Məhkəmə qərarları › İş №2-1(112)-6407/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6407/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6407/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkan Malik qızının katibliyi , İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, tərcüməçi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş. M.Hüseynovaya həvalə edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovaya həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarı ilə 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İstinad edilmiş notariusun qərarından göründüyü kimi notarius 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün mülkiyyət hüququnu təsdiq edən sənədi 14.10.2020-ci il tarixdə, yəni miras qoyanın ölümündən sonra əldə edildiyini, mirasqoyanın vəfatından sonra əldə edilmiş sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olduğunu əsas olaraq göstərmişdir. ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış mərhum X6 iddiaçının ailəlikcə yaxın münasibətdə olduğu qonşusu olmuş, qeyd edilmiş mənzildə əvəllər həyat yoldaşı X7 birlikdə yaşamış, onların birgə nikah münasibətlərindən 08.09.1982-ci il tarixdə X9 adında bir övladları olmuşdur. Həyat yoldaşı X7 aralarındakı nikah qeydi 09.10.1991-ci ildə ləğv edildikdən sonra Yelena Savinova həmin mənzildə oğlu Maksim Strekalovla birlikdə yaşamağa davam etmiş, uzün müddət astma xəstəliyindən əziyyət çəkən oğlu Maksim Strekolev 01.11.2011-ci ildə vəfat etmişdir. Valideynləri atası X10 15.10.2000-ci ildə, anası X4 07.02.2001-ci ildə vəfat etdiklərindən, o, 2011-ci ildən tək, kimsəsiz yaşamış, son 5 ildə isə maddi və hər cür yardıma ehtiyacı olduğundan iddiaçı ailə üzvüləri ilə birlikdə ona mütəmadi olaraq təmənnasız olaraq maddi və lazım olan hər cür köməklik göstərmişlər. Son bir ildə mərhum ona etdiyiləri köməyin qarşılığında yaşadığı mənzili iddiaçıya bağışlamaq istədiyini bildirmiş və bu məqsədlə də yaşadığı, order əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzili özəlləşdirmək və adına reyestrdən çıxarış almaq üçün iddiaçıya 07.08.2020-ci il tarixdə etibarnamə vermiş və həmin etibarnamə əsasında iddiaçı tərəfindən DƏDRX-nə müvafiq sənədlər təqdim edilmiş, DƏDRX tərəfindən verilmiş təstiqetmə bildirişindən göründüyü kimi reyestrdən çıxarış 16.09.2020-ci il tarixdə hazır olmalı olduğu halda, həmin tarixdə sənəd hazır olmamış və çıxarışın vertilmə tarixi 16.10.2020-ci ilədək uzadılmışdır. Bu müddət ərzində mərhum ona məxsus mənzilinin çıxarışı 16.10.2020-ci il tarixdə hazır olacağını bildiyindən, onun təkidi və dəvəti ilə iki dəfə notarius Bakı şəhəri 40 saylı Notariat ofisinin notariusu Şəhla xanım Hüseynova Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzilə gəlmiş, əvvəl 06.10.2020-ci il tarixdə mərhumun özünə məxsus olan əmlakı, o cümlədən, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzili iddiaçıya bağışlamasına dair vəsiyyətnamə tərtib edilmiş və imzalanmışdır. 07.10.2020-ci il tarixdə isə notariusun təklifi və qonşular X8 və X1 iştrakı ilə, yəni vəsiyyətnamə tərtiq edilmiş və mərhum tərəfindən imzalanmışdır. Notarius ikinci vəsiyyətnamənin reyestrdə qeydiyyatdan keçirmiş, 08.10.2020-ci il tarixdə isə X6 vəfat etmişdir. Onun vəfatından altı gün sonra, yəni 14.10.2020-ci il tarixdə mərhumun adına reyestrdən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələblərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. İş materiallarından məlum olur ki, Bakı şəhəri,Xətai rayonu, Naximov küçəsi,ev 45, 37 saylı mənzil ilkin order əsasında mərhum X3 sahibliyində istifadəsində olmuş, sağlığında həmin mənzili özəlləşdirmək və adına reyestrdən çıxarış almaq məqsədi ilə DƏDRX-nə müraciət edilmiş, çıxarış 16.09.2020-ci ildə hazır olmalı olduğu halda,hazır olma vaxtı reyestr xidməti orqanı tərəfindən 16.10.2020-ci il tarixədək uzadılmış,07.10.2020-ci il tarixdə mərhum sahibliyində və sərəncamında olan həmin mənzilə dair adına vəsiyyətnamə qoymuşdur. Mərhumun sağlığında sahibliyində, istifadəsində, sərəncamında olan və öz iradəsi ilə iddiaçıya bağışladığı əmlaka dair mülkiyyət hüquqlarının, ölümündən 6 gün sonra qeydiyyata alınmasına dair sənədin verilməsi həmin sənəd əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsassız və qanunsuz hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İnzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi -Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş. M.Hüseynovaya həvalə edilməsindən idarətdir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Belə ki, tərəflər arasında olan mübahisə inzibati aktın ləğv edilməsindən irəli gəlir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt- “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina haqqında” qərardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 8-ci bəndinə əsasən, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçının iddia tələbi inzibati aktın ləğv edilməsindən (mübahisələndirmə) ibarət olsa da, yuxarıda sadalanan hallara əsasən iddia tələbinə inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Məhkəmə yuxarıda göstərilən hallara əsasən hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş. M.Hüseynovaya həvalə edilməsi mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçıya izah edilir ki, onun hazırkı iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisinə qarşı “Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş.M.Hüseynovanın 12.04.2021-ci il tarixli qərarın ləğv edilməsi, 08.10.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 45, 37 saylı mənzilə dair vəsiyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Ş. M.Hüseynovaya həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar