Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6406/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) cavabdeh Daxili İşlər Nazirliyinin vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “baş serjant” rütbəsində pensiyada olan keçmiş polis əməkdaşıdır. 1991-2005ci illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş, o cümlədən 1992-1994-cü illər ərzində vətən torpaqlarının azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Polis orqanlarında xidməti güzəştli əsaslarla 21 (iyirmi bir il) 6 (altı) ay olmuşdur. 2005-ci ilin mart ayında polis orqanlarından tərxis olunarkən xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, “iddiaçının xidməti azdır və pensiya düşmür”. İddiaçı 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, “iddiaçıya pensiya düşür”. İddiaçının xidmət illəri hesablanaraq pensiya vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmişdir. Həmin ilin avqust ayından iddiaçı pensiya alır. İddiaçıya pensiya təyin olunan zaman Dövlət Sosial Müdafiə Fondunda ona sonuncu 3 (üç) ilin pensiyasının ödəniləcəyi bildirilmiş və “əvvəlki illərə görə pensiyanın təyin olunmaması onların günahı deyil və xidmət edilən quruma müraciət edilsin” deyə bildirilmişdir. 11 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi şəkildə müraciət edərək keçmiş dövr üçün almadığı pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, cavabdeh qurumlardan bu günədək heç bir cavab almamışdır. İddiaçı pensiyaya 2005-ci ilin mart ayında çıxmışdır. Xidmət etdiyi Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Kadrlar şöbəsindən ona bildirilmişdir ki, “iddiaçının stajı az olduğu üçün ona pensiya düşmür”. 2020-ci ilin may ayında xidmət yoldaşlarından öyrənmişdir ki, iddiaçı ilə xidmət etmiş və iş stajı onunla eyni olan şəxslərə xidmətdən buraxıldıqları vaxtdan, yəni 2005-ci ildən pensiya təyin olunmuşdur. 2005-ci ilin mart ayında xidmətdən buraxılan gündən onun pensiya hüququ yaranmışdır. Lakin cavabdeh orqanların səhlənkarlığı ucbatından ona həmin zaman pensiya təyin olunmamış və o, 15 (on beş) il 5 (beş) ay ərzində pensiya almamışdır. Bu da iddiaçının və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olaraq ailəsinə külli miqdarda ziyan vurmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, İddiaçı, Bakı şəhəri Səbail RPİ-nin PPXBnün polis nəfəri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə 14.03.2005-ci il tarixindən “öz arzusuna görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il, 11 ay, 20 gün, imtiyazlı hesablama ilə 21 il, 5 ay, 5 gün təşkil etmişdir. İddiaçı pensiya təyinatı üçün tərtib edilmniş Məlumat Vərəqi 25.07.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiаçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “pensiya məbləğinin ödənilməsi vətəndaçın müraciətindən əvvəlkii 3 illik dövr üçün ödənilməsinə icazə verilir. İddiaçın adına məlumat mərəqəsi 29.07.2020-ci il tarixdə daxil olmuşdur”. Cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iddiaya dair etirazına uyğun məzmunda izahat verərək, iddianın cavabdeh Daxili İşlər Nazirliyinə aid olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahat və çıxışlarını dinyələrək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ünvanladığı 11 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, 2005-ci ildən pensiya hüququ yarandığı üçün həmin ildən yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 17.06.2021-ci il tarixli, 077-2696-1771 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı, Bakı şəhəri Səbail RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə 14.03.2005-ci il tarixindən “öz arzusuna görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il, 11 ay, 20 gün, imtiyazlı hesablama ilə 21 il, 5 ay, 5 gün təşkil etmişdir. İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi 25.07.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 08 aprel 2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı 28 iyul 2020-ci il tarixdə mərkəzi filiala əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23 iyul 2020-ci il tarixli 13 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən mərkəzi filial tərəfindən 01 avqust 2020-ci il tarixindən iddiaçıya 1480,70 manat məbləğində yaşa görə əmək peniya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 15041,16 manat fərq məbləği 2020-ci ilin avqust ayından etibarən “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 417,81 manat) əmək pensiyası (480,70 manat) üzərinə əlavə olunmaqla (480,70+417,81=898,51 manat) müvafiq kart hesabına köçürülür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 14 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli məktub ilə İddiaçı pensiya işinə dair sənədlərin təsidq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini “Əmək pensiyaları haqqında “ Qanunu müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsinə görə, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Həmin Qanunun 20.14-cü maddəsinə görə, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; İşin faktiki hallarına əsasən iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqisinə əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmış və ödənilmişdir. Beləki, iş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 06.08.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, ötən dövrlər üçün 01.08.2017-ci il tarixdən 31 iyul 2020-ci tarixədək əmək pensiyası yenidən hesablanmışdır(15041,28:36= 417,81 manat, 01.08.20ci il tarixdən 480,70 manat ). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7.-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin olaraq 28 iyul 2020-ci il tarixdə müraciət etmiş,onun pensiyanın təyin edilməsi üçün 2005-ci ilin mart ayından 2020-ci iln iyul ayına kimi dövr ərzində cavabdehlərə rəsmi müraciətləri olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) tərəfindən iddiaçıya keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin üç il üçün hesablanmaqla haqlı olmuş, yuxarıda qeyd edilmiş qanunvericiliyin normalarına uyğundur. “Əmək pensiyaları haqqında” Qanununun 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalı) qarşı “iddiaçıya 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə iddia tələbi məhkəmənin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna(Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “iddiaçıya 2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6406/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6406/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver