Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6401/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və təhsil aldığı ixtisasın ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T Dİ: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Ukrayna Respublikasının Ukrayna X1 X6 İnstitutu tərəfindən iddiaçıya verilmiş 30 iyun 2017-ci il tarixli, B 17 225924 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin və Ukrayna Respublikasının Ukrayna X1 Tədris X5 tərəfindən ona verilmiş 31 dekabr 2018-ci il tarixli, B 18 136531 nömrəli magistr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6401/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı Ukrayna Respublikasının Ukrayna X1 Tədris X5 tərəfindən ona verilmiş 30 iyun 2017-ci il tarixli, B 17 225924 nömrəli bakalavr diplomu üzrə və Ukrayna Respublikasının Ukrayna MühəndisX3 Tədris X5 tərəfindən verilmiş 31 dekabr 2018-ci il tarixli B 18 136531 nömrəli magistr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamələrin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh orqan məhkəməyə vəsatət göndərərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6401/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Respublikasının Ukrayna Mühəndis-Pedaqoji Akademiyası tərəfindən verilmiş 30 iyun 2017-ci il tarixli, B 17 225924 nömrəli bakalavr diplomu üzrə və həmin universitet tərəfindən verilmiş 31 dekabr 2018-ci il tarixli B 18 136531 nömrəli magistr diplomu üzrə aldığı ixtisasların tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasların tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. İş üzrə məhkəmə iclası 21 iyul 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh inzibati orqanın vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və təhsil aldığı ixtisasın ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” iddiası üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-6401/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6401/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver