xaric edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X3 xx.xx.2018-ci il tarixli teleqramla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edərək bildirmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh müraciət sahibi ona etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, guya onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanması barədə əsassız şikayətlər etmiş və bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirmişdir. Həmin məlumatlar həqiqəti əks etdirmir. Xahiş edir ki, vəkil Cavabdeh barəsində tədbir gürülsün. Qeyd edilən müraciət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. X1 və vəkil Cavabdeh intizam araşdırmasında iştirak edərək, müraciətlə bağlı izahatlarını və izahatlarda istinad edilmiş hallarla bağlı müvafiq sənədləri Vəkillərin İntizam Komissiyasına təqdim etmişlər. Müraciət sahibi Könül Mürsəlova araşdırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasına izahat verərək göstərmişdir ki, vəkil Cavabdeh ilə hüquqi yardım üçün müqavilə bağlamamışdır. O, heç vaxt həbs olunmamışdır, lakin vəkil Cavabdeh mətbuatda onun barəsində əsassız məlumatlar yerləşdirmişdir. Bu məlumatlar onun şərəf və ləyaqətinə toxunmuşdur. Bu məlumatların mətbuatda yayılması üçün o, vəkil Cavabdeh heç bir səlahiyyət verməmişdir. Vəkillər Kollegiyasına ünvanladığı teleqramda göstərdiklərini bir daha təsdiq edir. Əlavə olaraq bildirir ki, hazırda vəkil Cavabdeh ona şikayətini geri götürməsi üçün təzyiq edir. Vəkillərin İntizam Komissiyasının rəyi ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.5, 2.6, 2.7 və 2.13-cü maddələrinin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 15-ci maddəsinin 2-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin pozulması halları müəyyən edilmiş və rəy baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, vəkil Cavabdeh Daxili X6 Usubova ünvanladığı müraciətini mətbuat vasitəsilə çatdırıb kütləvi şəkildə yayımlamaqla, hüquqi yardım göstərdiyi şəxs Könül Mürsəlovaya hüquqi yardım göstərməsi ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını təmin etməmiş, həmin şəxsin icazəsi olmadan onun barəsində əsaslığı şübhə doğuran müəyyən faktları ictimailəşdirmişdir. Bununla da, müraciət sahibinin iddiasına əsasən, vəkil Cavabdeh fəaliyyəti hüquqi yardım göstərdiyi şəxsin qanuni marağına uyğun olmamış və həmin şəxsin narazılığ ilə nəticələnmişdir. Bundan əlavə, vəkil Cavabdeh Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi barəsində əsaslılığı yoxlanılmamış və şübhəli olan məlumatları yayımlamışdır. Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Cavabdeh bu hərəkətlərini vəkil etikasına və vəkillik fəaliyyətinə uyğun olmayan hərəkətlər kimi qiymətləndirir. Vəkillər Kollegiyasının Rəyasət Heyəti hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.5, 2.6, 2.7 və 2.13-cü maddələrinin, o cümlədən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 15-ci maddəsinin 2-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri A.Bağırov 24 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X2 xx.xx.2021-ci il tarixli iclasında humanizm və mərhəmət ənənələri davam etdirilərək, bu ərəfəyə təsadüf edən insanları sülhə, birliyə, həmrəyliyə və xeyirxahlığa dəvət edən Ramazan bayramı münasibətilə barələrində üzvlükdən xaric olunmalarına dair qərar qəbul edilmiş bir neçə vəkilin, o cümlədən Cavabdeh vəkillik fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iş üzrə Cavabdeh üzvlükdən xaric olunmasına dair qaldırılmış iddiadan imtina edilməsi barədə bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtina edilməsi barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “vəkillər kollegiyasının üzvlülüyündən xaric edilməsinə dair” tələbindən imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “vəkillər kollegiyasının üzvlülüyündən xaric edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-64/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-64/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver