Məhkəmə qərarları › İş №2-1(112)-6402/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6402/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6402/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ödənişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ödənişin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan dəqiqləşmə verilərək İddiaçı 20 fevral 2014-cü il tarixdən-25 dekabr 2015ci il tarixədək ezamiyyətlərdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, o, 2023-cü ilin iyun ayına X2 şöbəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. 18 fevral 2014-cü il tarixdən 25 dekabr 2015-ci il tarixədək “Lənkəran” X6 X4 baş nəzarətçi-növbə rəisi vəzifəsinə təyin edilmişdir. X5 Nəzarəti Dəstəsinin rəisinin əmri ilə 21 fevral 2014-cü il tarixdən 25 dekabr 2015-ci il tarixədək “Gəncə” X6 X3 rəisi vəzifəsini icra etmişdir. Həmin müddət ərzində vəzifə maaşından əlavə 400 AZN ezamiyyə pulu ilə təmin edilmişdir. Rəis vəzifələrinin icra müddəti ərzində vəzifə maaşından məhrum olmaqla bərabər bir –sıra imtiyazlardan da məhrum edilmişdir. Həmin müddət ərzində ezamiyyə xərcləri (bir gün üçün mehmanxana xərci çıxılmaqla) 45 AZN təşkil etməsinə baxmayaraq bu müddət ərzində 40 günə 400 AZN ödənilmişdir. Qalan günlər ödənilməmişdir. İddiaçı hesab edir ki, “Gəncə” X7 rəisinin vəzifə maaşı və 1 il 8 ay 25 gün ezamiyyə günlərinin ödöənilməyən günləri ona ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İş materiallarında olan: Arayışdan görünür ki, iddiaçı 24 iyun 2023-cü il tarixli əmrə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçıya ünvanlanmış elektron məktubda qeyd edilmişdir ki, qeyd edilən dövrlər üzrə hərbi hissənin maliyyə təsərrüfat fəaliyyətinin sənədli təftiş olunması və sənədlərin saxlama müddətinin bitməsi ilə əlaqədar məhv olduğu üçün hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. 20 fevral 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 26 fevral 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilsinlər. 01 mart 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 09 aprel 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 15 aprel 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə 15 aprel 2014-cü il tarixdən ezamiyyətə getmiş hesab edilmişdir. 23 may 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 24 may 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 02 iyul 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 03 iyul 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 08 dekabr 2014-cü il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 17 yanvar 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 05 fevral 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 08 fevral 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 20 sentyabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 27 sentyabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 12 oktyabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. 13 oktyabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “ezamiyyətdən qayıtmış hesab edilmişdir. 14 oktyabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən “Gəncə” Beynəlxalq Aeraportunun X3in rəisi vəzifələrini müvəqqəti icra etmək məqsədi ilə “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezamiyyətə getmiş hesab edilmişdir. 01 dekabr 2015-ci il tarixli əmrdən çıxarışdan görünür ki, iddiaçı “Gəncə” Beynəlxalq Aeraportunun sərhəd nəzarəti bölməsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. İddiaçının xidməti fəaliyyəti ilə bağlı əmrlərə dair məlumat adlı sənəddə qeyd edilmişdir ki, iddiaçı 18 fevral 2014-cü il tarixli əmrlə “Lənkəran” Beynəlxalq Aeroportunun SNB-nin baş nəzarətçisi-növbə rəisi vəzifəsinə təyin edilmiş, daha sonra 25 dekabr 2105ci il tarixdən X5 Nəzarəti Dəstəsinin “Gəncə” Beynəlxalq Aeroportunun SNB-nin rəisi vəzifəsinə təyin edilmiş, 02 oktyabr 2017-ci il tarixli əmrlə Sərhəd Nəzarətində həmin vəzifəyə təyin edilmiş, 06 fevral 2018-ci il tarixli əmrlə “Astara” SNM-nin rəisi vəzifəsinə təyinat aparılmışdır. Buna dair əmrlər də təqdim edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı mübahisə iddiaçının “Gəncə” Beynəlxalq Aeraportunun X4 ezam olunduğu müddət üzrə ona ödənişi aparılmamış ezamiyyə günlərinə görə ödənişlərin edilməsi ilə əlaqədardır. İddiaçı buna dair bank kartından çıxarışları təqdim edərək həmin ödənişlərin göstərilən müddət üzrə edilməməsini qeyd edir. Cavabdehin iddiaçıya ünvanlanmış elektron qaydada təqdim edilmiş imtina məktubunda isə qeyd edilir ki, qeyd edilən dövrlər üzrə hərbi hissənin maliyyə təsərrüfat fəaliyyətinin sənədli təftiş olunması və sənədlərin saxlama müddətinin bitməsi ilə əlaqədar məhv olduğu üçün hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Məhkəmə araşdırması zamanı isə cavabdehin mövqeyi onunla bağlı olmuşdur ki, həmin ödənişlər edilmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtin mövcudluğunu, yəni hazırkı mərhələdə iddia olunan ödənişlərin iddiaçıya təqdim edildiyini sübut etmək cavabdehin öhdəliyidir. Cavabdeh isə həmin halı sübut edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərindən (6.1, 6.18, 6.28-ci bəndlər) göründüyü kimi Hərbi qulluqçuların vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar xidmət yerləri dəyişildikdə yol xərci müavinəti ödənilir. Hərbi hissə komandirlərinin əmri ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən edilmiş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyət xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən həyata keçirilir. “X1”nın:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. İİ. Respublika ərazisi daxilində ezamiyyələr

2. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.

7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər; Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 nömrəli Qərarının:

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.\

2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi şəxsə ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi inzibati orqanın öhdəliyidir ki, iş materiallarından da göründüyü kimi həmin ödənişlər həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda adıçəkilən müddəaların tələbləri də nəzərə alınmaqla ezamiyyə xərcləri iddiaçıya ödənilməlidir. Göründüyü kimi iddiaçı 20 fevral 2014-cü il tarixdən, “Gəncə” Beynəlxaq Aeroportunun SNB rəisi vəzifəsinə təyin olunduğu 25 dekabr 2015-ci il tarixədək “Lənkəran” Beynəlxalq Aeroportunun SNB-nin baş nəzarətçisi-növbə rəisliyindən ezam edilmişdir ki, həmin dövrlər üzrə ezam xərclərinin ödənilməməsi qanunsuz və əsassız olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 20 fevral 2014-cü il tarixdən-25 dekabr 2015-ci il tarixədək ezamiyyətlərdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar