Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6403/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X71 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamalrayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X28 və qeyriləri işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X28, X15, X29, X39 və X40 işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12, X5, X13, X20, X21 və yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X22, 2006-cı il təvəllüdlü X23, 2012-ci il təvəllüdlü X24 və 2015-ci il təvəllüdlü X30 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 2/8 hissəsindən ibarət olan (1 otaq ü\s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6 kv.m) evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən evin 2/8 hissədən ibarət olan 1 otaq ü/s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan hissəsini 5 saylı Bakı “Asan xidmət” Mərkəzi Notariat Kontorunda bağlanmış 01 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X25 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 11.02.2021-ci il tarixdə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətinədir. Cavabdehlər X28, X15, X29, X39, X40 və yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X41, 2006-cı il təvəllüdlü X42, 2012-ci il təvəllüdlü X43 və 2015-ci il təvəllüdlü X50 mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri olmuşdur. ünvan 2 ünvanında yerləşən evin 8 hissədən ibarət olmaqla, evin bir neçə mülkiyyətçisi olsa da, cavabdehlər məhz onun xüsusi mülkiyyətində olan 2/8 hissədən ibarət (1 otaq ü/s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan) hisəssində qeydiyyatda olmuş və bu barədə Yasamal rayon MKTB-nin 40 saylı MKİS tərəfindən müvafiq arayış verilmiş və həmin arayış cavabdehlərin məhz ona məxsus hissədə qeydiyyatda qalmalarını təsdiq edir. Cavabdehlərin hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdehlər X28, X15, X29, X39, X40 və yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X41, 2006-cı il təvəllüdlü X42, 2012-ci il təvəllüdlü X43 və 2015-ci il təvəllüdlü X30 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 2/8 hissəsindən ibarət olan (1 otaq ü/s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6 kv.m) hissəsindən qeydiyyatdan çıxarılmalıdırlar. Cavabdehlərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-2363/2021 saylı qərardadı ilə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunaraq, inzibati orqana müraciət etməli oluğu bildirilmişdir. X28, X16, X29, X39, X40 və yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X41, 2006-cı il təvəllüdlü X42, 2012-ci il təvəllüdlü X43 və 2015-ci il təvəllüdlü X30 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evin 2/8 hissəsindən ibarət olan (1 otaq ü/s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6. kv.m) hissəsindən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etsə də, cavabdehlərin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəməyə 10.07.2021-ci il tarixli, 091-36240-1221 nömrəli məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasına və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan mübahisəli ünvanla bağlı sənədlərdən aşağıdakılar müəyyən olunur: -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9089/2017-008 nömrəli, 29.11.2017-ci il tarixli icra sənədinə əsasən borclu X8 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/8 hissədən 2 otağının alınması üçün ödənilmiş 15000 manat məbləğində behin iki misli, yəni 30000 manat tutularaq tələbkar X36 verilməli olduğundan, həmin icra sənədinin icrası məqsədilə X17 məxsus hissəsi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/8 hissədən 2 otağının, texniki pasportuna əsasən “A” literli tikilinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 15 kv.m olan 5 və 8 saylı yerləşkələrdən ibarət mənzil hərrac vasitəsilə satılmış, “X34” MMC-nin 06.03.2020-ci il tarixli, 29 saylı hərrac protokoluna əsasən X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10.11.2020-ci il tarixdə, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 2/8 hissədən 1 otaq, ü/s 15.3 kv.m, y/s 8.7 kv.m, k/s 6.6 kv.m hissəyə dair X31 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi”-dən görünür ki, satıcı X51 ünvan 1 ünvanında yerləşən 0.030210 ha torpq sahəsinin istifadəsində olan ü/s 383.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə özünə məxsus 2/8 hissədən 1 otaq, ü/s 15.3 kv.m, y/s 8.7 kv.m, k/s 6.6 kv.m payını alğı-satqı yolu ilə İddiaçı satmışdır. Müqavilənin 13-cü maddəsinə əsasən X51 01.03.2021-ci il tarixinədək mübahisəli ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.030210 ha torpq sahəsinin istifadəsində olan ü/s 383.50 kv.m olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/8 hissədən 1 otaq, ü/s 15.3 kv.m, y/s 8.7 kv.m, k/s 6.6 kv.m pay xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 40 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 101 nömrəli, 16.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 2/8 hissədən 1 otaq, ü/s 15.3 kv.m mənzil İddiaçı məxsusdur. Keçmiş ev sahibləri 9 nəfərdən ibarət olmuşdur: 1966-cı il təvəllüdü X28, 1967-ci il təvəllüdlü X15, 1987-ci il təvəllüdlü X29, 1989-cu il təvəllüdlü X39, 1994-cü il təvəllüdlü X40, 2010-cu il təvəllüdlü X41, 2006-cı il təvəllüdlü X42, 2012-ci il təvəllüdlü X44, 2015-ci il təvəllüdlü X68 oğlu. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 1 ünvanında 1966-cı il təvəllüdü X28, 1967-ci il təvəllüdlü X15, 1987-ci il təvəllüdlü X29, 1989-cu il təvəllüdlü X39, 1994-cü il təvəllüdlü X40, 2010-cu il təvəllüdlü X41, 2006-cı il təvəllüdlü X42, 2012-ci il təvəllüdlü X44, 2015-ci il təvəllüdlü X50 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 14 saylı dövlət notariat ofisi tərəfindən təqdim edilmiş X51 ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsi ilə bağlı notariat işinin materiallarından görünür ki, tərəflər arasında sözügedən alğı-satqı müqaviləsi bağlanarkən, X51 notarial qaydada **********465 nömrəli ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ona məxsus hissəsinin 10000 (on min) manata satılması barədə X7, X6, X9, X3, X14, X10, X32, X33, X11, X18, X37, X19, X26 xəbərdar etmişdir. Həmçinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışda adları çıxanlar ailə üzvləri deyil. Ona görə də, “Notariat hərəkətinin aparılması qaydaları haqqında təlimat”ın 49-cu bəndini nəzərə alaraq alğı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmiş, gələcəkdə bu hallarla bağlı hər-hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə mənzilin əvvəlki mülkiyyətçisi X51 və hazırki mülkiyyətçisi İddiaçı aralarında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 01.02.2021-ci il tarixli “Daşınmaz əmlakın Alğı-satqı Müqaviləsi”-nə əsasən Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etdiklərindən, yəni, satıcı öz əmlakını alıcıya satdığından, alıcı isə həmin əmlakın dəyərini ona ödədiyindən və satıcı da, qəbul etdiyindən, bununla da, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verildiyindən, həmin mənzildə əvvəllər qeydiyyatda olmuş, lakin, hazırda mənzildə yaşamayan, yaşayış sahəsinə istifadə və əmlak hüquqları olmayan əvvəlki mülkiyyətçi X31 ailə üzvləri olmayan əvvəlki sakinlərin, yəni 3-cü şəxslər X12 və qeyrilərinin qeydiyyatına, yeni mülkiyyətçi İddiaçı inzibati orqana müraciəti əsasında xitam verilməli idi. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı Ş.X2 və qeyrilərinin mübahisəli fərdi yaşayış evindən ona məxsus hissədən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X4 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X35 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X12, X5, X13, X20, X21 və yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü X22, 2006-cı il təvəllüdlü X23, 2012-ci il təvəllüdlü X24 və 2015-ci il təvəllüdlü X30 ünvan 2 ünvanında yerləşən evin 2/8 hissəsindən ibarət olan (1 otaq ü\s 15.3 kv.m, yaşayış sahəsi 87 kv.m, köməkçi sahəsi 6.6 kv.m) evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6403/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6403/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver