Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6400/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixində Ucar rayonunda anadan olmuş, xx.xx.2021-ci il tarixdə 57 yaşının tamam olması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququ yaranmışdır. iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi hərbi xidmətdə olmuş, İT- ******* nömrəli əmək kitabçasına görünür ki, ümumi iş stajı 35 il 01 ay 13 gündür, 2017-ci ilə kimi olan əmək stajı 30 il təşkil edir. 2006-cı ilin yanvar ayının 01 nə olan əmək stajı 20 il 04 ay 30 gün teşkil edir. xx.xx.2006-cı ildən "xxxx" QSC-nin 1-ci qrup Biləcəri lokomotiv deposunda tornaçı peşəsində işləyir, (iki il hərbi xidmətdə olduğu müddət həmin əmək stajına daxildir). Bununlada güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 15 il əmək stajı vardır. Tornaçı peşəsi əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilmişdir. Həmin peşənin ağır və zərərli hesab edilməsi və faizin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 saylı qərarına və HSX-nın əmrinə əsasən birgə yaradılmış komissiyası tərəfindən iş yerlərinin atestasiya keçirilməsindən sonra verilən rəyə əsasən müəyyən edilmişdir. Bununla da iş stajının 2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna, 15 ildən artıq müddətinə ağır və zərərli əmək stajı olduğuna, 2021-ci ilin 05 may tarixində 57 yaşı tamam olduğuna görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunun 9.8-ci bəndinə əsasən, həmin tarixdən ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iş materiallarında olan Ucar rayon Dövlət Arxivinin iddiaçıya dair, 4 noyabr 2022-ci il tarixli 82 nömrəli arayışında 1977-1987-ci illər ərzində onun kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında kolxozda işlədiyi dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri göstərilməmişdir. Bu səbəbdən də, həmin müddəti İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.
Faktiki hallar və sübutlar.
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. H3 ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 14 oktyabr 1982-ci ildən 7 dekabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci ilədək məktəbdə keşikçi vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “Şərəf” Müstəqil Kiçik müəssisəsində çilingər vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998ci ilədək “Azəryoltəmirtikinti” İstehsalat Birliyində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Dəmir Yolunun 2 nömrəli müəssisəsində çilingər vəzifəsində,xx.xx.2000-ci ildən Dəmiryol Biləcəri deposunda qaz qaynaqçısı, çilingər və tornaçı vəzifəsələrində işləmiş, hal-hazırdada işləyir. Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı 23 noyabr 2022-ci il tarixli, 61 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə baxılarkən Abdullayev Əkbərin 1977-1987-ci illər üzrə iş günləri olduğu bildirilmiş, eyni zamanda həmin son hesablaşma cədvəllərində kolxozçuların ata adları qeyd olunmamışdır. Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var. 1977-ci il: 5 adam günü, 3,84 rubl. 1980-ci il: 244 adam günü, 1073,80 rubl. 1981-ci il: 90 adam günü, 284,34 rubl. 1982-ci il: 166 adam günü, 499.25 rubl. 1983-cü il: 32 adam günü, 173 rubl. 1984-cü il: 15 adam günü, 41,60 rubl. 1985-ci il: 78 adam günü, 129,20 rubl. 1986-cı il: 208 adam günü, 276,40 rubl. 1987-ci il: 127 adam günü, 304 rubl. Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 189 nömrəli, 23 may 2023-cü il tarixli Arayışına əsasən, 1964-cü ildə Ucar rayon Qaradağlı kəndində anadan olmuş İddiaçı Sərdar oğlu, 1977-ci ildə Qaradağlı kəndi Lenin adına kolxozda kolxozçu kimi iş faliyyətinə başlamış,onun İş faliyyəti aşağdakı kimidir. 1977-ci il: 5adam günü ,3.84 rubl; 1980-ci il : 244 adam günü,1073, 20 rubl; 1981ci il 90 adam günü 284,34 rubl; 1982-ci il:166 adam günü, 499,25 rubl; 1983-cü il 32 adam günü 173 rubl; 1984-cü il 15 adam günü,41.60 rubl; 1985-ci il 78 adam günü,129.20 rubl; 1986-cı il 208 adam günü,276,40 rubl; 1987-ci il 127 adam günü,304 rubl. Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 187 nömrəli, 23 noyabr 2022-ci il tarixli Arayışına əsasən qeyd edilmişdir ki, Abdullayev X4 rayonu Qaradağlı kəndində yaşamış mərhum X1 oğludur. “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-/2- A-26961/2024 nömrəli məktuba əsasən bildirilmişdir ki, Ucar rayon Dövlət Arxivinin sizə dair, 4 noyabr 2022-ci il tarixli 82 nömrəli arayışında 1977- 1987-ci illər ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında kolxozda işlədiyiniz dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri göstərilməyib. Bu səbəbdən də, həmin müddəti iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 ildən az (18 il 10 ay (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Milli Arxiv İdarəsi Ucar rayon X5 Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 07 mart 2024-cü il tarixli, 5-80-27/2-09/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Sərdar oğlunun 1977-1987-ci illər ərzində Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair Ucar rayon Dövlət Arxivində saxlanılan kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən aşağıdakı qaydada qeydlər var: 1977-ci il: 5adam günü ,3.84 rubl; 1980-ci il : 244 adam günü,1073, 20 rubl; 1981-ci il 90 adam günü 284,34 rubl; 1982-ci il:166 adam günü, 499,25 rubl; 1983-cü il 32 adam günü 173 rubl; 1984-cü il 15 adam günü,41.60 rubl; 1985ci il 78 adam günü,129.20 rubl; 1986-cı il 208 adam günü,276,40 rubl; 1987-ci il 127 adam günü,304 rubl. Qeyd 1. Cədvəllərdə adı Abdullayev Əkbər kimi qeyd olunub. 2. Cədvəllərdə ata adı və təvəllüd qeyd olunmayıb. 3. Cədvəllərdə qeyd olunan illər üzrə kolxozun ümumi yığıncağı tərəfindən qəbul olunmuş adam günü normaları qeyd olunmayıb. Qeyd 4. Kolxozlarda müxtəlif illər üzrə adam günü normaları barədə rəsmi sənəd təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir.
8. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
9. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmalı və 12 il 6 ay Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixinə 20 il 2 ay 1 gün ümumi stajı müəyyən edilir. İddiaçının Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda olan əmək günləri 1 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən nəzərə alınmış və onun ümumillikdə ümumi stajının 25 ildən az olması müəyyən edilmişdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiaallarında olan Ucar rayon Dövlət Arxivinin məlumatına əsasən, kolxozlarda müxtəlif illər üzrə adam günü normaları barədə rəsmi sənəd təhvil verilməmiş, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozunun arxivə təhvil verilmiş 1977-ci- 1987-ci illərə aid cədvəllərdə kolxozun ümumi yığıncağı tərəfindən qəbul olunmuş adam günü normaları qeyd edilmişdir. İddiaçının istinad etdiyi arxiv arayışında onun kolxozda iş fəaliyyəti: 1977-ci il 5 adam günü; 1980-ci il 244 adam günü; 1981-ci il 90 adam günü; 1982-ci il: 166 adam günü, 499,25 ; 1983-cü il: 32 adam günü; 1984-cü il: 15 adam günü; 1985-ci il: 78 adam günü, 129,20 rubl; 1986-cı il: 208 adam günü, 276,40 rubl; 1987-ci ildə: 127 adam günü, 304 rubl olmuş, bu da iddiaçıya 4 il 10 ay stajı kimi hesablanmır. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixinə ümumi iş stajı 25 ildən az olduğu üçün 57 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа