Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6405/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X3, X1, Quliyeva (Əlizadə) Zinyət İxtiyar qızının və X2 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarma vəzifəsinin cavabdeh Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X4 iddiaçının bacısıdır. Onun və ailə üzvlərinin Bakı şəhərində qeydiyyatları olmadığı iddiaçının razılığı əsasında mənim mülkiyyətində olan Bakı şəhəri Binqədi rayonu, Naxçıvani küçəsi, ev 4, mənzil 511-ə pasport qeydiyyatına alınmışdır. Lakin pasport qeydiyyatına alınan zaman üçüncü şəxslər bildirmişdir ki, iddiaçıya məxsus mənzil qeydiyyatında az müddətdə olacaqlar və sonradan qeydiyyatdan çıxacaqlar. Ona görə də razılaşmışdır. Lakin artıq çox müddət keçməsinə baxmayaraq üçüncü şəxslər mənzildən qeydiyyatdan çıxmırlar. Hazırda onların iddiaçıya məxsus mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin müraciətinə baxılaraq üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Üçüncü şəxslər ona məxsus mənzildə heç vaxt yaşamamışlar və onlara məxsus heç bir əmlak xxxxxxx. İddiaçı qeyd edir ki, üçüncü şəxslərin qeyd edilən ünvanda qeydiyyatda olması onun hüquqlarını pozur.
3. CMS – Azemis Elektron Məhkəmə informasiya sistemində olan məlumatlara əsasən, üçüncü şəxslər X3, X1, Quliyeva (Əlizadə) Zinyət İxtiyar qızının və X2 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmışdır.
4. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
5. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
6. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva