Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6406/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdehə etdiyi müraciət yaşayış sahəsinin İddiaçı anası X1 yalnız istifadəsinə verilməsi, həmçinin qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Cavabdeh 13 noyabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edərək mərhum anası X1 adına Oktyabr (Yasamal) rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 15104№-li orderə əsasən oğlu İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzil Bakı şəhər Oktyabr (Yasamal) rayon İcraiyyə Komitəsinin 05104№-li orderinə əsasən 12 may 1961-cı il tarixdə mərhum anası X2 verilmişdir. Həmin orderin 12 may 1961-ci il verilmə tarixi və sərəncamın nömrəsi yazılmışdır. Hal-hazırda o, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 19 avqust 2019-cu ildə iddiaçı 19 saylı notariat kontorunda vərəsəlik işi açdırmışdır. Bütün sənədləri təqdim etdikdən sonra 19 saylı notariat kontoru 11 sentyabr 2023-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bu mənzilə dair mərhum X1 adına çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Orada bildirmişdirlər ki, orderin arxiv arayışını təqdim etməlidir. Bundan öncə də iddiaçı arxiv arayışını almaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına müraciət etmişdir. Milli Arxiv İdarəsinin 6 iyul 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 1961-çi il arxiv fondu üzrə 12 may 1961-ci il tarixli qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin qərarlarda X6 barədə hec bir məlumat yoxdur. Bu məsələ ilə bağlı 22 saylı MKİS-ə müraciət etmişdir, onlar orderdə 20 saylı evin sonradan 40 saylı ev kimi qeyd olunmasına dair dəqiqləşdirmə arayışı vermişdirlər. Bu məsələ ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. 23 noyabr 2023-cu il tarixli cavab məktubunda bildirilmişdir kı, 15104 nömrəli 12 iyun 1961-ci il tarixli orderinə əsasən qeyd edilən yaşayış sahəsi İddiaçı anası X1 yalnız istifadəsinə verildiyindən, həmçinin qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyindən həmin mənzilə dair X10 ilə daimi kirayə müqaviləsi bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X11 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş, xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.1986-cı il tarixdə ölən X3 adına olan, qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin orderinin İddiaçı adına keçirilməsinə və kirayə müqaviləsinin bağlanmasına etirazı yoxdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında xx.xx.1956-cı il təvəllüdlü X11, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 22 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında qeyd edilmişdir ki, A.M.Şərifzadə küçəsi, ev 40, mənzil 37 ünvanında X11, İddiaçı, X13, X7, X5, X8, X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmşdir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 saylı yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd olunan binada yerləşən 37 saylı mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961- ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. Həmin order və onun verilməsinə əsas olmuş sənədlər mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlər Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 saylı yaşayış binası Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin binada yerləşən 37 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməmişdir. Lakin mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. İddiaçı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir. Məhkəmə hesab edir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməsə də, mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. İddiaçı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşadığından mənzilin balanssaxlayıcısı olan orqan Bakı şəhəri Cavabdehndən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov